Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə38/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   34   35   36   37   38   39   40   41   ...   93

138
Sonralar Türkiyədə keçirilən bir elmi konfransda olarkən
Özbəkistandan gəlmiş bir alimdən eşitdim ki, belə qanun artıq qəbul 
edilib. 
Tanınmış  qırğız alim Batıralı  Sıdıkov Alma-Atada (1971-
ci il) Qazaxıstan respublikası Elmlər akademiyasının Biologiya 
institutunda “Qoyunların artırılmasının  əsasları” mövzusunda 
namizədlik dissertasiyası müdafi ə edərək sübut edib ki, dörd arxa 
bu tərəfə qan qohumluğu olan heyvanları da bir-biri ilə cütləşdirmək 
olmaz. Insanlar barədə isə heç danışmağa dəyməz...   
Açığı bizim ölkəmizdə boş vaxtlarda İslam Kərimov haqqında 
çox danışırlar. Amma, mənim zənnimcə o, bizim bəzi Mərkəzi Asiya 
respublikalarının ruhu olmayan, milli köklərdən ayrılan və iliyinə 
kimi ruslaşmaya məruz qalan rəhbərlərindən fərqli olaraq öz dilini, 
milli maraqlarını qoruduğuna görə böyük hörmətə layiqdir. 


139
STOKHOLMDAN GƏTIRILMIŞ ILAN ƏTI
2001-ci ildə  mən hələ Qazaxıstanın Qırğızıstandakı  səfi ri 
olarkən, ürəyim məni tez-tez narahat etdiyi üçün xəstəxanada 
müalicə olunurdum. Qırğız həkimləri təəssüfl ə bildirdilər ki, mən 
ayaqlarımda miokarda infarkt keçirmişəm. Aytmatov xəstəxanada 
mənə baş çəkib, sonra Brüsselə getdi. Bir aydan sonra o, Bişkekə 
qayıtdı. Axşam isə bizə  gəldi. Çay içdiyimiz vaxt o, əlindəki bir 
bağlamanı açaraq dedi:  
- Muke, sən amma, qorxma. Brüsseldə öz işini çox yaxşı bilən 
bir ara həkimi ilə məsləhətləşdim . İnfarktın müalicəsi üçün ən təsirli 
vasitələrdən biri ilan ətidir.  Mən nə vaxtsa sənin boynunda böyük 
bir ilanla şəklini də görmüşəm. Yəqin bir o qədər də qorxmazsan. Bu 
hisə verilmiş ilan ətini mən Stokholma adam göndərib gətizdirmişəm. 
Yaxşı olar ki, sən müalicəyə elə bu dəqiqə başlayasan. 
O, polietilen plyonkaya bükülmüş qabı mənim qabağıma qoydu. 
Mən uşaqlıqdan “ilan” adı  gələndə titrəyirdim, ona görə  də 
donub qaldım.  Əlbəttə, aulda məktəbə gedərkən və ya mal-qaranı 
otararkən çöllükdə, tuqayların arasında, dağların döşündə cürbəcür 
ilanlar görmüşdüm. Buna baxmayaraq bu məxluqlara qarşı olan 
qorxum indiyə kimi canımdan çıxmamışdı. Bir dəfə Kanşayım, 
Jomart, Ayşorek və  mən Taylanda getmişdik. Orada küçələrdə 
adamlar qol yoğunluğunda zəhərsiz və dinc ilanları boyunlarına 
sarıyıb gəzirdilər. Bəzi cəsarətli adamlar da sahibinə pul verərək 
boyunlarında bu ilanlarla şəkil çəkdirirdilər. Birtəhər özümü ələ alıb 
mən də  şəkil çəkdirmişdim. Aytmatov da həmin  şəkli görmüşdü. 
Baxmayaraq ki, onda demişdi: “Ola bilməz,  yəqin oyuncaq ilandır”. 
Uşaqlığımdan bir hadisə yadıma düşdü. 6-cı sinfi   bitirəndən 
sonra mən dayım gildə kolxozda (“Juldız” kolxozu, badam şöbəsi), 
Şımkent şəhəri yaxınlığında yaşamışam. Tətil günlərində böyüklərlə 
birlikdə kolxoz sahələrində işləyirdim. Səhər sübhdən axşama kimi 
biz arxları təmizləyirdik. Amma, nə qədər yorulsaq da, bizim briqadir 
Oksikbay - çox ürəyi geniş, amma kolxozun işinə fanatikcəsinə 


140
sadiq olan bir insan bizi evə tez buraxmazdı. Aramızda Zulpan adlı 
gənc bir qadın var idi ki, istənilən ilanı quyruğundan tutub briqadiri 
qorxudurdu. Yəqin ki, ilandan qorxmayan adam yoxdur. Amma 
Oksikbay ağanın ilanlardan qorxmağı tam başqa bir tamaşa idi. İlanı 
görəndə o, az qala huşunu itirirdi. Gözləri bərəlirdi, əl-ayağı əsirdi, 
bir sözlə  – acınacaqlı hala düşürdü. Onun bu qeyri-adi panikası bizi 
həmişə güldürürdü. Bəzən evə tez getmək istəyəndə biz hamımız ilan 
axtarmağa başlayırdıq. Tapanda isə Zulpan-jengənin yanına qaçıb 
pıçıltı ilə ilanın harada oldğunu deyirdik. Bu qadın isə o dəqiqə ilanı 
quyruğundan tutub briqadirin üstünə gedərək: “Camaat çox yorulub. 
Evə getməyə icazə verirsiniz, ya yox?” – deyirdi. Oksikbay-ağanın 
rəngi ağarırdı,  əllərini yellədə-yellədə qaçaraq: “Oy-oy, tez, tez 
gedin evə, icazə verirəm, icazə verirəm!” – qışqırırdı. 
İndi isə tale belə gətirib ki, mən Aytmatovun xətrinə dəyməmək 
üçün ilanın ətini yeməliyəm. Amma, nə qədər toparlansam da özümü 
buna məcbur edə bilmirdim və vaxtı uzadırdım. Bunu görən bacım 
Qaliyə, Çingiz Torekuloviç, Ayşorek – üçü də məni ürəkləndirmək 
üçün ilan ətinin dadına baxdılar. Mən də  nəhayət ki, əlimi paketə 
uzatdım və sonra bir-neçə gün ərzində ətin hamısını yeyib qurtardım. 
Bax bu cür insanları qorxudan əsməyə vadar edən ilan mənim 
dadıma çatdı. Və indi kitablarda və ya televizorda ilanın təsvirini 
görən kimi gözümün önündə Aytmatovun əziz xatirəsi ilə bağlı olan 
həmin axşam canlanır. 


141
CORC SOROSLA GÖRÜŞ 
Tükənməz var-dövlətin problemi 
28 milyardin sahibi piyada gəzir 
və ya həqiqi xoşbəxtlik zirvəsinə aparan 
yeganə yol 
2003-cü ilin bahari. Axşam Qırğızıstan Respublikasının 
köməkçisi səfi rliyə zəng edərək məni Əcgər Akayevlə calaşdırdı. 
-Muxtarjan, - deyə Əsgər Akayev salamdan sonra mətləbə keç-
di, - sizin “Sivilizasiyanın yanılması” mənzum romanınızın rus və 
ingilis dillərində olan nəşrləri mənim qarşımdadır. Bu kitabda belə 
misralar var: 
 
...Corc Soros
Bir dəfə etiraf etdi: 
“Mən öz sərvətimi
Maliyyə bazarlarından
Qazansam belə, 
Bir şeyə görə çox narahatam. 
Kapitalizmin sonsuz inkişafı,
Hüdudsuzluğu,
Həyatın bütün sahələrində 
Bazar münasubətlərinin tətbiqi
Bir gün böyük təhlükəyə çevrilə bilər
Açıq, demokratik cəmiyyət üçün. 
Düşünürəm ki, 
İndi də bizim əsas düşmənimiz
Kommunizm yox, 
Kapitalizmdir... 
Vaxtı çatıb ki, 
Biz öz səhvlərimizə bir nəzər salıb
Tədbir görmək üçün 
Bir sxem quraq”. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə