Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


mənə gizlincə dedi ki, Dekabr hadisələrinin səhəri günü



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə66/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   62   63   64   65   66   67   68   69   ...   93

238
mənə gizlincə dedi ki, Dekabr hadisələrinin səhəri günü 
Moskvadan Alma-Ataya təcili olaraq DTK-nın 60 təcrübəli  
müstəntiqi göndərilib. Onlar həmin günlərdə hakimiyyətin 
tapşırığı ilə törədilən cinayətlərin izlərini ört-basdır etməli 
idilər... 
- Aydındır ki, Dekabr faciəsi Qorbaçovun boğazına 
ilişib. – Yeltsin dedi. – Belə edək. Yaxın günlərdə Lujniki 
stadionunda biz böyük bir yığıncaq keçirəcəyik. Elə 
orada səs çoxluğu ilə biz SovİKP MK və SSRİ Ali Soveti 
qarşısında bir neçə tələb qoyacağıq. Əsas tələblərdən biri 
də Alma-Atada Dekabr hadisələrinin araşdırılması üçün 
SSRİ Ali Soveti deputatlarından ibarət xüsusi komissiyanın 
yaradılması barədə olacaq. Bunun üçün qoy Muxtar 
toplantıya xüsusi məktub ünvanlasın. Danışdıq! 
Boris Nikolayeviç sözünün üstündə durdu. Lujniki 
stadionunda 35 min insan yekdilliklə Dekabr hadisələri ilə 
bağlı həqiqətlərin açıqlanmasına səs verdi. 
Ali Sovetin sessiyası zamanı fasilədə  mən bufetə 
düşdüm və burda Yeltsini gördüm. Biz kənara çəkildik. 
- Boris Nikolayeviç, bilmək istəyirsiniz, niyə ittifaq 
respublikalarının nümayəndələri Ali Sovet üzvlərinin 
seçimi vaxtı sizin əleyhinizə səs verdilər? 
-  Əlbəttə, - o maraqla dedi. – Bu mənim üçün çox 
qiymətli informasiyadır. 
Biz hərəyə bir qəhvə  və yeməyə  bəzi  şeylər götürüb 
oturduq. 
- Bunun iki səbəbi var, - mən Boris Nikolayeviçə 
dedim. – Birincisi yuxarıdan xüsusi göstəriş  gəlmişdi və 
siz bunu çox yaxşı bilirsiniz. İkincisi isə bu gün hər bir 
milli respublika müstəqilliyə can ataraq öz doğma dilinə 
dövlət dili statusu verilməsini istəyir. Sovet hakimiyyəti 
illərində xüsusi  sıxıntılara məruz qalan kiçik xalqlar həm 
məişət, həm də sosial cəhətdən müdafi əyə ehtiyac duyur 


239
və bu da ədalətli tələbdir. Hakimiyyət strukturlarında 
dilin itməsinin millətin məhvinə  bərabər olduğunu başa 
düşənlər çox deyil. Başa düşənlərsə, buna dəstək göstərmək 
istəmirlər. Qurultaydakı çıxışımda mən Dekabr hadisələri 
ilə yanaşı, ittifaq respublikaları, muxtar respublikalar, 
milli dairələrin yerli əhalisinin dilinə dövlət statusu 
verilməsi məsələsini də qaldırmışdım. Bunu yəqin siz 
xatırlayırsınız. Bu sahədə hələ də stalin siyasəti davam edir.  
Bəlkə də xətrinizə dəyəcək, amma, mən deyəcəyəm ki, siz 
çıxışlarınızda, müsahibələrinizdə  heç vaxt azsaylı xalqların 
dili, mədəniyyəti ilə bağlı problemlərə toxunmursunuz. 
Siz  əsasən yalnız rus xalqına aid olan problemlərdən 
danışırsınız... 
Yeltsin bir qədər vurnuxdu və dedi: 
- Amma, mən Baltikyanı xalqların bəzi problemlərinin 
həllinə kömək elədim. Düzdür, bunu az adam bilir, çünki 
bu barədə yalnız Baltikyanı ölkələrin qəzetlərində məlumat 
yayılıb. 
- Milli respublikaların aşkar maraqlarını  nəzərə 
almamaq olmaz, - mən davam elədim. Sizin siyasi 
istiqamətinizə baxanda fi kirləşmək olar ki: “Yeltsin 
hakimiyyət arenasına çıxaraq Qorbaçovu əvəz etsə, hər 
millətin aktual problemləri elə əvvəlki kimi həllini tapmamış 
qalacaq. Belə  rəhbər nəyimizə  gərəkdir? Qoy elə  əvvəki 
lider qalsın, o az da olsa, hərdən azsaylı xalqların xeyrinə 
nəsə danışır”. Bu fi kirlər mütləq olacaq. Sizə qarşı 940 
deputat səs verdi. Heç şübhə etməyə bilərsiniz ki, onların 
əksəriyyəti ittifaq respublikalarından olanlardır. Buna 
görə  də  əgər öz istiqamətinizi və prinsiplərinizi korrektə 
etməsəniz, bundan sonra da məğlubiyyətə uğrayacaqsınız. 
Əlbəttə, mən sizin digər millətlərin nümayəndələrinə 
anlayışla və rəğbətlə yanaşdığınıza qətiyyən şübhə etmirəm, 
- dedim – amma, nəzərə alın ki, əhalinin sizin rəğbətinizdən 
xəbəri yoxdur. 


240
- Bu fi kirlə tam razıyam, - o dərindən nəfəs alaraq 
dedi. – Siz mənə çox vacib və strateji cəhətdən qiymətli bir 
fi kir bildirdiniz.
Qısa pauzadan sonra: 
- Siz regional deputatlar qrupuna daxilsiniz? – soruşdu. 
- Daxiləm. 
- Lap yaxşı, - o sevincək dedi. – Yaxın günlərdə bu 
qrupun böyük toplantısı olacaq. 
- Bilirəm, onu da bilirəm ki, əsas məruzəçi sizsiniz. 
- Deməli, - Yeltsin gülümsədi, - öz məruzəmdə çıxışımın 
böyük hissəsini sizin sadaladığınız problemlərə  həsr 
edəcəyəm. Siz də mümkün olsa kömək edin. 
Mən bütün gecəni oturub azsaylı xalqların dilinin, 
mənəvi dəyərlərinin qorunmasına aid bildiyim problemlərin 
hamısını qeyd etdim, səhər isə Yeltsinə verdim. 
Regional deputatlar qrupunun növbəti toplantısına 
yığışanlar Yeltsinin  məruzəsinə diqqətlə qulaq asdılar. 
O, öz çıxışını tamam başqa, yeni axarda qurmuşdu. Hər 
respublikada yerli dilə dövlət statusu verilməsinin vacibliyi 
məsələsini xüsusilə vurğuladı. Krım tatarları, almanlar 
və  məhsəti türklərinin taleyindən narahatlığını bildirərək 
ittifaq respublikalarının həllini gözləyən problemlərinə 
keçdi... 
Fasilədə məni uzaqdan görərək, Yeltsin yaxınlaşdı və 
xüsusi mehribanlıqla əlimi sıxaraq: 
- Hə, necədir, sizin tapşırığınızı yerinə yetirdim? 
- Bax bu gün Yeltsin ümumxalq humanist obrazını 
nümayiş etdirdi,  - mən dedim. – Sizin bu nitqiniz televiziya 
ilə yayılsaydı, daha yaxşı olardı. 
- Çətin ki, hakimiyyət zirvəsində olan yoldaşlar buna 
imkan versinlər, - o cavab verdi. – Amma, məni 200 deputat 
dinləyib, elə deyil? Hələlik bununla kifayətlənməliyik... 
4-5 gün sonra Kremldə Yeltsinlə bir də görüşdüm. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə