Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


yoxdur. Tarixin bu qaranlıq səhifəsi çox sirrləri gizlədir



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə50/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   46   47   48   49   50   51   52   53   ...   93

178
yoxdur. Tarixin bu qaranlıq səhifəsi çox sirrləri gizlədir. 
Qırğızıstanlı alim, akademik, tarix və  fəlsəfə elmləri 
doktoru Rustan Raxmanaliyevin rəyi belədir: “Çingizxanın 
xorəzmşah Muhammedə hədiyyə kimi göndərdiyi 450 nəfər 
insan, 500 dəvədən ibarət karvanın  guya Otrarın  əmiri 
Kairxan tərəfi ndən məhv edilməsi barədə vaxtilə yayılmış 
tarixi informasiya bu gün artıq köhnəlib. Ağlı başında 
olan bir hökmdarın bunun necə dəhşətli nəticələrə səbəb 
ola biləcəyini anlamaması ağlabatan deyil. Məlumdur ki, 
Çingizxan bir çox mürəkkəb problemləri özünün gizli 
kəşfi yyatçılar  şəbəkəsi vasitəsilə  həll edir və ölkələrlə 
münasibətlərdə casusların xidmətindən yararlanırdı. 
Otrar hadisələrində də Çingizxan kəşfi yyatçılarının əli ilə 
öz karvanını məhv etdirib, bunun günahını isə Kairxanın 
üzərinə atıb. Bunu hiyləgər Xaqan ona görə belə edib 
ki, bu cinayətdə  təqsirkarın cəzalandırılması  bəhanəsi 
ilə Orta Asiyaya daxil olsun. “İslam ensiklopediyası”-
nda naməlum müəllif yazır ki, 1240-cı ildəki bu qırğın 
Kairxanın iştirakı olmadan baş verib. V.V.Bartold isə 
“Türklər”  əsərində yazır: “Xorəzmşah hakimiyyətinin 
müharibə vaxtı və müharibəyə kimi olan bütün fəaliyyəti, 
o cümlədən Otrarda tacirlərin öldürülməsini monqol 
mənbələri Muhammed şahın oğlu və varisi Cəlal əd-Dinin 
ayağına yazırlar”. Vaxtilə Orta Asiyanın hərb sənətini 
dərindən öyrənən Rusiya kəşfi yyat sisteminin generalı, 
alim M.İ.İvanin də qeyd edirdi ki, karvana hücum 
Çingizxanın casusları tərəfi ndən təşkil olunub, Kairxan isə 
təxribatın qurbanına çevrilib. Məlum hadisələrdən 100 il  
sonra Otrara gəlmiş  ərəb səyahətçi  İbn Battuta da yerli 
sakinlərdən karvanın məhv olmasının məhz bu versiyasını 
eşidib. Beləliklə, hiyləgərlik dərəcəsi heç ölçüyə gəlməyən 
Çingizxan, sonrakı  səkkiz  əsr üçün də Otrarın faciəvi 
tarixini əvvəlcədən yazıb...”


179
Otrarlı  “KT”-lərin (Maqauin konırat qəbiləsinin 
nümayəndələrini belə adlandırır) Çingizxanı necə  qəbul 
etməsi məsələsinə  gəlincə, bununla bağlı otrarlıların 
“Ontüstik Kazakstan” qəzetində (6 iyun 2002-ci il) yayılmış 
fi kirlərinə diqqət yetirək: 
“Qazax torpağında 26 şəhəri qan içində boğan, otrar 
sivilizasiyasını məhv edən Çingizxanı “azadlıq daşıyıcısı” 
elan etmək vəhşilikdir. Bizim müstəqil bir millət kimi hələ 
tam möhkəmlənmədiyimiz bir dövrdə tarixi belə yazmaq 
ağılsızlıq və hətta bir qədər də sərt olsaq – savadsızlıqdır. 
Bu, “Son damla qanımıza kimi Kairxanla!” deyərək öz 
vətənlərini müdafi ə edən və  qəhrəman kimi həlak olan 
minlərlə ulu baba və nənələrimizin ruhuna təhqirdir. Buna 
yalnız Çingizxan istilasından sonra vəhşilərin ulu Otrara 
ikinci hücumu adı vermək olar”.
Bir sözlə, dövlət hesabına maliyyələşən “Juldız” 
jurnalından zəmanəmizin böyük yazıçısı, qazax 
xalqının sadiq dostu Ç. Aytmatova və millətimizin 
tanınmış yazıçılarına qarşı  dəyənək kimi istifadə etmək 
mənəviyyatsızlıqdır. Bunu əcdadlarımızın tarixinin 
dolaşrırılmasında “böyük xidmətləri” olan müəllif edib. 
İndi M.Maqaunin əqidə xuliqanlığının qarşısını almağın 
vaxtı çatıb”. 
Kasım Kaysenov, Xalık Kaharmanı (Xalq Qəhrəmanı), 
yazıçı; Murat Jurinov, QR Mili Elmlər Akademiyasının 
prezidenti, Dövlət mükafatı laureatı, akademik; Muxtar 
Aliev, Xalık Kaharmanı (Xalq Qəhrəmanı), Dövlət mükafatı 
laureatı, akademik; Askarbek Kusainov, Qazaxıstan 
pedaqoji elmlər Akademiyasının prezidenti, Dövlət 
mükafatı laureatı, akademik; Kaydar Aldajumanov, Ş. 
Ualixanov adına tarix və etnoqrafi ya institutunun direktor 
müavini, tarix elmləri namizədi; Zeynolla Alşımbayev, 


180
QR Parlament məclisinin deputatı; Saylau Batırşaulı, QR 
diplomatik xidmətinin  Əməkdar xadimi, iqtisad elmləri 
doktoru, professor, “Dövlət dili” ictimai hərakatının 
Astana  şəhəri üzrə  sədri; Kutım Ordabayev, Cənubi 
Qazaxıstan vilayəti Otrar rayonu veteranlar şurasının 
sədri, SSRİ təhsil əlaçısı; Kasım Jakibayev, Qazaxıstanın 
xalq artisti; Abdilxamit Narımbetov,  fi lologiya  elmləri 
doktoru, professor; Murtuza Bulutay, fəlsəfə elmləri 
namizədi, kulturoloq, dinşünas; Mınbay  İles, Qazaxıstan 
jurnalistlər ittifaqının A.Bokeyxanov adına mükafatının 
laureatı, veteran jurnalist; Kusain Rısaldı,  Abılay xan 
adına Qazaxıstan beynəlxalq  əlaqələr və dünya dilləri 
universitetinin professoru; Kaldıbek Kurmanali, “Jas 
kazak” jurnalının baş redaktoruDarmen Smail, “Aykap” 
ictimai-siyasi həftəliyinin baş redaktoru
Təbii ki, Aytmatovun təhqir və ittihamlara məruz qaldığı bütün 
məqalələrdə məni də hökmən ona qatırdılar. 
İdi isə “Juldız” jurnalındakı  yazı barədə. Təxminən bir povest 
böyüklüyündə, 24 səhifəlik “Uçuruma yuvarlanan iki bədbəxt, və ya 
Ç. Aytmatov niyə ağlaşır, M. Şaxanov niyə ciyildəyir?” adlı məqaləyə 
ön sözü M.Maqauin özü yazıb. Müəllif Bekdilda Aldamjarov isə 
yazıda Aytmatovla mənim «Uçurum üzərində ovçu fəryadı» (Əsrin 
sonunda etiraf) kitabımızı var gücü ilə qaralamağa çalışıb. 
Ön sözün sonuncu cümləsi: 
“...Budur, Bakdildı Aldamjarovun (indiyə kimi 
“Bəşəriyyətin Aytmatovu” və “Bütün şərqin  Şaxanovu”-
nu yerinə otuzduran) bir cüt şahinlə bərabər süzən növbəti 
məqaləsi! Həvəskar  şair M.Ş.  səhnəyə  çıxmazdan öncə 
konferansyenin dediyi kimi – buyurun, qəbul edin!”


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə