Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə29/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   25   26   27   28   29   30   31   32   ...   93

108
Hörmətlə,
Azərbaycan Respublikasının Prezidenti      H. Əliyev
Qazaxıstan Respublikasının Prezidenti         N. Nazarbayev
Qırğızıstan Respublikasının Prezidenti       Ə. Akayev
Türkiyə Respublikasının Prezidenti             S. Dəmirəl
Tacikistan Respublikasının Prezidenti         E. Rəhmonov
Türkmənistan Respublikasının Prezidenti   S. Niyazov
Özbəkistan Respublikasının Prezidenti        İ. Kərimov
Bir neçə il sonra bu mükafatı türk xalqının oğlu, amma 
yazıçılığın asan yolunu seçmiş  cənab Orxan Pamuk aldı. Türki-
yə  mətbuatı ona bu mükafatın verilməsini belə izah edirdi: “o, öz 
xalqını sataraq Qərbin uzun illər ərzində türklərə sırımağa çalışdığı 
erməni genosidini etiraf edib”. Beləliklə, ədəbiyyat sahəsində bütün 
müsəlman aləmindən yalnız iki nəfərə bu xoşbəxtlik nəsib olub.   
Bəli, hərənin öz qisməti... 


109
ALMATIDA YARADICILIQ AXŞAMI...
BAURJAN MOMIŞULI 
BARƏDƏ XATİRƏLƏR
VƏ AŞİQ QADINLARIN MƏKTUBLARI
1997-ci il mayın 16-da Almatının üç min nəfərlik Respublika 
Sarayında Aytmatovla mənim “Əsrlərin qovuşuğunda görüş” adlı 
birgə yaradıcılıq gecəmiz olmalı idi. Aytmatovun Almatıya dəfələrlə 
gəlməsinə baxmayaraq o vaxta qədər belə  səviyyəli bir axşam 
keçirməmişdik. Dəvət olunanlar qardaş qırğız və qazax xalqlarının 
nümayəndələri, həmçinin görkəmli teatr xadimləri və müğənnilərdən 
ibarət idi. 
Bir gün əvvəldən “Qazaxıstan” mehmanxanasının böyük zalın-
da mətbuat işçiləri, radio və televiziya nümayəndələrinin iştirakı ilə 
mətbuat konfransı keçirildi. Jurnalistlərdən biri “Uçurum üzərində 
ovçu fəryadı” kitabını iki dəfə oxuduğunu deyirdi. Kitabda Baurjan 
Momuşıl barədə yazılanlar isə onun çox xoşuna gəlmişdi. Xüsusilə 
də Baurjan Kubada olarkən ona aşiq olmuş qadını necə  həvəsdən 
salması və  maşınını almaq istəyən alverçiləri tapança ilə qorxuda-
raq 40 dəfə “jim” etməyə məcbur etməsi jurnalistin diqqətini cəlb 
eləmişdi. 
“Həmin adam barədə başqa xatirələr də varmı ki, bu və ya digər 
səbəbdən kitaba daxil edilməyib?” – deyə o, soruşdu. 
Aydın olsun deyə jurnalistin xoşuna gələn həmin hekayətlərin 
qısa məzmununu təqdim edək:
 
“AYTMATOV. Jambıl baytarlıq texnikumunda oxuy-
arkən A.Bekin “Volokolamsk şossesi” kitabını oxumuşdum. 
Artıq o vaxt məndə bu kitabın qəhrəmanı Baurjana qarşı 
böyük simpatiya yaranmışdı. Öz qəhrəmanlığı, möhkəm 
iradəsi və inadcıllığı ilə o, artıq neçə illərdir ki, ümumx-
alq məhəbbəti qazanıb. Mən həmişə ona təəcüb eləmişəm 
ki, bu cür məşhur qəhrəman bizim aramızda yaşayıb. Özü 


110
də əminəm ki, məhz elə ötən əsrlərin əfsanəvi bahadırları, 
qəhrəmanları kimi yaşayıb. 
O vaxt mən haradan biləydim ki, bir müddət sonra
Lenin mükafatına layiq görüldükdə Baurjandan səmimi 
təbriklərlə dolu çox təsirli bir teleqram alacağam və hələ 
dəfələrlə gah Moskvada, gah da Alma-Atada maraqlı söh-
bətlər edəcəyik? 
Yadımdadır ki, bir dəfə  mən onunla Arbatda üz-üzə 
gəldim və o mənə dedi:
- Çingiz, xalq arasında mənim barəmdə 120 vaqon 
şayiə  gəzir. Bunun bir vaqonu həqiqqətdir, qalanları isə 
yalan. Sənə bu həqiqət olan hadisələrdən birini danışım. 
Mən Fidel Kastronun şəxsi dəvəti ilə Kubada olanda bir 
qaraşın qız qaça-qaça mənə yaxınlaşdı:
-Polkovnik! Mən sizin haqqınızda o qədər oxumuşam 
ki, lap uşaqlıqdan sizə vurulmuşam. Əgər istəsəniz mən ar-
vadınız olub sizinlə birlikdə vətəninizə getməyə hazıram! 
– O, qətiyyən utanmayaraq bu sözləri deyib qarşımda 
durmuşdu.
-Ay qız – deyə mən düz onun gözlərinin içinə baxdım 
– qazaxlarda bir deyim var “Qızların hamısı yaxşıdırsa, 
pis arvadlar haradan gəlir?”. Sən mənim xasiyyətimi heç 
bilmirsən. Bilsəydin belə danışmazdın... 
Mənə bu təklifi  edən o qızla evlənsəydim və onu vətənə 
gətirsəydim haqqımda gəzən şayiələrin sayı indi bəlkə də 
200 vaqonu ötmüşdü... 
Biz ikimiz də ürəkdən güldük. 
ŞAXANOV.  Məlumdur ki, o vaxtlar yazıçılar başqa-
larından daha yaxşı yaşayırdılar. Hətta ortabab yazıçı da 
bir il ərzində bir kitab çap elətdirib, qonorarla maşın ala 
bilərdi. 
Yazıçılar ittifaqında isə hər il başqa respublikalardan 
gələn maşın alverçiləri vurnuxurdular. Onlar ümid edird-


111
ilər ki, yazıçılar bu sahədə təcrübəsiz adam olduqları üçün 
onları aldadıb maşınlarını ucuz qiymətə almaq, sonradan 
isə həmin maşını rəngləyib baha qiymətə satmaq olar.  
Bir dəfə yayda yenə də bu tip dələduzlar bizim ətrafımız-
da fırlanmağa başladılar. Bu zaman bizim yazıçılardan 
biri bu işbazlarla məzələnmək üçün üzündə sirli bir ifadə 
ilə onlara pıçıldadı ki, “Baurjan deyəsən maşının satmaq 
istəyir. Gedin onun yanına, çalışın razılaşın. Dilini tapa 
bilsəniz o maşını sizə lap havayı da verər. Momışula çox  
səxavətli adamdır”. Göydəndüşmə müvəffəqiyyətin təsir-
indən az qala uçmağa hazır olan tamahkarlar bu sözləri 
eşidib tez batırın evinə yollandılar.
Bu vaxt Baurjan səhər çayını içıb, çiynində çapan qəzet 
oxuyurdu. Birdən qapı döyülür. O, qapını açıb tanımadığı 
iki nəfəri içəri buraxır. Onları birinci dəfə görməsinə bax-
mayaraq qazax milli adətlərinə görə qonaqları içəri dəvət 
edir. 
-Ay arvad, qazanı od üstünə qoy! – deyə  mətbəxə 
sarı  qışqırır. Qonaqlar isə utana-utana, yaltaqcası-
na gülümsəyərək, qırıq-qırıq danışa-danışa gəlişlərinin 
məqsədini söyləməyə başlayırlar. Amma, Baurjan onların 
sözünü kəsir. 
-Dayanın! – o əlini yelləyir. – Qazax adət-ənənəsinə 
görə qonaq əvvəlcə onun üçün hazırlanan yeməkdən 
yeməlidir, sonra iş barədə danışmalıdır. 
Hamı oturur, bir yerdə çay içirlər. Çaydan sonra sü-
frəyə beşbarmaq xörəyi gəlir. Yeyəndən sonra isə hamı du-
rub əllərini yuyur və söhbət üçün yenidən oturur. 
-Hə, indi isə deyin görüm mənimlə  nə  işiniz var? – 
Bunu deyib Baurjan tələsmədən siqareti ağzına qoyur. 
Belə təntənə ilə qarşılanan qonaqlardan biri ayağa du-
rub çəkinə-çəkinə deyir:


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə