Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə49/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   45   46   47   48   49   50   51   52   ...   93

175
Elmlər Akademiyasının prezidenti, Dövlət mükafatı laureatı Murat 
Jurinov başçılıq edirdilər. 15 nəfərin imzası olan bu material 
respublikamızın bir neçə  mətbu orqanında dərc olundu. “Əqidə 
xuliqanlığn üçün sədd varmı? (Prezidentin nəzərinə)” adlı bu açıq 
məktubdan bir parça:
“ “Juldız” jurnalının baş redaktoru, yazıçı M. 
Maqauin rəhbərlik etdiyi jurnalı öz şəxsi məqsədləri üçün 
istifadə edərək, əsərləri dünyanın bir çox dillərinə tərcümə 
olunmuş Ç. Aytmatova əsassız olaraq qara yaxıb. Qardaş 
qırğız xalqının bu əfsanəvi, bənzərsiz yazıçısı adları ilə indi 
millətimizin fəxr etdiyi qazax şair və yazıçılarının bütöv 
bir dəstəsini yetişdirib. Bununla belə M. Maqauin qələm 
əhli arasında nifaq və qarışıqlıq salmaq istəyir. Qazaxıstan 
Respublikası Parlamentinin deputatı, xalq yazıçısı Muxtar 
Şaxanov bu barədə ölkə parlamentinin tribunasından çıxış 
edərək narahatlığını bildirib və Maqauinin hərəkətlərini 
paxıllıq və  qudurğanlıq kimi xarakterizə edib. 
Bu bəyanatda düzgün olaraq vurğulanır ki, Maqauin 
B.Aldamjarovla birlikdə “Juldız” jurnalı vasitəsilə 
Maxambet Utemisov, S. Seyfullin, M. Auezov, S. Mukanov, 
A. Nurpeisov, K. Muxamedjanov, M. Makataev, Ş.Murtazı, 
K.Marza-Ali, O.Bokeya, K.Seqizbayev, M.Joldasbekova, 
K.Şanqıtbayev, S.Jienbayev, N. Orazalin, Koşım-Noqay, 
T.Şapay, K.Salqaraulı, A.Seydim-bek, M.Kulkenov, 
J.Kaorqasbek, U.Esdaulet, S.Daumov, İ. Saparbay və 
başqalarının ünvanına yağdırdığı  təhqiramiz,  əsassız 
tənqid və rişxəndləri ilə yazıçılar arasına ikitirəlik salmağa 
çalışır. 
Amma, Şaxanovun bəyanatı “Ana tili” qəzetində (30 
iyun 2005-ci il) dərc olunduqdan sonra Maqauin öz səhvini 
etiraf etmək əvəzinə, tərəfdarlarının imzasını toplamaqla 
yenə öz tutduğundan  əl çəkmək istəmir. M.Maqauini 


176
müdafi ə edən imza sahibləri “Açıq məktubda” Ç. 
Aytmatovun böyük yazıçı olduğunu etiraf etsələr də, öz 
əsassız iddialarından da əl çəkmirlər. Bunula belə onlar 
müdafi ə etdikləri “Juldız” jurnalının “bu və ya digər 
dərəcədə subyektiv, birtərəfl i  məqamlara yol verdiyini” 
inkar etməyiblər. Necə deyərlər, buna da şükür. (Ədalət 
naminə demək lazımdır ki, M. Şaxanov “Jalın” jurnalına 
rəhbərlik edərkən Maqauinə qarşı bircə tənqidi məqalə də 
çap olunmamışdı.) Maqauin isə Aytmatov və  Şaxanovun 
əleyhinə olan tənqidi məqalələri gah öz adından, gah da 
Şaxanovun adından bir-birinin ardınca çap elətdirir. 
Ötən məqalələrdə böhtan xarakterli ittihamlar az imiş 
kimi o, “Juldız” jurnalının beşinci nömrəsində özünün 
“A.A” məqaləsində Ç. Aytmatovu yenə  də  təhqir edir. 
6-cı sayında B. Aldamjarovun “Uçuruma yuvarlanan iki 
bədbəxt, və ya Ç. Aytmatov niyə ağlaşır, M. Şaxanov niyə 
ciyildiyir?” adlı məqaləsi. Hər iki məqalə hərəsi bir kiçik 
povest boydadır və bir-birinin ardınca dərc olunub. Ön 
sözü Maqauinin özünün yazdığı sonuncu məqalədə onlar 
Ç. Aytmatovun ədəbiyyatdakı rolunu heçə endirməyə  və 
onun istedadını şübhə altına almağa çalışıblar. Bu məqalədə 
B. Aldamjarov Aytmatova dünya şöhrəti qazandıran 
“Cəmilə”, “Ağ  gəmi”, “Gün var əsrə  bərabər”  əsərlərini 
“analiz” edir. O, bu kitabların qəhrəmanlarına qazax 
xalqını alçaldan keyfi yyətlər “yapışdırır”.  Əsərlərdən 
birini o, “amansızcasına  ələ salan kitabça” adlandırır. 
“Gün var əsrə bərabər” haqqında da narazılığını bildirir: 
“Ş.Murtuzanın bu əsəri tərcümə etməyə necə cürəti çatıb, 
mən mat qalıram”. 
Məgər M.Maqauin və B.Aldajarova kimi respublikada 
heç kim Aytmatovun kitablarını oxumayıb və qiymət 
verməyib? İndiyə kimi qazax xalqının elə bir nümayəndəsini 
görməmişəm ki, bu əsərlərdən narazılığını bildirsin. 


177
Qazax düzlərinin sonsuz genişliklərinin mərd sakinlərinin 
obrazlarını çox düzgün, sevgi ilə  təsvir edən Aytmatov 
bizim xalqı bütün dünyaya tanıdıb və onun ünvanına axın-
axın minnətdar oxucu məktubları gəlirdi.  Eyni zamanda 
Maqauinin Çingizxan dövrü ilə bağlı nostalji hissləri 
keçirməsi gülüş doğurur. Vaxtilə o, “Juldız” jurnalında 
yazırdı: Çingizxan daim bizim fəxrimiz olacaq... Biz deyə 
bilərik ki, Çingizxanın və onun davamçılarının atının 
dırnaqları dəyən torpaqlarda heç bir xalq it-bat olmayıb”. 
Əgər Maqauinə inansaq, Çingizxanın noyonları bizim 
şəhərlərimizi yerlə yeksan etməyib, babalarımızı qırmayıb, 
torpaqlarımızı qanla suvarmayıb. Onun fi krincə gözləri 
yaşlı qalan dul qadınlar, fəryadı göylərə  çıxan yetimlər, 
övladlarını itirdikləri üçün  kədərdən yuxuları ərşə çəkilən 
qocalar olmayıb. 
O, hesab edir ki, bütün bunların baş verməsi 
ədalətlidir, buna görə monqol hökmdarını ittiham etmək 
günahdır. Əksinə, biz ona minnətdar olmalıyıq. Onda belə 
çıxır ki, Çingizxan müqəddəsdir və bizim ucsuz-bucaqsız 
çöllərimizə  ədalət qurmağa,  xeyir əməllər etməyə  gəlib? 
O, bəlkə başqa ölkələrə də xoş niyyətlə gedib? 
Savadlı bir xalqda bu cür bisavad ideyalarla inam 
hissi yaratmağın mümkün olduğunu düşünənlər yanılırlar.   
Bu yolla Maqauin həqiqəti təhrif etməklə “öz tarixini” 
yaratmaq istəyir,  əsassız-sübutsuz (sanki öz gözləri 
ilə görüb və  əli ilə yoxlayıb) bəyan edir: “Müharibədə 
Otrardakı konıratlar (konırat – cənubi Qazaxıstan 
vilayətində  məskunlaşan qazax qəbiləsi) hamısı qaladan 
kənarda döyüşüblər, içəridə heç yarım dənə  də konırat 
olmayıb”. Elə bu cür məntiqsiz  şəkildə Maquin Otrarı 
qəhrəmancasına müdafi ə etmiş Kairxanla bağlı faktları 
var-gücü ilə    təhrif etməyə çalışırdı. Otrarda karvanın 
məhv edilməsi barədə  dəqiq məlumat bu günə kimi də 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə