Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə65/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   61   62   63   64   65   66   67   68   ...   93

234
Müəyyən vaxtdan sonra hamını zala dəvət elədilər və 
səsvermənin nəticələrini elan etdilər. Yeltsinin əleyhinə 940 səs 
olduğundan o Ali Sovetin üzvü ola bilmədi. Onun yerinə mən də pis 
oldum... Amma, mən nə edə bilərdim ki? 
Bəli, nə deyirlər, desinlər, Raisa Maksimovna öz ərinə son 
dərəcə sadiq bir insan idi. Buna görə  də Qorbaçovun səhvləri və 
yanlışlıqlarında heç şübhəsiz ki, onun da günahı var idi...
Məcburi dönüş:


235
YELTSIN VƏ KIÇIK XALQLARIN
KÜNCƏ SIXIŞDIRILMIŞ DILLƏRI
Rusiya kimi güclü bir dövlətə bir neçə il rəhbərlik etmiş 
Boris Yeltsin barədə kiçik xatirələrimi bir gülməli hadisəni 
danışmaqla başlamaq istəyirəm. 
Mən parlamentin toplantısında iştirak etmək üçün 
Almatıdan Astanaya uçmalıydım. Aeroportun deputat 
otağına mənim yeddi-səkkiz kiloqramlıq balaca çemodanımı 
böyük oğlum Kuanış  gətirdi. Amma, uçuş meydanına 
onu təbii ki, buraxmazdılar. Onun aeroport növbətçisi ilə 
söhbətini eşitdim ki, mənə infarkt keçirməyimlə  əlaqədar 
üç kiloqramdan artıq yük qaldırmaq olmaz. Onda mənim 
yanımda əyləşən, yenicə nazir vəzifəsinə təyin edilmiş cavan 
adam qazax dilində güclə danışa-danışa dedi ki: “Mukenin 
çemodanın mən apararam”.   
Biz uçuş meydanına tərəf gedəndə naziri müşayiət 
edən köməkçisi ya da yoldaşı zarafatla dedi: 
- Muke, siz çox xoşbəxt şairsiniz. Bu gündən sizin hər 
bir işiniz uğurlu olacaq, inanın, çünki, sizin yükünüzü 
Qazaxıstanın ən nüfuzlu naziri daşıyır. 
- Bu çemodan mənə artıq 17 ildir ki, xidmət edir, bunun 
da bir neçə səbəbi var, - mən dedim. – Üçünü deyəcəyəm. 
Bir dəfə SSRİ Ali Sovetinin üzvü olarkən mən Kremldən 
Boris Yeltsinlə birlikdə  çıxdım. Mənim  əllərimdə iki 
bağlama kağız, kitablar və bu çemodan var idi. “Moskva” 
mehmanxanasına kimi çemodanı aparmağa Yeltsin kömək 
elədi. Çox keçmədi ki, o, Rusiyanın prezidenti oldu. 
 
Əskər Akayev də bu çemodanı aparıb, sonra Qırğızıstan 
Respublikasına başçılıq edib. Bir dəfə  də Ayətulla 
Xameneinin dəvəti ilə İrana getmişdim. Sarayın qarşısında 
məni ölkənin informasiya naziri Məhəmməd Xatəmi 
qarşıladı və çemodanımı əlimdən alıb özü apardı. Bir qədər 
sonra o, İran İslam Respublikasının prezidenti oldu. İndi 


236
mən sənin nazirindən ehtiyat edirəm... Nə gizlədim, əvvəlcə 
çemodanımı ona vermək istəmirdim. 
- Niyə? – oğlan təəccüblə soruşdu. 
- Adətən əhalinin əksəriyyəti prezidentləri təqlid edir, 
çünki, onlar ölkədə ən nüfuzlu şəxslərdir. Bəs bu hələ YSQ 
deyil? 
- YSQ nədir? 
- Yalnız sifətdən qazax. Əgər  əhali də özünü ona 
oxşadaraq doğma dilimizə saymazyana münasibət göstərsə 
nə olar? 
- Yox, o hələ öyrənəcək axı, - deyə naziri müşayiət edən 
şəxs onu müdafi ə etməyə çalışdı. 
- Hə, Muke, mən öyrənəcəyəm, - nazir gülərək aksentlə 
dedi. 
- Prezident olandan sonra öyrənməyə qətiyyən vaxtın 
olmayacaq. Ona görə də, dili öyrənməmiş sənə bu çemodanı 
tutmaq olmaz, - bunu deyib çemodanı  şələ qazax nazirin 
əlindən aldım. 
Əlbəttə, zarafat zarafatdır. Amma, doğrudan da mən 
həyatım boyu dünyanın bir çox tanınmış  şəxsiyyətləri ilə 
görüşmüşəm, onlarla yaxın olmuşam, bir yerdə yemək 
yemişik, bəziləri ilə həmfi kir olmuşam. 
Əgər cəmiyyətin inkişafının tarixi mərhələlərini analiz 
etsək, belə qənaətə gəlmək olar ki, bütöv dövlətlərin taleləri 
bəzən bir insanın şəxsiyyətindən asılı olur – və bu şübhəsiz 
ki, həqiqətdir. 
Məlumdur ki, Boris Yeltsin Sovet İttifaqının  - dünya 
tarix arenasında 75 illik zəfər yürüşünə  çıxan, tərkibində 
təxminən 200 xalq olan, ən böyük əraziyə malik, Lenin, 
Stalin, Brejnev, Qorbaçov kimi dünyaya səs salan rəhbərləri 
olmuş bir dövlətin dağılmasında baş rolu oynayan unikal 
şəxsiyyətdir.  


237
SSRİ xalq deputatlarının  I qurultayında Ali Sovetin 
üzvlərinin seçilməsi, məlum olduğu kimi, xeyli söz-söhbət 
və mübahisələrə səbəb oldu. 
Bir qazax partiya xadimi bizə məxfi  surətdə yuxarıların 
tapşırığını çatdırdı ki, “Yeltsini silmək lazımdır” sonra 
mənə baxıb güldü: “Amma axı siz hər  şeyi tərsinə edən 
adamsınız”. 
Beləliklə birinci seçkilərdə Yeltsin Ali Sovetə üzv keçə 
bilmədi. 
Aydın idi ki, hər şey Qorbaçovun birbaşa göstərişi ilə 
edilirdi. Amma, belə tədbirlər əhalinin böyük bir qisminin 
hakimiyyətdən narazılığını artırırdı. Və  əgər SSRİ Ali 
Sovetinə Omskdan seçilmiş Ukrayna millətindən olan 
deputat Aleksey Kazannik öz yerini deputat Yeltsinə təklif 
etməsəydi, Sovet İttifaqı bəlkə də belə sürətlə dağılmazdı... 
SSRİ Ali Soveti 1986-cı ildə lma-Atada baş verən dekabr 
hadisələrinin araşdırılması üçün deputat komissiyasının 
yaradılması  təklifi mə  və SovİKP MK Siyasi Bürosunun  
qazax xalqına ədalətsiz olaraq millətçi damğasının vurulması  
barədə qətnaməsinin ləğvi tələbimə açıq biganəlik nümayiş 
etdirəndən sonra mən uzun müddət Ali Sovetin foyesində 
Andrey Saxarovla oturub məsləhətləşirdim. 
- Bu işə Yeltsini də cəlb edərik, - o dedi. – Gedək, əvvəlcə 
onu tapaq. 
Çox axtarmaq lazım gəlmədi. Yeltsin iclas zalının 
girişində dayanaraq Qalina Starovoytova ilə söhbət edirdi. 
Bir az gözləməli olduq. 
Sonra Saxarov məsələni  ətrafl ı  şəkildə Yeltsinə başa 
salmağa başladı: 
- Mən düşünürəm ki, - o dedi, bu işin arxasında böyük 
cinayət var. Meydanda silahsız gənclərə qarşı hərbi gücdən 
istifadə edilib. İstehkamçı belləri  işə salınıb.  Şaxanov bu 
məsələni qurultayda qaldıranda, istefada olan bir polkovnik 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə