Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə83/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   79   80   81   82   83   84   85   86   ...   93

295
Bu məkrlilik deyilmi? 
Bizim qardaşımız Oljas Suleymenovun (onun geri 
çəkilmədiyi vaxtlar) 1978-ci ildə Daşkənddə Asiya və Afri-
ka ölkələri Assosiasiyasının simpoziumundakı məruzəsində 
acı həqiqət dolu belə etirafl ar var idi:
“Amerialı sosioloqlar yəqin birinci olaraq diqqət 
yetirib və  təsvir ediblər ki, marjinal insan asanlıqla kos-
mopolit dünyagörüşünə malik qeyri-sabit şəxsiyyətə 
çevrilir, onu öz xalqı, doğma mədəniyyəti, tarixi ənənələri 
ilə bağlayan hiss olmur. Buna görə də marjinal insan  etno-
sun və onun mədəniyyətinin inkişafında heç bir müsbət rol 
oynaya bilməz”.
Parlamentin deputatı olarkən mən kosmopolit və mar-
jinal kursa dövlət səviyyəsində qiymət verilməsini təklif et-
mişdim. Amma, prezident də, başqa rəhbər şəxslər də sus-
maqla məndən canlarını qurtarmağa üstünlük verdilər...
Məncə bundan sonra da qazax xalqı məhz öz içindən 
çıxanların – öz millətindən iyrənən və soydaşlarına qarşı 
çıxan, siçovulyemə virusuna yoluxmuş  şələ qazaxlar və 
kosmopolitlərin zülmündən  əziyyət çəkəcək. Allah eləsin 
ki, mən yanılım. Amma, heç kim millətin başı üzərini alan 
bu təhlükəni dana bilməz. 
Burkitbay Ayaqan, tarix elmləri doktoru: “1920-
ci ildə amerikalı sosioloq R.Park yeni mühitə uyğun-
laşmağa məcbur olan immiqrantların mədəniyyəti və 
düşüncə səviyyəsinin göstərilməsi üçün “marjinal şəxs” 
məfhumundan istifadə etmişdi. Belə marjinal qruplar 
öz  əcdadlarının ruhundan ayrılaraq, köklərinin so-
sial-mədəni dəyərləri və anlayışlarından uzaqlaşaraq 
keçmişə hörmət hissini də itirməyə  məhkumdurlar.   
Qeyd olunurdu ki, onların arzu və istəkləri utopik 
hisslərlə formalaşır. Bəzi marjinal qruplar siyasətə 


296
qarışmasalar da, digərləri çox enerjili olaraq özləri-
ni ən yaxşı tərəfdən dəqdim edə bilirdilər. Marjinallar 
arasında elələri də az deyildi ki, ölkənin əsas millətini 
müdafi ə edərək əsl vətənpərvərə çevrilirdilər.  Bu yol-
la korsikalı Napoleon Bonapart fransızların rəğbətini 
qazanır. Avstriyalı olmasına baxmayaraq Adolf Hitler 
alman nasistinə çevrilir. Gürcü kimi doğulan İosif Sta-
lin isə əsl rusa dönə bilir. Bir çox başqa talelər də bunu 
sübut edir. 
Rus  fi losofu Nikolay Berdyayev özünün “Rus 
kommunizminin mənbələri və  mənası”  əsərində bu 
barədə yazır: 
“Nə  qədər paradoksal səslənsə  də, bolşevizm rus 
fövqəldövlətçiliyinin, rus imperializminin üçüncü 
təzahürüdür: birinci təzahür  Moskva çarlığı idi, ikinci 
təzahür isə Pyotr imperiyası. Bolşevizm güclü mərkə-
zləşdirilmiş dövlətin tərəfdarıdır... Və onlar idarəetmə 
üsullarına görə köhnə rus dövlətinə çox bənzəyən polis 
dövləti yaratdılar”. 
Hətta V.İ.Lenin də vaxtilə deyirdi ki: “Bəzi kom-
munistlərin üstünü yaxşı-yaxşı qaşısan altından böyük 
rusiya şovinisti çıxar”. 
Bir çox başqa xalqlar kimi qazaxlar da məhz bu 
amillə aldadılmışdılar: SSRİ formal olaraq çoxmillətli 
dövlət hesab edilsə də, əslində rus imperiyası, rusların 
dövləti olub. Gözləru dumanlanmayan qərb alimləri 
sovet ölkəsini “rus ölkəsi”, “rus dövləti” adlandırır və 
bizi də rus hesab edirdilər...
İndi bizim ölkəmizdə 100 il, və ya heç olmasa 50 
il bundan əvvəlki milli özünüdərk hisslərindən nəsə 
qaldığını sübut etmək çox çətindir. Bu günkü qazax-
lar bir millət olaraq həm xarici görünüş, həm şüur və 


297
təfəkkür, həm də danışıq tərzi ilə tam dəyişiblər. Buna 
görə də qazaxları təkcə varlı, kasıb və ortabablar kimi 
yox, həm də belə qruplara bölmək lazımdır: təmiz qa-
zaxlar, yarımqazaxlar, manqurt qazaxlar, xaçpərəst 
(və ya baptist, krişnait və s.) qazaxlar, şəhərli qazaxlar, 
səhra qazaxları. 
Niyə bizdə kosmopolit dünyagörüşü əsasında mil-
li hissləri, milli adətləri, mədəniyyəti və vətənpərvərli-
yi ikinci dərəcəli hesab edən, hətta ümumiyyətlə rədd 
edənlərin, dilimizi və dinimizi, ənənələrimizi bilməyən, 
buna etinasız yanaşan niqilistlərin sayı artır? On-
lar hələ bir üstəlik millətin və  vətənin maraqlarının 
müdafi ə edilməsini milli məhdudiyyət hesab edirlər. 
Özlərini isə dünya sivilizasiyasının  ən gözəl mədəni-
yyət nümunələri əsasında tərbiyə almış insanlar sayır-
lar...”
Keçən il bir maraqlı hadisə diqqətimi cəlb etdi: 
“Almatı vilayətinin aullarından birində yaşayan 
rus ailəsinə qazax qonşusu bir küçük bağışlayır. Bir 
neçə ildən sonra bu küçük böyüyərək yekə itə çevril-
ir. Rus ailəsi təcili olaraq Rusiya şəhərlərindən birinə 
köçəndə isə iti onların evini almış qazaxa saxlayırlar. 
Balaca vaxtından bizim rus qardaşlarımızın himayə-
si altında olan, onların uşaqları ilə oynaya-oynaya 
böyüyən və rus danışığına öyrənən it bir müddət sonra 
rus sozləri üçün darıxmağa başlayır. Aulun mərkəz-
ində quraşdırılmış reproduktordan hər gün müəyyən 
saatlarda rus dilində veriliş yayımlanır. İt hər gün bu 
veriliş başlamamış o yerə qaçaraq radioda rus nitqinə 
qulaq qasır. Ardınca qazax dilində veriliş başlayan 
kimi isə tez dönüb geriyə qaçır. İtin bu davranışına aul 
camaatı məəttəl qalmışdı”. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə