159
cüblü deyil. Vacib
olan budur ki, istər ailədə harmoniya və birliyin,
istərsə də evdə rifahın, fi ravanlığın təmin olunmasında kişinin öz
məsuliyyətini dərk etməsi bu alyansı daha möhkəm edir. Yoxsa qa-
dınların təbiətində belə dinc birlik çox nadir hadisədir.
- Sizə məni çox təəccübləndirən bir hadisə barədə də danışa-
cağam, - Aytmatova dedim. – Qızılordada bir bir kişinin üç arvadı
var ki, hamısı bir damın altında çox mehriban yaşayırlar.
- Bu faktın özü möcüzəli nağıla bənzəyir – Şıken gülümsəyərək
dedi.
- Elə bu fakt ona görə qiymətlidir ki, o, həqiqətən nağıla
bənzəyir, mən dedim. - Əlbəttə, indiki
zəmanədə üç arvad saxlam-
aq, onların bir evdə mehriban yaşamasını və fi ravanlığı təmin etmək
çox çətindir. Amma, bu oğlan qadınlarda eqoizm və xüsusiyyətçilik
hisslərini cilovlamaq üçün kobud üsuldan istifadə edirdi. Elə ilk gün-
lərdən arvadlardan biri o birilərindən şikayət edir. Əri ona dinməzcə
qulaq asır. Sonra üçünü də yanbayan otuzdurub şikayətin məğzi-
ni onların nəzərinə çatdırır. Və dombranı götürüb Kurmanqazının
“Kisen aşkan” (Qandallardan qurtulma) küyünü ifa etməyə başlayır.
“Kim birliyə daş atırsa, o, satqınlıq eləyir” sözlərini oxuduqdan son-
ra isə hər üçünü qamçılamağa başlayır. Növbəti
dəfə başqa bir arvad
rəqiblərindən şikayət edəndə, kişi yenə də bu metoddan istifadə edir.
Lap təqsirkar elə şikayətçinin özü olsa da, “Qandallardan qurtulma”
küyünün musiqisi altında “Kim birliyə daş atırsa, o, satqınlıq eləyir”
sözlərini deyib üçünü də qamçılayır. Burda əsas məqsəd odur ki, qa-
dınlar nə olursa olsun bir-birilərini satmasınlar və şikayət etməsinlər.
Nəticədə hər üçü tədricən paxıllıq və qısqanclıq hissindən qurtuldu-
lar və bir-birilərinin yaxşı cəhətlərinə daha çox diqqət yetirərək qa-
rşılıqlı hörmət mühitində yaşamağa başladılar. Buna nə deyirsiniz?
- Mənim “hərdən qara qüvvə də birliyə, fi ravanlığa
və hətta
məhəbbətə xidmət edə bilərmış” deməkdən başqa yolum qalmır,
- dalğın şəkildə gülümsəyərək Çingiz Torekuloviç dedi. – Biz axı
ər-arvad həyatının keşməkeşləri barədə öz kitabımızda, “Bizim ta-
leyimizin qadınları” fəslində də danışmışıq. Bəlkə də həyat belə
təkrarsız anları ilə daha məzmunlu və maraqlıdır...
160
Aytmatovun haqqında danışdığı fəsildən bir parçanı təqdim
edirəm:
“AYTMATOV. ...Əgər sadiqliyi məhəbbətin əsas
ölçü meyarı kimi qəbul eləsək, onda demək lazımdır
ki, qədim dövrlərdə hər xalq, millət onu bir cür başa
düşür, öz dini dünyagörüşlərindən çıxış edərək qəbul
edir. Qədim təqvimlərdə, qayaüstü şəkillərdə, papirus
üzərindəki qravüralarda, torpaq altından çıxarılan daş
sarkofaqların üstündə çoxlu şəkillər var ki, bu şəkillərdə
qadınlar ölmüş ərləri ilə birlikdə o biri dünyaya getmək
üçün özlərini könüllü şəkildə yandırırlar.
Bu dəhşətli adət dünyanın müxtəlif guşələrində
mövcud idi. Məsələn, Çində Xaynan adasının sakinləri
ölən kişinin cəsədini ipək parça və ya heyvan dəriləri ilə
örtür, onun yanında əli-qolu bağlanmış arvadını diri-diri
uzadır və ikisini də yandırırdılar. İnsanlar inanırdılar ki,
bir yerdə o biri dünyaya gedən ər-arvad orada da birlikdə
xöşbəxtcəsinə yaşamaqda davam edəcəklər.
Herodotun və antik dövrün başqa tarixçilərinin
əlyazmalarında da buna bənzər faktlara çox rast gəlinir.
Əsilzadə bir adam ölürdüsə, çoxsaylı arvadlarından ən
sevimlisi də onunla birlikdə o dünyaya getməli idi. Bu dul
qadınlar arasında dalaşmalarla, skandalla nəticələnirdi.
Ona görə də dostları hələ sağ ikən yoldaşlarının ən sevimli
arvadının kim olduğunu öyrənməyə çalışırdılar. Dostları
bu qadının adını elan edəndə, o sevincindən sanki göyün
yeddinci qatında olurdu. Yaxın qohumlarından bir nəfər
onu öldürür və ərinin yanında basdırırdı. Qalan arvadlar
isə ağlayır, əzab çəkirdilər. Çünki, onların anlayışlarına
görə əri öləndən sonra sağ qalmadan rüsvayçı heç nə ola
bilməzdi.