Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


Bu hadisəni mən “Jalın” jurnalının redaksiyasında



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə84/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   80   81   82   83   84   85   86   87   ...   93

298
Bu hadisəni mən “Jalın” jurnalının redaksiyasında 
işləyən  Şakizadə Suleymenovadan eşitmişəm. O deyir ki
bu hadisə eyni ilə bu cür Almatı vilayəti Keqen rayonu Jılı-
say aulunda, Fəridə Kapezovanın evində baş verib. İndi 
isə məsələyə aydınlıq gətirməyə çalışaq. Hətta küçük vax-
tlarından rus dilinin səs ahənginə öyrəşən, böyüdükcə səs 
və söz birləşmələrinin quruluşunu daha yaxşı yadda sax-
layan it də rus dili üçün darıxmağa başlayır. Radionun 
yenidən qazax dilində verilişlərə keçməsi isə ona evə qa-
yıtmaq üçün siqnal kimi təsir edir. Təbii ki, burda itdən 
inciməyə əsasımız yoxdur. 
Nə vaxtsa Taylandın “Şriraça” zooparkının işçiləri 
mənə çox təhlükəli bir yırtıcı - benqal pələngi ilə adi do-
nuzun bir yerdə saxlandığı  qəfəsi göstərmişdilər. Onlar 
mehribancasına yanaşı uzanaraq bir-birilərinə  dəyir və 
özlərindən razı halda dincəlirdilər. Zooparkın  əmək-
daşları və alimlər birgə eksperiment apardılar və nəticələr 
onları heyrətə  gətirdi. Onlar donuz südünün tərkibində 
“sin.toksin” adlı maddə tapdılar. Bu maddə  təhlükəli 
yırtıcılarda qorxu və  təcavüz hissləri yaradan vəzilərin işi-
ni nizamlamaq qabiliyyətinə malikdir. Pələnglərə sistem-
li  şəkildə donuz südü verilməsi orqanizmdə hüceyrələrin 
qıcıqlandırıcılarını öldürür və onlar dostu düşməndən 
ayıra bilməyən manqurtlara çevrilirlər.  Belə assimilyasi-
yaya məruz qalmış dişi pələnglərə balaca donuz balaları 
gətirirdilər ki, onları əmizdirsin, və pələng də bu çoşqalara 
əsl ana nəvazişi ilə yanaşaraq heç bir aqressiya göstərməy-
ib.
Rusiya alimləri isə sirk işçiləri ilə birlikdə yenicə 
doğulmuş pələng balasını qadının döş südü ilə yemləməyə 
başlayırlar. Bir neçə gün körpə pələng qadının qucağında 
yatır və onun döşünü əmir. Tədricən o, qadına elə öyrəşir 
ki, uzaqdan iyini hiss edir, olmayanda isə darıxır. Sonra-


299
dan bu pələng qamçının gücü ilə istənilən əmri yerinə ye-
tirən köləyə, manqurta çevrilir. 
Sirkin  əməkdaşları bu metodla bir neçə  pələng 
böyüdərək özlərinə uyğun  əhlilləşdirirlər. Öz təbii 
bacarıqlarından məhrum edilmiş, hazır yemə öyrənmiş, 
süst vəziyyətdə olan manqurt pələnglər təbii mühitdə yaşa-
maq qabiliyyətlərini itirərək köməksiz vəziyyətə düşürlər. 
Belə  pələnglərdən birini eksperiment üçün təbiətin qoy-
nuna – meşəyə buraxırlar. Kolun arxasından birdən palaz 
qulaq dovşan çıxanda isə diksinərək qorxan pələng qa-
çmağa başlayır. Manqurtlaşdırılan yazıq heyvan bax bu 
dərəcədə dəyişilir! 
Və əgər indi bu heyvanların taleyini öz millətinə qarşı 
etinasız olan, qazax dilinin iyirmi ildən çoxdur dövlət dili 
elan edilməsinə baxmayaraq öz doğma dilində danışmağa 
və düşünməyə utanan manqurtlaşmış qazaxlarla müqayisə 
etsək görərik ki, təkcə heyvanı yox, insanı da özünün təbii 
mühitinə qaytarmaq necə çətindir. 
Məsələn, Yaponiyada doğma mədəniyyətin özünəməx-
susluğunun, mənəvi gücünün uşağın canına hopması üçün 
onun 12 yaşı tamam olmayana qədər yalnız öz doğma 
dilində tərbiyə edilməsi qanundur.  Onların təsəvvürlərinə 
görə dil millətin anasıdır. Ananın xeyirxahlığı, mənəvi 
gücünü duymayan, onun böyüklüyünü dərk etməyən 
uşaqların gələcəyi təhlükəli hesab edilir. 
Çox təəssüfl ər olsun ki, bizim təhsil və elm na-
zirliyi  ətrafında möhkəmlənən, kosmopolitizm axınına 
düşdüklərindən xəbəri olmayan bəzi yalançı alimlər belə 
sivil, öncül və inkişaf etmiş ölkə olan Yaponiyanın mənəvi 
təcrübəsindən yararlanmaq istəmirlər. 
Müasir gənclik rus dilini də, ingilis dilini də, başqa 
dilləri də bilməlidir. Heç kim bunun əleyhinə deyil. Hətta bi-
zim əcdadımız, qazax səhralarının dahisi Əbu Nəsr əl-Fəra-


300
bi də 76 dildə danışırmış. Yaponiyanın təcrübəsindən çıxış 
etsək, uşaq yalnız 12 yaşından sonra, doğma dilini tam qa-
vradıqdan sonra, öz səylərini başqa dillərin öyrənilməsinə 
yönəltməlidir.
Qazaxıstan hakimiyyəti bu  “dillərin üçlük vəhdəti” 
ideyasını niyə ortaya atıb? Bununla o, qazax üçün birdən 
birə üç dili dövlət dili və doğma dil etmək istəyir. Çünki, 
hakimiyyətdə olan qazaxların 70-75 faizi öz doğma dilini 
bilmir və heç onu öyrənmək də istəmir. Heç kim də doğ-
ma dillərini bilmədiklərini onlara irad tuta bilməz. Çünki, 
şələ qazaxlar “dillərin üçlük vəhdəti”-ndən ikisini yaxşı 
bilirlər: ingilis və rus dillərini. Onlar tələm-tələsik bütün 
məktəbəqədər təhsil müəssisələrində “dillərin üçlük vəh-
dəti” proqramının tətbiqinə başlayıblar. Hələ sağı soldan 
ayıra bilməyən iki yaşlı uşaqların beyninə  birdən birə üç 
dili necə “soxuşduracaqlar”? Bu, dünya pedaqoji elminin 
bütün prinsip və qanunauyğunluqlarına ziddir. Amma, 
hakimiyyət üçün öz maraqları daha üstündür. 
Bir şeirimdə mən qazaxları dörd tipə bölmüşəm. Bu 
sinfi  bölgüyə xüsusi diqqət yetirmək lazımdır, çünki, bunun 
arxasında millətimizin ən əsas problemi gizlənir. 
Birinci tip – doğma dilimiz, adət-ənənəmiz, mənəvi 
dəyərlərimizə, tariximizə dərin kök buraxanlar, başqa sö-
zlə əsl qazaxlar. Amma, hakimiyyət onları “xalq düşməni” 
kimi qəbul edir. 
İkinci tip – yarı rus, yarı qazaxlar. Rus dilində  təh-
sil alan, amma buna baxmayaraq öz xalqının keçmişi və 
müasir taleyi barədə təsəvvürü olanlar. Hakimiyyət tərəf-
dən millətə, dilə müsbət münasibət olsa və onlar doğma 
mənəviyyat mühitinə qayıtmağa hazırdırlar. Dövlət səvi-
yyəsində müvafi q siyasət aparılmasa onlar ruslaşmaqda və 
deqradasiyaya uğramaqda davam edəcəklər. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə