Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə47/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   43   44   45   46   47   48   49   50   ...   93

169
O dövrdə müsəlman aləminin  ədəbiyyat sahəsində Nobel 
mükafatı laureatı olmuş yeganə nümayəndəsi, ərəb yazıçısı  Naqip 
Maxfuz isə belə deyib: 
“Muxtar  Şaxanovun yaradıcılığında ümumdünya 
poeziyasının  əsl mənası  səslənir. Mənəviyyatsızlıq və 
dünyanın güclülərinin əxlaqsızlığı – budur M. Şaxanovun 
hədəfl əri”.
Bütün hay-küy isə bundan başladı. Bir ölkə “Sivilizasiyanın 
yanlışlığı” və “Cəzalandıran yaddaşın kosmoformulu” əsərlərini 
Nobel mükafatına təqdim elədi. Mən özüm bu barədə bir qədər sonra 
xəbər tutdum. “Şaxanov Nobel mükafatı alsa müxalifət nümayəndəsi 
kimi bizim başımızda qoz sındıra bilər” – düşüncəsi ilə bizim 
hakimiyyətin qulaqları daim səsdə olan nümayəndələri gizli toplantı 
keçirirlər. Dövlət büdcəsindən maliyyələşən 80-dən çox qəzetə 
və jurnala “Cəzalandıran yaddaşın kosmoformulu” (Çingizxanın 
özü ilə apardığı sirr) əsəri  ətrafında hay-küy yaratmaq tapşırığı 
verilir. Fəallar qollarını çirmələyib işə girişirlər. Gah bu, gah da 
digər qəzetdə mənim əleyhimə yazılar çıxmağa başladı. Hamısının 
da  əlində “bayraq” elədiyi bu fi kir idi ki, “Şaxanov Çingizxana 
qara yaxır, çünki, o dağıdıcı yox, xilaskardır”. Bu cızma-qaraçılar 
həmçinin iddia edirdilər ki, “Çingizxan əslində monqol yox, qazax 
olub”. 
Obyektiv mülahizə yürütsək bir neçə yüzillik boyunca dünya 
ədəbiyyatı Çingizxanı “təcavüzkar”, “istilaçı”, “qaniçən” kimi təsvir 
edib. Qazax ədəbiyyatının başqa görkəmli nümayəndələrini bir tərəfə 
qoyaq, Abiş Kekilbayev də “Daranın məlikəsi haqda povest”-də 
Çingizxanı qəsbkar və zalım obrazında təsvir edib. Qəribədir ki, bu 
povestə heç kim əhəmiyyət verməyib, guya Çingizxana “qəsbkar”, 
“istilaçı” damğasını ancaq mən vurmuşam. Beləliklə  əsrlər boyu 
Çingizxana qarşı hörmətsizlik edənlərin hamısının təqsirini mənim 
üstümə yıxmağa çalışırdılar. 


170
Belə  şayiə  gəzirdi ki, mənə qarşı mübarizədə “xüsusi 
canfəşanlıq” göstərdiyi üçün rəqiblərimdən birinə hakimiyyət 
beşotaqlı, daha ikisinə isə üçotaqlı mənzil verib. 
Bunu “ağla sığmayan bir iş” adlandıran Çingiz Aytmatov belə 
nəticəyə gəldi: 
“...mənə öz xırdaçı,  şübhədoğuran təmənnaları, 
qəbilə-tayfa maraqları naminə müasir sivilizasiyanın 
humanist mülahizələrini  şübhə altına alan və onları 
dəyərdən salmaq istəyən ayrı-ayrı  Qazaxıstan şairləri və 
alimlərinin mövqeləri aydın deyil. Onlar başa düşmürlər 
ki, keçmişdəki tiranların cinayətlərini Almaniya kimi etiraf 
etmək cəmiyyətin daha tez bir zamanda sağalmasına, hər 
bir insanın mənəviyyatının, vicdanının təmizlənməsinə 
yardım edə bilər. Buna görə də tiranlara və zalım dahilərə 
xeyirxahlıq maskası geyindirərək cəmiyyəti yanlışlığa 
sürükləmək tam absurddur və yaxud bəşəriyyətin mövcud 
dəyərlərini kökündən dəyişmək lazımdır”. 
  (Ç. Aytmatov. “Uçub gedən quş qatarına rekviyem”. 
Məqalə, müsahibə və dialoqlar. Moskva, «Proqress», 2003).
Çingiz Torekuloviç Çingizxanla bağlı mübahisələrdə  mənim 
müdafi əmə qalxıb yardım əlini mənə uzadar-uzatmaz Qazaxıstanın 
bəzi mətbu orqanları onun da üstünə  şığıdılar. Onların  fi krincə, 
Aytmatov yazıçı yox, özünü hədsiz reklam etmək vasitəsilə ad-san 
qazanan, elə  də istedadı olmayan bir adamdır.  Bundan başqa o, 
sən demə öz əsərləri üçün qazax yazıçılarının fi kirlərini oğurlayan 
fırıldaqçıdır... Belə  əsassız və  həyasız ittihamları Aytmatov yəqin 
başqa heç bir ölkədə eşitməyib.  
2002-ci ildə “Altın Orda” qəzetinin bir neçə nömrəsində Muxtar 
Maqaunin Aytmatovla məni ləkələyən böhtan xarakterli “Keçi aparan 
iki nəfər” adlı böyük məqaləsi çıxdı. Bu məqalə sonra Maqaunin 


171
özünün rəhbərlik etdiyi “Juldız” jurnalında (2003 il №1) işıq üzü 
gördü və ayrıca kitab kimi “İldan” nəşriyyatında çap olundu. 
Bu keçi məsələsinin yaranması üzərində  ətrafl ı dayanmaq 
istəyirəm. 
Qırğızıstanda səfi r işləyərkən mənim qızım oldu. Mən o vaxt 
Qazaxıstan xarici işlər nazirliyinin dəvəti ilə Astanada müşavirədə 
idim. Çingiz Torekuloviç isə  əvvəlcədən mənəvi yaxınlığımızın 
rəmzi olaraq uşağın adını özü qoymaq istədiyini bildirmişdi. Mən 
isə buna çox sevinmişdim. Elə o gün Çingiz ağa və Məryəm-jenge 
doğum evinə gələrək “Manas” dastanı qəhrəmanının şərəfi nə uşağa 
Ayşorek adı qoymuşdular. 
İlk vaxtlar Kanşayımın südü kəsildi. Dostlarla məsləhətləşdikdən 
sonra Bişkek yaxınlığındakı Korday rayonunun rəhbəri Kurmanqali 
Ualiyevlə telefon əlaqəsi yaratdıq və  mənim qızım üçün bir keçi 
tapdıq. Aytmatovla birlikdə  hərəmiz bu keçinin bir buynuzundan 
tutaraq evimizin yanında  şəkil də  çəkdirdik. Kimin ağlına gələrdi 
ki, bu foto bizim üçün əməllicə başağrısına çevriləcək?! Sonralar 
J.Nuskabayevin rəhbəri olduğu “Rauan” nəşriyyatı bu şəkli 
Aytmatovla mənim «Uçurum üzərində ovçu fəryadı» kitabımızın 
üz qabığında yerləşdirmişdi. Onlar hardan biləydilər ki, keçi ilə bu 
şəkil ucbatından bizim başımıza nələr gələcək və nə qədər dedi-qodu 
yaranacaq? M.Maqauin “Keçi aparan iki nəfər” adlı məqaləsində bu 
şəkillə bağlı belə istehzalı sözlər yazır: 
“...İki nəfər keçi aparır. Üzlər tanış  gəlir. Biri Zor 
(qazax dilində nəhəng), digəri Şon (qırğız dilində nəhəng). 
Ortada isə...  əsl keçiciyəz. Onda... bəs bu nə  işdir? Axı 
qazax da, qırğız da adətən at üstündə olurlar. Ya belində 
otururlar, ya da yüyənindən tutub aparırlar. Lap eşşək də 
olsa eybi yoxdur. Amma, bu axı keçidir. Özüdə keçi təkdir. 
Bu iki nəfər onunla nə etmək istəyir?!.
...Axır ki biz səbəbini tapdıq. Keçi südü Avropada 
çox yüksək qiymətləndirilir. Bizim qərbyönümlü təqlidçi 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə