Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə39/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   35   36   37   38   39   40   41   42   ...   93

142
Güman edirəm, 
Soros – 
-bu dünya şöhrətli maliyyəçinin
Sözləri barədə düşünmək olar. 
 
Bu sətirləri ona görə oxuyuram ki, sizin bu “Əsrin yanlışlığı” 
əsərinizdə haqqında yazdığınız dünyanın ən varlı adamlarından biri 
– Corc Sorosla nahar süfrəsi arxasında kiçik görüşümüz  olmalıdır. 
Bəlkə siz də özünüzü narahat edən bəzi məsələlər və ya var-dövlətlə 
bağlı suallarınıza cavab ala bilərsiniz. Yaxşı olardı ki, siz də Çingiz 
Torekuloviçlə birlikdə gələsiniz. Mənim köməkçim Məryəm Urma-
tovna ilə danışıb, o deyib ki Aytmatov sizin səfi rlikdədir. 
          -Elə indi evə getdi. Mən sizin təklifi nizi ona çatdıraram. 
Qırğızıstan kimi bir-neçə ölkəni təkbaşına dolandırmağa qadir olan 
zəngin bir adamla söhbət əlbəttə bizim üçün çox maraqlıdır, - mən 
dedim. 
Bir qədər sonra mən Aytmatova zəng etdim və Əsgər Akayevin 
təklifi ni çatdırdım. Çingiz Torekuloviç razılaşdı və bildirdi ki, səhər 
səfi rliyə gələcək ki, bir yerdə Sorosla görüşə gedək. Amma, sonra 
bir xahiş elədi: “Mən Sorosu dünyanın  ən varlı adamlarından biri 
kimi tanısam da, onun keçmişi, taleyindəki keşməkeşlər, yüksəlişləri 
və enişləri barədə heç nə bilmirəm. Gəl, elə edək ki, aydan düşmüş 
adam təsiri bağışlamayaq. Uşaqlara tapşır, qəzet-jurnallardan, inter-
netdən Sorosla bağlı  informasiya toplasınlar”. 
Mən öz həmkarım, səfi rliyin müşaviri Nusip Saqadiyevi yanı-
ma çağırıb Aytmatovun xahişini ona bildirdim. 
Səhər Çingiz Torekuloviç təyin olunmuş vaxtdan xeyli tez gəl-
di. 
- Şıke, 51 dəqiqə tez gəlmisiniz, - deyə mən zarafat elədim. – 
İndi isə biz nəinki, Sorosun neçə arvadı və uşağının olduğunu, həm 
də tükənməz sərvətin sirrini öyrənəcəyik. 
Mən otağa çay gətirməyi tapşırdım və Nusip Saqadiyevi 
çağırdım. 


143
- Hə, Soros haqqında bizə nə məlumat verə bilərsən? – Nusip-
dən soruşdum. O, əlindəki kağızlara baxaraq başladı:
- Corc Soros 1930-cu ildə Budapeştdə yəhudi ailəsində doğu-
lub. Onun atası- hüquq sahəsində  işləyən Tivadar Şvars yəhudi 
cəmiyyətinin görkəmli nümayəndələrindən olub, həm də yazıçı kimi 
fəaliyyət göstərib. 1914-cü ildə könüllü olaraq müharibəyə gedib 
və ruslara əsir düşüb. Sibirə sürgündən qaçaraq, Budapeştə kimi 
gəlib çıxıb. Corc Soros dünya miqyaslı maliyyəçi və  fi lantropdur. 
Gəlirlərinin böyük bir hissəsini yardım fonduna yönəldir. Soros iki 
dəfə boşanıb. Birinci kəbindən iki oğlu və bir qızı var. O, “Maliyyə 
kimyagərliyi”, “Sovet sisteminin kəşfi ”, “Demokratiyaya dəstək” ki-
tablarının müəllifi dir... 
- Hər şey düzdür, - Aytmatov dedi. – İndiki dövrdə varlanmaq – 
xüsusi istedada sahib olmaq deməkdir. Dünyanın ən zənginlərindən 
biri Baffetin sözlərini haradasa oxumuşdum: “Əgər siz hamınız belə 
ağıllısınızsa, onda mən niyə belə varlıyam?” Amma, var-dövlətdən 
təkcə özü üçün yox, həm də başqalarına kömək etmək üçün istifadə 
etmək – varlıların arasında çox nadir bir haldır.
- Bəziləri varlandıqca xəsisləşirlər. Səbəb nədir? – mən Aytma-
tovun sözünü ksədim. – Keçən il çox varlı, on-on beş min nəfəri bir 
neçə il dolandırmaq imkanına malik çox varlı bir adam məni resto-
rana dəvət etmişdi. Yeməkdən sonra ofi siant hesabı gətirdi. Həmin 
zəngin adam pulu ödədi. Amma, 500 tengə qalığı qaytarmaq üçün 
ofi siantın xırda pulu olmadı. Və biz düz 10 dəqiqə oturub həmin xır-
da pulun qaytarılmasını gözlədik. Amma, biz öz kiçik qazancımızla 
dolansaq da, ofi sianta yaxşı “çay pulu” saxlaya bilərik. Məncə bu 
oğlan heç kasıb olanda belə xəsis deyildi. 
- Əvvəllər yəqin üzə çıxmayıb, - Aytmatov dedi, - yoxsa Bal-
zakın təsvir etdiyi Qobsek, Qoqolun Pyuşkini və başqa onlar kim-
ilərin uşaqlıqdan xəsislik canlarında olur.  Ola bilər ki, varlandıqca 
xəsisliyi artır. Bu da acgözlüklərinə görə Allahın onlara göndərdiyi 
cəzadır.
Mən bir kitabda dünyadakı  ən varlı adamların  əksəriyyətinin 
xəsis olduğunu oxuyanda heyrətə gəldim. Yeri gəlmişkən, beş qəpi-


144
yə görə canından da keçməyə hazır olan bir milyarder qadın xəsisli-
yinin badına gedib. Onun 11 yaşlı oğlu ayağını sındırıb. O isə uşağın 
ayağına baxıb sağaltmağı boynuna götürən həkimə pul vermək 
istəməyib.  Əvvəlcə ayağın öz-özünə bitişəcəyini düşündüyündən, 
sonra isə ucuz xəstəxana axtardığından xeyli vaxt itirib. Nəticədə 
yara qanqrenaya məruz qalıb və  həkimlər uşağın ayağını dizdən 
yuxarı  kəsməyə  məcbur olublar. Ömründə heç vaxt bahalı paltar 
geyinməyən və  xəsisliyə görə Ginnesin Rekordlar Kitabına düşən 
bu qadın 81 yaşında ürək çatışmazlığından ölüb və özündən sonra 2 
milyard dollardan çox sərvət qoyub.
- Müqayisə üçün deyək ki, indi Qırğızıstan Respublikasının il-
lik büdcəsi 450-500 milyon dollar civarındadır, - mən dedim. – Öz 
doğma övladının müalicəsi üçün pulu əsirgəyən bu qadın bütün 
Qırğızıstanı 4 il dolandıra bilərdi.  
Nusip söhbətə müdaxilə elədi: 
- İnternetdə oxumuşam ki, - dedi, - isveçli zəngin adam, 28 mi-
lyard dolları olan İnqvar Kampard pula qənaət etmək üçün avtobus-
da gəzirmiş. Arvadının evdə olan köhnə, kirli, 32 il əvvəl alınmış   
kürsünü yenisi ilə  əvəzləmək təklifi nə isə çox hiddətlənib. Həmin 
Kampard kağıza sərf olunan xərci azaltmaq üçün öz əməkdaşlarına 
vərəqin hər iki tərəfi ndə yazmağı tapşırıb. 
- Amma, ədəbiyyat və incəsənət xadimləri arasında da xəsislər 
olur, – mən dedim. – Məsələn onlardan biri, dünya şöhrətli heykəl-
taraş Mikelancelo, öz zəmanəsinin çox böyük gəliri (bu günün qi-
yməti ilə on milyonlarla dollar) olan adamı olmasına baxmayaraq, 
xəsislikdən özünə nə kitab, nə də məişətdə gərək olan gündəlik təla-
bat  əşyaları almırmış. Onun otağında ancaq ağzı kilidli böyük bir 
sandıq olub. Ölümündən sonra sandığı açıb görüblər ki, içi üst-üstə 
yığılmış pulla doludur. 
- Alimlərin araşdırmasına görə isə xəsislik, hər qəpiyin üstündə 
əsmək sağlamlıq üçün də zərərlidir, - Aytmatov dedi. – Daha vaxtdır. 
Gedək Sorosun yanına. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə