Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


azdan Hitlerə  həsr olunmuş konfranslar da keçiriləcək”



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə53/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   49   50   51   52   53   54   55   56   ...   93

188
azdan Hitlerə  həsr olunmuş konfranslar da keçiriləcək”, 
və uzun müddət monqol-tatar basqınının dəhşətlərindən 
danışdı”. 
Natalya Olxova
( «KoMok» internet qəzeti
10 yanvar 2003-cü il.)
“Əgər  Şaxanov “Qaniçənlərə qarşıdırsa”, “ümumi-
yyətlə qan tökülməsinə qarşıdırsa”, bəs niyə dinc çeçen 
xalqını, Əfqanıstanı, İraqı müdafi ə eləmir?! 
Sabah Monqolustan Səfi rliyi etiraz notası versə, 
beynəlxalq qalmaqal baş verməyəcəkmi?”
[ (“Kazaxbay amili-2”)
 (Meyrxan Akdaulet. – Red.).
«Altın Orda», 29 noyabr 2002-ci il.]
“Çingizxan – şair və müqəddəsdir... 
Qazaxlar arasında qalan Çingizxan adı – Asan kay-
qıdır”.
Xamza Koktandı
(«Səma və səhra haqqında dörd unudulmuş rəvayət». 
 «Kasiet» nəşriyyatı, 2001) 
“...Deyirlər Çingizxan pisdir, qaniçəndir,  fi lan  qədər 
şəhəri dağıdıb, nə  qədər insanı  qırıb. Biz isə deyirik ki, 
Çingizxanın və onun nəslinin atlarının ayaqları dəyən heç 
yerdə heç bir xalq itməyib. 
Hamısı öz atalarının torpağında böyüyüb, artıb və bu 
günə kimi gəlib çatıb. Yoxsa öz tabeliyində olan çinliləri qır-
maq çətin məsələ idimi? Rusları onların meşələri ilə birlik-
də məhv eləməyə qüvvə çatmırdımı? Sartları yer üzündən 


189
silmək lap asan idi. Amma, o, bunu etmədi. Böyük xaqanın 
missiyası – başqalarını məhv etməmək idi...” 
Muxtar Maqauin
(«Keçi aparan iki nəfər».
«Altın Orda», 1 noyabr, 2002 ci il.,
«Juldız», № 1, 2003 il., 
«Çingizxan mərhəməti». 
«İldan» nəşriyyatı, 2003 il )
“Orta Asiyanda əhalisi monqol qoşunlarına qəhrəman-
casına müqavimət göstərən sonuncu böyük şəhər Merv idi. 
...Mühasirədə  iştirak edən hər döyüşçü 300 – 400 adamı 
qılıncdan keçirməli idi! 
...Cüveyni məlumat verir ki,  İz-ad Din Nassaba  adlı 
bir nəfər başqa bir neçə nəfərin müşayiəti ilə on üç gün, on 
üç gecə şəhərdə  öldürülənləri saymaqla məşğul olub. Yal-
nız cəsədləri tapılanlar nəzərə alınmaqla və mağaralarda, 
kəndlərdə, çöllüklərdə öldürülənlər hesaba alınmadıqda 
1,3 milyon meyit sayılıb”. 
  
İ.Musskiy
(“Yüz dahi diktator”. 
“Veçe” nəşriyyatı, 2000)
“Bircə nəfər də olsa... ziyalı görmürəm ki, sual versin: 
“Qazax dili hara yuvarlanır?”
-Bəs Muxtar Şaxanov?
-Muxtar Çingizxan barədə Maqauinlə mübahisə edir. 
Çingizxandan axı kimə  nə?.. Doğrudur ki, Otrar tam 
dağıdılıb. Doğrudur ki, Çingizxan şəhəri üç-dörd ay müha-
sirədə saxlayıb. O da doğrudur ki, elçilər də göndərib. 
Kayrxanın  şəhəri qarət etməsi də tarixdə qeyd olunub. 


190
Mənm üçün Maqauin və ya Şaxanov ikisi də eynidir. Amma 
bu məsələdə mən Maqauinin tərəfi ndəyəm. Şaxanov 800 il 
əvvəl ölənlərin lənətlənməsindən nə qazanacaq?” 
Şerxan Murtuza
(«Alataunın adı – Tenqritaudur, 
Alatau  qırğızlar deyir».
Müsahibəni Nurjan Baytiles götürüb. 
«Almatı akşamı», 6 апреля 2006-cı il.)
“Hörmətli Muxtar Maqauin əmi! 
...Siz xoşunuza gəlməyən adlı-sanlı yazıçıları jur-
nalınınızda “asıb-kəsməklə” onlardan qisas almağa adət 
etmişiniz. Başqalarını demirəm, amma əsərləri dünya 
ədəbiyyatının inciləri kimi qəbul edilən A.Nurepeisov, 
Ç.Aytmatov, M.Şaxanovu da “yıxıb-sürümüsünüz”...   Siz 
yalnız özünü tanıtmaq, şöhrətlənmək naminə Çingizxanın 
ətrafında lazımsız hay-küy yaradaraq insanları da çaş-baş 
calmısınız. 
...Siz  ədəbiyyatda öz yolunuzu 1966-cı ildə “Qa-
zax  ədəbiyyatı” qəzetindəki dağıdıcı  tənqidi məqalədən 
başlamısınız. Bu məqalədə siz “Yaik – ağ çay” trilogiyasını 
və onun müəllifi ,  tanınmış yazıçı, stalin repressiyaları 
cəhənnəmindən salamat çıxa bilmiş  X.Yesenjanovu necə 
deyərlər – “qılıncdan keçirmisiniz”, “yerlə-yeksan etmis-
iniz”, “əzişdirmisiniz”, onu az qala bütün günahlarda itti-
ham edib, böhtan və iftiralarla ləkələmisiniz. Siz hələ də öz  
çirkin əməllərinizi davam etdirirsiniz”. 
 
Kaldıbek Kurmanali, 
 «Jas Kazak» jurnalının baş redaktoru
(«İttiham, yoxsa hücum?», 
«Ana tili», 12 oktyabr 2006-ci il.)


191
“Müasirləri yazırlar ki, Çingizxan öz yaxınlarının 
əhatəsində olarkən fəxrlə deyirmiş ki, saysız-hesabsız in-
san qırıb, dəryalar qədər qan töküb, buna görə də əbədi 
şöhrət qazanıb. Bunu o, düz deyib”. 
(«100 böyük dahi». 
Moskva.  «Veçe» nəşriyyatı, 2005)
“Səkkiz əsrdən sonra qədim şəhər uğrunda müharibə 
yenidən qızışıb. Bu dəfə  - informasiya müharibəsi. Tanın-
mış adamlar – xalq şairi Muxtar Şaxanov və xalq şairi 
Muxtar Maqauin söz döyüşündə baş-başa gəliblər. Gərgin 
mübahisələr ziyalıların yeni-yeni namayəndələrini də öz 
orbitinə  cəlb edir. Hətta Qazaxıstan tirizm və idman ak-
ademiyasının rektoru, ixtisasca riyaziyyatçı olan Kayrat 
Zakiryanov da polemikaya qoşulub. O, həvəskar tarix-
çi kimi çoxdan Çingizxan mövzusunu araşdırır və onun 
ehtimalı  ən cəsarətlilərindəndir. Araşdırmaçının  fi krincə 
dünyay çaxnaşma salan bu sərkərdə  əslində qazaxdır və 
alaş nəsli olan “kiyat”lardandır. 
-Məm düşünmürəm ki, Qazaxıstanın elitası iki cəbhəyə 
bölünüb və bunda heç bir faciə görmürəm, - deyə Otrar 
ətrafındakı mübahisələri şərh edən Kayrat Zakirov bildi-
rib. – İki nəfərin bu problemə müxtəlif baxışları mövcud-
dur, vəssalam. Əgər Şaxanov Çingizxanı vəhşi və dağıdıcı 
qəsbkar hesab edirsə, bu onun günahına yazılacaq”. 
Kayrat Baltabay
(«İki yüz hektarlıq ədavət». 
«İzvestiya-Qazaxıstan», 
№ 172, sentyabr 2005 ci il.)


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə