Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə58/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   54   55   56   57   58   59   60   61   ...   93

207
- Hə, Qabit Maxmudoviç 62 yaşında 25 yaşlı gözəl bir qız – 
“Qazaxfi lm”  kinostudiyasının istehsalı olan “Mahnı çağırır” bədii 
fi lmində baş rolun ifaçısı Raisa Muxamedyarovaya vurulmuşdu, – 
mən dedim. -  Qız o dövrün tələblərinə uyğun olaraq rus tərbiyəsi 
almışdı. Şübhəsiz ki, yalnız Musrepovun sayəsində o, milli mədəni-
yyətimiz, dilimiz, doğma xalqımızın mənəvi dəyərlərinin ağuşuna 
qayıtdı. Hiss olunurdu ki, ikisini də əsl məhəbbət hissləri çuğlayıb. 
Musrepovun Raisaya məhəbbət dolu  gözəl məktubları da, onun 
yaratdığı  və sonradan xalq üçün mənəviyyat nümunəsinə çevrilən 
Ulpan obrazı da bunu sübut edir. 
- Heç kim 74 yaşlı alman şairi Höte və gənc qız Ulrika arasında 
yaranan məhəbbəti qınamır. Musrepovun hisslərinə məhz bu nöqteyi 
nəzərdən yanaşmaq lazımdır, - Aytmatov dedi. 
- Haqlısınız. İndiyə kimi onun sözləri beynimdədir: “Dəlicəsinə 
sevmək, bütün varlığınla, heç nəyə baxmadan, hətta, sevgilini 
onun üçün əlçatmaz olan zirvəyə çağırmaq – ağılsızlıqdır, yoxsa 
böyüklük?” Bunu o özünə deyirdi. Onun Raisaya gizli məktubu belə 
başlayır:  “Bir nüsxə sənə, biri mənə, üçüncüsü isə o şəxsə ki, ona 
görə biz bir-birimizə xəyanət edə bilər və hərəmiz bir tərəfə gedər-
dik”. Bu sözlər təsadüfi  deyil. Raisanın gözlənilməz hərəkəti Mus-
repovun ürəyini sındırdı. Nəticədə onlar boşandılar. Raisa özü də 
tanınmış bir jurnalistə müsahibəsində bu barədə danışıb.  [Sonradan 
bu müsahibəni tapıb diqqətlə oxudum. Orada belə sətirlər var: 
MüxbirHəyatdır. Yəqin elələri olub ki, üz-üzə və ya qiyabi 
şəkildə öz simpatiyasını bildirib? 
Raisa:  Siz lap müstəntiq kimi danışdınız. Vəssalam, bəsdir. 
Nəyinizə lazımdır? Bir ağ atlı oğlanı sevdim. O da məni sevdi. Bunu 
eşitmək istəyirdiniz? 
Müxbir: Onun adını deməzsiniz?
Raisa: Demərəm. Sirrdir». 
(Q. Musrepovun 100 illiyi. Yaddaşın əks-sədası. Qazaxıstanın 
əməkdar artisti R.Muxamedyarovanın indiyə kimi demədikləri. Mü-
sahibəni Zakir Asabaev aparıb. «Parasat» jurnalı, № 3, 2002-ci il.).]


208
Musrepov o vaxt birinci rəhbər olan Kunayevlə danışıb Al-
ma-Atadakı üçotaqlı mənzili də Raisaya və iki balaca qızına verərək 
onunla bütün əlaqələri kəsir. Amma, çox illər sonra, balaca qızları 
Gülnar ərə gedəndə Musrepov məndən xahiş elədi: “Muxtar, imkan 
tap, öz yazdığın “Uçurum üzərində  İki nəfər” balladasını bir dəfə 
Raisaya oxu.
Bu balladada Qafqazda baş verən və xalq arasında “Məhəbbət 
və  məkr” adı ilə tanınan bir hadisə  təsvir olunub. Bir qız və igid 
bir-birini dəli kimi sevirlər. Amma, qızın atası bu ittifaqın qəti əley-
hinə olur. Ona görə də cavanlar dağlara qaçırlar. Dallarıyca qovan 
qızın atası və qardaşının onlara çatdığını görən qız sevgilisinə deyir: 
 
Yox! Yalvarıram, sən əl qaldırma
Mənim ahıl, ağsaç atama!
Bizim taleyimiz kədər və zülm,
Gəl biz tabe olaq onu yazana!
Qanadlarımız çox tez qırıldı, 
Qovuşmağımız qismət deyilmiş... 
Gəl son dəfə
İkimiz əl-ələ verək - 
Qayadan tullanıb bir yerdə ölək!
Arzumuzu biz qoruya bilmədik
Gəl qaranlıq bir dünyada birləşək. 
And içirəm, məqsədimdən dönmərəm! 
Zəifl iyi özümdən rədd edərəm! 
Qaranlıq ömrümə işıq gətirdin, 
Bu günsə ölümə sənlə gedərəm! 
 
Onda igid öz sevgilisini sonuncu dəfə qucaqlayıb, sanki ölümə 
yox, toya-bayrama gedirmiş kimi özünü dağdan atır.  Amma, qızın 
buna cürəti çatmır. Sevgilisinin arxasınca tullanmağa çox çalışsa da 
bunu edə bilmir – həyat çox şirindir. Qız öz andına sadiq qalmır. 


209
Bu əlbəttə ki, satqınlıq idi. Atası ilə birlikdə onların dalıyca gələn 
qardaşı baş verənlərin təfərrüatını öyrəndikdən sonra qıza belə dey-
ib:
...Əgər belədirsə, 
Özündən küs sən! 
Həyat səndən qısasını alacaq. 
Sənə indi elə bir ər taparıq – 
Ağzında bir dişi olmayan qoca. 
Qoy ölüm də sənə şirin görünsün! 
Get onunla uzaqlarda daldalan, 
Uzaq gözdən, uzaq bu torpaqlardan!
Vaxt var idi xəyanətdən bixəbər
Göz oxşayardın sən axşam-səhər
Sanki, ətrafına işıq saçardın... 
Amma, atam bilirmiş içindəkin,
Ona görə də, lap qoca və çirkin  
Səksən yaşlı bir kişiyə verirmiş.
Heyf, bu atları səninçün yordum...
Heyf ki, bu atı dalınca qovdum, 
Mən bacımı qorumaqçün gəlirdim
Sevirsən oğlanı – elə bilirdim...
Yazıq igid! Öldü sevərək, 
Bərbəzəkli, içi boş bir güldanı, 
Bilmədi ki, yazıq, bu saxsı qabda 
Zir-zibil saxlanır, amma nə fayda... 
Amma, təmiz qəlblər üçün bu uğur, 
Məhəbbətin qələbəsin doğurur! 
Ona görə cəsur, qoçaq öldü ki, 
Yarı yolda xəyanəti görməsin, 
Sənin kimi satqınlara yenməsin. 


210
İnsanları iki yerə bölürəm:
Sevənlər 
Və sevgi bilməyənlər. 
Sonuncuya aidsən bil ki, sən də...
Allah görür, 
Daşürəkli, hissiyyatı olmayan
Sevgi nədir – bunu heç vax duymayan
Rəzildir! 
Bütün Qafqaz 
Sənə tənə və ikrahla baxır... 
Öz həyatın oda çevirib yanmayan
Başqasında yalnız bu hiss yaradır! 
Maraqlısı budur ki, Musrepov bu balladanı  və “Məhəbbətin 
möcüzəsi” adlı kiçik bir poemanı oxumağı son il yarım  ərzində 
məndən yəqin 10-12 dəfə xahiş etmişdi. 
-Yəqin ona elə gəlirmiş ki, Raisa sənin şeirlərini dinləyib, öz 
andını pozduğunu başa düşər və etdiyi hərəkətə görə peşiman olar, 
- Aytmatov fi kirli şəkildə dedi. -  Amma, insan təbiəti qəribədir. Hər 
kəs günahı özündə yox, başqasında görür. Buna qadınlar arasında 
çox rast gəlmək olur. Yəqin “mən onu bütün qəlbimlə sevirdim, o 
niyə başqa qadının yanına getdi?” sualı hələ uzun müddət səslənəcək. 
İndi isə davam elə. 
-Qızının toyunun ikinci hissəsində Musrepov bərk xəstələndi, 
xəstəxanaya düşdü və  həyatla birdəfəlik vidalaşdı, - mən kədərlə 
dedim. – Birinci hissədə isə o, camaata müraciət edərək möhkəmdən 
dedi: “Kim oynayıb şənlənmək istəyirsə burda qalsın, kim Muxtarın 
şeirlərinə qulaq asıb düşünmək, həyacanlanmaq istəyirsə  mənimlə 
o biri zala keçək”. Bunu deyib onun arxasıyca gələnləri “Juldız” 
kafesinin ikinci zalına apardı. Yolda mənə “Mənim sənə dediyim 
balladanı oxuyarsan” deməyə də imkan tapdı. Toplaşanların içində 
Raisa da var idi. Mən özümün “Məhəbbət möcüzəsi” poemamdan 
şeirləri oxumağa başladım. İkinci şeir “Uçurum üzərində iki nəfər” 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə