Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə42/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   38   39   40   41   42   43   44   45   ...   93

151
Varlılar görüşür, 
Uşaq vaxtından
Yığımcıl, tamahkar olan insanlar,
Onlar bütöv ölkələri saxlayar
Amma, onlardan kimsə
Ya səhər, 
Ya da ki, şam yeməyində
Başqa birisi ilə yemək yeyərsə, 
Hesabı verərkən hər qəpik üstdə 
Əsdiyin görərik bu bunəvanın... 
Yəqin var-dövlət adlı ağacın
Kökü xəsislikdən qidalanır.
Qamışlar içində 
taxıl cücərməz
Varlılar heç biri 
səxavət bilməz.  
Yoxsa ki, sərvətin böyüməsiylə
Xəsislik də artır bu insanlarda? 
Amma, gör nə qədər bu sərt həyatda
Sonsuz səxavətli kasıblar vardır? 
Nə qədər çətinlik çəksə də özü, 
Xeyirxah işlərin əsirgəməzlər. 
Onlar həyatların belə qurarlar
Və bundan misilsiz ləzzət alarlar. 
Bir şair kimi mən
Səhvmi edərəm
Kasıbın bu böyük səxavətindən
Öz həyatım üçün ibrət götürsəm? 
Hərdən həyat - soyuq  qaya, 
İstisi yox. 


152
Pulsuzluqdan əzilərik, 
Hətta müalicəyə belə
Bəzən pul tapa bilmərik. 
Buna baxmayaraq yenə 
Xeyir yolundan dönmərik. 
Gəlin şükr edək biz Yaradana! 
Ki, bizi ayırıb 
Pul üstdə əsən, 
Xəsis varlılardan,
Tamahkarlardan.
Onlar bizim kimi ola bilməzlər – 
Azad, səxavətli, kasıb və xoşbəxt!
* * *
Sorosun yanından qayıdandan sonra Aytmatovla mən belə bir 
söhbət etdik:
- Şıke, biz dünyanın ən varlı adamlarından biri ilə ünsiyyətdə 
olduq. Siz hansı adamı əsl xoşbəxtlik zirvəsinə qalxmış kəs hesab 
edirsiniz? 
- Yalnız o adamı ki, öz maraqları naminə yox, heç bir təmənnasız 
və inadla başqalarının həyatını daha yaxşı eləmək naminə cəmiyyətə 
xidmət edir. Ancaq belə insan mükəmməllik zirvəsinə qalxaraq əsl 
xöşbəxtlik hissini yaşaya bilər. 
- Başqa sözlə, ağlagəlməz dərəcədə varlı və məşhur olsan da, 
əgər səmimi minnətdarlıq və məhəbbət işığında üzmürsənsə, deməli 
xoşbəxtlik zirvəsini görməyəcəksən? Hətta özünü xöşbəxt sayırsan-
sa da bu aldanışdır? 
- Məhz belə! Adam var ki, onun üçün xöşbəxtlik doyunca yemək 
yeməkdir. Əlbəttə bu çox bədbəxt insanlardır. Heç kim başqalarının 
xoşbəxtliyi üçün çalışmadan həqiqi xoşbəxtlik zirvəsinə yüksələ 
bilməz. Bu zirvəyə aparan başqa yol yoxdur! 


153
KRAL VƏ ONUN XANIMI
Səksənbayların və Doxsanbayların doğulması halları
Dekabr üsyanını yatırmaq üçün
yetimlərdən təşkil olunan
hərbi dəstə
2007-ci ilin mayında mən Malayziyaya uçmağa hazırlaşan-
da, Belçikadan Aytmatov zəng elədi. Yola çıxmağa hazırlaşdığımı 
biləndə dedi: “İmkan tapsan bu ölkənin hazırda pensiyada olan 
keçmiş baş naziri ilə görüş. Çox müdrik adamdır. Öyrən gör o, sənin 
tez-tez qaldırdığın dil və millət problemini necə həll edib”. 
Bundan iki gün əvvəl parlamentdə  mənim qəbuluma 83 yaşlı 
bir qoca gəlmişdi. O, şəhərətrafı  təsərrüfatlardan birində yaşayır. 
Ağsaqqalın xahişi ilə parlamentin çox ciddi mühafi zəçilərinə zəng 
etdim ki, onların içəri keçirməyə qoymadıqları  və qocanın mənə 
pay gətirdiyi bir tuluq kumısı gətirsinlər. Qoca çox qıvraq, həm də 
vətənpərvər adam imiş. “Birinci arvadım yeddi il əvvəl ölüb, - deyə 
söhbətə başladı. – Siz Çingiz Aytmatovla öz kitabınızda yazırsınız 
ki,  az qala 100 yaşı olan şair Jambıl evlənmək istəyirmiş.  Vilayət 
və respublika rəhbərliyi isə buna mane olub və onu evlənməyə qoy-
mayıb.  Sonra isə Jambıl xəstələnəndə həmin adamlar ona dəyməyə 
gəlib və tutduqları işə görə utanıb, peşman olublar. Mənim də gəlin-
lərim var ki, mənə daim qulluq göstərməyə, sağlamlığımın qeydinə 
qalmağa çalışırlar. Amma, hər bir qocanın xəstələnəndə elə prob-
lemləri olur ki, bunu yalnız öz həyat yoldaşına deyə bilər. Mən də 
belə situasiyaya düşdüm. Nə etməli, əri həlak olmuş bir cavan qa-
dınla ailə qurdum. Heç bir il keçmədi ki, o mənə bir oğlan uşağı 
doğdu, adını Çingiz qoyduq. Belətəklif də var idi ki, siz bu uşağı 
səksən yaşında görmüsünüz, ona görə də adını “Səksənbay” qoyun. 
Mən buna uymadım. Yoldaşım məndən 46 yaş cavandır. Amma, 
şükür Allaha ki, o, mənimlə çox xoşbəxtdir.  Əvvəlcə  fi kirləşirdim 
ki, arvadım əkiz doğsa, uşağın birinin adını Çingiz, o birini Muxtar 
qoyaram. Madam ki, əkiz olmadı, növbəti uşağı hökmən Muxtar ad-
landıracağam – bunu sizə və Çingiz Aytmatova dərin hörmətim kimi 


154
qəbul edin. Kumısı isə uzaqdan bura ona görə gətirmişəm ki, onun 
xüsusi, indiyə kimi layiqincə qiymətini almayan özəl dadını siz də 
hiss edə biləsiniz. Çünki, mən hesab edirəm ki, milləti, dili uğrunda 
kosmopolitlərlə döyüşə girən insan həm də sağlamlıq baxımından 
rəqiblərindən çox-çox üstün olmalıdır”.
Əkizlərə bizim adımızın verilməsi halları artıq bir-neçə  dəfə 
həm Qırğızıstanda, həm də Qazaxıstanda olmuşdu. Məsələn, As-
tanadan olan tanınmış qazax şairi Baxıtjan Tobayakov “Uçurum 
üzərində ovçu fəryadı” kitabını oxuyandan sonra bir nəvəsinə Çin-
giz, ikincisinə isə Muxtar adı verib. Qəzetlər də bir-biri ilə  bəhsə 
girərək bununla bağlı məqalələr çap edirdilər. Bir qırğız şairinin şeiri 
qırğızlar arasında dillər əzbəridir: 
Xalqlar qoy dost olsunlar
Qazaxla qırğız kimi. 
İnsanlarsa dost osun 
Muxtarla Çingiz kimi. 
Əlbəttə, burda ilk növbədə Aytmatovun dünya şöhrəti və mənim 
həm qazaxların, həm də qırğızların diqqətini dövləti, milli maraqlara 
yönəltməklə bağlı səylərim, ikincisi isə bizim Çingizlə hamıya bəlli 
olan səmimi, təmiz dostluğumuz pol oynayıb. 
Malayziyaya getməzdən əvvəl mənimlə birlikdə uçmalı olan Qa-
zaxıstanın “Xalal” komitəsinin sədri Marat Sarsanbayevə 83 yaşında 
Çingiz adlı bir oğul atası olmuş qoca haqqında danışdım və onun 
kumısı özünün gündəlik içkisinə çevirdiyini dedim. Əcdadlarımızın 
adətlərinə dərin hörmətlə yanaşan Marat Malayziyadakı Qazaxıstan 
səfi ri Muxtar Tleuberdinə  10 litr kumıs apardı. Təəssüf ki, biz Ma-
layziyada olarkən Aytmatovun haqqında danışdığı keçmiş baş nazir 
xaricdə idi. Malayziyanın kralı və onun xanımı ilə görüşdə isə Jetpis-
baylar və Səksənbaylar doğurmağa qadir olan kumısın gücü barədə 
atmacalarla dolu söhbət etdik. Malayziyadan qayıdan kimi həmin 
görüşün əsasında qocalığa təslim olmamağa çağıran zarafatyana bir 
şeir yazdım. Həmin şeiri oxucuların diqqətinə təqdim edirəm. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə