Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə63/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   59   60   61   62   63   64   65   66   ...   93

228
Serqeyeviçin bu işdə yaxşı təcrübəsi var. Qısa müddət ərzində o, beş 
balıq, Aytmatov üçünü, Tasmaqambetov isə dördünü tutdu. Mən iki 
balıqla kifayətlənməli oldum... 
Bir qədər sonra bizi uxa yeməyə çağırdılar. Müxtəlif mövzularda 
söhbət etdik. Masabəyi İmanqali idi. Mən fi kir verdim ki, o, Mixail 
Serqeyeviçin tam rəğbətini qazanıb. Onlar tez-tez bir-biriləri ilə 
zarafatlaşırdılar. 
Bir neçə saatdan sonra fasilə elan etdik və  gəzişməyə  çıxdıq. 
Mən Qorbaçova dedim: “Sizinlə  şəxsi söhbətim var”, - və  kənara 
çəkilməyi təklif etdim. 
- Mixail Serqeyeviç, - mən qısa pauzadan sonra dedim, - mən 
siyasətçi deyiləm. Amma, məcbur olmuşdum ki, müvəqqəti olaraq 
poeziyadan siyasətə keçim... Siz bir neçə il Sovet İttifaqı kimi nəhəng 
bir ölkəyə  rəhbərlik etmişiniz. Mən sizin iki nailiyyətinzi yüksək 
qiymətləndirirəm. Siz sovet totalitar sistemini demokratiyaya tərəf 
çevirdiniz. Bunu dəyərləndirməmək  ədalətsizlik olardı. Təəssüf 
ki, siz qarşısını özünüz açdığınız demokratik axının idarəetməsini 
itirdiniz. Bu mənada həm nailəyyətlər, həm də səhvlər çox olub. Bu 
barədə çox danışır, çox yazırlar. İkinci böyük xidmətinizsə o olub 
ki, şəxsiyyətə pərəstişə imkan vermədiniz. Siz hakimiyyətin ən incə 
və ən zəif tərəfi nin təsirindən qoruna bildiniz. Amma, demokratiya 
yolunda sizin yol verdiyiniz səhvlərdən biri də 1986-cı ilin dekabr 
hadisələridir. Bütün qazax xalqı, bütöv respublika birinci il deyildi 
ki,  əziyyət çəkirdi. O faciənin vurduğu yaralar hələ  də  sızıldayır. 
Uzaq 60-cı illərin Novoçerkassk hadisələri və o zaman  çoxlu insanın 
həlak olması barədə məlimatlar ictimaiyyətə yalnız 30 ildən sonra 
açıqlandı. Dekabr hadisələri də  məxfi ləşdirilib (bu zaman Mixail 
Serqeyeviçin üzünün ifadəsi dəyişdi, amma mən davam elədim). 
Nə isə, sizin bilavasitə rəhbərliyiniz vaxtı baş verən o hadisələrdən 
sonra ilk dəfədir ki, Qazaxıstana gəlmisiniz. Sizin qazax xalqından 
üzr istəmək niyyətiniz yoxdurmu? 
Mixail Sergeyeviç özünü itirmiş kimiydi. 


229
- Yoldaş Şaxanov, - uzun süküutdün sonra o, dedi. – Düzdür, 
səhvə yol verilib, amma mən axı Dekabr hadisələrində  tək iştirak 
etmirdim. Siz niyə Siyasi büronun digər üzvlərini nəzərə almırsınız? 
Bu an mənim cib telefonum zəng çaldı. Yayınmaq istəməsəm 
də, telefon susmadan “qışqırırdı”. Üzr istəyib mən cavab verdim – 
bu Dekabr hadisələrinin araşdırılması ilə məşğul alan fəallardan biri 
Amanjol Nalibayev idi. 
- Muke, - o dedi, - biz eşitmişik ki, Qorbaçov Qazaxıstana gəlib. 
Bir neçə dekabrist birlikdə bir plakat hazırlayıblar: “Qorbaçov, 
Qazaxıstandan rədd ol!”. Amma, onu axtarmaqdan yorulmuşuq. Siz 
bilmirsiniz o harda olar? 
- Bu dəqiqə elə həmin adamla danışıram, - dedim.  
Və Qorbaçovun məni anlaması üçün həmin sözləri rus dilində 
də təkrarladım. Telefonu Qorbaçova göstərib dedim: 
- Mixail Sergeyeviç, dekabr üsyanının iştirakçıları  zəng 
ediblər.  Əgər qazax xalqından üzr istəməsiniz onlar “Qorbaçov, 
Qazaxıstandan rədd ol!” şüarları ilə küçəyə sıxacaqlar. 
Mixail Serqeyeviç qıpqırmızı oldu. Bir müddət sonra dedi: 
- Yaxşı, səhvimizi etiraf edirəm. Və  əgər istəyirsinizsə üzr 
istəyim, istəyərəm. 
Piknikdən sonra Almatıya qayıdan kimi Muxtar Kul-Muxamedin 
jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında  Qorbaçov qazax 
xalqından üzr istədi. Qorbaçovun bu vətəndaş məsuliyyətinə dəyər 
verməmək düz olmazdı. Buna görə sağ olsun.  Amma, o danışarkən 
günahın böyük bir hissəsini Kunayevin üzərinə atdı.. 
Hələ 1985-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi 
və Daxili İşlər Nazirliyi “yerlərdə demokratiya bəhanəsi ilə 
hakimiyyətə tabe olmamanın qarşısının tez və hay-küysüz alınması 
üçün” “Çovğun” adlı  əməliyyatın ssenarisini hazırlamışdılar. 
Amma, bu yeniliyin müəllifl əri “məhsullarını” sınaqdan keçirmək 
üçün yer tapa bilmirdilər. Buna görə də “Çovğun” düz bir il iki ay 
siyirmədə qaldı. Demokratiya ruhu ilə qanadlanmış gənc oğlan və 
qızlar Alma-Ata küçələrinə çixdıqda isə əməliyyatın müəllifl əri öz 


230
aralarında məsləhətləşirlər. Nəticədə  SSRİ Dövlət Təhlükəsizliyi 
Komitəsinin sədri V.M.Çebrikov SovİKP MK-nın baş katibi 
Qorbaçovun qəbuluna gəlir və “Çovğun”  əməliyyatının Alma-Ata 
meydanında toplaşan gənclərin üzərində sınaqdan keçirilməsi barədə 
şifahi razılıq alır. Əlbəttə, bu xalqa qarşı cinayətə bərabər olan bir 
addımdır. Novosibirsk, Çelyabinsk, Daşkənddən ordu hissələri cəlb 
edilməsəydi, silahsız gənclərə qarşı güc tətbiq edilməsəydi, 1986-cı 
ilin Dekabr hadisələri də olmayacaqdı. Buna görə  də bu cinayətə 
görə məsuliyyət bütünlüklə ali hakimiyyətin üzərindədir. 
2007-ci ildə Moskvada Aleksandr Şevyakinin Dövlət 
Təhlükəsizlik Komitəsinini sirrlərinin üstünü açan  “Lubyankanın 
17 sirri” adlı kitabı işıq üzü gördü. Bu sırada 13-cü sirr – 1986-cı ilin 
Dekabr hadisələridir. Bu kitabı, çapdan çıxan kimi mənə tanınmış 
jurnalist Ermek Zanqirov bağışladı. Kitabdan bu sətirlərə diqqət 
yetirək: 
“1986-cı ilin sənədlərinin  əsilləri deputat Şaxanovun 
Komissiyası işə başlayandan sonra məhv edilib. Komissiya 
isə demək olar ki, 1989-cu il iyunun 6-da SSRİ xalq 
deputatlarının I qurultayındakı  çıxışdan sonra fəaliyyətə 
başlayıb. De-yure isə komissiya Qazaxıstan SSR Ali 
Soveti Rəyasət Heyətinin fərmanı ilə 1989-cu il iyulun 
1-dən yaradılıb. Onun işinə DTK-nın keçmiş işçiləri cəlb 
edilmişdilər... 
Bütün vasitələrlə respublikada belə  rəy yaratmağa 
çalışırdılar ki, Dekabr hadisələri iştirakçılarına Vətənlərini 
satan adamlar kimi yanaşılsın[13.02.СЗЗ.]”. 
Əgər digər tərəfdə minlərlə məhv edilmiş talelər olmasaydı, bu 
cinayətlər silsiləsinin bu tərəfi ndə duranların hazırcavablılıqları və 
fərasətlərinə yalnız heyran qalmaq olardı.  
Hərdən müxtəlif illərdə mövcud olmuş rəhbərlərin hərəkətlərini 
və  fəaliyyətini analiz edərkən, belə bir fi krə  gəlirsən ki, müasir 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə