Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə31/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   27   28   29   30   31   32   33   34   ...   93

115
Sonra  mən və Aytmatov oxucuların suallarını cavablandırdıq. 
1997-ci il mayın 20-də çıxan “Egemen Kazakstan” qəzetində tanın-
mış jurnalist Erkin Kıdır bu hadisəni belə təsvir edib: 
“Sual: Çingiz Torekuloviç, sizə dünya şöhrəti qazan-
dıran ilk əsəriniz - “Cəmilə” povesti Qazaxıstanın “Len-
inşil jas” (indiki “Jas Alaş” ) qəzetində  dərc olunmuşdu. 
Sonra isə sizin “Üz-üzə”, “Əlvida, Gülsarı”, “Ağ  gəmi”, 
“Gün var əsrə  bərabər” kimi əsərləriniz işıq üzü gördü. 
Keçmiş  əsərlərinizlə müqayisədə sizin sonuncu işiniz – 
“Kassandranın Tavrosu” tamam başqa stildədir. Hətta 
belə bir hiss yaranır ki, əsəri başqa müəllif yazıb. Biz san-
ki, başqa Aytmatovu gördük. Mənim kimi sadə oxucu üçün 
sizin keçmiş əsərləriniz bir həyat məktəbi kimi örnəkveri-
ci, maarifl əndiricidir. Müasir reallıqları nəzərə alaraq siz 
əvvəlki əsərlərinizə də yenidən baxmağı düşünmürsünüz? 
Cavab: Sual yerinə düşdü. “Kassandranın Tavrosu” 
barədə xaricdə  də müxtəlif  fi kirlər səslənir... Həqiqətən 
bu əsərin baş qəhrəmanının vətəni yoxdur. O, mənə ruhən 
yaxın olan qırğız və ya qazax aulunda yaşamır. Kosmoz-
da, stansiyada yaşayır, çünki, alim-kosmonavtdır. Uzun 
illər süni insan yaradılması ilə məşğul olan alim yerə qayıt-
maqdan birdəfəlik imtina edib. Buna görə də öz günahını 
yumaq üçün sözün həqiqi mənasında tərkidünya olub. 
Onu aulun, ölkənin problemləri yox, bütün bəşəriyyətin 
taleyi narahat edir. Buna baxmayaraq mən bu əsərə doğ-
ru “Cəmilə”-nin, “Ağ  gəmi”-nin pillələri ilə  çıxmışam. 
O  əsərlər olmasaydı “Kassandranın Tavrosu” da yazıl-
mazdı... 
... “Jas Alaş” qəzetindən olan gənc jurnalistlər müəllifi  
öz kəskin sualları ilə incidirdilər. Hətta yersiz suallara cavab 
verərkən də Aytmatov gözünü də qırpmadı”. 
Qırğızıstan Respublikasında çıxan “Erkin Too” qəzetində isə 21 
may 1997-ci ildə  dərc olunan məqalədə Kuşubak Omiraliev qeyd 


116
edir ki, birgə  əsərin yazılması  həm də  mənəvi-əqidə yaxınlığının 
olmasını  tələb edir. Buna görə  də birgə  əsərlər çox nadir hallarda 
meydana gəlir. Bununla belə o, bildirir: “Ç. Aytmatov və “M. Şax-
anov tandemi zaman keçdikcə K. Marks və F. Engels elmi duetinin 
ədəbiyyatdakı analoquna çevrilə bilərlər”. 
Ən maraqlı hadisə isə axşamın sonunda, avtoqraf paylamaq 
vaxtı çatanda baş verdi. Min nəfərə yaxın adam birdən səhnəyə, bi-
zim üstümüzə cumdu. Arxasında oturduğumuz masa gurultu ilə aşdı. 
Mən kütlənin təzyiqinə tab gətirməyib stuldan yıxıldım. Ətrafımda-
kılara yalnız bunu deyə bildim ki, “Aytmatovu aparın buradan, onu 
xilas edin!” Bir neçə cüssəli oğlan Aytmatovu əhatəyə alaraq çətin-
liklə də olsa kütlənin qarşısını aldı. Sonra bizi növbə ilə səhnənin 
yanındakı otağa salıb qapını bağladılar. Bəli, qərb ölkələrindən fərqli 
olaraq bizdə indiyədək avtoqraf almaq mədəniyyəti formalaşmayıb...
Növbəti gün biz özümüzə ünvanlanan məktublarda görüşdə 
səsləndirilməsi mümkün olmayan  sual, təklif və  fi kirlərinlə tanış 
olduq. Asel adlı bir qadın bildirirdi ki, gəncliyində qiyabi olaraq 
Aytmatova vurulmuşdu. Çox utansa da iki dəfə Qırğızıstana gedib, 
amma öz kumiri ilə görüşə bilməyib. Əri isə onun bu hisslərinə uzun 
illər boyu qısqanclıqla yanaşıb. Bu gün də əllidən çox yaşı olmasına 
baxmayaraq Aytmatov mənəviyyatının gücünə olan sevgisi keçməy-
ib və öz ilk nəvəsinə Çingiz adı verib. 
- Mənim bu məktubu Makeyə (Məryəm – Aytmatovun arvadı) 
göstərməyimə necə baxırsınız? – deyə mən zarafat etdim. 
- Sənin jenqən (jenqə - böyük qardaşın arvadı) belə məktublar-
dan daha qorxmur. 
- Əgər mən onu qısqandıra bilsəm necə?
- Məni təxribata sürükləmə, yaxşısı budur gəl məktublara baxaq 
– deyə o, gülümsədi. 
İşə bir bax... elə bu vaxt o qədər məktubun içində bizim 
gözümüzə mənə ünvanlanan “məxfi  məktub” sataşdı.  Bu məktub-
da 24 yaşlı qız yazırdı ki, kitabdakı “Bizim taleyimizdəki qadınlar” 
bölməsini necə böyük ruh yüksəkliyi ilə oxuyub. Bildirirdi ki, mənim 


117
əksər şeirlərimi əzbər bilir və məndən uşağının olmasını arzulayır. 
Ən əsası isə əgər mən razı olsam bunu əbədi sirr kimi saxlayacaq.
- Bax bunu, səni  mənəvi aşılanmaya sürükləyən bu məktubu 
mən bu gün Kanşaimə oxuyacağam – deyə Aytmatov məktubu cib-
inə qoydu. 
- Məryəm kimi Kanşaim də artıq çoxdan belə məktublara reak-
siya vermir. 
-Bəs mən onda qısqanclıq hissi oyada bilsəm? – deyə o, hiyləgə 
rcəsinə güldü. -   Mənə məktub göndərən qadın nənədir – 60-a yaxın 
yaşı var. Sənə isə ərdə olmayan 24 yaşlı qız yazıb – bu böyük təhlükə 
deyil, bəs nədir? Əgər 2:3 hesabı ilə məğlub olduğunu etiraf etsən 
məktubu sənə qaytararam. 
- Məğlubiyyəti etiraf edirəm. Amma, xəbərdar edirəm ki, bəzən 
məğlubiyyətdən məğrurluq da doğur – deyə yenə zarafatla bildird-
im.      
Aytmatova ünvanlanan növbəti məktub Qazaxıstan milli uni-
versitetinin tarix fakültəsinin aspiranturasını bitirmiş Qafura Bay-
nazarova adlı erudisiyalı bir qızdan idi. O yazırdı ki, Şərqi Qazaxı-
standan gəlib. Onun üçün doğma olan Altayda islamdan əvvəl Ten-
qriçilik yayılıb və o, tenqriçilik üzrə dissertasiya müdafi ə etməyə 
hazırlaşır. Bildirirdi ki, qazax xalqının tenqriçiliyə qayıdışı barədə 
onun fi kirlərinə əksər insanlar anlayışla yanaşmır. 
- Son illər bizim qırğızlar arasında da belə bir cərəyan meydana 
gəlib, - Çingiz Torekuloviç dedi, - bəs sənin fi krin nədir? 
- Birincisi etiraf eləmək lazımdır ki, Tenqriçilik barədə dün-
ya görüşü din səviyyəsinə qalxa bilməyib, - mən dedim. – Əlbəttə, 
bu gün Qazaxıstana müxtəlif dini cərəyanlar doluşub ki, millətin 
də nəzərəçarpan bir hissəsi onlara qoşulur. Bizim ölkəmizdə qazax 
millətindən olub islamdan imtina edərək xristianlığa və ya başqa 
dinə keçənləri məxfi   surətdə ABŞ maliyyələşdirir. Tenqriçiliyə 
keçmək istəyənlər də Amerika xüsusi xidmət orqanlarının himayə-
si altına düşür.  İkincisi isə  mənim atam, babam, ulu babam islam 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə