Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə61/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   57   58   59   60   61   62   63   64   ...   93

220
un darıxdırdığı Dauletbek Şadıbekov da “sürəti artır” dedi və maşın 
saatda 160 km saat sürətlə şütüməyə başladı. DYP əməkdaşları bizi 
saxlamaq istəyəndə isə sürücü Dauletbekin göstərişi ilə saxlamadı. 
Maşını saxlamaq istəyən isə DYP-nin Jambıl vilayəti üzrə rəis müa-
vini imiş. Bərk qəzəblənərək o, xüsusilə təhlükəli canini saxlamaq 
üçün qarşıdakı postların hamısına yolu bağlamaq barədə tapşırıq 
verir. İyirmi-otuz kilometrdən sonra növbəti posta çatdıq. Yol çəpə-
ki saxlanılmış bir neçə yük maşını ilə kəsilmişdi. Haras keçmək və 
ya dönüb yolu dəyişmək mümkün deyildi. Dalımızca gələn DYP 
maşını toz-torpağı qaldıraraq düz yanımızda əyləci basdı.  Maşın-
dan iki polis tullandı. Biri əlində tapança ildırım sürəti ilə maşının 
qapısını açıb Aytmatovu gördü və donub qaldı. Tez əlini cibinə salıb 
bir vərəq çıxartdı və: “Ağa! Sizi görməyimə çox şadam!” – deyərək 
avtoqraf istədi. Sonra isə bizi postda çay içməyə dəvət elədi. 


221
İKİ NƏFƏRİN DOSTLUĞU
SSRİ Prezidentinin Konstitutsiya
Məhkəməsinə iddiası və 
Qorbaçov qazax xalqından 
necə üzr istədi 
Raisa Maksimovna ilə söhbət
və Yeltsin haqqinda xatirələr
(“1986-cı il Dekabr salnaməsi” 
sənədli romanından parçalar)
2001-ci ildə SovİKP MK-nın keçmiş baş katibi, Nobel mükafatı 
laureatı M.S.Qorbaçov Almatıya gəlmişdi. O vaxt mən Qırğızıstan 
Respublikasında səfi r işləyirdim. Amma, məhz həmin vaxt bir işlə 
bağlı  mən Çingiz Aytmatovla birlikdə Almatıdaydım. Mədəniyyət 
və informasiya naziri Muxtar Kul-Muxamed mənə  zəng edərək 
bildirdi ki, Qorbaçov Almatıya prezidentin dəvəti ilə gəlib və onu 
müşayiət edən respublikanın baş nazirinin müavini İmanqali Tas-
maqambetov təklif edib ki, Aytmatovla mən də Qorbaçovla görüşüb 
bir yerdə nahar edək. Aytmatov əvvəldən Qorbaçovla yaxşı müna-
sibətlərdə olub. Mixail Serqeyeviç Aytmatov yaradıcılığına böyük 
hörmətlə yanaşırdı. Məlumdur ki, o, hakimiyyətə gəlişinini ilk gün-
lərindən Aytmatova təkcə Sovet İttifaqının deyil, bütün dünya ədəbi-
yyatının klassiki kimi böyük hörmət göstərirdi. Yalan niyə deyim, 
mən özüm də  əmin olmuşdum ki, Qorbaçov o vaxtkı və indiki bəzi 
rəhbərlərdən fərqli olaraq ədəbiyyata münasibətdə öz fi kri, forma-
laşmış rəyi olan bir insan idi. 
1998-ci il. Çingiz Aytmatovla mən Moskvadan dəvət almışdıq. 
Moskvanın bir neçə ictimai təşkilatı üçüncü minillik ərəfəsində bu 
tarixə  həsr olunmuş birgə konfrans keçirməyə  qərar vermişdi. Biz 
Moskvaya uçmaq üçün Bişkek aeroportuna gedəndə Aytmatov qa-
yğılı ifadə ilə dedi: 


222
- İcazə versəydin, səndən bir xahiş edərdim. 
- Buyurun. 
- Belə deyim... – Aytmatov fi kirli-fi kirli bir qədər susdu. – dörd-
beş saatdan sonra biz Moskvaya çatacağıq. Bizi, 5-6 nəfəri bir yerə 
aparacaqlar. Onların arasında Qorbaçov da olacaq. Bilirəm ki, sənin 
çoxdan onu görməyə gözün yoxdur. Sənin iki il yarım bundan əvvəl, 
Qorbaçov İssıkkul forumunda iştirak edəndə hamının gözü qarşısın-
da öz çətin suallarınla onun üstünə necə hücum etməyin yadımdan 
çıxmayıb. Bilirəm, 1986-cı ilin Dekabr hadisələri ilə bağlı sənin ona 
qarşı olan hirsin soyumayıb... Bir dost kimi səndən xahiş edirəm – 
bu dəfə onunla işin olmasın! Qorbaçovun intellektual, mənəvi  tərə-
fl ərinə fi kir ver. Yaxşı olar ki, sən siyasi yox, mənəviyyata və elmə 
həsr olunmuş şeirlərini oxuyasan. Razısan mənimlə? 
- Razıyam, - dedim. 
Aytmatov dediyi kimi, bizi “Moskva” mehmanxanasında yer-
ləşdirib, o saat da dövlət xadimləri üçün nəzərdə tutulmuş otağa 
apardılar. Elə təzə oturmuşduq ki, Qorbaçov daxil oldu. Onlar Ayt-
matovla görüşüb-qucaqlaşdılar. Məni görəndə Mixail Serqeyeviç elə 
bil bir az özünü yığışdırdı. Amma, özünü o yerə qoymayaraq zara-
fata keçdi: 
- Köhnə dostum Aytmatovun yanında Şaxanovu da görməyimə 
şadam, - deyərək əlimi sıxdı. 
Masa arxasında müxtəlif mövzularda sakit söhbət gedirdi. 
Aytmatov mənim “Sivilizasiyanın yanlışlığı” mənzum romanım 
barədə danışdı və bu əsərdən bir parça oxumağı xahiş elədi. Mən 
romanın “Jeltoksan meydanı və ya dörd ananın müdafi əsinə” adlı 
hissəsindən  “Kompüterbaş yarımadamlar” şeirinin rus dilində olan 
variantını əzbərdən dedim. 
Mixail Serqeyeviç yerindən qalxaraq şeirin onun xoşuna gəldiy-
ini dedi. Sonra isə uzun-uzadı bu şeirdə dünyanın çox vacib bir prob-
leminin qabardılmasından danışdı.  İndi doğrudan da kompüterbaş 
yarımadamlar xeyli çoxalıb, hətta hakimiyyət strukturları da belələri 
ilə doludur. Onların  əksəriyyəti mənəvi  əsaslara söykənməkdənsə, 


223
onlara ümumiyyətlə etinasızlıq göstərirlər. Hitlerin dövründən başla-
yaraq xalqın mənəviyyatsızlaşdırılmasına hesablanan xüsusi planın 
icrasına start verilib. Bütün bunlar barədə o, on beş dəqiqə danışdı. 
Mən gördüm ki, Aytmatov nahaq yerə deməyib, mən Qorbaçovun 
intellektual tərəfl ərinə diqqət yetirim. 
Fasilə vaxtı Qorbaçovun köməkçisi məni kənara çağırıb, çəkinə-
çəkinə dedi: 
“Siz 1992-ci ildə Konstitusiya məhkəməsində Qorbaçovla bağlı 
iddia qaldırmısınız”. 
- Bəli, qaldırmışam. Amma, Konstitusiya məhkəməsi mənim id-
diamı qəbul etmədi. Çünki, bizim hakimiyyət məhkəməyə bu barədə 
göstəriş vermişdi. Siz bunu haradan bilirsiniz? 
- Bilirəm, - o gülümsədi. 
- Mixail Serqeyeviç də bilir? 
- Əlbəttə...
1992-ci ildə Qazaxıstan Respublikasının Konstitusiya məh-
kəməsi 1986-ci il Dekabr hadisələrinin araşdırlmasına başladı. 
Əvvəlcə  məni bir fi kir narahat edirdi ki: “Yəqin hakimiyyət bu 
məsələyə Konstitusiya Məhkəməsini qoşmaqla, mənim rəhbərlik 
etdiyim komissiyanın işini heçə endirmək istəyir”. Bu narahatlıq 
üçün əsaslar da var idi. Amma, Konstitusiya məhkəməsinin sədri M.
Baymaxanov və Məhkəmənin tərkibinə daxil olan Sabir Kasımovla 
dəfələrlə söhbət etdikdən sonra mənin şübhələrim yox oldu. 
Vaxtilə biz hakimiyyətin müxtəlif strukturlarından 50-yə yax-
ın adamı sorğu-sual etmişdik. Onların arasında Qazaxıstan Kom-
munist partiyası  Mərkəzi Komitəsinin birinci katibi D.Kunayev, 
Qazaxıstan SSR Ali Sovetinin sədri S.Mukaşev, Qazaxıstan KP 
Mərkəzi Komitəsinin katibi Z.Kamalidenov, Qazaxıstan SSR daxili 
işlər nazirinin müavini A.Loqinov, Qazaxıstan SSR daxili qoşunlar 
idarəsinin rəisi A.Pariduxa, Qazaxıstan SSR dövlət təhlükəsizliyi 
komitəsinin sədri V.Miroşnik, Kommunist partyası Alma-Ata şəhər 
komitəsinin birinci katibi Q.Şuliko, Qazaxıstan SSR-nin prokuroru 
Q.Yelemesov, Dövlət təhlükəsizliyinin Alma-Ata vilayət komitəsi-
nin rəisi A.Terentyev və başqaları da var idi.   


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə