Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə43/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   39   40   41   42   43   44   45   46   ...   93

155
KUMIS VƏ QOCALIQ 
Malayziya kralı və onun xanımı 
və ya 
Aytmatov nədən incidi?
Malayziya kralı Tuanku Sayed Siracuddin ibn al-Marx-
um Tuanku Sayed Putra XII Camalulayla aşağıda şeir for-
masında olan zarafatyana hekayəti danışmaqla yanaşı, həm 
də onu dedim ki, mən XX əsrin böyük şairləri Rəsul Həmzə-
tov və Davud Kuqultinovun qardaşlığı  və dostu olmuşam. 
Biz hamımız SSRİ Ali Sovetinin deputatları olmuşuq. Mən 
onlara danışmışdım ki, qazaxlarda kişinin gücünü müəyyən 
etməyə imkan verən və “K” hərfi  ilə başlayan üç amil var. 
Bunlar  “kımız” – kumıs, “kazı” – kazı  və  “kız” – qızdır. 
Xalq bunlardan uzaq gəzənləri “cigit” hesab etmir. 
Bir dəfə Almatıdan Moskvaya qayıdıb gördüm ki, 
“Moskva” mehmanxanasında mənim deputat otağımda-
kı soyuducudan kazı yoxa çıxıb. Kumısın boş  şüşələri də 
yerə atılmışdı. Bir müddət sonra Rəsul və Davud gəldilər və 
gülə-gülə dedilər: “Mehmanxananın növbətçisindən xahiş 
elədik ki, sənin otağının qapısını açsın.  İstəyirdik kumısın 
və kazının dadına baxaq görək doğrudanmı sən deyən kim-
idir. İndi deyə bilərik ki, biz də Altmışbay və ya Yetmışbaylar 
doğurmağa qadirik”. 
Biz  şəhərdə yaşayırıq və nadir hallarda kumıs içirik. 
Amma mən  əminəm ki, o nəsilartırma funksiyalarının qo-
runmasına yardım edir və dünyaya Yetmişbay, Səksənbay və 
hətta Doxsanbayların gəlməsinə səbəb olur. Keçən il Cənubi 
Qazaxıstan vilayətində kumısı gündəlik içkiyə çevirən bir qa-
dının 57 yaşında sağlam bir uşaq doğduğunu eşidəndə  çox 
mütəəssir oldum. Onun evində qonaq olaraq kumıs da içdim. 
Heç vaxt eşıtməmişdim ki, qazax torpağında bu yaşlı qadın 
dünyaya uşaq gətirsin... 


156
Malayziya kralı – enerjili, işgüzar, 
Bizi qarşıladı mehribancasına. 
Çox füsunkar görsənir
Yanında kraliça. 
Hər millətin özünün qürurla göstərdiyi
Yeməkləri içkisi var. 
Qazaxıstan səfi ri onlara ehtiramla
Kumıs süzdü, köpüklü.
Nəzakət xatirinə onlar bir qurtum içib,
Kənara qoydular piyalələri. 
Zarafatla dedim mən:
-Əlahəzrət sağ olsun, 
Bizim qazaxlarda belə adlar var
Yetmişbay, Səksənbay, Doxsanbay.
Bu adların mənası bir işarə
Ahıl vaxtlarında övlad sevinci 
Keçirən ataların yaşına. 
Bu uğurun sadə bir izahı var – 
Cavanlıqla vidalaşmayıb onlar.
Buna görə bu ağsaqqal qocalar
Gözlənilməz xoşbəxtlik qazanıblar. 
Bəs sizin dövlətdə deyin bir, varmı, 
Səksən, doxsan yaşda ata olanlar? 
Cavab əvəzinə onlar utanıb, 
Ikisi də başlarını yellədilər. 
-Bax belə, - mən dedim, - 
Bəyənmədiz, gördüm bizim kumısı.
Amma, o düz altmış dərdin dərmanı, 
Həm də kişilərin gücün artırır
Hətta ən tənbəl qocaların da... 


157
Bundan sonra gördüm kral arvadı, 
Mənə baxıb gülümsədi inamla, 
Sonra ərin dümsükləyib yüngülcə
Pıçıldadı ona: “Bir yerdə içək”.
Bir an sonra
Kumıs dolu badələr
Boş idilər. 
Bu kral ailəsiylə
Görüşümüz barədə 
Mən bir dəfə danışdım
Aytmatov Çingizə. 
Gözləri yaşarınca gülüb o mənə dedi:
-Kumısın bu qeyri-adi
Gücünü niyə mənim
Yadıma salmamısan
Arvad cavan olanda?
İndi daha bu işi 
Özün davam etdir sən. 
Qocalığı yaxına buraxmamaq özü də, 
Kişilik, güc rəmzidir. 
Bir neçə il əvvəlsə, 
Çingiz Aytmatovun 
Yetmiş yaşı olanda, 
Mən zarafatla ona qoca kişisən dedim. 
O, məndən bərk incidi
Düz üç gün ərzində 
Heç salam da vermədi. 
İndi özüm qorxuram
Ki, kimsə birdən mənə
Qoca kişisən deyər.


158
Bir vaxt mən də Çingizin
Xətrinə dəydiyimçün. 
Bəli, qoy “Qocalmadan, qocalaq!”
Sözləri hər bir kişinin şüarına çevrilsin.
Bir dəfə Almatıda, mən qonaqlarla birlikdə kumıs içərək bu şei-
ri oxuyanda, Aytmatov zarafatyana dedi: 
- Sən məndən 14 il balaca olsan da, qoy qocalığa təslim olma-
maq ideyası bizim ümumi məqsədimiz olsun. Qoy sənin şeirlərin in-
sanların kumısa rəğbətini artırsın və dünyaya gələn Yetmişbayların, 
Səksənbayların sayı lap çox olsun. Şeirdəki bir fi kri təkrarlayıram. 
Heyf, mənim artıq bir faydam yoxdur. Amma, qoy gəlinlərin xe-
yir-duası ilə qocalığa boyun əyməyən cəsarətli kişilərin yolu açıq 
olsun! 
Sonra isə o, Bişkekdə  bəzi kumıssevər imkanlı  iş adamları 
arasında ikiarvadlılığın dəb olduğunu danışdı.  
- Mən Baybosın Zulpıxarov adlı bir oğlan tanıyıram, o, Otrar-
dandır, amma indi Şımkentdə yaşayır, - Aytmatova dedim. – Bir dəfə 
Şımkentdə sizi onunla tanış etmək istədim, amma alınmadı. Onun iki 
arvadı var: Jansulu və Nelya. İkisi də Baybosını dəli kimi sevirlər. 
Ən maraqlısı isə budur ki, qadınlar bir-birilərinə  səmimi hörmətlə 
yanaşırlar. Hər ikisi ayrı evdə yaşayır, amma Baybosan evin birinə 
özü ilə qonaq gətirəndə digəri tez özünü yetirib biş-düşə kömək edir. 
Ayrı-ayrı analardan olan uşaqların da aralarında gözəl mehriban mü-
nasibətləri var. Mən dəfələrlə hər iki arvadın öz ərinin üzərində əs-
diyinin şahidi  olmuşam. Biz nə danışsaq da, iki qadının bir kişinin 
məhəbbətini qazanmaq üçün sanki yarışması və kişinin də qarşılıqlı 
hissləri ilə bərabər bunların bir damın altında toplanması halı çox az 
araşdırılıb.
- Təəssüf ki, məni bu oğlanla tanış etməmisən, - məni təəccüblə 
dinləyən Aytmatov dedi. – Bu hadisədə arvadlar arasında dostluq 
münasibətləri və qonaqlıq zamanı ümumi maraqlar o qədər də təəc-


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə