Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə2/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   2   3   4   5   6   7   8   9   ...   93

7
Dəyərli oxucuda bir sual yarana bilər: yaxşı  bəs onda anası-
atası türk, arvadı türk, bütün məfkurəsi ilə türk olan bu cəsarətli 
vətənpərvər şair necə indiyə kimi sağ qalıb, onu kim və necə ölümün 
caynağından xilas edib? Məndən olsa, deyərdim ki, Allah! Amma siz 
bu kitabı oxuduqda Allahdan aşağı kimlərin və hansı səbəblərin onu 
ölümdən xilas etdiyini görəcəksiniz!  Sizə zehin açıqlığı ilə gözəl 
oxu saatları arzu edirəm. Özünüzə güzgü tutun, tutun ki, özünüz 
haqda yanılmayasınız.
Sayqılarla:    Kitabın bədii redaktoru Vəli Əkbər


8
UNİKAL XASİYYƏT
«Mən özüm barədə  tərif dolu məqalələri və kitabları 
oxumuram» - Qabriel Qarsia Markesin bu sözləri gəncliyimdə 
məni çox təsirləndirmişdi. «Necə oxumamaq olar? Kimsə  əziyyət 
çəkərək sənin haqqında kitab və ya məqalə yazır. Onu oxumamaq, 
ələlxüsus da əhəmiyyət  verməmək - bu ədalətsizlik deyil?» - deyə 
mən düşünürdüm. Sonradan Çingiz Atmatovla ünsiyyətdə olarkən 
anladım ki, o da haqqında yazılmış yüzlərlə  məqalə  və kitabın 
çoxunu oxumur. Əlbəttə, qarşısına çaxanları  nəzərdən keçirirdi. 
Hətta bəzi orijinal fi kirlərə xüsusi diqqət də ayırırdı. Amma, qəzet 
və jurnallardakı ötəri məqalələri demək olar ki, oxumurdu. 
Aytmatovla tanışlığımızın ilk illərində biz bir dəfə onun evində 
söhbət edirdik. Məryəmin böyük bacısı Anipa birdən otağa daxil olaraq 
Şıkenə  (Şınqız adının təhrif olunmuş variantı - qırğız-qazaxlarda 
yaşca böyüklərə birbaşa adı ilə müraciət etmək ayıb hesab edilir) 
dedi: «Siz bağda gəzəndə xarici işlər nazirliyindən bir nəfər gəlmişdi 
və o, sizin  üç müxtəlif dildə  nəşr olunmuş kitablarınızı  gətirib». 
Çingiz dedi: «Mənim masamın üstündə qoyun, sonra baxaram». 
Və biz söhbətimizə davam elədik.  Hər birimiz bu situasiyada insan 
təbiətinə uyğun olaraq tez gedib bu kitablara baxmaq istərdik. Şan-
şöhrətə qarşı xüsusi etinasızlıq - bu, heç şübhəsiz ki, hələ heç kim 
tərəfi ndən araşdırılmayan Çingiz Aytmatov dünyasının bir zirvəsidir.
Mən  ətrafının məddahlığından doymayan bir rəhbər  şəxsin 
həyatını araşdırmışam. O, yaltaqların tərifl ərini diqqətlə dinləyərək 
onları həvəsləndirməyi və vəzifələrini artırmağı da unutmurdu. O, 
özünü ən yaxşı tərəfdən təqdim etmək fəndlərini ustalıqla öyrənmışdi. 
Buna baxmayaraq, bir dəfə mən onun səhvini də gördüm.  Böyük bir 
məclisdə yaltaq müğənnilərdən biri onun şəninə tərifl ər yağdıraraq, 
az qala göylərə qaldırdı. Hamı hiss edirdi ki, müğənninin bəlağətli 
danışığı  səmimiyyətdən uzaqdır. Amma, mən o rəhbərin üzünə 
baxanda çox təəccübləndim. Yaltaqcasına tərif onun o qədər xoşuna 
gəlmışdi ki, gözləri dolmuşdu, yaltaqlığı  tərifdən ayıra bilmirdi. 


9
Ola bilər ki, özünü hamıdan yuxarıda görmək arzusu onu belə aciz 
vəziyyətə salmışdı?.. Yazığım gəldi ona.
Çingiz Aytmatovun xasiyyəti bunun tam əksi idi. Onun əsərləri 
177 dilə  tərcümə olunub, o, planetimizin kitabı  ən çox satılan 
yazıçılarındandır. Ruslar, ingilislər, almanlar, fransızlar, çinlilər və 
yüzlərlə başqa xalqların layiqli nümayəndələri onu hələ sağlığında 
böyük yazıçı adlandırıblar. Oysa, hətta təmiz ürəkdən gələn belə 
səmimi tərifl ərə reaksiya vermirdi.
O qədər istedadlı  şəxsiyyətlər yaltaq tərifl ərə aldandıqlarına 
görə zərər çəkiblər ki... Şıken isə möcüzəli xüsusiyyətə malik idi - 
o, bu cür şirnikləndirici şeylərin cazibəsinə düşmürdü. Toplantılarda 
və qonaqlıqlarda ona tərifl ər yağdıranda, onun beynində yalnız bir 
fi kir dolaşırdı: bircə bu mədhiyyələr tez qurtaraydı. Dünyanın xeyli 
məşhur insanları ilə ünsiyyətimin olmasına baxmayaraq, mən belə 
xasiyyətli adamları çox az görmüşəm. 


10
BREJNEVƏ 73 ALQIŞ. 
Sovet İttifaqi Kommunist Partiyası 
Mərkəzi Komitəsinin Siyasi Bürosunun 
taqətsiz qocaları və Suslovun qəzəbi
Sovet ittifaqında Stalindən sonra ən çox hakimiyyətdə olan şəxs 
Brejnev idi. Bu, yaltaqlığın  ən iyrənc formalarının geniş yayıldığı 
bir dövr idi. Təşkilatçılar kimi isə  əsasən hakimiyyətin nökərləri 
çıxış edirdilər. Bizim Çingiz Aytmatovla bırgə yazdığımız «Uçurum 
üzərində ovçu fəryadı» (Əsrin sonunda etiraf) adlı  esselər kitabında 
belə misal çəkilir:
«Kiyevdə Ukrayna SSR-ə Xalqlar Dostluğu ordeninin 
təqdimatı ilə bağlı  təntənəli mərasimdə  iştirakçılar Baş 
katibin nitqini alqışlarla 35 dəfə kəsiblər. Bundan bir qədər 
sonra isə Qazaxıstanda Brejnevin iştirakı ilə xam torpağın 
mənimsənilməsinin 20 illiyinə həsr edilmiş (15 mart 1974-
cü il) mərasim olmalı idi. Qazaxıstan bu hadisəyə xüsusi 
olaraq hazırlaşırdı. Respublika Kommunist partiyası 
Mərkəzi Komitəsinin ideologiya işləri üzrə katibi S. İmaşev 
xüsusi toplantı keçirdi. Bu toplantıda məsul şəxslərə ciddi 
tapşırıq verildi ki, Brejnevi ukraynalılardan daha təntənəli 
surətdə  və daha hörmətlə  qəbul etsinlər. Vilayət, rayon 
və  şəhərlərin rəhbərləri dərhal işə başladılar. Nəticədə 
Brejnevin çıxışı zamanı onun nitqi gurultulu alqışlarla 
düz 73 dəfə  kəsildi. Beləliklə yaltaqlıq planı Ukrayna 
ilə müqayisədə iki dəfədən də çox artıqlaması ilə yerinə 
yetirildi. 
Şahidlər bildirir ki, Brejnev onun «dahiyanə» nitqini 
böyük hörmət və heyranlıqla dinləyən insanlara çox 
mütəəssir halda, az qala gözləri yaşararaq baxırdı. Bu 
hadisə yaltaqlıq üzrə rekord kimi Ginnesin kitabına düşə 
bilərdi».


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə