Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə57/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   53   54   55   56   57   58   59   60   ...   93

204
qazandırmaq üçün Qoloşekin deyirdi ki, Qazaxıstanda hələ Sovet 
hakimiyyəti tam qurulmayıb. Ona görə də “kiçik Oktyabr İnqilabı” 
eləmək lazımdır. O, onsuzda güclə dolanan qazax kəndliləri üçün 16 
yeni vergi növü təyin eləmişdi. Onlardan biri buynuz vergisi idi. Hər 
ev 4-5 kiloqram, bəzi yerlərdə isə daha çox buynuz verməliydi. İn-
sanlar buynuz axtarışında hər yeri ələk-vələk eləmişdilər. Bu vergini 
ödəmək üçün camaat öz mal-qarasını və ərzağını buynuza dəyişirdi. 
Vergi toplayanlar yuxarılardan verilən instruksiyaya uyğun olaraq 
yığılmış buynuzları aulların və şəhərlərin kənarlarında bir yerdə qa-
laqlayaraq üstünə neft töküb yandırardılar. Düşünülməmiş kollek-
tivləşmə və qarətçi vergi qoyma nəticəsində bir çox aullar tamamilə 
yox olurdu. Hətta bəzən ölənlərin cəsədlərini torpağa basdırmaq 
üçün də heç kim tapılmırdı.
Sağ qalanların böyük bir qismi canlarını qurtarmaq üçün Ru-
siyaya, Qırğızıstana, Türkmənistana, Özbəkistana və Tacikistana, 
oradan isə  Əfqanıstana və  İrana qaçırdı. Amma, daha çox adam 
Şərqi Türküstana (Çin) qaçırdı. Xeyli adam yollarda ölmüşdü. Son-
ralar bu ölkələrdən qaçqınlar Türkiyəyə və başqa Avropa ölkələrinə 
köçərək orada məskunlaşıblar. Bu hadisələr nəticəsində bu gün qa-
zax xalqının üçdə biri xaricdə yaşayır. 
Bəzi araşdırmaçılar hesab edir ki, dünyadakı qazaxların ümumi 
sayı  təxminən 15 milyon nəfərdir.  Əgər qazax xalqının məhv 
edilməsinə yönəlmiş aksiyalar arasında xüsusi yer tutan qoloşekin 
aclığı olmasaydı bu gün qazaxların sayı 40 milyon nəfəri ötərdi. 
Vaxtilə N.S.Xruşov da etiraf edirdi ki, Stalinin təqsiri üzündən 
Qazaxıstanda dəhşətli aclıq olub. O, guya ki, o vaxt bu barədə Stalin-
lə danışıb və belə bir cavab alıb: “Bu sarı bəladan ancaq bu cür qur-
tulmaq olar”. Qazax xalqına üz verən bu fəlakət barədə millətin zi-
yalıları da yazmağa, danışmağa cürət etmirdilər.  Onlar ağızlarına 
su almış kimi susurdular. Yalnız üç nəfər özünü qurban verərək bu 
barədə ucadan danışa bildi. Onlardan biri cəsarətlə hakimiyyətin 
hərəkətlərinə qarşı  çıxaraq “beşlərin məktubu”-nu təşkil edən Qa-
bit Musrepov idisə, ikincisi Stalin hakimiyyətinə layiqli müqavimət 


205
göstərən Turar Rıskulov idi. Bu sırada üçüncü şəxsiyyət isə Oraz 
Jandosov olub. Qəzəblənmiş Qoloşekin Musrepovu Kostanaya altı 
aylığa ezamiyyətə göndərərək hiyləgərcəsinə deyir: “Gördüyün səh-
vləri özün düzəltməyə kömək elə”. Əgər bu ərəfədə Stalin Qoloşe-
kini vəzifəsindən çıxartmasaydı, məlum deyildi ki, Musrepov Al-
ma-Ataya sağ-salamat qayıdacaq, ya yox... 
- Bunu Musrepovun birinci qəhrəmanlığına yazaq, deyə Aytma-
tov barmağını qatladı. – Keçək ikinci qəhrəmanlığa. 
- Musrepovun ikinci qəhrəmanlığı isə  ədəbiyyat və icəsənət 
xadimlərindən heç birinin bacara biləcəyi iş deyildi, - mən həya-
canla dedim. – Yəqin qazax ədəbiyyatının klassiki Beimbet Maylin 
haqqında eşitmişiniz. Vaxtilə onlar Musrepovla ikisi bir yerdə pyes 
yazmışdılar. Elə  həyatda da ruhən bir-birinə yaxın adam olublar. 
1937-ci ildə təhlükəsizlik komitəsi Beimbet Maylini xalq düşməni 
kimi həbs etdikdə, Musrepov qəzəbli halda partiyanın Alma-Ata 
şəhər komitəsinə  gələrək “Beimbet Maylin düşməndirsə, mən də 
düşmənəm, son dərəcə cadiq bir insanı düşmən hesab edən bu cür 
kommunist partiyasının  sıralarında qalmaq istəmirəm” – deyib və 
partiya biletini stolun üstünə atıb. Belə igidlik və dosta, həmkara 
qarşı belə dürüstlük ümumiyyətlə o dövrün insanları üçün xarak-
terik cəhətlər deyildi. Sizin adını  çəkdiyiniz o dörd yazıçıdan biri 
onun evinə  zəng edərək deyir: “Qabit, sən daha gedirsən... Bəlkə 
evini saxlayasan bizə, biz də öz dualarımızda səni tez-tez yad edər-
ik”. Əlbəttə, əgər Musrepov “xalq düşməni” olsaydı, onun arvadı da 
hökmən ALJİR-ə salınardı.  Yəqin rus dilində ALJİR kimi yazılan 
abreviaturanın mənasını bilirsiniz – bu “Akmola xalq düşmənləri 
arvadlarının düşərgəsidir(Акмолинский  лагерь  жен  изменников 
родины)”. Uşaqları isə yetim uşaqlar üçün uşaq evinə qoyacaqdılar. 
- Mən sənə qazax ədəbiyyatı klassiklərindən dörd nəfərin adını 
çəkdim – Auezov, Mukanov, Musrepov və Mustafi n. Onlardan hansı 
Musrepovdan evi ona saxlamağı istəmişdi? – Aytmatov maraqla 
soruşdu. 
- Bübüt bu hadisələr barədə Musrepov özü mənə ətrafl ı danışıb, 
- mən dedim. – O, bunu kim olduğunu da demişdi, amma xahiş 


206
eləmişdi ki, bu sirri  heç vaxt açıqlamayım. Bu böyük insanın ruhunu 
incitməmək üçün mən bunu heç kimə deməmişəm. 
-Şəhər komitəsinə gedərək “Maylini düşmən sayan kommu-
nist partitasında qalmaq istəmirəm” demək və partiya biletini at-
maq o vaxt intihar etmək kimi bir şey idi, - Aytmatov dedi. – Mən 
təəccüblənirəm ki, bundan sonra Musrepov necə sağ qalıb və xalq 
düşməni kimi güllələnməyib. 
-Partiya komitəsindən çıxdıqdan sonra, Musrepov işə gedərək 
Moskvaya, Yazıçılar ittifaqına zəng edib və onunla dost olan Alek-
sandr Fadeyevlə danışıb, - deyə mən davam elədim. -   Bəzən insanın 
taleyi bir anda həll olunur. Fadeyev artıq kabinetdən çıxıb Mərkəzi 
Komitəyə gedirmiş, kandarda katibə bildirir ki, Musrepov təcili işlə 
bağlı  zəng edib. O, təzədən kabinetə qayıdır. Musrepovla danışıb 
məsələdən tam hali olduqdan sonra Fadeyev Kommunist Partiyası 
Mərkəzi Komitəsinin   Musrepovu Qazaxıstan rəhbərliyinə “tapşır-
masına” nail olur. Beləliklə Fadeyevin sayəsində Musrepov güllələn-
mir. Bir dəfə 1989-cu ildə, mən SSRİ xalq deputatı olan vaxt Qabit 
Musrepovun iki qəhrəmanlığı barədə Andrey Saxarova danışdım 
və o dedi: “Alma-Atada olanda məni də bu adamın məzarı üstünə 
aparın. Mütləq onun qəbri üstünə bir dəstə qırmızı qərənfi l qoymaq 
lazımdır”. Amma, bundan bir qədər sonra Saxarov həyatdan köçdü. 
Mən sonralar bu böyük insanın sözlərini xatırlayaraq qırmızı qərən-
fi llərdən ibarət böyük bir buket düzəltdirib üstündə “Andrey Sax-
arovdan” sözlərini yazdırdım və Musrepovun Kensaydakı  məzarı 
üzərinə qoydum. Elə bil çiyinlərimdən böyük bir yük düşdü və qəl-
bən rahatlıq tapdım. 
Bir qədər susduqdan sonra Aytmatov dedi: 
-Bir vaxtlar yazıçılar arasında Musrepovun cavan bir qız-
la evlənməsi barədə  gəzən söz-söhbət xatirimdə qalıb. Moskva-
da Yazıçılar ittifaqının plenumunda fasilə vaxtı Berdı Kerbabayev 
kənara çəkib dedi: “Qazaxıstanın bəzi yazıçıları  şikayət yazıblar 
ki, Musrepov nəvəsi yaşında olan cavan qızla evlənib. Neyləsin ki, 
ömür boyu axtardığı adamı yalnız qocalandan sonra tapıb? Özü də 
axı bu hərənin öz şəxsi işidir”. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə