Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


Stalinin oğlu Vasiliy uşaq vaxtı bacısına deyirmiş



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə82/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   78   79   80   81   82   83   84   85   ...   93

292
Stalinin oğlu Vasiliy uşaq vaxtı bacısına deyirmiş: 
“Sən demə bizim atamız bir vaxtlar gürcü olub”. Svetlana 
Alliluyeva isə öz atası haqqında belə danışır:
“Bircə gürcü də tanımıram ki, atam kimi öz milli 
cəhətlərini bu dərəcədə unutsun və rusa aid olan hər 
şeyə bu qədər güclü sevgisi olsun” (L.Taraxova, “Krem-
lin girovları”. Moskva: AST-Press, 1988).
Vaxtilə V.İ.Lenin həddən artıq ruslaşmaya məruz qa-
lmış, yəni Rusiya böyük dövlətçiliyi naminə öz millətinin 
maraqlarını qurban verməyə hazır olan insanlarda böyük 
təhlükə olduğunu deyirmiş. “Məlumdur ki, başqa xalqların 
ruslaşmış nümayəndələri  əsl rus əhvalına yanaşma bax-
ımından həmişə “ağını çıxardırlar”.” (V.İ.Lenin. Millətlər 
və ya “muxtariyyət”-lə bağlı  məsələ barədə.  Əsərlərinin 
tam külliyyatı, 45-ci cild, 356-cı səhifə).
Robert Taker isə özünün “Stalin. Hakimiyyətə doğ-
ru” kitabında “Milliyyətin dəyişdirilməsi” hissəsində onun 
haqqında belə deyir: 
“...Cuqaşvili bolşevizm vasitəsilə rus millətinə qa-
rışır. Özünün inqilabçı, Leninin tərəfdarı  və  “əsl rus” 
fraksiyasının üzvü kimi qəbul edilməsinin ardınca rus 
millətinə mənsubluq hissi də yaranır. Bəlkə də o, buna 
görə partiya təxəllüsü kimi özünə İvanoviç soyadını seçir 
və bu soyadla da Stokholmda (1906) və Londonda (1907) 
keçirilən partiya qurultaylarında iştirak edir (Onun 
London qurultayı barədə “Bakinskiy proletariy”-də dərc 
olunmuş qeydləri Koba İvanoviç imzası ilədir. İvanoviç 
– atanın adını bildirir və Rusiyada geniş yayılmış soyad-
dır. Qeyd etmək lazımdır ki, o, rəsmi olaraq Vissarion 
İvanoviç Cuqaşvili  kimi göstərilirdi, çünki atasının adı 


293
Vano idi). Özünə təxəllüs kimi Stalin soyadı (bu soyad-
la da o məşhurlaşır) seçərkən Cuqaşvili heç şübhəsiz ki, 
bu təxəllüsün poladdan olan insan təsəvvürü yaratması, 
Lenin soyadına oxşaması ilə yanaşı onun tam rus soyadı 
kimi səslənməsini də nəzərə almışdı. 
...Cuqaşvili sadəcə olaraq öz milli mənsubiyyətini 
kənara atmayıb, ondan qətiyyətlə imtina edib...”
Buna görə biz İ.V.Stalinin taleyini araşdırmağa qərar 
verdik. Özünü əsl rus ruhunun daşıyıcısı kimi göstərmək 
üçün o, çoxmillətli Sovet İttifaqının xalqlarının dillərinə və 
özünüdərketmə hisslərinə saysız hesabsız zərbələr vurur. 
İlk növbədə isə öz xalqının düşməninə çevrilir. Stalinin 
hakimiyyəti illərində  hər səkkiz gürcüdən biri güllələn-
miş, həbs edilmiş  və ya sürgün edilmişdi. O, öz doğma 
anasının dəfnində iştirak etməmiş, məzarına bir ovuc tor-
paq atmamış, oğul kimi son borcunu yerinə yetirməmiş-
di. “Bütün millətlərin atası”  “vahid sovet xalqı olmalı 
və vahid dövlət dili – rus dili olmalıdır” kursunu bəyan 
etməsi  əksər azsaylı xalqların taleyini müəyyənləşdirdi. 
Əlbəttə, onun bu ideyasını sonralar “hamımız rus dilində 
danışmağı  nə  qədər tez öyrənsək, kommunizmə  də bir o 
qədər tez çatarıq” deyən Xruşov da inkişaf etdirdi.
Bu gün Qazaxıstanın geniş düzlərində stalin prin-
sipləri hökm sürür. Hakimiyyətdə olanların demək olar ki, 
hamısı Stalin kimi öz millətinin dilinə və ruhuna ikrahla 
yanaşır, bunu yazılmayan qanunun əsas prinsipi hesab 
edirlər. Milli ruhun və dilin bütün təəssübkeşləri Sovet İt-
tifaqının hakim strukturlarında qəbul edilən və hətta su-
verenliyə nail olunduqdan sonra da qeyri millətçilərin (və 
ya nasional-nigilistlərin) birbaşa dəstəyi ilə təsir qüvvəsini 
saxlayan məxfi  qanundan xəbərdar olmalıdırlar:  


294
“On ədəd dəmir çəlləyin hər birinin içinə altı-yed-
di ədəd (əgər çəlləklər böyükdürsə on ədəd) siçovul atıb 
bağlayır və  həftələrlə yemləmirlər. Aclıqdan üzülmək 
həddinə çatan siçovullar bir-birilərini yeməyə başlayır-
lar. Onlardan hansısa ehtiyatı  əldən verib mürgüləyən 
kimi yoldaşları onun üstünə cumub ülgüc kimi iti dişləri 
ilə yazığı parçalayır və hamılıqla yeyirlər. Yaşamaq 
uğrunda bu mübarizə uzun müddət davam edir. Nəticədə 
hər çəlləkdə yalnız bir qalib siçovul qalır. Bundan sonra 
psixoloji və fi zioloji cəhətdən dəyişikliyin onları təhlükə-
li yırtıcıya çevirən, bütün başqa yemlərlə müqayisədə öz 
həmcinslərinin  ətinə üstünlük verən bu qalibləri aza-
dlığa buraxırlar. Beləliklə  işgəncə  çəlləyindən salamat 
çıxa bilmiş belə  yırtıcı onlarla, yüzlərlə siçovulu məhv 
etməyə qadirdir. 
Ziyanverici siçovulların populyasiyasının azaldıl-
ması üçün nə vaxtsa icad edilən bu metoddan Sovet 
İttifaqı dövründə başqa millətlərin ruslaşdırılması si-
yasətinin həyata keçirilməsində müvəffəqiyyətlə istifadə 
edilib. Məsələn, qazax, qırğız, özbək, tatar, ukraynalı, 
yakut, buryat, tacik, eston və başqa millətləri elə həmin 
millətdən olan, amma tam ruslaşaraq doğma dilində 
danışmağa utanan insanların əli ilə məhv edirdilər. Bu 
kosmopolitlər vasitəsilə bütün ölkənin ruslaşdırılması 
prosesi avtomatlaşdırılır. Necədir? Öz doğma mənəvi 
dəyərləri ilə yaşayan qazaxdilli bir yerə öz mədəniyyətini 
qəbul etməyən, xalqının mənəvi dəyərlərinə saymazyana
ikrahla yanaşan insanlar rəis təyin edilirdi ki, onlar da 
mənəvi inkişafın bundan sonrakı istiqamətini müəyyən 
edirdilər. Bu Sovet İttifaqında ənənəyə, məxfi  səviyyədə 
isə yazılmamış qanuna çevrilmişdi”  (M.Ş. «1986-cı il 
dekabr epopeyası». Almatı, 2006).


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə