Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


Xüsusilə qeyd etmək lazımdır: Dövlət başçısının



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə14/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

48
Xüsusilə qeyd etmək lazımdır: Dövlət başçısının 
düşüncə tərzi barədə! Onun Qazaxıstan xalqına  öyüdləri-
nin müdrikliyi barədə! Bütün fi kirlərini sərbəst, heç bir 
kağızsız, əzbərdən, məqsədyönlü şəkildə izah edir, əsas id-
eyaları bizim beynimizə  dəqiqliklə yazır – məgər bu heç 
kimlə müqayisəyə gəlməyən dahiliyin sübutu deyilmi?”  
Roza Baqlanova
(«Qədirbilən xalqıma minnətdarlıq».
Almatı, «Atamura» nəşriyyatı, 2007)
«...Mən Nursultanı Müsəlman aləminin  şərəfl i  oğlu, 
şəxsiyyətlər tarixinin ən dahi insanı Məhəmməd peyğəm-
bərə bənzədirəm”. 
Fariza Onqarsınova
(«Doğan günəş kimi parlayaraq...»
«Egemen Qazaxıstan», 
6 iyul 2010)
«Dövlət başçısı Nursultan Nazarbayev bəşəriyyəti 
xilas edən Nuh peyğəmbər kimi, 90-cı illərdə Müstəqillik 
uğrunda mübarizədən Qazaxıstanı uğurla çixardaraq onu 
dövlətə çevirdi...”  
Şerxan Murtaza
 («İnkişafsız çiçəklənmə olmur». 
«Almatı akşamı», 22 oktyabr 2009 )
«…Dövlət başçısının adı  mələklər kitabının başında 
olmalıdır.
…Mələk susur.
... Bu zaman dövlət başçısı  dərin yuxuya gedir. Bir 
qədər sonra mələk qayıdır və prezidentə müraciət edir: 


49
-  Ey Allahın qulu... indicə, sən yatanda mən tez göyə 
uçdum ki, öz qeydlərimi Yaradana göstərim. Sən demə 
Allah məşğul imiş. Mən başqalarını itələyərək bir-təhər 
onunla görüşdüm və kitabı göstərdim. Yaradan siyahıya 
baxanda sənin adına diqqət verdi... Oturub bir qədər 
düşünəndən sonra Uca Tanrı buyurdu: “Belə, mənim bu 
qulumun adını ən yuxarıdan yaz...”  
Dukenbay Dosjan
(«Ak Orda» romanından.
«Allah yazıçının qeydlərində və ya Dukenbay Dosjanın dini 
bilikləri nə qədərdir»,
Ulaqat Xanzada. «Jas Alaş», 19 mart 2009 )
“Səmanın altında durnam qaqqıldar, 
Tariximi isə akın vəsf edər.
Bir çox hökmdarlar şəhərlər tikib
Paytaxtı isə yalnız bir prezident tikər!”
Kadır Mırza Ali
(«Egemen Kazakstan», 16 iyul 2008 )
“Bizə hədiyyəsən, günəşdən doğan: 
Qazaxların dağın, çölün bəzədin, 
Sübh tezdən dağların üstdə nəzərin, 
Həmin zirvələr tək işıqlısan sən.”
Tumanbay Moldaqaliyev
(«Egemen Kazakstan», 3 dekabr 2010.)
“Bu şəhər Alatau qovağı kimi
Zümrüd qiyafədə cilvələnirdi. 
Abay şeirindəki fi kir tək uca, 
Nurəkənin şeiri – bizim Astana! 
Taleyində yazılan, mütləq olacaq,
Qismətindən heç nə özgəyə getməz.  


50
Doğma Astananın hər küçəsi də - 
Nursultan zehninin şeiriyyətidir!”
Şomişbay Sariyev,
şair, Əməkdar incəsənət xadimi
Frans Kafka adına Avropa qızıl medal kavaleri
«...Əgər mən danışıramsa, sizin xalqa misilsiz xidmə-
tinizə dəstək verərək danışıram. 
...Amma bir çox tanınmış və hörmətli kiçik qardaşlarım 
mənim bu dediklərimi  bəyənmirlər.  Əvvəllər mən on-
lardan inciyirdim və özümə söz verirdim ki, gələn dəfə 
görüşərkən susacağam.  Amma, sizinlə çoxdan görüşmədi-
yim üçün nəsə deməmiş getməyi özümə ar bildim. 
...Sonda  əziz Nurəkəyə demək istəyirəm ki, arzum 
budur siz banisi olduğunuz yeni Qazax dövlətini enerjiniz 
və gücünüz bitənə kimi idarə edəsiniz. Konrad Adenauer 
ölkəsini 91 il idarə edib. Uinston Çörçil də hakimiyyətdə 
çox olub. Hesab edirəm ki, qazax Nazarbayevin idarəetmə 
müdrikliyi alman Adenauer və ya ingilis Çörçildəkindən 
zərrə qədər də az deyil...»
Azilxan Nurşaixov
(«İncəsənət və Ədəbiyyat – xalqın ruhu».
«Egemen Qazaxıstan », 5 fevral 2010 .) 
«Gecə  və gündüz xalqının və bütün bəşəriyyətin qa-
yğıları ilə yaşaması ilə bütün dünyada məşhurdur, qazax-
ların ona böyük ehtiramı var, qoca və cavanların hörmətini 
qazanıb – Nursultan Nazarbayev adlı dövlət başçısı. Bizim 
lider əsl üç qanadlı qartaldır! Onun üç qanadı öz ölkəsi-
nin və bütün dünyanın keçmişi, bu günü və çiçəklənən sa-
bahıdır! O, istənilən mükafata və istənilən tərifə layiqdir. 
Bu sözlərin dərin mənasına varaq! 


51
Dünyanın bütün dərdini özünə yük edərək, o qəl-
bində Prometey odu alovlandırdı: gəncləri oyadır, qocaları 
ağlını itirməyə qoymur, həyacan təbili çalır, hisslərə tox-
unur, düçüncələrə hakim kəsilir, ürəkləri işıqlandırır. İn-
cəsənət ruhu ilə yetişən, fəlsəfənin sonsuz dünyasını  fəth 
edən, bəşəriyyətin qayğılarını çiyinləri üzərinə qaldıran, 
özünü insan övladı naminə qurban verən, zəmanəsinə başı 
qarlı zirvələrdən baxan şəxs – onun sözü bütün dünyanın 
sərvətidir. Ey mənim himnim-şüarım, mənim mahir 
müjdəçim, üç qanadlı qartalım mənim!.. Bütün dünya 
üzərindən uçaraq, onu öz ağlının gözü ilə seyr etdikcə 
yorulmadan uç! Ucalıqlara pərvazlanaraq üç ürəkli nəcib 
ruhunla şadlan, mənim üç qanadlı qadir Quranım!” 
Aubakir Nalibayev,
Hindistanın “Padma Şri” və Pakistanın İqbal 
Akademiyasının 
“Qızıl abidə” beynəlxalq mükafatlarının laureatı
[«Üç qanad» (fəlsəfi  poeması). 
«Aykın», 1 may 2010]
«...Sokrat deyirdi ki, insanın dahi kimi qəbul olun-
ması üçün o, əvvəlcə  çıxılmaz situasiyaya düşməli, sonra 
isə bu situasiyadan çıxış tapmalıdır. Və yalnız bundan son-
ra çağdaşları  və sonrakı  nəsillər bu şəxsi dahi adlandıra 
bilərlər. 
...Belə çıxır ki, Nazarbayev təkcə millətinin lideri dey-
il, həm də qazaxlara tale tərəfi ndən hədiyyə edilən dahi 
oğuldur. Hesab edin ki, bunu mən yox, Sokrat dedi”.
Toregeldı Şarmanov, 
Tibb elmləri doktoru, akademik, 
Qazaxıstan qida akademiyasının prezidenti 
(«Müdriklik yolu». 
«Dala men kala», 9 avqust 2010 )


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə