Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə27/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   23   24   25   26   27   28   29   30   ...   93

101
“BACARSAN, BAĞIŞLA...”
Biz Çingiz Torekuloviçlə birlikdə maşınla Daşkənddən, Orta 
Asiya xalqları Assambleyasının növbəti toplantısından Bişkekə 
qayıdırdıq. Çİmkentdən sonra o, birdən dedi: “Muxtar, mümkündürsə, 
gecəni Jambılda keçirək, Bişkekə isə səhər tezdən çıxaq. Nədənsə mən 
yaman yorulmuşam”. Biz hələ vilayətin rəhbəri Omirbek Baygeldin 
olarkən bir neçə dəfə Jambıl yaxınlığlndakı iqamətgahda olmuşduq. 
Amma, indi başçı dəyişmişdi. Yeni rəhbərin gəlişi ilə şəhərə xüsusi 
giriş qapıları qoyulmuş, küçələrdə  ağacları  səliqəyə salmışdılar.  
Bundan başqa vilayətdə  hər il Şamşi Kəldəyakov adına festivalın 
keçirilməsi planlaşdırılırdı. Başqa xoşagələn dəyişikliklər də var idi. 
Yolda akimə zəng etdim və planlarımızı açıqladım. “Gəlin, mən də 
indi elə bu iqamətgahda bilyard oynayıram”, - o cavab verdi. Saat 
yarımdan sonra biz artıq orada idik. Aytmatovu akimlə tanış etdim 
və o, az sonra oyununu davam etdirməyə getdi. Axşam ofi siant qız 
bizi çay süfrəsinə dəvət etdi. Aytmatovla mən qara quru çörəklə bir 
neçə piyalə qara çay içdik. Gündəlik qonaqlıqlardan yorulduğumuz 
üçün və yolda nahar etdiyimizdən biz heç şam etmək də istəmirdik. 
Söhbət edə-edə meyvə bağında bir qədər gəzib sonra getdik yatmağa. 
Səhər tezdən isə Bişkekə yollandıq. Vəssalam. 
Amma,  ən maraqlısı sonra baş verdi.  Bir həftədən sonar 
Astanadan xarici işlər nazirinin köməkçisi zəng edir: “Sabah səhər 
Kasım-Jomart Tokayev Almatıya gəlir. Sizin də  gəlməyinizi xahiş 
edir”. Təyin olunan vaxt mən xarici işlər nazirliyində idim. Kasım-
Jomart həddən artıq ağıllı və sağlam düşüncəli insandır və mənim 
yaradıcılığıma çox hörmətlə yanaşır. Amma, bu dəfə  mənimlə bir 
qədər soyuq görüşdü. 
- Dünən Prezidentlə görüşmüşəm – deyə bildirdi. – O, sizdən 
bir qədər inciyib. Jambıl vilayətinin akimi ona şikayət edib. 
Şikayətin məğzi budur: “Şaxanov Aytmatovla birlikdə bir neçə dəfə 
Jambıla gəliblər. Hər dəfə çapan geyindiririk, hər cür hörmət və 
ehtiramımızı bildiririk. Niyə qardaş dövlətdə səfi r olan Şaxanov elə 
daim gəzir, tez-tez Jambıl vilayətinə gedir?” 


102
Vilayətin rəhbərinin başdan ayağa yalan və böhtan üzərində 
qurulan bu sözləri mənə elə pis təsir elədi ki, elə bil başıma qaynar 
su tökdülər. Ani olaraq sanki, nitqim qurudu, sonra isə dedim: 
- Özbəkistana bu səfər üçün icazəni mən səndən almışam. 
Yolda Aytmatov çox yorulduğundan biz həqiqətən bu iqamətgahda 
gecələmişik. Bu şər atan vilayətin akimi olandan sonra biz birinci 
dəfə idi ki, görüşürdük. Heç kim bizi qarşılamayıb, yola salmayıb 
və heç bir çapan da geyindirməyib. Düzdür, quru çörəklə bir neçə 
piyalə çay içmişik. Yox,  əgər demək istəyirsə, biz mehmanxananın 
və çayın pulunu verməmişik – başqa məsələ.  
Kasım-Jomart akimin bu hərəkətindən dəhşətə gəlmişdi. 
Bişkekə qayıtmazdan  əvvəl, mən səfi rliklə bağlı bir işi 
xatırlayıb Qazaxıstan Respublikasının dövlət katibi Axmetjan 
Yesimova dəydim. O, hələ Astanaya köçməyə fürsət tapmamışdı. 
Onun qəbul otağında Jambıl vilayətinin akimi ilə rastlaşdım. O, 
heç nə olmamış kimi qollarını açıb mənim üstümə atıldı. Mən onu 
sinəsindən yüngülcə itələyib, keçib lap qıraqdakı stulda oturdum. O, 
mənə yaxınlaşıb özünə haqq qazandırmağa başladı: “Keçən dəfə sən 
Aytmatovla gələndə  mən sizi heç əməlli başlı çaya da qonaq edə 
bilmədim, hələ başqa  şeylərdən danışmıram. Mən qorxurdum ki, 
sən bunu Prezidentə deyərsən və mənim reputasiyam korlanar. Buna 
görə də mən qabaqdangəlmişlik edib belə yalan danışmağa məcbur 
oldum. Biz səninlə həmyaşıdıq. Bacarsan, bağışla!”
Mən bizim ikimizə də aid olan bu hadisəni Aytmatova danışanda 
o, dedi: “Sənin bu situasiyaya düşməyində  təqsirkar mənəm, ona 
görə də üzr istəyirəm. Akimin ağla sığmayan bu “fərasəti” isə onu 
göstərir ki, hakimiyyət qətiyyən kişiliyə, düzlüyə, insaniyyətə dəyər 
vermir və bunlarla hesablaşmır”. 
Bəli, bu gün ən əsas amil – sənin pulunun, işbazlıq damarının 
olması, ali hakimiyyətə yarımağındır – belə olsa, akim ola bilərsən. 
Əsl insani xüsusiyyətləri isə ən axırda soruşun və peşman olmazsınız. 


103
SÜLEYMAN DƏMİRƏLLƏ 
AÇIQ SÖHBƏT VƏ 
AYTMATOVUN LAYİQ GÖRÜLMƏDİYİ 
NOBEL MÜKAFATI 
Bir dəfə nahar vaxtı, deyəsən 1997-ci ildə Aytmatov məni 
Türkiyə Respublikasının Qırğızıstana rəsmi səfərə gəlmiş prezidenti 
Süleyman Dəmirəlin yanına apardı. Bizim aramızda zarafatlarla, 
rəvayətlərlə dolu səmimi söhbət başladı. 
- Biz ikimiz də  kənddən çıxmışıq. Mən ixtisasca baytaram, 
Muxtar isə traktorçudur – deyə Çingiz arada bildirdi.  
- Ümumi baytarlıqla yanaşı, o həm də eşşək elminə də yiyələnib, 
- deyə mən Aytmatovu göstərdim.
Tərcüməçinin köməyi ilə mən Türkiyə prezidentinə zarafatyana 
Aytmatovun gənclik dövründən bir hadisə danışdım. 
- Çoxdan belə ürəkdən gülməmişdim. Çox maraqlı hadisədir, - 
deyərək o, gözlərini sildi. 
Yeri gəlmişkən bu hadisəni Aytmatov özü «Uçurum üzərində 
ovçu fəryadı» kitabında danışıb. Aydın olmaq üçün ondan bir parçanı 
təqdim edirəm:
“Aytmatov. ... Mən Jambıl baytarlıq texnikumuna daxil 
olan vaxtlar orada gündəlik mühazirələrlə yanaşı praktiki 
məşğələlər də aparılırdı. “Atçılıq” və “qoyunçuluq” 
barədə mühazirələrdən sonra bizə yeni mövzu elan olundu 
– “ulaqçılıq”. Biz hamımız əvvəlcə buna gülürdük, istehza 
edirdik: “bilməmişdik, eşşəyin də elmi olarmış!” Və  sən 
demə  həqiqətən olarmış... Sonradan biz öyrəndik ki, bu 
uzunqulaq və anqıran heyvanların kökü çox qədimlərə 
gedib çıxır. Müxtəlif cinslərə və növlərə bölünür. Başqa sözlə 
- eşşək eşşəkdən fərqlidir. Bizim müəllimimiz blokadada 
olan Leninqraddan Qazaxıstana evakuasiya olunmuş, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə