Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə71/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   67   68   69   70   71   72   73   74   ...   93

253
Amma, Nazirlər  Şurasının xəstəxanasının rəhbərliyi (elmlər 
doktorları, akademiklər) 13 nəfər tərəfi ndən imzalanmış  sənəd 
– arayış hazırlamışdı. Bu arayışda deyilirdi: “Şaxanov miokard 
infarktının mürəkkəb formasını keçirdiyinə görə, ona təyyarəyə 
minmək olmaz və o bundan sonra da xəstəxananın həkimlərinin 
ciddi nəzarəti altında qalmalıdır”. 
Aytmatov növbəti dəfə zəng edəndə mən xəstəxana rəhbərliyinin 
narazılığını çatdırdım. O, dedi: 
- Mən telefonla Ertan bəylə danışmışam. Deyir bunun heç bir 
təhlükəsi yoxdur. İnfarktdan sonra məni də  təyyarə ilə Türkiyəyə 
aparmışdılar. Həkimlərin etirazını başa düşmürəm, axı bilirlər ki, 
Qazaxıstanda sənin üzərində  cərrahi  əməliyyat aparmaq üçün heç 
bir şərait yoxdur...
- Buna görə narahat olmayın, - mən dedim. – Ürəyin sahibi 
mənəm, yoxsa onlar? Mən özüm qərar verirəm.  Əgər Qazaxıstan 
rəhbərliyi mənim qeydimə qalırsa, mən birinci dəfə infarkt olanda 
bəs harda idi? Mənim göndərdiyim məktubu niyə cavabsız qoydular?  
Bunun arxasında nələr durur, siz özünüz də bilirsiniz. 
Ertan Demirtaş Nazirlər Sovetinin xəstəxanasının rəhbərliyinə 
bu məzmunda yazılı iltimas verdi: “Şaxanovun səhhətinə görə bütün 
məsuliyyəti öz üzərimə götürürəm”. 
Beləcə məni bir başa çarpayıdan təyyarə ilə Türkiyəyə apardılar. 
İstanbulda xəstəxanada uzananda da Aytmatov gündə bir 
və ya iki dəfə  zəng edirdi. Hətta Brüsseldən gəlmək istəyirdi ki, 
mənə  dəysin, amma, mənimlə Ertan Demirtaş buna etiraz etdik. 
Çünki, Aytmatovda ürək  şatışmazlığı ilə yanaşı  şəkərli diabet də 
kəskinləşmişdi. 
Türk oxucuları arasında Aytmatovun əsərləri ən populyar imiş. 
İstənilən türk vətəndaşı Aytmatovu çox sevirdi.  Buna görə də Harun 
Tokakın rəhbərlik etdiyi “DA” (Dialoq Avrasiya) nəşriyyatında 
bizim «Uçurum üzərində ovçu fəryadı» kitabımız bir neçə dəfə təkrar 
nəşr edilmişdi. Mənim romanlarım - “Sivilizasiyanın yanlışlığı” və 
“Cəzalandıran yaddaşın kosmoformulu” da bu ölkədə populyarlıq 
qazanmışdı. Bir müddət sonra Qebze şəhərində Ç.Aytmatova türk 


254
xalqları içində “Dünyanın əm yaxşı yazıçısı”, mənə isə türk xalqları 
içində “Dünyanın  əm yaxşı  şairi” adının verilməsi qardaş ölkədə 
Aytmatovla mənim səmimi dost münasibətlərimizə marağı daha 
da artırdı. Mən xəstəxanada olanda Qazaxıstan səfi rliyinin  məsul 
işçisi Bakıtjan Ordabayev də öz qayğısı  və qardaşlıq münasibəti 
ilə xüsusi vətəndaş  təəssübkeşliyi göstərdi. Bir çox tanınmış türk 
qardaşlarımız mənim yanımda idilər. Bir dəfə  İstanbulun keçmiş 
meri, sonradan bizneslə məşğul olan Bedretdin Dalan da gəlmişdi. 
Tərcüməçi vasitəsilə biz üç saata yaxın söhbət etdik. Onun mənim 
əsərlərimi analiz etməsi, qaldırdığım milli və dünya problemlərinə 
baxışı  və  məni Aytmatovla daha yaxın edən  mənəviyyatla bağlı 
fi kirlərə münasibəti çox maraqlandırdı. Düzünü desəm, öz ölkəmdə 
iş adamları arasında ədəbiyyata, mənəvi dəyərlərə belə maraq hiss 
etməmişdim.
O vaxt Qazaxıstan xəstəxanalarında infarkt keçirmiş xəstələrin 
əməliyat olunması mümkün deyildi. Türkiyə hökumətinin 
xüsusi diqqəti və pulsuz müalicə edilməyim məndə  və  mənim 
pərəstişkarlarımda dərin minnətdarlıq hissi yaratdı. 
Almatıya qayıtmazdan öncə Qazaxıstan səfi rliyinin nümayəndəsi 
ilə  İstanbulun apteklərindən birinə daxil olduq. Demirtaş o qədər 
dərman resepti yazmışdı ki, bunlar evdə  də  mənə iki-üç ay bəs 
etsin. Növbədə adam çox olduğundan, yanımdakı cavan oğlan məni 
yormamaq üçün aptek işçisinə mənim kim olduğumu dedi. O saat türk 
aptekçinin üzü güldü, sevincək yaxınlaşaraq mehribancasına əlimi 
sıxdı. O, Aytmatovla mənim birgə yazdığımız kitabı necə maraqla 
oxuduğunu dedi. Sonra resptdəki dərmanların hamısını tez yığıb 
verdi, amma pul götürməkdən imtina etdi. “Qoy bu mənim oxucu 
hədiyyəm olsun”, - dedi. Güclə bu oğlanı heç olmasa dərmanların 
qiymətinin yarısını götürməyə məcbur etdik. Elə həmin gün paltar 
mağazasına getdik. Mənim 300 dollara olan bir kostyum xoşuma 
gəldi. Amma, bir az balaca oldu. Tərcüməçi bunu satıcıya deyəndə o 
bizim haradan olduğumuzu soruşdu. Mənim adımı eşidəndə qadının 
gözləri parıldadı və o dedi: “Bu adamın anası 13 uşaq doğub, amma 
onlardan yalnız biri – bu şair sağ qalıb”. Bu mənim “Dörd ana” 


255
şeirimin məzmunu idi. Sonra tez mənim əynimə olan kostyum tapdı 
və bir qədər sonra bizi qonşu otağa çağırdı. Orada artıq bir neçə 
nəfər yığılmışdı. Bizi hazır süfrəyə dəvət elədilər. Süfrə arxasında 
hər kəs mənə  və Aytmatova öz böyük rəğbətini ifadə edirdi. 
Sağollaşanda bizdən kostyumun pulunu da götürmədilər və deilər 
ki, bu oxuculardan hədiyyədir. Mən çox təəccübləndim. Vətənimdə 
mağaza sahiblərindən heç vaxt belə münasibət görməmişdim. 
Sonralar mən bu hadisəni Aytmatova danışanda o dedi: 
- Türk qardaşlarımızın belə səxavətliliyi var. Mən də dəfələrlə 
onlardan belə xoş münasibət görmüşəm. 
İstanbulun bir televiziya kanalı Ç.Aytmatovla məni «Uçurum 
üzərində ovçu fəryadı» kitabına həsr olunmuş canlı  efi rə çağırdı. 
Aytmatov da elə həyat yoldaşı Məryəmlə Belçikadan təzə gəlmişdi. 
O da bizimlə bərabər telestudiyaya getmək istədi. O vaxt Çingizlə 
«Uçurum üzərində ovçu fəryadı» kitabında haqqında dınışılan 
Bübüsara arasında məhəbbət barədə çoxlu söz-söhbət var idi. Mən 
Aytmatova dedim: “Arvadınız da bizimlə gedir? Axı bəzi çoxbilmiş 
oxucular sizin Bübüsara ilə münasibətləriniz barədə sual verə 
bilərlər”. Amma o, sakit tərzdə dedi: “Gəlmək istəyir, qoy gəlsin. 
Studiyadan kənarda bizə qulaq asar”. 
Bir sözlə, canlı  efi r  başladı. Jurnalistlərin və oxucuların 
suallarının əksəriyyəti Bübüsara ilə Çingizin məhəbbəti barədə idi. 
Verilişi aparan jurnalist Aytmatova sual verdi: “Bəs indi buna sizin 
arvadınızın münasibəti necədir?” Onda mən dedim: 
-Çingiz bəyin arvadının adı – Məryəmdir. Çox savadlı, erudisiyalı 
bir insandır. O, ərinin bütün kitablarını oxuyub. Aytmatovun son otuz 
ildə yazdığı bütün əsərlərin ilk oxucusu və hətta ilk tənqidçisi olub. 
O, bizimlə birlikdə bura gəlib və indi tamaşaçı kimi efi rdən kənarda 
bizə baxır. İstəsəniz onu da bura dəvət edə bilərəm. Bəlkə Məryəm 
özü sizin bu suala cavab versin? 
Jurnalist müsbət cavab verdi. Məryəm Urmatovnanı bizim 
yanımızda oturmağa dəvət etdilər. O, həyacanla bildirdi ki, Çingizlə 
Bübüsara arasında məhəbbət onun cavanlığı dövründə olub. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə