Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə46/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   42   43   44   45   46   47   48   49   ...   93

165
larım “Yeni qazaxlar”, “Zəmanənin poemaları” və Çingiz Aytmatov-
la birgə yazdığımız “Uçurum üzərində ovçu fəryadı” (Əsrin sonunda 
etiraf) kitabı var idi. Sən demə bu sonuncu adını çəkdiyim kitab orda 
altı dəfə təkrar nəşr olunub. Bəzi nəşrlər yüz min tirajla çab edilib. 
Pərəstişkarlarım arasında qardaş uyğurlardan da bir neçə nəfər var 
idi. Uyğur dilinə tərcümə edilmiş “Uçurum üzərində ovçu fəryadı” 
kitabını mən ilk dəfə onların əlində gördüm. 
Aytmatovun ölümündən altı ay keçmişdi. Çoxları mənə “Ayt-
matov axı sizin dostunuz, qardaşınız idi, qoy torpağı nurla dolsun. 
Bi itki bizim üçün də böyük dərddir” – deyərək başsağlığı verird-
ilər. Aytmatovun bütün əsərləri dəfələrlə çin dilində və bir neçə dəfə 
bu ölkədə yaşayan başqa xalqların dilində  nəşr olunmuşdu. Çində 
Aytmatovu tanımayan insan tapmaq çox çətin məsələdir. Bir dəfə 
ali məktəblərdən birində görüş zamanı bir neçə çinli alim fəxrlə 
mənə dedilər ki, onlar Aytmatovun əsərlərində işıqlandırılmış möv-
zular  əsasında dissertasiya müdafi ə ediblər. Öz gözlərinlə gördüm 
ki, Çində  mənim dostum-qardaşımın yaradıcılığına maraq onun 
vətənində olandan daha böyükdür. 
Əhalisi 21 milyon nəfərdən çox olan Sinszyan-Uyğur muxtari-
yyatının dairə siyasi şurasının sədri Asxat Kerimbayulı və Xalq hö-
kumətinin sədr müavini Tilepaldı Abdireşıtulı  tərəfi ndən keçirilən 
qəbuldan sonra xüsusi bir ziyafət təşkil olunmuşdu. Bi ziyafətdə 
ÇXR-nın xarici işlər nazirinin müavini əlində kumıs dolu piyalə ilə 
mənə yaxınlaşıb dedi: “Cənab Muxtar, mən işlə bağlı bizim qazax 
həmkarlarımızla ünsiyyətdə olmuşam, amma onlar mənə kumısın bu 
möcüzəli xüsusiyyətlərindən danışmamışdılar. Sizin şeiriniz məndə 
kumısa qarşı tamam başqa münasibət yaradıb” .
Mənim işlədiyim “Jalın” jurnalının redaksiyasına bir ahıl adam 
gəlmişdi. 
“Jas Alaş” qəzetində sizin şeirinizi oxudum. Mən də kumısın 
böyük pərəstişkarıyam, özü də sizin dostunuz Çingiz Aytmatov kimi 
məni də qoca adlandıranda xətrimə  dəyir, - deyə o hiyləgərcəsinə 


166
güldü. – Yaşım səksəni ötsə də bu yaxınlarda yenidən ata olmuşam. 
Gəldim ki, bir az sizin yanınızda lovğalanım. 
Tanınmış yazıçı Kudiyar Bilal və bizim əməkdaş, güclü milli 
məfkurəyə malik Şakizadə Suleymenovanın köməyi ilə biz elə re-
daksiyada ağsaqqal üçün süfrə açdıq və yeni doğulan körpəyə ən xoş 
arzularımızı bildirdik.
- Ağsaqqal, - mən dedim, - son dövrlər qocaların dünyaya 
Səksənbaylar, Doxsanbaylar gətirmək ənənəsi tədricən itirilir.  İki-
üç il əvvəl yaşda sizdən bir az kiçik həmvətəniniz, tanınmış aktyor 
Asanali Aşımov bu dünyaya bir Jetpisbay (Yetmişbay) bəxş edib. 
Hamı bunu az qala böyük nailiyyət kimi qəbul elədi. Amma, biz 
onun qarşısında bir məsələ qaldırmışıq ki, Səksənbay atası da ol-
malısan. Sizin üçün də tapşırıq var. 
- İmkanım daxilində olan hər şeyə hazıram – qoca inamla dedi. 
- İmkanın var – mən dedim. – Dünyay Səksənbay gətirmisiniz. 
Biz qazaxlar da Yüzbaylar da olub. Siz gözəl bilirsiniz niyə uşaqlara 
belə adlar verilir. İndi isə sizin məqsədiniz Səksənbayla kifayətlən-
məyərək dünyay bir Doxsanbay da gətirməkdir. Bunun təntənə ilə 
qeyd edilməsinin bütün xərclərini isə mən öz üzərimə götürürəm. 
Mənim birinci arvadım öləndən sonra evləndiyim qadın, 
Səksənbayın anasının indi 36 yaşı var. On ildən sonra onun 46 yaçı 
olacaq, - deyə qoca fi kirli-fi kirli başını qaşıyaraq dedi. – Bəlkə də 
alındı. Danışdıq! 
Biz bir-birimizin əlini sıxdıq.
Heyif  ki, Çingiz Torekuloviç aramızda yoxdur. O, ürəkdən, gö-
zləri yaşarana kimi bu söhbətə gülərdi. 


167
ÇİNGİZ AYTMATOV ÇİNGİZXANLA 
BAĞLI  MÜBAHİSƏLƏRDƏ
İndi isə Çingizxan şəxsiyyəti ilə bağlı mənə və Çingiz Aytmato-
va qarşı bilərəkdən təşkil edilən və nəticələri bir neçə dövləti bir-bir-
inə vuran genişmiqyaslı hücumların təfərrüatları barədə danışaq.
1999-cu ildə Parisdə, YUNESKO-nun  iqamətgahında ön sözünü 
Çingiz Aytmatovun yazdığı, ingilis dilinə çevirəni isə Ingiltərəli şair 
Uolter Mey olan “Sivilizasiyanın yanlışlığı” mənzum romanımın 
xüsusi təqdimat mərasimi oldu. Alimlər, Nobel mükafatı laureatları, 
tənqidçilər və dünya səviyyəli ictimai xadimlər mərasimdə  iştirak 
edərək roman haqqında xoş sözlər söylədilər. YUNESKO-nun 
baş direktoru Federiko Mayorun sözlərinə görə, “son otuz ildə 
YUNESKO miqyasında heç bir şair sağlığında belə diqqətə layiq 
görülməyib”. 
2002-ci ildə YUNESKO “İpək yolu üzərində elm və mənəviyyat” 
beynəlxalq konfransı  çərçivəsində xüsusi qərarla “Peşmanlıq 
problemi və tarixi-mənəviyyat yaddaşının itirilməsi təhlükəsi” 
mövzusunda dəyirmi masa keçirməyə qərar verir. Bu dəyirmi masa 
mənim “Cəzalandıran yaddaşın kosmoformulu” (Çingizxanın özü 
ilə apardığı sirr) mənzum romanımın müzakirəsinə həsr olunmuşdu. 
Bu əsərə də ön sözü  Çingiz Aytmatov yazmışdı və orda belə misralar 
var: 
“...O, yeni təfəkkürün daşıyıcısıdır. Mənə elə  gəlir, 
ona qədər bizim asiya ədəbiyyatında belə dəyərli bir şair 
olmayıb.  
Buna əmin olmaq üçün onun möhtəşəm “Cəzalandıran 
yaddaşın kosmoformulu” (Çingizxanın özü ilə apardığı 
sirr) mənzum romanını oxuyun. Belə miqyaslı  şair  ХХ  
əsrin sonu – ХХI  əsrin  əvvəllərində peyda olmalıydı. 
Şübhəsiz ki, bu şair Muxtar Şaxanovdur”. 
Qoy oxucular məni qeyri təvazökarlıqda ittiham etməsinlər, 
amma burda bir şeyə  də aydınlıq gətirmək lazımdır. Söhbəti 


168
dünya səviyyəli şəxsiyyətlərin mənə dəstək ifadə edən sözlərindən 
başlamağımın səbəbi budur ki, Qazaxıstanda bəzi adamlar 
hakimiyyətdə olan bir nəfərin göstərişi ilə heç bir səbəbsiz və əsassız 
olaraq mənim məhz bu əsərlərimi kəskin tənqid atəşinə tutmuşdular. 
Buna görə  mən müxtəlif  şəxslərin  fi kirlərindən fraqmentlər 
vermişəm. Tezliklə sizə hər şey aydın olacaq. Dünya üzrə tanınmış 
bir alim, Nobel mükafatı laureatı Hans-Peter Dyurun rəyini təqdim 
edirəm: 
“Şaxanovun poemasına YUNESKO tərəfi ndən belə 
böyük  əhəmiyyət verilməsi təkcə hazırda Orta Asiyada 
ictimai-fəlsəfi   fi krin yeni zirvələr fəth etməsinin etirafı 
deyil,  həm də onunla bağlıdır ki, bu poema dünya 
poeziyasında yeni nailiyyətdir. Bu poemada müəllif  şair 
idrakı və intuisiyası ilə insanları sivilizasiyanın XX əsrdən 
doğan neqativ nəticələri ilə qəti mübarizəyə çağırır.” 
ABŞ-ın  Kaliforniya beynəlxalq elm, sənaye, təhsil və incəsənət 
akademiyasının prezidenti Maykl Baxmutski isə  mətbuatda belə 
fi kir söyləyib: 
“Şaxanov – müasir dünya sivilizasiyasının 
qavranılmasına öz təkrarolunmaz dəst-xəttini qatan 
çoxtərəfl i istedada malik bir şair-fi losofdur. Buna görə də 
biz onu öz akademiyamıza üzv seçmişik. 
Diqqətə layiqdir ki, “Əsrin Yanlışlığı”-nda olduğu 
kimi “Cəzalandıran yaddaşın kosmoformulu” da insan 
varlığının bir çox mənəvi prinsiplərini tamam başqa 
müstəvidə -  poetik elmi-fəlsəfi  traktovkada təqdim edir. 
Böyük romanların süjetini iki-üç səhifəlik şeir misralarında 
verməyə qadir olan müəllifi n bu qeyri-adi üsulu bizim 
kompüter  əsrində poetik fi krin yeni imkanlarına böyük 
ümidlər yaradır”.


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə