Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə62/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   58   59   60   61   62   63   64   65   ...   93

224
Bundan başqa 1990-cı il noyabrln 23-də  mən Moskvada
Kömür Sənayesi Nazirliyinin konfrans zalında Sovet İttifaqının və 
xarici jurnalistlərin iştirakı ilə xüsusi müşavirə keçirdim. SovİKP 
MK-nın Siyasi Bürosunun üzvü M.Solomentsev, Qazaxıstan KP 
MK-nın keçmiş birinci katibi Q.Kolbin, SSRİ Dövlət Təhlükəsizli-
yi Komitəsinin keçmiş sədri V.Şebrikov da yazılı dəvət almışdılar. 
Amma, onlar müşavirədə iştirakdan imtina etmişdilər. 
Buna görə də mən 1986-cı ilin dekabrında Alma-Ata şəhərində 
üsyançıların dağıdılması zamanı yol verilən sui-istifadə halları  və 
səlahiyyətin aşılmasına görə Qorbaçovun və Solomentsevin məsuli-
yyətə cəlb edilməsi barədə məhkəməyə iddia verdim. Əvvəlcə hər 
şey yağ kimi gedirdi. Konstitusiya məhkəməsi mənim iddiamı qəbul 
etdi. Amma, sonra hakimiyyət məsələyə qarışdı  və  məhkəmə belə 
bir qərar verdi. 


225
QAZAXISTAN RESPUBLIKASI 
KONSTITUSIYA MƏHKƏMƏSININ
QƏRARI
«8» yanvar 1993-cü il. Alma-Аtа şəhəri
Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsi 
sədr M.T.Baymaxanov, sədrin müavini  İ.İ.Roqov, 
katib A.M.Nurmaqambetov, hakimlər J.N.Baişev, 
K.D.Calmuxambetov, U.K.İxsanov, Q.V.Kim, 
V.A.Malinovski, S.F.Udartsevdən ibarət tərkibdə 
olmaqla “Qazaxıstan Respublikasının Konstitusiya 
Məhkəməsi haqqında” qanunun 24-cü maddəsinə 
uyğun olaraq  vətəndaş M.Ş.Şaxanovun “Qazaxıstan 
Respublikasının Konstitusiya Məhkəməsi haqqında” 
qanunun 20-ci maddəsinə uyğun surətdə qaldırdığı 
vəsatətə əsasən “Qazaxıstan SSR dövlət hakimiyyəti və 
idarəetmə orqanları, həmçinin administrativ, məhkəmə 
və hüquq-mühafi zə orqanları, onların səlahiyyətli 
şəxslərinin Alma-ata şəhərində dekabr (1986) hadisələri 
ərəfəsində  qəbul etdikləri qərarların konstitusiyaya 
uyğunluğu  barədə” məsələyə baxaraq
Qərara alıb:
M.  Şaxanov öz vəsatətində  işlə bağlı  qərar və 
hərəkətlərinin konstitusiyaya uyğun olmadığı iddia edilən 
tərəfl ər qismində SovİKP MK-nın Baş katibi M.Qorbaçovun,   
SovİKP MK-nın Siyasi Bürosunun üzvü, Partiya nəzarəti 
Komitəsinin sədri M.Solomentsevin məhkəməyə  cəlb 
edilməsini istəyib və bunu dekabr hadisələri zamanı cəza 
tədbirləri siyasətinin onlar tərəfi ndən müəyyənləşdirilməsi 
ilə izah edib.  


226
M.Şaxanov onun fi krincə işə bilavasitə aidiyyatı olan 
bir sıra sənədləri sadalayaraq onların tələb edilməsini və 
işə əlavə olunmasını xahiş edib.  Bundan başqa o, dekabr 
hadisələri ilə bağlı Qazaxıstan Respublikasının Baş 
Prokuroru J.Tuyakbayevin dindirilməsində təkid edir. 
Konstitusiya Məhkəməsi “Qazaxıstan Respublikasının 
Konstitusiya Məhkəməsi haqqında” qanunun 25-ci 
maddəsini rəhbər tutaraq 
Qərara alır:
1. Sadalanan sənədlərin tələb olunması və onların işə 
əlavə olunması barədə iddiaçının vəsatəti təmin edilsin. 
2. M.Qorbaçovun və M.Solomentsevin qərar və 
hərəkətləri konstitusiyaya uyğun olmayan tərəfl ər 
qismində  məhkəməyə  cəlb edilməsi barədə  vəsatət təmin 
edilməsin, beləki, keçmiş SSRİ-nin vəzifəli  şəxslərinin 
qərar və hərəkətləri Qazaxıstan Respublikası Konstitusiya 
məhkəməsinin səlahiyyətləri çərçivəsinə daxil deyil.
3. Baş prokuror J.Tuyakbayevin dindirilməsi barədə 
vəsatət məhkəmə araşdırmasının müvafi q  mərhələsinə 
qədər açıq saxlanılsln. 
Qərar  qətidir və şikayət qəbul edilmir. 
Qazaxıstan Respublikası 
Konstitusiya Məhkəməsinin Sədri
M. BAYMAXANOV
Qazaxıstan Respublikası 
Konstitusiya Məhkəməsinin katibi
A.NURMAQAMBETOV
Biz Aytmatovla birlikdə  İmanqalinin dəvəti ilə Qazaxıstan 
Respublikasının Medeo yaxınlığındakı istirahət zonasında yerləşən 


227
keçmiş iqamətgahına gedərkən yuxarıda haqqında danışılan hadisələr 
bir-bir gözümün qarşısından keçdi. 
Bizim qabağımızca iqamətgahdan Dariqa Nazarbayevanın 
“Xəbər” televiziya agentliyindəki müavinlərindən biri, saçlarını 
Kotovskisayağı  qırxdırmış Vladimir Rerix çıxdı. Başa düşdüm 
ki, o, Qorbaçovla müsahibədən qayıdır. Elə bu vaxt mənim mobil 
telefonum zəng çaldı. Berlindən Qırğızıstan Respublikasının keçmiş 
baş naziri, indi Almaniyada səfi r  işləyən Apas Jumaqulov zəng 
eləmişdi.  İşarə ilə Aytmatova bildirdim ki, məni gözləməsinlər və 
iqamətgahın holunda qaldım. 
Apas Jumaqulov hakimiyyət nümayəndələri arasında züsusi 
hörmət bəslədiyim  şəxs idi. Onunla uzun söhbətdən sonra mən 
otağa girdim və  İmanqali Tasmaqambetov, Muxtar Kul-Muxamed 
və Almatının akimi Biktor Xrapunovun Mixail Serqeyeviç və 
Çingiz Torekuloviçlə qızğın söhbət etdiklərini gördüm. Məni görən 
Qorbaçov: “Ooo, mənim köhnə dostum!” – deyərək yerindən durdu 
və məni qucaqladı. İmanqalı təklif verdi: 
- Hə, indi deyəsən hamı burdadır. Qoy bu gün, xüsusi, 
yaddaqalan bir gün olsun. Şəhərdən kənarda Turqen adlı bir yer 
var. Mixail Sergeyeviç və Çingiz Torekuloviçə bu yerləri göstərək. 
Balıq tutarıq, rahat dincələrik, - üzünü mənə  tərəf tutub – Muke, 
qalstukunuz çox gözəldir. Amma, yaxşı olarki, onu çıxardıb cibinizə 
qoyasınız. Bu gün qalstuksuz, səmimi bir ünsiyyət quraq! Necədir, 
dəstəkləyirsiniz? 
Mixail Serqeyeviç və masa arxasında əyləşən Kul-Muxamedlə 
Xrapunov qalstuk taxmamışdılar. Onlar əvvəldən artıq bu səfərə 
hazır idilər. Aytmatovla mən də dinməzcə qalstuklarımızı çıxardıb 
cibimizə qoyduq. 
40-50 dəqiqədən sonra Turqenə çatdıq. Sözsüz ki, burda təbiət 
bir başqadır. Yazın ortaları idi, amma hava tutqun idi. Hərəyə bir 
fufayka geyindirib böyük gölün yanına gətirdilər. Göldə əl boyda, 
bəlkə bir az da balaca balıqlar üzürdü. Bizə tilov və qarmağa 
keçirtmək üçün qurd verdilər.  O saat hiss olunurdu ki, Mixail 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə