Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


öz atasının evində, arvad da öz valideynlərinin yanın-



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə45/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   41   42   43   44   45   46   47   48   ...   93

162
öz atasının evində, arvad da öz valideynlərinin yanın-
da yaşamaqda davam edirmiş. Arvadın ildə yalnız bir 
neçə gün ərinin evində qalmağa ixtiyarı var imiş. Hətta 
uşaqlar olandan sonra da bu qayda qüvvədə qalırmış. 
Tez-tez görüşmək qadağan imiş, bu abırsızlıq sayılırmış. 
Bütün ömürləri boyu ər-arvad maddi cəhətdən də bir-bir-
indən asılı deyilmiş. Hərə öz bacardığı kimi dolanırmış. 
Ən maraqlısı isə budur ki, bu qəbilədə boşanma halları 
demək olar ki, yox imiş. Bəlkə ona görə ki, çox az-az olan 
görüşlər bayram kimi qəbul edilirmiş? 
Dayakların evlənmə və boşanma adətləri isə başqa-
larından tam fərqlənirdi. Bu xalqın məişəti və adətlərini 
araşdıran etnoqraf Pyer Pfeffer yazırdı: “Kişilər kimi qa-
dınlar da boşanmanın təşəbbüskarı ola bilərlər. Dayaklar 
bunda faciəvi heç nə görmürlər”. 
İnsanların məhəbbət və nigah məsələlərinə belə müx-
təlif yanaşmalarının arxasında milyonlarla insan taleləri 
və uğursuz məhəbbətin qırdığı qəlblər var”. 
- Mövqeyimizin aydın olması üçün daha bir problemə 
yanaşmamızı  dəqiqləşdirməliyik, - Aytmatov davam etdi. – Bəzən 
çoxarvadlılıqla bağlı mənfi  fi kirlər söylənir, amma axı bu ailələrdə 
uşaqlar valideyn nəvazişi və mehribanlıq görür. Onların taleləri 
körpə vaxtlarından atılan, valideyn məhəbbəti, qayğısı görməyən 
uşaqlardan yerlə göy qədər fərlidir. Biz bunu heç düşünmürük. 
Bir misal gətirim. Mən Jambıl baytarlıq texnikumunda oxuyanda 
bir dəfə “atçılıq”-dan dərs deyən qoca müəllimimiz (Leninqradd-
an evakuasiya olunun) bizi şəhər kənarına aparmışdı. O, ağacların 
arasındakı çəmənlikdə otlayan zəncirli madyan və dayça barədə su-
al-cavab dərsi keçirirdi. Sonra isə istirahət etmək üçün fasilə elan 
olundu. Elə bu vaxt tükürpədici bir pişik çığırtısının səsi gəldi. Sən 
demə bizm uşaqlardan biri sahibsiz bir pişiyi tutaraq ağacdan asıb. 
Mənim yanımda olan oğlan tez cibindən bıçaq çıxardıb - “heyvana 


163
belə zülm verərlər?” – deyərək pişiyin asıldlğı kəndiri kəsdi. Sadist 
oğlan isə onun üstünə cumaraq boğazından tutdu və dedi: “Bu sənin 
atanın pişiyi deyil ki, başqasının işinə niyə qarışırsan? Bilmək istəy-
irsənsə, mən hər bir canlıya zülm verməkdən həzz alıram”. Mən on-
ları ayırmasaydım yəqin ki, dava olacaqdı. Sonralar o oğlanın “mən 
hər bir canlıya zülm verməkdən həzz alıram” sözləri bizi düşünməyə 
vadar edirdi. Məlum oldu ki, bu oğlan qətiyyən valideyn nəvazişi 
görməyib. Anası onu bic doğub. Uşaq yetkinlik yaşına çatana kimi 
uşaq evində böyüyüb və tərbiyə alıb. Bu misaldan yaxşı görünür ki, 
valideyn himayəsi, qayğısı olmadan alınan tərbiyə hansı acılarla və 
necə dəhşətli bəla ilə nəticələnə bilər.  
- Sovet İttifaqında bir vaxtlar əzazil və kökü olmayanlardan 
dövlət siyasətində istifadə olunurdu, - mən dedim. – Novosibirsk-
də uşaq evlərinin yetirmələri, əsasən də valideynləri bəlli olmayan 
atılmış  uşaqlardan ibarət ordu hissəsi formalaşdırılmışdı. Bu cəza 
dəstələrinin yaradılması çox  məxfi   saxlanılırdı. 1986-cı ildə Al-
ma-Atada Dekabr üsyanının yatırılması çərçivəsində “Çovğun” adlı 
cəza  əməliyyatında məhz bu daş  qəlbli insanlardan istifadə olun-
muşdu. Əsgərlər meydana yığışmış silahsız gəncləri amansızcasına 
döyərək, onlardan bir neçəsini öldürmüşdülər. Cavan oğlan və  qı-
zları 20 dərəcəlik şaxtada saatlarla meydanın ətrafındakı ərazidə buz 
bağlamış yerdə üzü aşağı vəziyyətdə uzanmağa vadar etmişdilər. Son-
ra isə kimini ayağından, kimini saçından tutaraq odun parçası kimi 
yük maşınının kuzasına atıblar. Şübhəsiz ki, ailədə, səmimi və isti 
valideyn sevgisi görərək böyüyən əsgərlər, necə əmr verilməsindən 
asılı olmayaraq belə vəhşiliklər edə bilməzdilər. Bu zalımlar isə ək-
sinə, işgəncə verməkdən həzz alırdılar: 30-dan artıq maşını ağzına 
kimi cavan uşaqlarla dolduraraq şəhərdən 30-40 km uzağa apararaq 
amansızcasına döyməyə başlayıb, bəzilərini isə döyərək öldürüblər. 
Huşunu itirdikdən sonra özünə gələnləri ayaqqabılarını və paltarını 
çıxarmağa məcbur edir və belə vəziyyətdə buraxırdılar. 20 dərəcəlik 
şaxtada isə bu elə ölüm demək idi. Qızların hamısını zorladıqdan 
sonra alt paltarı olmadan yerdə qarın üstündə uzanmağa məcbur 


164
edərək “daha doğa bilməyəcəksiniz” deyirmişlər. Bu vəhşilikləri 
heç Hitlerin faşistləri də etməyiblər. Çünki, onlarda bu cür valid-
eyn sevgisi olmadan, nəvaziş görmədən böyüyən əsgərlərdən ibarət 
hərbi hissələr yox idi. Kimin ağlına gələrdi ki, valideyn qayğısı, hi-
mayəsinin olmaması necə böyük təhlükə yaradır. Uzun əsrlər boyu 
bu problemə kifayət qədər əhəmiyyət verilməmiş, bu hər kəsin şəxsi 
işi hesab olunmuşdu. Bəs bu tip cəza dəstələri yaradan hakimiyyətin 
mənəviyyatsız siyasətinə nə ad vermək olar? 
- Bax bu nöqteyi-nəzərdən cəmiyyət üçün təhlükəli, daşürək-
li yetimlərin sayının artmasındansa, hamının qınaq hədəfi   olmaq, 
amma  uşaqları çoxarvadlı ailədə böyütmək daha yaxşıdır. Human-
izm yolu ilə getmək üçün bu ideya daha proqressiv təsir bağışlayır, 
- gülərək Torekul oğlu dedi. 
2008-ci ilin dekabrında, Aytmatovun ölümündən sonra mən 
Urumçi  şəhərinin sakinlərinin dəvətilə Çin Xalq Respublikasının 
Sinszyan-Uyğur muxtar rayonunda oldum və üç min nəfərlik böyük 
bir zalda poeziya axşamı keçirdim. Deyilənə görə, elə bir o qədər 
də adam bilet tapa bilmədiyi üçün tədbirə qatıla bilməmişdi. Çin 
polisi həyat yoldaşımla məni çox çətinliklə, böyük insan kütləsini 
yararaq bizi mehmanxanaya aparacaq maşına çatdırdı. Urumçi qa-
zaxlarının mənim poeziyama vurğunluğu heyrətamiz idi. Onların 
arasında elələri var idi ki, mənim poemalarımı saatlarla əzbərdən 
deyirdi. Sanki, hətta poeziya aləmindən uzaq olan adamların da 
arasında mənim şeirlərimdən heç olmasa bir kupleti bilməyən şəxsi 
tapmaq çox çətin məsələ idi. Növbəti gün, saat yeddi radələrində 
qapı döyüldü. Açıram – kandarda bir dəstə  pərəstişkar dayanıb. 
“Muxtar-ağa, biz Çinin uzaq bölgələrindən gəlmişik, 200 nəfərdən 
çoxuq, sizin poeziya axşamınızda iştirak edə bilmədik. Heç olmasa 
avtoqraf almaq ümidi ilə bütün gecəni yatmamışıq, sizin yuxudan 
durmağınızı gözləyirdik”, - onlardan biri dedi. 
Açığı belə ehtiramı mən heç yerdə görməmişdim, hətta öz doğ-
ma aulumda da. Məni müşayiət edənlər bu pərəstişkarlarımı bir-
bir otağa buraxmağa məcbur oldular. Onların əksəriyyətinin əlində 
mənim Urumçidə bir neçə  dəfə  təkrar nəşr olunmuş  şeirlər toplu-


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə