Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə22/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

81
YEVTUŞENKONUN BREZENT ÇANTASI
Bütün varlığımla
Xəsisləri sevmirəm. 
Elə ilk görüşümüzdən 
Yevgeniy Yevtuşenko
Məni sarsıtdı
Öz parlaq, həqiqi fərqliliyi ilə.  
Bu baş veribdir
Düz otuz il bundan əvvəl. 
Şair kimi 
Mən o zaman
Heç tanış deyildim
Rus oxucuna, 
Çox azad fi kirli şeirlər üçün 
Vətən də başımı sığallamırdı. 
Yazıçılar birliyinin restoranında 
Səxavətli qonaqlıqdan sonra
Yevtuşenko çox ciddi tərzdə
Tanış ofi sianta
Məni tapşırdı:
“Yadda saxla bu şairi.
İstədiyi vaxt
Ona qulluq edərsən
Mənim hesabıma!”
Hərgah ki, bircə dəfə də
Bu imkandan 
Yararlanmadım, 
Həm də unutmadım 
Cəngavərsayağı 
Bu hərəkəti. 


82
Həqiqi ədəbiyyatda,
Xüsusən poeziyada,
Yalnız öz içində,
Ürəyində olanı verə bilərsən.
Məhz böyük ürəyi, 
İnsanlğı olmayan
Bəzi çox istedadlı
Qafi yəbaz cavanlar,
Ya da söz oynadanlar
Şair adlansalar da
Şair deyillər amma. 
“Yevtuşenko – 
Bütöv bir epoxadır”, - 
Deyirdi cingiltili səsiylə
Bulat Okucava.
O vaxt deyərdilər ki:
“Bu, rəssam və insanın
Ən parlaq nümunəsi,
Bir də xeyirxahlığın
Vəhdətidir tər-təmiz”, 
“Onun gücü isə Qaqarininki qədər
Fərqi bircə budur ki, 
Qaqarin rəsmi qüvvə, 
O isə gah Nepalda 
Gah da ki, “opaldadır””. 
Böyük Çili şairi, 
Nobel mükafatçısı
Pablo Neruda deyib:
“Bizə həm Napoleon – 
O oyunbaz batalist,
Həm möcüzələr göstərən
Pikasso - kosmik kloun


83
Həm də ələ salınan, 
Bizi bir vaxt kəşf edən
Kolumb – təlxək gərəkdir”.
Şairə isə bunlar qadağandır deyirlər, 
Dombalaq aşmaq olmaz, 
Salto-mortale pisdir. 
Yeni fi listerlərə qarşı çıxaraq
Mənsə onu müdafi ə edirəm. 
İrəli, Yevtuşenko, 
Sirkdə bacarığımızı, 
Məyusluğu göstərək, 
Həm də əyləncəmizi: odla oynamağımızı
Belə ki, qoy həqiqət
Zülməti işıqlandırsın
Hamı qışqırsın
Ur-r-ra! 
Onu qəbul edirdi
BMT baş katibi,
Prezident, kral və şeyx.
Amma, Yevtuşenko, 
Milyonların kumiri, 
Paxıl intelligentlərin 
Təhqiri, hücumu üçün 
Hədəfə çevrilirdi. 
Ona təkcə tərifl ər,
Oçerk, məqalələr yox, 
Xəbərçi, çuğulların 
Məktubu həsr edilirdi.
Həm sıravilərin,
Həm DTK sədrləri
Semiçastnıy və Andropovun. 


84
Cavan vaxtlarımızda
Mən Yevtuşenkonu 
Vətənimə çağırdım. 
Atda gəzdikdən sonra
Arısın sahilində 
Pərəstişkarlar adından
Bu rayonun rəhbəri 
Ona at bağışladı. 
Yevtuşenko o saat
Bu atın kənddə olan 
Çoxuşaqlı ailəyə
Verilməsin istədi. 
Burda nə var ki, adi 
Haldır söyləmək olar. 
Bir neçə il sonra, 
Qorbaçov yenidənqurmaya başlayanda
Bu adi hadisəni 
Respublika rəhbəri Kolbinə danışırlar. 
Təxminən bu şəkildə:
“Şaxanov yerli başçını
Məcbur edirdi ki, 
Yevtuşenkoya at bağışlasın
Və beləliklə də 
Dövlət malın talasın”. 
Gülməli,
Ağlamalı. 
Məcbur olduq şahidlər 
Axtaraq o vaxtlardan. 
Yoxsa ki, doğrudan da
Qonaqpərvərlik bizə 
Baha başa gələrdi. 


85
Yadımdadır, 
Bir zaman
“Uşaq bağçası” adlı 
Filmin çəkilişində
İrkutsk yaxınlığında 
Zima stansiyasında 
Yevtuşenko çox köhnə,
Brezent bir çantanı
Mənə təqdim edərək
Dedi “muğayat ol bundan,
İçi doludur pulnan”. 
Elə həmin gün axşam
Dostlar və aktyorlar
Gözəl kompaniya ilə
Restoranda uzun vaxt
Hay-küylə nahar etdik. 
Axırda Yevtuşenko 
Hesabı ödəmək üçün
Məndən içi pul dolu 
O çantanı istədi.  
Onda anladım ki, mən 
Huşsuzluğum üzündən 
Çantanı unutmuşam 
Vestibülün özündə!
Həyacanlı, pərişan, 
Qaçdım mən həmin yerə. 
Xoşbəxtlikdən o çanta 
Harada qoymuşdumsa, 
Mehmanxanaya gələn
Yüzlərlə insanların 
Ayağı altındaydı. 


86
Çox köhnə olduğundan
Onun içindəkindən -
Kinostudiya tərəfdən
çəkilişçün ayrılan
Böyük məbləğdə puldan
Heç kim duyuq düşməyib.
İndi bazar dövrüdü. 
Merkantil düşüncələr 
hakimi mütləqdilər
Maddi cəhətdən üstün 
insanlar öndədilər
Millətin qızıl fondu – 

Mənəviyyat insanı 
Təlabat duyulmayan
Lazımsız yük olublar. 
 
Mənəviyyat haqqında
Hər dəfə düşünəndə 
Yevtuşenkonun nimdaş
Çantası yada düşür
Xarici görünüşcə cəlbedici olmayan, 
Elə buna görə də ayaqlar altda qalan
İçiysə pulla dolu, köhnə, brezent çanta...
Heyrətləndiricidir! Amma, səkkiz ədəd maşın almaq üçün bəs 
edə bilən bu qədər pulun başqasının əlinə keçməməsinini əsas  səbə-
bi bu köhnə, yöndəmsiz brezent çantadır. Bir sözlə, sizin dediyin-
iz kimi: “Hər görkəmsiz olan – mənasız deyil” – Aytmatov gülərək 
dedi.  


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə