Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


Üçüncü tip – başdan ayağa kimi ruslaşanlar. Onlar



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə85/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   81   82   83   84   85   86   87   88   ...   93

301
Üçüncü tip – başdan ayağa kimi ruslaşanlar. Onlar 
üçün milli mənsubiyyətin, doğma dilin qara qəpik qədər 
dəyəri yoxdur. YSQ – yalnız sifətdən qazax. Təəssüf 
ki, onlar yalnız xaricən qazaxdırlar.  Əsl rus insanı bizə 
dəfələrlə daha yaxındır, nəinki YSQ.  Çünki, əsl ruslar öz 
milləti, öz dilinə böyük məhəbbətlə yanaşır.  Əgər onlar 
şovinizm virusuna yoluxmayıblarsa, humanizm ideyaları 
ilə böyüyüblərsə, başqa xalqların dili, ənənəsi və digər 
dəyərlərinə  də  səmimi hörmət hissi ilə yanaşacaqlar. Bi-
zim kosmopolitlər isə qazax dilinə və öz millətlərinə nifrət 
edirlər. Vətəndaşlıq və mənəvi keyfi yyətlərin çətin sınağa 
çəkildiyi məqamlarda bu adamlar onlara tam inanan rus 
dostlarını da sata bilərlər. Çünki, onların varlıqlarının 
kökündə böyük satqınlıq – doğma xalqı, doğma dili - demə-
li həm də anasına qarşı satqınlıq var.
Dördüncü tip – qazax xalqı üçün ən təhlükəli olan-
lardır. Onlar həm, qazax, həm də rus dillərini yaxşı bilirlər. 
Özlərini qazax dilinin təəssübkeşləri kimi göstəririlər, 
amma öz uşaqlarının heç birinə qazax dilini öyrətmirlər. 
Onların  əsas məqsədi doğma millətlərini kökü “amerika 
milləti” anlayışından gələn “qazaxıstan milləti” obrazına 
dəyişməkdir. Onların fəaliyyəti ucuz rəğbət qazanmağa 
hesablanıb: beynəlmiləl xarakter nümayiş etdirməklə 
xalqını yerə yıxıb başqalarının qarşısında diz çökməyə va-
dar etmək.
Bizim millətin müasir vəziyyəti belədir və bu hala 
hakimiyyətin buna açıq və ya gizli şəkildə razılıq verməsi 
və milli təəssübkeşliyi olmayan qazaxların günahı üzündən 
düşüb. 
Burda qeyd edilməsi vacib olan daha bir məsələ: 
biz heç vaxt rus dili və ya hər hansı başqa bir dilin res-
publikamızda inkişaf etdilirləsinin  əleyhinə olmamışıq.  
Amma, rusdilli qazax-kosmopolitlər indiyə kimi heç vaxt 


302
demədiyimiz, yazmadıqlarımızı boynumuza qoymaqla 
bizi “millətçilər”, “vurub yıxanlar” kimi təqdim etməyə 
çalışırlar. Çünki, doğma qazax dilində danışa bilməyən və 
onu öyrənmək istəməyənlər dövlət dilinin – qazax dilinin 
təntənəsi nəticəsində öz isti yerlərini itirməkdən qorxurlar. 
Belə olarsa, əlbəttə ki, onlar iş başında qala bilməyəcəklər. 
Bizim respublikada qazax dilinin dövlət dili taxtına çıx-
masına başqa millətlər, ruslar deyil, qanı qanımızdan 
olan öz manqurtlarımız, kosmopolitlərimiz mane olur. Bu 
tamamilə gözlənilməz bir haldır. Sözlərimə qüvvət vermək 
üçün mətbuatda yayılan bəzi fi kirlərdən misal gətirim: 
“Mən qazaxam – amma, qazax dilində danışa bil-
mirəm. Bundan qətiyyən utanmıram. Vaxtilə dövlət xid-
mətində yüksək vəzifələrdə olan valideynlərim və qazax 
dilini arxa plana keçirən zəmanəmiz məni belə  tərbiyə 
ediblər.
... Bilmirəm inanırsınız yoxsa yox, amma mən qazax 
dilində danışa bilmədiyimə görə heç çətinlik də hiss et-
mirəm. Mən niyə dövlətdə  təlabat duyulmayan bir dildə 
danışmalıyam?”
İliyas Alşınov
(«Sənin “kalbit” dilin kimə lazımdır».
«Altın orda», № 15, 2005 il.)
“Respublikada bütün sənədləşmə işlərinin qazax di-
lidə aparılması, majilisdə yalnız qazax dilində çıxış etmək 
və hətta qazax dilini öyrənə bilməyənləri vətəndaşlıqdan 
məhrum etmək təklifl ərinə gəldikdə isə onların müəllifl əri 
özləri də bilmədən dilimizə, xalqımıza böyük zərər  yetirə 
bilərlər”.
Oljas Suleymenov
(«Arqumentı i  faktı», № 7, 2005 il.)


303
“Bizim fi krimizcə bu nə az, nə çox – təxribatdır. Qoy O.
Suleymenov konkret ad çəksin, hansı partiyalar və onların 
liderləri, deputatlardan hansı biri dövlət dilini bilməyən-
lərin Qazaxıstan vətəndaşlığından məhrum edilməsini 
tələb edib? Belələri sadəcə olaraq yoxdur. Onlar Qazax-
ıstan və Rusiya ictimaiyyətini qorxutmaq istəyirlər ki, guya 
bizim ölkəmizdə rus dilinin itməsi təhlükəsi var (hələ sovet 
dövründə bu şübhəli metodlarla akademik Smet Kenesba-
yev Moskvanın rəğbətini qazanmağa çalışırdı). Bununla 
da onlar bizim hökumətimizə, prezident Nazarbayevə təzy-
iq göstərmək istəyirlər ki, onlar dövlət dilinin tətbiqi üzrə 
təsirli tədbirlər görməsinlər. Bundan başq həmin  şəxslər 
hökumətin “2001-2010-cu illərdə dillərin funksiyaları  və 
inkişafı proqramı”-nın icrasına mane olmağa çalışırlar. 
Saylau Batırşa-ulı, Abdijalil Bakir, 
Seydin Bizakov, Qabbas Kabışulı,
Ernest Torexanov
(«Oljas Suleymenovun təhlükəli kosmopolitizmi və ya 
“Arqumentı i faktı” həftəliyindəki 
müsahibəyə cavab».
“Central Asia Monitor”, 29 aprel 2005 il.)
“Almatıda yanvarın 1-dən bütün sənədləşmənin qazax 
dilində aparılacağı barədə  şayiələr bir çox mütəxəssisləri 
çemodanlarını yığmağa vadar edir... Belə  tələsik  fərman-
lar  isə (mən onları kağız üzərində görməmişəm) boşalan 
mənzilləri tutmağa hazır olan (belə deyirlər!) oralman-
ların rəğbətini qazanmaq üçün verilsə də çox qısa bir fi tili 
alışdırır. Onlar – antiqazax yönümlüdür, mahiyyətcə bizim 
gənc dövlətçiliyimizə təhdiddir... 
...İdealda gələcəkdə  hər bir gənc qazax üç dilli ol-
malıdır – qazax, rus, ingilis dilləri. Düzülüş başqa da ola 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə