Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


qardaşlarımız da keçi südünə keçiblər. Deməli onların



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə48/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   44   45   46   47   48   49   50   51   ...   93

172
qardaşlarımız da keçi südünə keçiblər. Deməli onların 
zövqləri oradan formalaşır. Bi isə reklamdır. Buna görə 
şəkli öz müştərək kitablarının üz qabığında yerləşdiriblər. 
Kitabın adı – “Fəryad...” – eee... itirilmiş nəyin isə üstündə 
ağlaşmadır. Kitabın müəllifl əri isə bax bu Zor və  Şon – 
M.Şaxanov və Ç.Aytmatovdur.   
...İlkin versiyaya qayıdaq. Keçini aparanlar iki nəfər 
idi. Tələm-tələsik vurnuxma zamanı biz bir az səhv eləmişik. 
Aydındır ki, onlar iki nəfərdir, amma onların apardıqları 
bir daha üzr istəyirik dişi keçi yox, təkə imiş! İndi nə edək? 
Əgər məqaləni təzədən yazsam, ikinci cildə keçəcəyəm. 
Qoy olsun. Kimin səhvi olmur ki? Tanımamışıq. Dişi keçi 
yox, Təkə... 
...Kim Təkənin heç nəyə yaramayan ətini yeyir? Və 
yaxud Öküzün,  Ayğırın? Uzaqbaşı canavarlara atmaq olar. 
Bəs süd... Təkədən nə süd? Deyəsən əvvəlkindən də çıxılmaz 
vəziyyətə düşdük. Nəticədə buna belə interpretasiya 
verdik: “Anlamaq üçün bizim ağlımız kifayət deyil”. Biri 
Şon, digəri Zor təkəni boş yerə buynuzlarından tutub 
aparmazdılar. Ola bilər ki, bir dərədə bir sürü qısır keçi 
otlayır...”
Maqaunin məqaləsindəki bu sətirlərə xüsusi diqqət yetirək: 
“... Keçi – ikiayaqlı, insan – dördayaqlıdır. Bunu təkzib 
etmək üçün məsələnin sağlam məntiqə nə dərəcədə uyğun 
gəlməsi barədə qucaq-qucaq məqalə yazmaq lazımdır? 
Sən demə uyğun gəlir. Çünki, dördayaqlı keçi dörd ayağın 
boyunduruğunda gedir. Yəni belə başa düşmək lazımdır 
ki, bu dörd ayaq iki adama məxsusdur”. 
Bir hüquqşünas mənə belə məsləhət verdi: “Əgər siz Maqauini 
məhkəməyə versəniz, yalnız bu sətirlərin vurduğu mənəvi zərbəyə 


173
görə ondan bir neçə milyon tengə ala bilərsiniz. Belə ki, Maqauin 
açıq-aydın sizi keçiyə, yəni heyvana bənzədir. “Dördayaqlı keçi 
dörd ayağın boyunduruğunda gedir. Yəni, bu dörd ayaq iki adama 
məxsusdur – Aytmatova və  Şaxanova” – ifadəsi sizin heyvandan 
fərqinizin olmadığını nəzərdə tutur. Qanuna görə bu sizin şərəf və 
ləyaqətinizin alçaldılmasıdır”. 
Aytmatov da məhkəməyə müraciət etməyi təklif edirdi. Mən 
M. Auezovun müdrik sözlərini misal gətirərək bundan imtina etdim: 
“Məni it dişləyib, mən də onu dişləyim. Mənim dişlərim necə iyrənc 
bir  şeyə  dəymiş olar?” Amma, tezliklə  mən  əmin oldum ki, səhv 
eləmişəm. Məlum oldu ki, onlar bununla kifayətlənmək  fi krində 
deyillər. “Juldız” jurnalında Aytmatovun yaramazlığı barədə silsilə 
məqalələr dərc olunmağa başladı. 
Maqaunin rəhbərlik etdiyi “Juldız” jurnalının  şöbə müdirinin 
bizi  ələ salması  hər ikimizə pis təsir elədi. Onun poeziyasında 
şeyriyyətdən əsər-əlamət yoxdur, amma böhtan və iftira yazmaqda 
hamını geridə qoyar. Bu, Ç. Aytmatovun dünya ədəbiyyatçıları 
tərəfi ndən qəbul edilən, yarım  əsr bundan əvvəl böyük fransız 
yazıçısı Lui Araqonun “dünyanın məhəbbət haqqında  ən gözəl 
əfsanəsi” adlandırdığı “Cəmilə” əsərini məsxərəyə qoyan  Bekdılda 
Aldamjarovdur.
Hakimiyyətdə elə bir adam tapılmadı onlara desin ki, “bu 
lap ağ oldu”. Aytmatova görə  dərin inciklik içəridən sanki məni 
zəhərləyirdi. Çünki, o, mənə kömək etmək üçün dəstək ifadə edərək 
belə  bir işə düşmüşdü. Çarəsiz qalıb, çox fi kirləşdikdən sonra mən 
Qazaxıstan Respublikasının Parlamentində belə bir bəyanatla çıxış 
elədim. Bəyanatdan bir hissəni təqdim edirəm: 
“...Bu yaxınlarda mənə Brüsseldən Çingiz Aytmatov 
zəng edərək öz hiddət və qəzəbini Qazaxıstan Respublikası 
Mədəniyyət,  İnformasiya və idman Nazirliyinin nəzərinə 
çatdırmağı xahiş edib.  Çingiz Torekuloviçin incikliyi 
ondandır ki, “Juldız” jurnalının baş redaktoru, yazıçı 


174
M.Maqauin bir neçə ildir ki, mətbuatda Çingiz Aytmatova 
qarşı çixişlar edir. M.Maqaunin fi krincə Ç. Aytmatov orta 
səviyyəli bir yazıçıdır, avara və fırıldaqçının biridir. Şöhrəti 
və ad-sanı isə yalnız öz işbazlığı hesabına qazanıb. Deyə 
bilərsiniz ki: “Müasir demokratikləşmə dövründə daha 
nələr yazmırlar ki...” Amma, söhbət elə adamdan gedir ki, o, 
qırğız xalqının şərəfi , namusu hesab edilir. Kim Maqauinə 
ixtiyar verib ki, “çənəm yorulmaz, dilim ətdəndir” prinsipi 
ilə bu insanı idbar bir formada ləkələsin? Dövlət hesabına 
maliyyələşən “Juldız” jurnalı planlı  şəkildə  hərəsi bir 
roman və ya povest boyda olan məqalələr dərc edərək qazax 
xalqını çox sevən dahi bir qələm sahibinin ünvanına yersiz 
ittihamlar irəli sürür, qara yaxır. Maqaunin bu hərəkətləri 
(beynəlxalq diplomatiya mövqeyindən yanaşsaq) iki ölkə 
arasında nifaq və ixtilaf yaradır, münasibətlərə kölgə salır. 
Qazaxıstanın “Xalık kaharmanı” (Xalq qəhrəmanı) 
adını daşıyan Kasım Kaysenovdan sitat gətirirəm: 
“Maquin yazıçılar arasında narazılıq salmaqdan əl çəkmir. 
Dövlət jurnalını öz rəqiblərinə qarşı silah kimi iastifadə 
etməkdən yorulmur. Ona görə də onu vəzifədən nə qədər 
tez ayırsanız, bir o qədər ölkəyə yaxşılıq etmış olarsınız”.  
Amma, bu fi kri dövlətimiz diqqətdən kənarda qoydu. Ali 
hakimiyyətin bəzi nümayəndələri öz fəaliyyətsizliyini belə 
izah etdi ki, “biz belə etsək, Maqauin müxalifətə keçər”. 
Əslində isə onlar sözdə müxalifətə dəstək ifadə edən, amma 
heç bir ictimai kütləvi tədbirdə iştirak etməyən  Maqauinin 
şər-böhtanından ehtiyatlanırlar. O, həmişə ölkənin, millətin 
ciddi problemləri qaldırılanda kolluqda gizlənir...” 
Qazaxıstanın yaradıcı ziyalılarından ibarət qrup sevimli yazıçı 
Çingiz Aytmatovun ünvanına heç bir əsası olmayan təhqir dolu 
alçaldıcı  məqalələrin çap olunmasına qarşı  çıxaraq buna etirazını 
bildirdi. Siyahıya Xalık kaharmanı Kasım Kaysenov və  QR Milli 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə