Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə21/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   17   18   19   20   21   22   23   24   ...   93

77
YEVTUŞENKONUN POEZİYA GECƏSİ
 Aytmatovla mən “Yat, sevgilim” və 
“Hər görkəmsiz olan – mənasiz deyil” 
şeirləri söylənərkən necə yuxuladiq
Bir neçə il sonra biz yenə də oxşar situasiyaya düşdük. 
2003-cü il avqustun 23-də Almatıda Abay adına Dövlət 
Akademik Opera və Balet Teatrında Yevgeniy Yevtuşenkonun 
yaradıcılıq gecəsi keçirilməli idi. Təşkilatçı isə  mənim rəhbərlik 
etdiyim “XXI əsr və Mənəviyyat” beynəlxalq elitar klubu idi. Həmin 
il iyulun 18-də bizim dostumuz, dünya şöhrətli şair Yevtuşenkonun 
70 yaşı tamam olmuşdu. Təəssüf ki, Aytmatovla mən ruhən bizə çox 
yaxın olan şairin Moskvada keçirilən təntənəli yubiley tədbirlərində 
iştirak edə bilməmişdik. Buna görə  də bu axşam bunun əvəzini 
çaxmaq istəyirdik. 
Yevtuşenko Almatıya səhər saat altıda gəldi. Qarşılanma 
ilə bağlı qayğılar üzündən mən ancaq səhərə yaxın, saat yarım 
yata bilmişdim. Aytmatov da həmin gecə  cəmi iki saat yatmışdı. 
Bişkekdən Almatıya qədər olan uzun yol da onu əməllicə yormuşdu. 
Teatr tamaşaçı ilə dolmuşdu. İnsanların əhval-ruhiyyəsi xüsusi 
ilə yüksək səviyyədə idi. Ayaq üstə də xeyli adam qalmışdı. Səhnəyə 
mən, Yevtuşenko və Aytmatov üçümüz çıxdıq. Gecəni giriş sözü ilə 
mən açdım. Aytmatov davam elədi. Sonra Yevtuşenko şeir oxumağa 
başladı. Aytmatovla mən prezidiumda, onun yanında oturmuşuq. 
Ya zaldakı sakitlikdən, ya da prezidiumdakı kürsülərin çox rahat 
olması  səbəbindən məhz elə bu vaxt gecə yuxusuz qalmağımız 
özünü göstərməyə başladı. Bu azmış kimi, Yevgeniy Aleksandroviç 
də sakit, həzin səslə özünün “Yat, sevgilim...” adlı uzun bir şeirini 
oxuyurdu: 
...
...Yatmamaq əbəsdir, bəlkə də sui-qəsddir, - 
Bir bax ki, bu nə səsdir, qəlbindən gələn.


78
Gözlərində duman. 
İçində izdiham.
Kipriklərini ört, yuxudan al kam.
Sevgilim, yat sən... Yuxunu qaçıran nədir? 
Ağacların səsi? Dənizin nəğməsi? 
Ürəyinə nə damıb? Unut o nakəsi. 
Deyirəm... bəlkə günah məndədir? 
Sevgilim, yat sən... Axı gücüm yox, 
Günah içindəyəm, mənim suçum yox. 
Bağışla, – bir məni dinlə. 
                     -sev məni –eşidirsən? 
Yuxunda olsa belə, yuxunda olsa belə!  
Sevgilim, yat sən... Yer üzündəyik
Bir ox ətrafında fırlanan kürrəyik, - 
Yıxılmayaq biz, gəl, əl-ələ tutaq,
Yox, əgər yıxılsaq – birgə yıxılaq. 
Sevgilim, yat sən... qəlbində qalmasın kin.
Balaca mələklər  laylalar desin.
Yatmaq çox çətindir bu Yer üzündə, 
Amma yat, sevgilim, sussun gözün də... 
Budaqlar – xışıltısıyla, Dənizlər  - uğultusuyla, 
Zəncirdəki it, sanki dua edir ulartısıyla.
Mən sənə - pıçıltıyla,  lap asta, pəstdən, 
Sonda da - səssiz: “Sevgilim, yat sən...”
Təəccüblü deyil ki, bu ritmik nəğmələrin təsiri altında biz ikimiz 
də mürgüləmişik. Birdən diksinib gözümü açdım. Yevtuşenko şeir 
oxumağı saxlayıb məzəmmətlə Aytmatovla mənə baxırdı. Əgər bizim 


79
yaradıcılıq gecəmizdə Yevtuşenko yuxulasaydı, biz özümüzü necə 
hiss edərdik? Dəhşət və xəcalət! Yəqin bizim bu hərəkətimiz xüsusilə 
bağışlanmazdır. Çünki, biz onun Qırğızıstan və Qazaxıstanda  ən 
yaxın dostları və həmfi kirləri sayılırdıq. Nə etməli? Mən Aytmatovu 
yüngülcə dümsüklədim. O, diksinib oyandı. Tədbir iki telekanalda 
yayımlanırdı. Həm də zalda çox diqqətli publika toplaşmışdı  və 
onların çoxu əlbəttə ki, bizim yatdığımızı görmüşdü...
Gecədən sonra biz Yevgeniy Aleksandroviçə yatmağımızın 
səbəbini izah etdikdə  və bunda onun “Yat, sevgilim...”  şeirinin 
xüsusi rolu olduğunu danışdıqda o, qəhqəhə  çəkib güldü. Şam 
yeməyi zamanı  mən öz diqqətsizliyim ucbatından Yevtuşenkonun 
vətənində başıma gələn daha bir məzəli hadisə barədə danışdım.  
Hadisə belə olmuşdu.
1982-ci ildə Yevtuşenko kinematoqrafi ya  ilə maraqlanır. Öz 
senarisi və rejissurası  əsasında, “Mosfi lm”-in dəstəyi ilə o, “Uşaq 
bağçası” adlı bir bədii fi lm çəkməyi qarşısına məqsəd qoyur. Filmdə 
ruhən ona yaxın olan dostlarının iştirakı ilə bir neçə səhnə də olmalı 
idi. Yevgeniy Aleksandroviç bunu telefonla mənə deyəndə mən etiraz 
edərək aktyorluq istedadımın olmadığını bildirdim. O isə sözümü 
kəsərək: “Bilirəm, bilirəm. Filmdə sənin yalnız üzün görünəcək” – 
dedi. Dostumun xətrinə dəyməmək üçün razılaşdım və bütün vacib 
işlərimi təxirə saldım. Bir sözlə, bütün çəkiliş qrupu, həmçinin 
aralarında Nikolay Karaçensevin də olduğu aktyorlar Moskvadan 
İrkutska – Yevgeniy Aleksandroviçin doğma diyarına gəldi. Ümumi 
sayımız 20-25 nəfər olardı. Yevtuşenko əvvəlcədən xəbərdar etmişdi 
ki, “Baykal” mehmanxanasının restoranında nahar edəcəyik. Qonaq 
evinə daxil olarkən o, əlindəki köhnə, brezent çantanı tələm-tələsik 
mənə verərək: “Muxtar, bu pul kisəsindən muğayat ol!” – dedi. 
Mən bir gənc aktyorla nə barədəsə  qızğın müzakirə edərək qonaq 
otağının böyük holuna daxil olduq və elə girişdə, lap qıraqdakı 
stullarda oturduq. Çantanı mən yanıma qoydum. Birdən bizi ikinci 
mərtəbədəki restorana çağıran Yevtuşenkonun səsi gəldi. Biz 
söhbətimizi davam etdirərərək durub getdik. Çanta isə orada qaldı. 


80
Yemək zamanı Yevtuşenko aktyorları  və  çəkiliş qrupunun 
digər üzvlərini bir-biri ilə tanış etdi. Müxtəlif mövzularda söhbətlər 
gedir, xoş arzular və zarafatlar səslənirdi. Amma, necə deyərlər 
hər  şeyin bir sonu var. Təxminən iki saat yarım sonra ofi siant qız 
mənim yanımda oturan Yevtuşenkoya hesabı gətirdi. O, isə üzünü 
mənə tutaraq - “Muxtar, çanta hanı?” – soruşdu. “Foyedə qaldı” – 
deyə donuxub qaldım. “Axı bizim bütün büdcəmiz, fi lmin pullarının 
hamısı onun içindədir!” – Yevtuşenko qışqırdı. Mən tez durub aşağı 
qaçdım. Kimsə arxamca “Hər şey bitdi. Camaat dəli deyil ki, o qədər 
pulu indiyə kimi orada saxlasın” – dedi. Az qala ağlımı itirəcək 
halda, təngnəfəs vəziyyətdə foyeyə çatdım və gördüm ki, brezent 
çanta lap girişdə, az qala girib-çaxanların ayaqları altında qalıb. 
Hətta, mənim gözümün qabağında iki nəfər onu tapdalamamaq 
üçün ayağını qaldırıb üstündən keçdi. Görünür kimsə onu yerindən 
tərpədib, amma pulla dolu olduğunu bilməyib. Bu axı görünməmiş 
hadisədir ki, pulla dolu çanta böyük bir mehmanxananın girişində 
insanların ayaqları altında az qala üç saat ərzində nəzarətsiz qalsın. 
Yüyürərək mənim arxamca gələn Yevgeniy Aleksandroviç 
sinəmə sıxdığım çantanı görüb başını yelləyərək gülümsədi və - “Eh, 
dostum, indi səni mən nə edim?” – dedi. Sən demə İrkutska uçmazdan 
əvvəl Yevtuşenko “Mosfi lm”-ə gedərək fi lmin çəkilişi üçün ayrılmış 
bütün pulları bu brezent çantaya dürtüb. Yəni aktyorların və 
çəkiliş qrupunun xərclərini və əmək haqqını, rekvizitlərin, evlərin, 
maşınların, tankların və s... düzəldilməsinə ayrılan pulları. Mənim 
ehtiyatsızlığım bütün bu işlərin üstündən xətt çəkməklə yanaşı bu 
qədər insanı  kədərləndirə bilərdi. 
Bu hadisə  və Yevtuşenkonun həyatının digər tərəfl əri barədə 
yazdığım şeirin rus dilində olan variantını mən Moskvada keçirilən 
ikinci yaradıcılıq gecəmdə, sonra isə dostumuzun Almatıdakı poeziya 
axşamında, Aytmatovla yuxuladığımız tədbirdə oxumuşdum.    


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə