Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə41/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   37   38   39   40   41   42   43   44   ...   93

148
- Bu mümkündür, əgər siz, Aytmatov kimi şairlər, yazıçılar, 
mənəviyyatla bağlı sahənin nümayəndələri dünyada insanların 
düşüncəsini dəyişə bilsəniz, - deyə o, hiyləgərcəsinə gülümsəyərək 
cavab verdi. 
Heç  şübhəsiz ki, Soros çox ağıllı  zənginlərdəndir.  Dünyada 
mənəviyyat çoxdan arxa plana keçib. Baxmayaraq ki, bunun belə 
olmadığı barədə  əsassız iddialar da tez-tez səslənir. Bu gün bütün 
dünyada elə bizdəki kimi mətbuat və televiziya tam olaraq varlıların 
inhisarına keçib və onların əlində həqiqəti yalanla qarışdırıb insan-
lara sırıyan oyuncağa çevrilib. Hər yerdə əsas meyar bizim bir at-
alar misalımızda olduğu kimidir. “Ağzı  əyri olsa da, qoy varlının 
oğlu danışsın”. Həqiqətin yolunda çoxlu maneələr qoyulur ki, onu 
əhalinin əksəriyyəti eşitməsin. Soros özü də bunu gözəl bildiyindən, 
özü də müəyyən qədər bu prosesin səbəbkarlarından biri olduğundan 
bizə yüngül-istehzalı cavablar verirdi. 
Mənim hələ bitməyən “Atlantidanı məhv edən alma” mənzum 
romanımın “Tükənməz zənginliyin faciəsi” fəslində belə fi kirlər var: 
 
“Əgər nəzə alsaq ki, insanların yalnız 3 faizi öz başı ilə 
düşünür, yaşayır, qalan 97 faizi isə yalnız başqalarını təqlid 
edir, onda deyə bilərik ki, hakimiyyət müxtəlif çağırışlar və 
hiylələrlə  əhalinin böyük əksəriyyətini lazımı  səmtə yön-
ləndirə bilər. Demokratiyanın əsas qanununa görə isə azlıq 
çoxluğa tabedir. Amma, çoxluq həmişə haqlıdırmı? Vaxtilə 
çoxluq müxtəlif tiranlar, hətta bəşəriyyətə  dəhşətli  əzab-
lar və  kədər yaşadan Hitlerin dalıyca dinməz-söyləməz 
getməyibmi? Bunun nə ilə  nəticələndiyi bütün dünyaya 
məlumdur. Qoca tarix dəfələrlə göstərib ki, müstəqil 
düşünməyi bacaran azlığın  fi kirlərinə, rəyinə  əhəmiyyət 
verməmək necə böyük bəlalara gətirib şıxara bilər. 
Tarixin bu səhifələrini öyrənsək görərik ki, bu günə 
kimi bütün dünyada əsl demokratiya zirvəsinə yüksələ 
bilən ölkə olmayıb. Həqiqi demokratiya səmasında pər-


149
vazlanmaq imkanı heç vaxt olmayıb. Öz “qarnının” 
maraqlarını ön plana çəkən XXI əsr üçün də bu, əlçat-
maz arzu olaraq qala bilər. Başqa sözlə, acgözlükləri 
sərhəd bilməyən varlılar, öz maraqlarından başqa heç nəyi 
görməyən, mənəvi dəyərləri nəzərə almayan  kompüter 
qəlbli rəhbərlərin dövründə demokratiyaya nail olmaq 
mümkün deyil. Əsl demokratiya qurmaq üçün insan və 
cəmiyyət təmənnasızlıq, ruhi təmizlik, humanizm zir-
vəsinə yüksəlməlidir. Mənəviyyatdan məhrum olanlar, 
qarınqululuğu özlərinə bayraq edənləri isə döyə-döyə  də 
olsa demokratiyaya tərəf yönləndirsələr, onlar bu ədalət 
məbədinə həmişə oğrun-oğrun, gözdən yayınarq girməyə 
çalışacaqlar ki, nəsə çırpışdırsnlar”. 
Sorosla görüş  məndə  də, Aytmatovda da xoş  təəssürat burax-
madı. Ola bilər ki, Əsgər akayev bizi elə ona görə dəvət eləmişdi 
ki, biz sonsuz var-dövlətin bəzi gizli tərəfl ərini görə bilək. Dahi əc-
dadımız Əbu Nəsr əl-Fərabi bildirirdi ki, dövlət başçısı on iki əsas 
keyfi yyətə malik olmalıdər. Bunlardan biri – var-dövlətin qulu olma-
maq və öz ruhunu sərvətə satmamaq. Bədbəxtlikdən bizim ölkəmiz-
in yüksək rəhbərliyində bu keyfi yyətə malik olan insan yoxdur. 
Əksəriyyəti nəinki mənəviyyat uğrunda döyüşmür, hətta var-dövlət 
naminə çoxdan şərəf və ləyaqətini də satıb. 
Sərvətin köləsinə çevrilməmək, ona təslim olmamaq üçün 
mənim öz prinsiplərim var. Mən Qazaxıstan suverenlik qazan-
mamışdan demokratiya uğrunda mübarizə aparan çox az  adamdan 
biri kimi, və ya hakimiyyət qarşısındakı nüfuzumdan istifadə edərək 
hansısa bir zavod və ya fabriki mənə  verməyi xahiş eləsəydim, 
kim buna mane olardı? Əksinə, sevinə-sevinə verərdilər ki, “ağzımı 
yumsunlar”. Şükür Allaha ki, mənim əlim heç nəyə bulaşmayıb, öz 
şərəfi mi və təmiz niyyətimi qoruya bilmişəm. İndi mənim heç velo-
sipedim də yoxdur. Ən böyük sevinc – şəxsi mənafeyə tam etinasız 
yanaşmaqdan doğur. 
Mən bu mövzuda şeir də yazmışam: 


150
SƏRVƏT VƏ TAMAHKARLIĞA ELEGIYA
Zautbek Karabekova
“Bu sizin xətrinizə dəyə bilər, amma mən deyəcəyəm. 
Şımkentdə sizin 60 iliyinizə həsr olunmuş böyük mərasim-
də iştirak etmişəm. Sizə müxtəlif qiymətli hədiyyələr və 30-
dan çox çapan bağışlandı. Siz isə “Mən hamıya çox böyük 
təşəkkürümü bildirirəm.  İnciməyin, mənim həyat prin-
siplərim belədir”, deyərək sizə verilən hədiyyələri aulun, 
şəhərin ağsaqqallarına, vaxtilə sizə kömək etmiş insan-
lara, gənc yazıçı və şairlərə payladınız. Əgər nəzərə alsaq 
ki, sizin çiyninizə atılan hər çapanın qiyməti azı 100-150 
dollardır, deməli bu sanballı puldur. Hətta sizə bağışlanan 
qobeleni də siz başqasına verdiniz. Qəzetdən oxumuşdum 
ki, Qırğızıstanda keçirilən yubley mərasimində də siz belə 
eləmisiniz. Mən başa düşmürəm, bu nədir – israfçılıq yoxsa 
tacir ədabazlığı? “Jas Alaş” qəzeti isə yazırdı ki, siz ürəyin-
izin xaricdə müalicəsi üçün pul tapa bilmirsiniz. Əgər nəy-
iniz varsa paylayırsınızsa pulunuz hardan olsun? Yoxsa siz 
bu cür bədxərclikdən həzz alırsınız? 
Sizin həmyerliniz D...”
(Cənubu Qazaxıstan vilayətinin 
Otrar rayonu sakininin 
müəllifə məktubundan bir hissə)
Düz adam heç vaxt varlana bilməz.
Menandr
Yalnız öz tamahını cilovlaya bilən kəs
həqiqətən zəngindir. 
F. Volter


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə