Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə55/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   51   52   53   54   55   56   57   58   ...   93

196
“Əgər bizim “çıngizşünaslar” xaqanın bioqrafi -
yası ilə bağlı mövcud salnamələrin heç olmasa beş faizi 
ilə tanış olsaydılar, bu gün “Çingizxan qazaxdır, onun 
qurduğu dövlət qazax dövlətidir” kimi gülməli şayiələr 
yaranmazdı. Çingizxan türk faktorunun monqollar 
üzərində  qələbəsinin səbəbkarı yox, əksinə, başa çat-
dıranı olub...”
Kinayat Zardıxan
(«Çingizxan mövzusu 
fantaziya və fərziyyələrə 
tabe olan zirvə deyil». 
 «Jas Alaş», 7 fevral 2004-cü il)
“...İndi Muxtar Maqauin Çingizxan barədə növbəti 
kitabını yazır ki, onun qazax olduğunu sübut etsin. …
Hələ 80-ci illərdə bir qurumuş qoca – riyaziyyatçı-dosent, 
biz Çokan Valixanovun heykəlinin yanında gəzişərkən 
mənə demişdi ki, Napoleon da qazax olub. ... Bu nə boş-
boş  şeylərdir? ...Lap gülməlidir. Amma, öz eyiblərim-
izə özümüzün gülməyimiz daha yaxşıdır, nəinki başqa-
larının”. 
Qerold Belqer
 («Bu gün hər şeyi dollar idarə edir».
«Zaman», 13 oktyabr 2010-cu il.)
Qazax torpağında Çingizxan barədə bu savadsız mübahisə 
artıq doqquz ildən çoxdur ki, davam edir və  hələ  də susmaq bil-
mir. Bu yaxınlarda tanınmış jurnalist Jarılkap Kalıbayın rəhbərlik 
etdiyi populyar jurnal – “Juldızdar otbası”-nın  əlavəsi olan “Anız 
adam”-ın bütöv bir nömrəsi Çingizxana həsr olunmuşdu. Nəşr tar-
ixin indiyə kimi geniş auditoriyaya bəlli olmayan bəzi səhifələrini 
açmışdı. Məddahlar isə jurnalda yer alan əsaslandırılmış  fi kirlərə 


197
etiraz edərək, monqol hökmdarının ləkələnməməsi üçün dəridən-qa-
bığdan çıxırlar.  Biri yazır ki: “Qazax tarixi Çingizxansız nəql olun-
mamalıdır”, o biri onun səsinə səs verir: “Böyük xaqanı zalım hesab 
etmirəm. Ona qəhrəman kimi sitayiş edirəm”. Əgər mənim nəvəm, 
üçüncü sinif şagirdi belə söz desəydi, mən çox kədərlənərdim: “Sən 
niyə belə bisavadsan?!”
2005-ci ildə Çingiz Aytmatovun birbaşa rəhbərliyi ilə “Al-
danışdan mənəvi təmizlənməyə doğru” adlı açıq məktub hazırlandı 
və Birləşmiş Milətlər Təşkilatına, YUNESKO-ya, dövlət başçılarına 
və ictimai xadimlərə  göndərildi. Susmaq bilməyən mübahisələrə 
yekun vurmaq üçün bu məktubdan bir parçanı təqdim edirəm: 
“...Üçüncü minilliyin mənəvi dəyərlər bələdçisi heç 
şübhəsiz ki, qarşılıqlı anlaşma, sülh, humanizm  ideyaları 
olmalıdır və bunlara nail ola bilmək üçün bütün dün-
ya ictimaiyyətinin məqsədyönlü səy göstərməsi lazım-
dır. Bəşəriyyətin vahid qlobal taleyinin mövcudluğunun 
keçmişin və buğunun mənəviyyat və ümumi ədalət 
mövqeyindən yenidən dəyərləndirilməsi,  əsas aspekti 
zorakılığın istənilən təzahürlərinin rədd edilməsi olan 
keyfi yyətcə yeni təfəkkürün formalaşmasının vacibliyini 
anlamağa təkan verməlidir. İnsan öz qüsurları üzərində 
qələbəni yalnız mənəvi  özünü təkmilləşdirmə  yolu ilə, 
dağıdıcı mənfi  qüvvələrə qarşı  xeyirxahlıq göstərməklə 
qazana bilər. Bu kontekstdə Roma Papası II İohann Pav-
elin “Allah və insanlar qarşısında uzaq və yaxın keçmişin 
səhvlərini” etiraf etmək və ruhən təmizlənmək təşəbbüsü, 
alman bundestaqının faşist konslagerlərinin keçmiş dus-
taqlarına pul kompensasiyasının ödənməsi barədə qərarı 
əsl humanizm və yeni təfəkkür matrisasının yüksək 
mənəviyyatlı nümunəsidir. 
Biz bütün dövlətlərin rəhbərlərini, dünya mədəni-
yyətinin və elminin nümayəndələrini, planetin ictimai-


198
yyətini ilk növbədə keçmişin tiran-hökmranlarına haqq 
qazandırmaq və onları alqışlamaqla zorakılığın və şərin 
təbliğindən imtina etməyə, müxtəlif sahələrdə korrup-
siyanın öhdəsindən gəlməyə, humanizm dəyərlərinin 
hamılıqla etirafı və təsdiqi yolu ilə  ruhən və mənəvi cəhət-
dən təmizlənmək ideyasını  fəal surətdə  dəstəkləməyə 
çağırırıq. Yalnız bu yolla biz mənəviyyat böhranının 
dağıdıcı nəticələrindən qurtula bilərik”. 
Hans-Peter Dyurr, Nobel mükafatı laureatı, Almani-
ya;
Yevgeni Yevtuşenko, Rusiya;
Çingiz Aytmatov, Qırğızıstan;
Fridrix Xitser, Almaniya;
Rəsul Həmzətov, Dağıstan;
David Kuqultinov, Kalmıkiya;
Oljas Suleymenov, Qazaxıstan; 
Qenrix  Yuşkyaviçyus, Litva;
Muxtar Şaxanov, Kazaxstan;
Zadislav Novitski, Polşa;
Rustan Raxmanaliev, Qırğızıstan;
Rostislav Rıbakov, Rusiya;
Mumin Kanoat, Tacikistan;
Emin Bilgik, Türkiyə;
Elçin, Azərbaycan;
Monqol xaqanı ilə bağlı  mənim “Cəzalandıran yaddaşın kos-
moformulu” (Çingizxanın özü ilə apardığı sirr) əsərim işıq üzü 
görəndən sonra başlayan və beynəlxalq debatlara çevrilən müba-
hisələrin bütün iştirakçılarının rəylərini çap etsək 20 qalın kitabdan 
ibarət toplu alınar. Bir dəfə Aytmatov zarafatla dedi: “Yəqin bu günə 
kimi dünya ədəbiyatında elə bir şair olmayıb ki, səni kimi bu miqyas-
da mübahisələrdə  şərin, ittihamların və  tərifi n hədəfi nə çevrilsin”. 


199
Nə etməli, deməli taleyimiz beləymiş. Bu yaxınlarda bir əməkdaşım 
mənə göstərdi ki, internetdə yalnız qazax və rus dillərində mənə tərif 
deyən və ya qara yaxan yüz mindən çox məqalə yığılıb. Şübhəsiz ki, 
onların böyük bir qismi Çingizxanla bağlı mübahisələrlə əlaqəlidir. 
Əvvəlcə  məni dəstəkləyən, sonra isə “xata-bəladan uzaq” ol-
mağa üstünlük verən bəzi “day-daylar” və başqa müasirlərimdən 
fərqli olaraq, Çingiz Aytmatov adi insani zəifl iklərə əyilməyərək, öz 
mövqeyində möhkəm duraraq, prinsip və anlayışlarını sonadək dəy-
işməyərək bu mübarizədə də əsl kişi xarakteri göstərdi. 
O, insan övladını qanda boğdu, alçaltdı, 
Amma, yenə şöhrətin lap zirvəsində qaldı, 
Xalqına canın verən qəhrəman unuduldu. 
Nə etmək... qul təfəkkürü bəsarətimizi aldı?
2006-cı ildə mən öz müsahibəmdə daha Çingizxanla bağlı di-
skussiyalarda iştirak etməyəcəyimi bildirdim. Öz mövqeyimi isə 
belə izah etdim ki, bu ilk növbədə səhhətimlə bağlıdır, ikincisi isə 
mən əvvəlki məqalələrimdə və müsahibələrimdə Çingizxanla bağlı 
fi kirlərimi artıq tam aydın şəkildə açıqlamışam. Biz Çingiz Aytma-
tovla birgə yazdığımız “Çingizxanın təhlükəli fetişi” tarixi essem-
izdə bu problemi hərtərəfl i analiz etməyə çalışmışıq. Tarix haqqında 
təsəvvürü olan hər bir kəs bundan nəticə çıxarda bilər. Bizim əsas 
məqsədimiz getdikcə boş yerə “çənə döyməyə” bənzəyən müba-
hisələrə son qoymaq idi. Çingizxanın müdafi əçiləri mərhum Kəl-
tay Muxamedjanovu öz tərəfdarları  sırasına qatmışdılar. Halbu-
ki, hələ sağ ikən o yazırdı: “Otuz il Çingizxan barədə materiallar 
topladım, amma yazmağa özümü məcbur edə bilmədim. Çünki, o 
dağıdıcıdır.  Şər adam barədə yazmaq – məşəqqətdir”.  İndiyə kimi 
başa düşmürəm ki, özlərini müsəlman hesab edən bu tənqidçilərin 
niyə  ağlına da gəlməyib ki, günahsız bir insanı öldürməyin bütün 
bəşəriyyəti öldürməyə  bərabər olduğunu bildirən Qurani-kərimə 
diqqət yetirsinlər. Amma, yəqin cahilliyin sərhəddi yoxdur. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə