Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə59/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   55   56   57   58   59   60   61   62   ...   93

211
idi. Bu vaxt Musrepovun həyat yoldaşı Qaziza-apay (Risadan son-
rakı arvadı) Raisaya nəsə pıçıldadı və onlar ikisi çıxdılar. Niyə Qa-
ziza onu apardı, indiyə kimi fi kirləşirəm. Raisa axır ki, öz andına 
sadiq qalmayan satqın qız haqqında balladanı  eşitmədi. Çox illər 
sonra, 2002-ci ildə Qabit Musrepovun YUNESKO çərçivəsində 
keçirilən  100 illiyində onun doğma  Şimali Qazaxıstan vilayətinə 
Raisa da iki qızı – Qauxar və Qulnarla birgə gəlmişdi. Şam yeməyi 
zamanı mənim Musrepov barədə həyacanlı çıxışımdan sonra Raisa 
gözü yaşlı dedi: “Mənim həyatımın ən işıqlı, ən gözəl anları Qabitlə 
keçirdiyim vaxtlardır.  Əgər həyatı yenidən başlamaq mümkün ol-
saydı, mən cavan və sadəlövh olduğum üçün etdiyim səhvləri bir də 
təkrarlamazdım. Nə etməli, artıq gecdir... İndi Qaben mənim zirvəm 
və söykənə biləcəyim qayadır”. Bundan hansı nəticəyə gəlmək olar, 
Şıke? 
- Gec də olsa açıq şəkildə böyük şəxsiyyətin məhəbbətini lay-
iqincə dəyərləndirib ona cavab verə bilmədiyini etiraf edən Raisaya 
yəqin çoz sağ ol demək lazımdır, - Aytmatov iztirabla dedi. – Bu 
hadisə bir daha göstərir ki,   əsl məhəbbəti yalnız qeyri-adi şəxsi-
yyətlər duya bilirlər. Sən öz “Qeyri-adi zövqün faciəsi”  şeirində 
böyük insanların xüsusi zövqü mövzusunu dərindən aça bilmisən...
- Şeir uzun illər sonra yazıldı, baxmayaraq ki, onun yazılması 
ilə bağlı ideyalar ətrafında mənimlə Musrepov arasında mübahisələr 
də olub. Bir dəfə belə hadisə baş verdi, - deyə danışmağa başladım. 
-  Yazıçılar İttifaqında Musrepovla birlikdə həmkarlarımızla söhbət 
edirdik. Otağa əlində “Puşkinin qadınları” adlı kitab olan bir yazıçı 
girdi. Hamıyla salamlaşandan sonra o dedi: “Sən demə Puşkin lap 
don juan olub. Bu kitabda onun 113 qadınla  olan münasibətləri 
barədə yazılıb”. 
- Buna tənqidi yanaşmaq olmaz. Puşkin də, Abay da təkrar ol-
unmaz, min ildə bir dəfə doğulan dahi şəxsiyyətlərdir. Buna görə 
də onlar öz zövqlərinə uyğun qadın axtarıblar. Ola bilər ki, beləsini 
Puşkinin  113 işvəkar qadını arasında və ya Abayın bütün aulunda-
kı hörüklü utancaq qadınlar arasında da tapmaq mümkün olmasın. 


212
İndi Puşkinin və ya Abayın böyük şəxsiyyət, müstəsna intellektə 
malik insanlar kimi günahları varmı ki, öz təfəkkürlərinə, düşüncə 
tərzlərinə, hisslərinə müvafi q  qadın axtarırdılar? Onların bu ax-
tarışlarını donjuanlıq adlandırmaq düzdürmü? Bu Muxtarla bizim 
ümumi fi krimizdir, - deyərək Qaben əlini mənim çiynimə qoydu...
- Onda oxu həmin şeiri, - Aytmatov maraqla dedi. – Məncə bu 
problemə düzgün cavab verən əsas fi kir həmin şeirdədir.
Mən öz əsərimin müxtəlif hissələrindən parçalar oxumağa 
başladım: 


213
QEYRI ADI ZÖVQÜN FACIƏSI
Abayın niyə beş arvadı olub?
Ya da Puşkini 113 qadınla
Nə bağlayırmış? 
Bu faktlar təbii sual yaradır:
“Bu donjuanlıq deyil, bəs nədir görən?”
Bəli, insanların haqları var ki,
Bu sualı düşünsünlər. 
Amma, bir dəfə 
Qazax ədəbiyyatının
Klassiklərindən
Qabit Musrepov
Onların haqqında bunu söyləmiş:
Puşkin və Abay – 
Min ildə bir dəfə 
Doğulan şəxslər. 
İkisinin də fi kri, düşüncələri 
Yalnız özlərinin çıxdığı uca zirvədə.
Onlar da bir qadın axtarırdılar,
Uca tələblərə, zövqlərə uyğun.
Və çox təəssüf ki, 
Belə gözəllər, 
Yüksək intellektli, ahu yerişli
Onların bəxtindən heç tapılmadı, 
Hətta, düz yüz on üç 
gözəl içindən. 
Doğrusu çətin ki, tapılardılar
Lap yüz on üç min 
nəfərin içindən.
Amma, buna görə  deyin, 


214
Onları heç təqsirkar 
hesab etmək olarmı? 
 
Hə, qeyri-adi zövq – 
Dahilərçün faciədir bəlkə də. 
Puşkinin arvadı – 
Gözəl Natalya. 
Amma, onun daxili gözəlliyi
Heç əriylə müqayisəyə gələrmi? 
Elə Buna görə də o, başqa yerdə
Başqa kişiylə torpağa gömüldü. 
Puşkinsə sağ qalıb
Ruhən daim sağ. 
Heç kimə yenməyən igidi yıxmaq, 
İnanmaq heç kimin saymadığına – 
Bu dahilərə məxsus qəribə kapriz. 
Puşkinlər, Abaylar 
Daim tək olur,
Ta o vaxtadək ki,
Ruhən son dərəcə gözəl bir qadın 
Onlara incə bir əl uzatmasın...
- Bəli, həqiqətən eruditin yalqızlığı - ən əzablı yalqızlıqdır... Sən 
Musrepovun iki qəhrəmanlığı haqqında çox gözəl danışdın, - Aytma-
tov dalğın şəkildə dedi. -  Sən demə o məhəbbətdə də qəhrəmanlıq 
edib. Amma, onun bütün bu rəşadətləri uğursuz yekunlaşıb. İndi mən 
başa düşdüm, niyə sən mənəviyyat və vətəndaş comərdliyi baxımın-
dan Musrepovu bütün qazax yazıçılarından yüksəkdə tutursan.  Belə 
şəxsiyyətlər olmasaydı, ədəbiyyat indiki yüksəkliyə qalxardımı, in-
sanlar da bir millət olaraq bu ucalığa doğru uzanardılarmı? 
- Bizim bədbəxtliyimiz ondadır ki, ədəbiyyat və incəsənətin 
müasir nümayəndələrinini 90 faizində Musrepovun vətəndaş təəssüb-
keşliyinin heç cüzi bir hissəsi də yoxdur, - mən dedim. – Əksəriyyə-


215
ti kosmopolitləşib, millətin maraqlarından və doğma dildən söhbət 
düşəndə kolluqda gizlənirlər. Onlar hakimiyyət tərəfi ndən qorxud-
ulub və milli qürurlarını itiriblər. Mənim prinsiplərim isə belədir. 
Kimsə lap istedadlı aktyor və ya mahir yazıçı olsa da, əgər bu in-
sanın ürəyi millətin maraqları ilə bir döyünmürsə, basqı altında olan 
və ən böyük faciəmiz ola biləcək - itmək təhlükəsi ilə üz-üzə qalan 
dilimizin və  mənəvi dəyərlərimizin qorunması üçün barmağını da 
tərpətmirsə, o, yaradıcı şəxs deyil, yazıçı deyil. Axı öz qorxaqlığı ilə, 
mənəvi satqınlığı ilə o öz xalqının qəbrini qazır. Buna görə, bizim 
zəmanəmizin Musrepovlara böyük ehtiyacı var. 
- Bizim bir problemin üzərində də dayanmağımız yaxşı olardı, 
- Aytmatov dedi. – Sənin bir şeirin var – “Hacımukanlar və bildirçin 
istedadı”. Bu balaca şeirdə müasir dövrümüzün böyük bir problemi 
həll olunur. Deyirsən ki, bildirçinin çəkisi təxminən 90-100 qramdır. 
İnsan onun əti ilə doymur. Bu quş çox nadir hallarda, amma gözəl 
oxuyur. Deməli sən istedadı, qabiliyyəti az olan elm, ədəbiyyat, 
incəsənət adamlarını bildirçinə bənzədirsən. Hacımukan isə dünyada 
tanınmış, qeyri-adi gücə malik görkəmli qazax peşəkar güləşçisidir. 
O, nəinki qazaxlar və  qırğızlar arasında, nəinki Orta Asiyada 
və Rusiyada, hətta dünyada keçirilən yarışlarda kürəyini yerə 
vurmayıb. Və fi ziki cəhətdən yox, mənəvi gücü ilə ona bənzəyən, 
xüsusi vətəndaşlıq cəsarətinə malik insanları  sən Hacımukanlara 
aid edirsən. Buna görə də, Musrepovu da Hacımukana bənzədirsən. 
Əlbəttə,  şübhəsiz ki, Musrepovun istedadı hacımukan istedadıdır. 
Biz isə bu syahıya heç yaxın da düşə bilmərik. 
- Niyə? Siz ən azı ona görə buna layiqsiniz ki, dünya 
ədəbiyyatında bu gün xalqların  ən mürəkkəb problemi – insanın 
manqurtlaşdırılması faciəsini qaldırmışınız. Siz Hacımukanlar 
siyahısının lap mərkəzində  qərarlaşmağı haqq etmişiniz. Çünki, 
manqurtlaşma siyasətinə qarşı mübarizə insan cəmiyyətinin ən vacib 
işlərindəndir. 
- Bilirəm, amma sən bunu dedin ki, mənim əhvalımı düzəldəsən, 
- Çingiz Torekuloviç gülərək dedi. – İndi səndən bir xahişim var. Bu 
şeiri bütöv, ixtisar etmədən oxu. Mən əzbərdən dedim: 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə