218
Əgər haqqın üzərində
Nahaqq gülüb əylənirsə,
Bildirçinlər qalib gələr
Hər sahədə tez törəyər.
Bu tikanı kim çıxaracaq
Mənəviyyat ürəyindən?
Məcrasına kim yönəldər
Yalançı demokratları,
və ya vəhşi kapitalizmi?
Mənəviyyat zirvəsinə
Xalq heç vax yüksələ bilməz
Əgər o öz dahilərin,
Öz haclmukanların
Qoruyub uca tutmasa.
- Çox dəqiq müşahidədir. Bizə bütün sahələrdə hacımukan-
sayağı güclü istedadlar lazımdır, - Aytmatov dedi. – Başqa ölkələri
bir kənara qoyaraq yalnız Qırğızıstan və Qazaxıstanı götürsək,
təhsildə, elmdə, siyasətdə, kənd təsərrüfatı sahələrində bircə nəfər
də hacımukansayağı istedadlı şəxsiyyət meydana gəlməyib – bizim
ümumi bəlamız.
- Amma, siyasət sahəsində özünü dünya səviyyəsində təri-
fl əmək, milçəkdən fi l düzəltmək işində Qırğızıstan heç Qazaxıstanın
tozuna da çatmaz. Buna görə yəqin
məndən inciməzsiniz, - mən
zarafatla dedim. – Nə isə, bu nailiyyətlərimizi bir tərəfə qoyaq...
Bizdə çox-çox əvvəl kənd təsərrüfatı sahəsində Nurmolda Aldaber-
qenov adlı hacımukansayağı bir istedadımız var idi. O, Taldıkorqan
şəhəri (indi Almatı vilayətinin administrativ mərkəzi) yaxınlığında
bir təsərrüfata başçılıq edirdi. Nurmolda-ağa ötən əsrin 50-60-cı
illərində rəhbərlik etdiyi kolxozda ikimərtəbəli evlər tikib, iki istiqa-
mətli yollar çəkdirib, gözəl bir mədəniyyət sarayı ucaltmışdı. O vaxt
kənd yerlərində belə cah-cəlal olmurdu. O, həmdə mənəvi cəhət-
dən inkişaf etmiş insan imiş. Baurjan Momışulı və sabit Mukanov
219
kimi şəxsiyyətlərlə ünsiyyətdə olar, dostluq edərmiş. Ən
qəribəsi isə
budur ki, Sosialist Əməyi Qəhrəmanı adını almasına baxmayaraq, öz
təsərrüfatında daha 20 zəhmətkeşin belə adla mükafatlandırılmasına
nail olmuşdu. Başqası deyərdi ki, bir aulda bir qəhrəman olar. Həm
də xaricdə olanda o, başqalarından fərqli olaraq, özünü dartmırdı,
vaxtını boş yerə itirmirdi. Xaricdən təkcə Qazaxıstanda yox, bütün
İttifaq ərazisində indiyədək bitməyən 39 müxtəlif meyvə və gül
növləri gətirmişdi. Bizim paxıllıq edən, özgənin şan-şöhrətini gö-
zləri götürməyən qardaşlarımız isə lap Xruşovun özünə şikayət mək-
tubları yazmaqdan yorulmurdular. Nəticədə vəzifəsindən getməyə
məcbur oldu və onu ən geridə qalmış bir
təsərrüfata göndərməyi xa-
hiş etdi. İki-üç il ərzində isə bu təsərrüfatı da öncüllər sırasına çıxart-
dı. Bax bu əsl hacımukansayağı təsərrüfatçı istedadıdır.
- Məncə Xruşovun vaxtında siyasətdəki yumşalmalar səbəbindən
hakimiyyət özü də bilmədən bu cür hacımukansayağı istedada malik
Nurmoldıların meydana çıxmasına imkan verib, - Aytmatov dalğın-
dalğın dedi. – Keçən il öz sahəsində böyük bir elmi kəşf etmiş alim
yanıma gəlmişdi. Bu kəşfi n nəinki tətbiq edilməsi, hətta faydal-
ılığının sübut olunması üçün də milyon dollara yaxın vəsait tələb
olunurdu. Hamı isə qorxur ki, birdən sübut edə bilmədi?
Problemlər
çoxdur. Bizim zəmanədə nadir hallarda olsa da təsərrüfatda, siyasət-
də, təhsildə, elmdə ayağa qalxıb səsini çıxartmaq istəyən hacımukan-
sayağı istedadlı insanların yolları çox daraldılıb. Onları yerə yıxmaq,
kürəklərini yerə vurmaq isə bildirçin istedadların əsas işidir. Amma,
bu ədalətsizlik çox vaxt nadanlıqdan doğur. Ona görə də yadda sax-
lamaq lazımdır ki, hacımukansayağı istedadlar olmadan, siyasət,
elm və texnika, istehsalat və təsərrüfat, ədəbiyyat
və incəsənət ink-
işaf edə bilməz. Hacımukanlarsız dövlətin və millətin gələcəyi çox
dumanlı və şübhəlidir.
Biz bir müddət hərə öz düşüncələrinə qərq olaraq susduq. Jambıl
şəhərindən keçəndə, Aytmatov yəqin çox yorulduğu üçün mürgüləy-
irdi. O saat sürücüyə “qazı bas” işarəsi verib mən də gözlərimi yum-
dum. Çingiz Torekuloviçin qabaqda oturan yaxın qohumu, uzun yol-