Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


“...Çingizxan psixi xəstə olmayıb, əksinə, o dostlarına



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə54/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   50   51   52   53   54   55   56   57   ...   93

192
“...Çingizxan psixi xəstə olmayıb, əksinə, o dostlarına 
sadiq, düşmənlərinə qarşı rəhmli olan çox mömin bir insan 
olub ki, yaşadığı həyatı da bunu sübut edir... Bu böyük in-
sanın dahiliyi qarşısında baş əyirik”. 
Amirxan Balkıbek
(«Çingizxan – səhrada şəxsiyyət».
«Kazak ədəbiyyatı», 30 noyabr 2001-ci il.)
“Çingizxanı qazax eləməyə nə ehtiyac var? Biz hansı 
imici qazanarıq?.. Ola bilər ki, Çingizxanın monqol xalqı 
qarşısında xidmətləri var, amma biz buna qazaxların 
milli maraqları mövqeyindən yanaşmalıyıq. ...O, nəinki, 
mavzoley yaratmayıb, heç daşdan bir hasar da tikdirməy-
ib. Əvəzində özündən sonra dağıdılmış şəhərlərdən başqa 
heç nə qoymayıb. Və bu Çingizxanı indi biz göylərə qa-
ldırmalıyıq? Yoxsa dünyanı yüksək savadımızla yox, paslı 
qılıncımızla fəth etmək istəyirik?” 
Omirzak Akjiqit
(«Alçaq monqol atından 
qazax atına necə keçməli?»,
«Jas Alaş», 21 dekabr 2002 –ci il.)
“Monqolların yenisey qırğızları  və tyan-şan tor-
paqlarına  basqınının nəticələri fəlakətli olub. Uzun illər 
bundan sonra da yaradıcı inkişafın qarşısı alınıb. Amma, 
məhz tarix ən ali və  ədalətli hakimdir. Dünyada monqol 
imperiyası yoxdur. Xalqımızda həmin dövr barədə xoş 
xatirələr də qalmayıb”. 
Əsgər Akayev,
Qırğızıstan Respublikasının prezidenti
(«Qırğızlar Çingizxan dövründə» 
«Qırğız dövlətçiliyi və 
Manas xalq eposu». 2002 –ci il.)


193
“...Bəzi cahil araşdırmaçılar Qazax xanlığını Çin-
gizxanın davamçılarının yaratdığı ordalarla bir sırada 
qoymaq istəyirlər.  Şübhəsiz ki, Çingizxanın varisləri qa-
zaxıstan çöllərinə valeh olub və buraları daimi məskən-
lərinə çeviriblər. Amma, cəmi bir əsr ərzində özlərinin də 
qıpçaqlara  çevrilmələrinin heç fərqinə  də varmayıblar. 
XIV  əsrin  əvvəlində Ak orda qazax xanlığına çevrilməyə 
başladı (amma, çevrilmədi)...”
Manaş Kozıbayev
(«Örkeniet jəne ült». 
«Sözlük» nəşriyyatı, 2001)
“...Misir hökmdarı Sultan Beybars Çingizxanın 
əsirləri satması  nəticəsində  hələ  uşaq ikən qərib ölkəyə 
düşən kəslərdən olub. Bu Beybars 1277-ci ildə Suriyada 
Albistan adlı yerdə monqollara qarşı döyüşüb və onları 
darmadağın edib.
...Çingizxan istilası qazax torpağında inkişafı 300 illiyə 
saxlayıbsa, cunqar basqını  nəticəsində 150 il təkamüldən 
geri qalmışıq. Rusiya müstəmləkəçiliyi isə inkişafımızın 
qarşısını 250 illiyə alıb. 
...Çingizxanın məqsədi Maqauinin yazdığı kimi 
türklərlə monqolları birləşdirib güclü bir dövlət yarat-
maq deyildi. Belə bir fi kir onun heç ağlına da gəlməyib. 
O, qarşısına belə  məqsəd qoysaydı türkləri və monqolları 
dünyaya səpələməz və kütləvi surətdə  qırmazdı. Onun 
bütün fəaliyyəti yalnız qəsbkarlığa köklənmişdi. Belə qana 
susamış bir insana necə  pərəstiş eləmək olar, bizim dahi 
əcdadımız Abayla necə bir eləmək olar və onların portret-
lərini necə bir yerdə asmaq olar? Bu heç ağlasığan deyil. 
Bizim ulu babamız Abayın ruhu Maqauini bağışlayarmı? 


194
Mən çox təəccüb edirəm ki, yazıçı olsa da, o, bir-birindən 
yerlə göy qədər fərqli olan bu iki insan arasında təfavüt 
görmür...” 
Sayden Joldasbayulı,
Tarix elmləri doktoru, 
Qazaxıstan Dövlət Universitetinin 
Qazax xalqının qədim və orta əsrlər 
tarixi kafedrasının professoru
(«Çingizxan alicənabdırmı?».
«Ana tili», № 24, 06.06.2002 )
“Bizim tanınmış şair Muxtar Şaxanov yeni işıq üzü 
görmüş poemasına görə  qərb ölkələrində mükafatlar 
alıb, laureat olub. Bu sevindirici xəbərdir. Amma, Mux-
tarın  şair kimi istedadlı olması bu gün bəlli olmayıb. 
Niyə  qərb onu bu vaxta kimi görmürdü, amma indi 
gördü? Çünki, poemada onlara sərf edən sözlər var...  
Köçərilər və Çingizxan kimi rəhbərlər, ümumiyyətlə 
Şərq ölkələri Qərb ölkələrinin ürəyincə deyil”.   
Dosmuxammed Kişibekov,
professor
 («Akikat», № 11, 2002 –ci il.)
“Qazaxıstanda Şaxanovun romanından sonra Çin-
gizxan  ətrafında başlayan mübahisələrə (radio və tele-
viziya nəzərə alınmadan) 63 qəzet və jurnal da (sonra-
dan onların sayı 80-dən yuxarı qalxıb) qatılıb. Ekspert 
rəyinin olmamasından istifadə edərək və demokratiya 
pərdəsi arxasında gizlənərək böyük bir qrup böyük 
xaqana bəraət qazandırmaq və onu təmizə  çıxartmaq 
istəyir.  Ola bilər ki, onlar monarxiyadan ötrü nostalji 
hissləri keçirirlər. Təəccüblənməkdən başqa bizə heç nə 
qalmır. 


195
Bir acı həqiqəti demək lazımdır. Çingizxan 1219-cu 
ildə Orta Asiya və qazax torpaqlarına yürüşünu Otrar 
sivilizasiyasını məhv etməkdən başlayıb. O vaxtdan düz 
1917-ci il Oktyabr çevrilişinə kimi, 700 il ərzində nəhəng 
qazax çöllərinə yalnız Çingizxanın varisləri sahib olu-
blar. Çoxsaylı qazax qəbilələrindən heç biri hakimiyyət 
olimpinə yaxın buraxılmayıb.  Bu nədir? Bu o demək-
dir ki, 700 il ərzində qazax xalqının imkanlarından və 
siyasi qüvvələrindən istifadə edilməyib və onlara təlabat 
olmayıb. Bizim tarix institutu və bəzi tarixçilər isə mon-
qol hökmdarının bütün insanlığa və bizim əcdadlarımı-
za qarşı cinayətləri nəzərə almamaları bir tərəfə, hələ 
bu günə kimi bir suala cavab axtarırlar ki, Çingizxan 
alicənab adamdır, yoxsa zalım, dağıdıcı qüvvələrin hök-
mdarı? Yəqin ki, hər bir alim ilk növbədə humanist ol-
malıdır. Yoxsa bu, əsrlər boyu bizim qanımıza və canımı-
za işləyən güclüyə tabe olmaq psixologiyasıdır?   
Kusain Rısaldı,
Abılay xan adına Qazaxıstan 
Beynəlxalq əlaqələr və dünya dilləri 
universitetinin prorektoru
 («Ana tili», 14 noyabr 2002-ci il)
“Xalqın hörmət etdiyi tanınmış insanları darma-
dağın etdikdən sonra cənab Maqauin kimə hücum et-
məliydi?  Şöhrəti və avtoriteti əlçatmaz olan, dünyada 
mənəviyyatlılığın patriarxı kimi qəbul edilən Aytmat-
ovu ləkələmək və biabır etmək kifayətdir ki, Maqauinin 
“eqo”-su göylərə pərvazlansın? Maqauin planlı şəkildə, 
yorulmadan Aytmatovu qaralamaqla məşğuldur”. 
Raxımjan Otarbayev
 («Tarixə düşmək çətindir, çıxmaq asan».
«Jas Alaş», 6 fevral 2003-cü il.)


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə