Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə51/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   47   48   49   50   51   52   53   54   ...   93

181
Beləliklə Maqauinin sayəsində  mən “həvəskar  şair” 
adlandırıldım. Amma, şükür allaha ki, o, Çingiz Aytmatovu “həvəskar 
yazıçı” adlandırmadı. 
Aldamjarov isə “şahin kimi” belə süzür: 
“...Ç. Aytmatov ağızdolusu M.Şaxanovu tərifl əyir! 
Onun  fi krincə: “Muxtar Şaxanov Asiyanın  ən görkəmli(?)  
şairlərindəndir”,  “...o, özündə  Şərq müdrikliyini, Qərbin 
dünyaya həssas münasibətini ehtiva edən, daim axtarışda 
olan və öyrənmək həvəsini itirməyən bir mütəfəkkirdir (?) 
”, “Muxtar Şaxanovun Qazaxıstandakı populyarlığı belə 
demək mümkündürsə, milli qəhrəman(?) imicinə bərabərdir 
” və s... Əlbəttə, bu ona görə yazılıb ki, Ç. Aytmatovun 
niyə birdən-birə M.Şaxanovla həmmüəllif olmasına haqq 
qazandırsın. Amma, bu deyilənlərin heç biri həqiqətə uyğun 
deyil. Məsələn,  əgər düşüncə  tərzi barədə danışsaq, fəlsəfə 
yönümlü mülahizə yürütmək qabiliyyəti nəinki Şaxanovda
heç Aytmatovun özündə  də yoxdur. Onların ikisinə  də 
hadisəni publisist və ya xronoloq kimi tez qamarlayaraq 
oxucuya çatdırmaq istedadı xasdır, problemin dərin 
məğzi və  məzmununu açmaq, onun daxili impulslarını 
müəyyənləşdirmək isə onlar üçün deyil.
...M.Şaxanovun qazax xalqının cəsarətli qəhrəmanı 
kimi göylərə qaldırılması da yersizdir. O, 1986-cı il dekabr 
hadisələrində  iştirak etməyib, həmin günlər o, Moskvada 
sonu banketlə bitən konsert verirdi. Dekabr hadisələri vaxtı 
bir sətir də yazmayıb, heç yerdə çıxış etməyib... 
...Qazaxıstan hökuməti Dekabr hadisələrinin 
araşdırılması üçün xüsusi komissiya yaradıb. O vaxt onun 
sədri  şair K.Mırzaliyev təyin edilmişdi. Bir qədər sonra 
ehtiyatlı K.Mırzaliyev geri çəkildi və M.Şaxanov onun yerini 
titdu... 


182
...Nəticədə, bununla özünə xal qazanaraq, diplomatiya 
sahəsində heç bir təcrübəsi olmamasına baxmayaraq bir 
gün... Qırğızıstana səfi r getdi. Sonra isə məşhur Ç.Aytmatovla 
birlikdə kitab yazdı. Bunu “düyünün hesabına alaq otu da 
su içir” adlandırmaq olar. İndi Ç.Aytmatov da daxilən bu 
uyğunsuzluğu hiss edərək M.Şaxanovu tərifl əyir ki, onun 
adını bizim beyinlərimizə  həkk eləsin. Amma, bu boş yerə 
əziyyət çəkməkdir...” 
Məqalənin ardını oxumaq mənim üçün çox çətin oldu. Onun 
dediklərinə görə, mənim  şeirlərimdə bircə  dənə  də olsa dəyərli 
misra yoxdur, vətəndaş kimi, ictimai xadim kimi heç bir xeyirli işim 
olmayıb. Yəni bu dünyaya boş gəlib, boş da gedəcəyəm. Aytmatov 
da təxminən belə xoşagəlməz formada təsvir olunub. Həqiqətən 
Aldamjarov başqalarının qərəzli və birtərəfl i  şəkildə  tənqid 
edilməsində böyük sənətkara çevrilib. Vaxtilə Almatı  şəhərinin 
Medeus rayon məhkəməsi onun xasiyyətindəki qəribəliklərlə 
əlaqədar B.Aldamjarovun psixoloji vəziyyətini aydınlaşdırmaq üçün 
Kablukov küçəsində yerləşən  şəhər psixoloji sağlamlıq mərkəzinə 
sorğu göndəribmiş. Xəstəxanadan belə cavab gəlib:
“Almatı şəhəri Medeus rayon məhkəməsi
Hakim Sırlıbayev K.K.
Sizin  19.08.2004-cü il tarixli sorğunuza cavab olaraq 
bildiririk ki, “Orbita” 1-26-9 ünvanında yaşayan 1946-cı il 
təvəllüdlü Aldamjarov Bekdılda Ayqildayeviç 1976-cı ildə MPS 
Dİ-də “absessiv nevroz” diaqnozu ilə dispanser qeydiyyatında 
olub. 1998-ci ildə “psixi cəhətdən sağlam” diaqnozu ilə 
qeydiyyatdan çıxarılıb
Baş həkim  İ.F.Xamitov”     


183
Cəmi 22 il Mərkəzi psixoloji xəstəxanada qeydiyyatda olub. 
Şükür Alaha ki, indi daha sağalıb. 
Amma, buna baxmayaraq o, Ç. Aytmatovun dünya ədəbiyyat 
inciləri ilə bir sırada duran “Gün var əsrə bərabər” romanının heç bir 
dəyəri olmadığını deyir: 
“...Strukturuna görə “Əlvida, Gülsarı”-ya çox oxşayır, 
qəhrəmanlar oxucuya tanıdılmır, hətta yalnız onlara məxsus 
olan xarici görünüş, xarakter, davranış və ya danışıq tərzi 
əlamətləri  də yoxdur.  Kisəyə peyin doldurulan kimi, bu əsər 
də lazımsız  əfsanə,  əsatir, pritçalarla doldurulub, dili isə 
publisistikdir.  Kosmos haqqında deyilənlər avam oxucunu 
çaşdırmaq, heyrətləndirmək üçün romana dürtülüb, daxili 
möhkəm əlaqəsi yoxdur, bölümlər hərəsi bir mövzudadır. 
Ona görə  də, hər biri başqa  əsər təsiri bağışlayır, sanki, 
silkələsən tökülüb dağılacaq. Bu əsər nailəyyət deyil, 
əksinə, sırf “kitabçılıqdır”, artıq deyiləni başqa tərzdə 
təqdim etmək, təkrarçılıqdır! Ən əsası isə bu əsər roman 
deyil! Ümumiyyətlə Ç.Aytmatovun romanlarında roman 
təfəkkürü yoxdur!”
 
(“Juldız”, 2003-cü il № 4
Ç.Aytmatovla əlaqəli daha bir problem. Bir vaxtlar kimlərinsə 
təşkilatçılığı ilə qazaxıstan qəzetlərindən biri belə bir rəy açıqlamışdı 
ki, “Aytmatov özünün “Gün var əsrə  bərabər” romanında insanın 
manqurtlaşdırılması üsulunu Abiş Kekilbayevdən oğurlayıb”. Bu 
əsassız ehtimalı heç kim açıq şəkildə təkzib etmədiyi üçün, tənqidçi 
və ədəbiyyatşünaslar isə susduğundan, bu ədalətsiz mülahizə oxucu-
ların şüuruna həkk olunaraq həqiqət kimi qəbul edilib. 
Aytmatov məşhur “Manas” eposundan bu misraları misal gətirir: 


184
Uşağı tutaq,
Başını boyunduruğa salaq,
Evə aparaq, zülm verək:
Altı kalmık nəslini
Biz bir yerə toplayaq 
...Və yazır ki, insanın manqurtlaşdırılması barədə  məlumat-
ları Sayakbay Karalayevdən alıb və bunu mətbuatda və “Uçurum 
üzərində ovçu fəryadı”-nda danışıb. 
2003-cü ildə “Jas Alaş” qəzetinin 15 mart tarixli sayında xüsusi 
olaraq bu məqsədlə Bişkekə getmiş istedadlı jurnalist, indi mərhum 
Torexan Ramberdının Ç.Aytmatovla müsahibəsi dərc olunmuşdu. 
Yuxarıda qeyd olunmuş məsələ ilə bağlı suala Aytmatov belə cavab 
verir: 
Bunun arxasında ağı qara, qaranı  ağ göstərmək ni-
yyəti durur. Məkrli niyyətdir... Ədəbiyyatda bir mövzu ilə 
bağlı yüzlərlə insan yazı yaza bilər. Bir-biriləri ilə yarışa 
girərək, kimsə yaxşı, kimsə pis... Hər kəs özü kimi yazır, 
imkanı daxilində  hərəkət edir. Buna maneə yoxdur. Mən 
“Qaçqını” çox illər əvvəl yazmışam və ilk dəfə bu problemə 
toxunmuşam. Amma, mən V.Rasputinə nifrət etməliyəm ki, 
o, məndən sonra “Yaşa və unutma”-nı  yazdı?  “Manqurt-
luq” terminini isə  məhz mənim dünya ədəbiyyatına çıx-
ardığımı heç kim dana bilməz. Ola bilər ki, bizim haqqın-
da heç nə eşitmədiyimiz ölkələrdə artıq çoxdan belə had-
isələr barədə yazılıb. Amma, mən məgər bu mövzuya tam 
başqa tərəfdən yanaşmamışam? Mənim versiyam – insana 
qismət olan müxtəlif  talelər və zorən qul olmanın faciə-
si... Kiçik qardaşım Abış Kekilbayevin yaradıcılığını daim 
izləyirəm. Onun dolğun dili, fəlsəfi  ruhu mənim xoşuma 
gəlir. Elə olub ki, xoş sözlərimi də bildirmişəm. Amma, bu 
povesti heç oxumamışam. Dünən sənin telefon zəngindən 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə