Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


sonra tapıb diqqətlə oxudum. Onda gördüm ki, birincisi



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə52/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   48   49   50   51   52   53   54   55   ...   93

185
sonra tapıb diqqətlə oxudum. Onda gördüm ki, birincisi 
Kekilbayevin  əsərində “manqurd” sözünə heç yerdə rast 
gəlinmir, ikincisi isə povestdə bu hadisə barədə  cəmi 25 
sətirdə danışılır. Mənim sözlərimi  əsaslandırmaq üçün 
“Mart qarı” toplusundakı (1988-ci il) əsərdən bu məsələ 
ilə bağlı üç parça verək, səh - 273, 274: 
“Qocalar ağ  dəvənin dərisi üzərində ayini bitirdilər. 
Onun hissələrini qollarını  çırmalamış  vəziyyətdə altı  əsirin 
yanında dayanan kişilərə verdilər. İsti, yaş dərilər qırxılmış 
başlara keçirildi. Cavanlar başa düşmürdülər ki, bunu niyə 
belə edirlər. Türkmənlərin donuq sifətlərindən də heç nə 
oxuya bilmirdilər. 
Kişilər barmaqlarını sürtərək dərilərin qıraqlarını 
hamarladılar və onları  kəmərlə  sıxaraq halqa formasın-
da bağladılar. Gənclərin başı sanki qurğuşuna döndü, gic-
gahlarından küt ağrı başladı”.
“Maraqdan lap səbirsizləşən atlılar  əsirlərin  ətrafına 
toplaşmışdılar.  Əsirlər isə artıq heç nə görmürdülər. Tər 
sıyrıntıları göynədirdi. Bədəndə elə bir yer qalmamışdı ki, 
ağrıdan qıvrılmasın. Gün yaş  dəriləri qurudurdu. Bala-
calaşaraq onlar kəlləni sıxırdılar. Sanki bu dəqiqə başları 
çatlayacaqdı”. 
“Düz bir həftə gənc oğlanlar səhrada ağrıdan qıvrılaraq 
inildədilər. Sonra ağrı azaldı. Saçlar dərinin qalın, bərkim-
iş divarlarını deşə bilmədikləri üçün içəriyə doğru uzanırdı. 
Hər gün bir az da dərinə. Onlar böyüdükcə əsirlər kim old-
uqlarını, haradan gəldiklərini unudur, danışıq  qabiliyyətləri-
ni itirirdilər. Onlar əqli cəhətdən heyvanlarla eyniləşən 
dəlilərə çevrilirdilər. Gündüz onlar dəvələrlə birlikdə  gəzir, 
axşamlar isə dəvələrlə birlikdə aula qayıdırdılar”. 


186
Vəssalam, elə bu qədər. Qəzet informasiyasından çox 
deyil. 
Əgər “ədalət carçıları” haqlıdırlarsa bu rus ədəbi-
yyatçıları harda “manqurd” ifadəsi görüblər?  Əminəm 
ki, Abiş qardaş özü də onlarla razılaşmaz. Mənə pis təsir 
edən budur ki, kimsə məni oğru kimi qələmə vermək istəy-
ir. Amma, mən anlayıram ki, bu bəzi adamların fi tnəsidir. 
Buna görə də kiçik bir qrupun təzribatları bir qədər nara-
hat etsə də, üzərimə kölgə sala bilməzlər... Aynalayın, sizin 
qəlbiniz ucsuz-bucaqsız çölləriniz kimidir. Mənim mehrib-
an qazax qardaşlarım, mən həmişə sizinləyəm!” 
Aytmatovun bu müsahibəsindən daha bir hissəni təqdim edirik:  
“Axı M.Şaxanovun “Cəzalandıran yaddaşın kosmo-
formulu” əsərindən sonra bu didişmə başladı, düzdür? Bu 
heç şübhəsiz ki, dünya səviyyəli, yüksək dəyərə malik  bir 
əsərdir. Orada Çingizxan necə təsvir olunur – bu çox qa-
biliyyətli sərkərdə, bütün gücünü, bacarığını və istedadını 
qəsbkarlığa həsr edən  şəxsiyyətdir.  Onun bir çox insani 
dəyərləri dağıtdığını da gizlətmək olmaz. Amma, hətta 
bununla yanaşı deyə bilərəm ki, bu günkü mübahisələr – 
lazımsız hay-küydür. Uzaq tarixin bir qəhrəmanının bun-
lara ehtiyacı yoxdur. Bizim onun gördüyü işlərin mədəni-
yyətin, sivilizasiyanın inkişafına kömək edə biləcəyini 
düşünməyimiz pis olardı  məgər? Kor-koranə sitayiş et-
məkdənsə, yəqin həqiqəti bilmək daha yaxşı olar. Tiran elə 
tiran olaraq qalır...
– Muxtar Maqauindən incikliyiniz varmı? Onun sizin 
barənizdə məqaləsini oxumusunuzmu? 
– Oxumamışam, oxumaq istəmirəm. Bu məqalə 
haqqında mənə tanışlarım məlumat verdi. Maqauin isə 
qoy inciməsin, amma indiyə kimi onun barəsində heç nə 
eşitməmişdim və belə adamın mövcudluğundan xəbərim 


187
də yox idi. Qazaxıstanda ola bilər ki, tanınır, xaricdə isə 
belə yazıçı tanımırlar. Mən məəttəl qalmışam ki, o niyə 
birdən-birə mənə belə diş qıcıtmağa başlayıb...” 
 
Qayıdaq Çingizxanla bağlı mübahisələrə. 2002-ci ildə, Rusi-
yanın Populyar “Trud” qəzetində Aytmatovla mənim “Çingizxanın 
təhlükəli fetişi” tarixi essemizin böyük bir hissəsi dərc olunduqdan 
sonra elə o ərəfədə böyük xaqana 20 metrlik abidə qurulmasına 
başlanılan Monqolustan Xalq Respublikasından, həmçinin Bury-
atiya və Kalmıkiyadan olan alimlər və ictimai xadimlərin arasına 
çaxnaşma düşdü. Rusiya Federasiyası ərazisində keçirilən böyük fo-
rum zamanı Çingizxanla bağlı səslənən iki kiçik bəyanata və başqa 
fi kirlərə diqqət yetirək.
“Bu Çingizxanın 840 illiyinə həsr olunan ilk elmi kon-
frans idi. Ulan-Udeyə qonşu sibir şəhərləri – İrkutsk, Çita, 
Novosibirskdən, həmçinin Moskvadan, Vladivostokdan, 
Monqolustandan, Çindən, Koreyadan, Yaponiyadan, Tür-
kiyədən tarixçilər, alimlər – təxminən 100 nəfər gəlmişdi. 
Təşkilatçılar – Buryatiya dövlət universiteti və onların 
monqol həmkarları idi. Çıxış edənlərin hücum xarakterli 
nitqləri bununla izah edilirdi ki, bir neçə ay əvvəl mərkəzi 
qəzetlərdən birində yazıçı Çingiz Aytmatov və Qazax şairi 
Muxtar Şaxanov bəzi ölkələrdə Çingizxanın həddən artıq 
göylərə qaldırılmasını tənqid etmişdilər...” 
Yuriy Drize 
(«İstilaçı, yoxsa sülh keşikçisi?»,
«Axtarış» internet qəzeti, 
25 oktyabr 2002 ci il.)
“Tanış bir tarixçi-professor Ulan_Udedə keçirilən kon-
frans barədə eşidib hövsələsiz şəkildə dedi: “Vəssalam, bir 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə