Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə23/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   19   20   21   22   23   24   25   26   ...   93

87
“LİTERATURNAYA QAZETA”- DA TƏQDİMAT 
Moskva biznesmenlərinin 
bağişladiği iki mənzil. 
Almatida A.Voznesenski, C.Eşberi 
və mənim keçirdiyimiz, 
amma camaatin gəlmədiyi 
poeziya gecəsi
1997-ci ilin fevralında Moskvada, o vaxt Rusiyanın mənəvi 
estetik orientasiyalı  əsas dərgisi hesab edilən “Literaturnaya qaze-
ta”-nın böyük konfrans zalında Çingiz Aytmatovla mənim “Uçurum 
üzərində ovçu fəryadı” (Əsrin sonunda etiraf) kitabımızın təqdimatı 
oldu. Yeri gəlmişkən, bu hadisəyə çox yaxşı hazırlaşmış bizim ru-
siyalı  qələm dostlarımızı  zəhmətini xüsusilə qeyd etmək lazımdır. 
Görüşü Rusiya Federasiyasının mədəniyyət naziri, tanınmış və iste-
dadlı tənqidçi Yevgeniy Sidorov açdı. O, Aytmatov nəsri və mənim 
poeziyam barədə  fi kirlərini söylədi. Qeyd etdi ki, “bu kitab bütün 
digər  əsərlərdən tam fərqlidir və orada toxunulan və analiz edilən 
müasir ümumbəşəri və  mənəvi problemlər baxımından xüsusi 
diqqətə layiqdir”. 
Ondan sonra kitab haqqında müsbət  fi kirlərini “Literaturnaya 
qazeta”-nın baş redaktoru Arkadiy Udalsov, şair Andrey Vozne-
senskiy, məşhur artistlər Mixail Ulyanov və Mahmud Esembayev, 
alim-ədəbiyyatşünas Andrey Zolotsev, Qazaxıstan baş nazirinin bir-
inci müavini Niqmatjan İsinqarin və başqaları da bildirdilər. Təd-
biri Andrey Voznesenskinin həyat yoldaşı, tanınmış yazıçı Zoya 
Boquslavskaya aparırdı. Məhz gecədə iştirak etmək üçün Bakıdan 
gəlmiş Azərbaycanın Mədəniyyət naziri, tanınmış  bəstəkar və 
müğənni Polad Bülbüloğlu kitabı necə böyük həvəslə oxuduğun-
dan danışdı və bildirdi ki, Azərbaycan Milli Akademik Teatrı bizim 
Aytmatovla yazdığımız başqa bir əsər – “Sokrat haqqında xatırələr 
gecəsi”- dramının səhnələşdirilməsi üzərində işə başlayıb. Və Azər-
baycan prezidenti adından bizi premyeraya dəvət etdi. Tamaşaçılar 


88
buna coşqun alqışlarla cavab verdi. Sonda Çingiz Torekuloviçlə mən 
tribunaya çıxaraq hamıya öz minnətdarlığımızı bildirdik. 
“Literaturnaya qazeta”-nın təşkil etdiyi çay süfrəsində məşhur 
aktyor Mixail Ulyanov bizə yaxınlaşaraq dedi: “Doğrusu çoxdandır 
mən heç bir kitabı belə həvəslə oxumurdum. Bu kitab əsasında çox 
maraqlı bir fi lm çəkmək olardı”. 
Andrey Voznesenskiy mənim poeziyadakı öz yolum barədə 
müsbət  fi kirlər söyləyərək bizim yaradıcılıq gecəmiz – üç şairin 
(amerikalı, rus və qazax)  Almatıda birgə  təşkil etdiyi, amma çox 
uğursuz sonuclanan tədbiri xatırlatdı. Çay içərkən Çingiz Toreku-
loviç bizim masaya yaxınlaşan Andrey Voznesenskidən bu hadisənin 
təfərrüatlarını soruşdu. O, gülərək cavab verdi: “Yəqin siz o vaxt 
Brüsseldə olmuşunuz. Amma, hər şeyi Muxtardan soruşa bilərsiniz”. 
Mən indiyə kimi o tədbiri xatırlayanda, az qala beynimə qan 
sızır. Hər şey belə baş vermişdi. 
Bir dəfə Andrey Voznesenskiy mənə  zəng edərək soruşdu: 
“Ayyarımdan sonra Moskvaya məşhur amerikalı  şair Con Eşberi 
qonaq gəlir. Bəlkə biz sənin yanına da gələk və orada poeziya gecəsi 
keçirək?” Mən o saat razılaşdım. Və bu tədbirin uğurlu keçəcəyinə 
zərrə qədər də şübhə etmirdim. Çünki, Andrey Voznesenskinin poezi-
ya gecələri hətta Moskvanın 50 minlik stadionlarında  keçirilərkən 
də onlara bilet tapmaq olmurdu. Bütün dünyada adı dillər  əzbəri 
olan Con Eşberidən isə heç danışmağa dəyməz?!  Mən özüm də 
Sovet  İttifaqının bütün şairləri içindən yalnız üçünə üstünlük ver-
irdim – Yevgeniy Yevtuşenko, Rəsul Həmzətov və Andrey Vozne-
senski (onların üçü ilə də məni həm də dostluq telləri bağlayırdı). 
Rusiya ədəbiyyatının canlı klassiki Andrey Voznesenskini bir tərəfə 
qoyaq, mənim Lenin adına üç minlik mədəniyyət sarayında keçirilən 
yaradıcılıq gecəmə bilet tapa bilmədiyi üçün iki min nəfər gələ 
bilməmişdi. 
Nə isə... Mən mədəniyyət  nazirliyi və adıçəkilən sarayın rəh-
bərliyi ilə danışdım. Hamı birmənalı  şəkildə belə tanınmış sima-
ların ölkəyə gəlməsinin böyük hadisə olduğunu bildirərək təşəbbüsü 


89
dəstəklədi. Biletlərin satışından  əldə edilən gəlir isə Arala kömək 
Fonduna getməli idi. Demək olar ki, dərhal küçələrdə elanların asıl-
masına başlandı. Mənə evə partiya vilayət komitəsinin katibi zəng vu-
raraq bildirdi ki, biletlərin satışı və adamların toplanması məsələləri-
ni partiyanın vilayət və şəhər komitələri öz üzərinə götürüb (o vaxt 
Almatı şəhəri Almatı vilayətinin idarəetməsində idi). Mən də onlara 
çox minnətdar olduğumu bildirdim. Fikirləşdim ki, yəqin adlı-sanlı 
şairlərin adını eşidib  təşəbbüsü dəstəkləmək qərarına gəliblər. Təd-
birə bir həftə qalmış partiya vilayət komitəsinə zəng edib özüm üçün 
altı yer istədim. “Bəs niyə indiyə kimi deməmisiniz? Bütün biletlər 
satılıb!” – deyə mənə cavab verdilər və güclə cəmi iki bilet tapdılar. 
Nə etmək olar? 
Nəhayət ki, çoxdan gözlənilən gün gəlib çatdı. Səhər təyyarə 
ilə Con Eşberi və Andrey Voznesenski gəldilər. Aleksandr Tkaçen-
ko da onlarla idi. Onları partiya vilayət komitəsinin ayırdığı meh-
manxanada yerləşdirdim. Arada insanların onların yaradıcılığına 
olan məhəbbətindən danışaraq, hətta mənə, görüşün təşkilatçısına 
bilet çatmadığını bildirdim. Tədbirin başlamasına iyirmi dəqiqə 
qalmış biz Lenin adına saraya gəldik. Adətən insanlarla dolu olan 
meydan nədənsə boş idi. Dalağım sancdı. Sarayın qarşısında cəmi 
bir-iki nəfər gəzişirdi. Mən axmaqlıq etdiyimi və aldandığımı başa 
düşdüm. Səbəb isə bu idi. Mən 1986-cı il dekabr üsyanı ilə bağlı 
məsələləri araşdırırdım. Daha doğrusu bununla məşğul olan komis-
siyanın həmsədrlərindən biri idim. Bütün ölkə bilirdi ki, mən Dekabr 
hadisələri zamanı yol verilən dəhşətli ədalətsizlik və SovİKP MK-
nın Siyasi bürosunun səhvləri barədə məsələni SSRİ xalq deputat-
ları qurultayında və SSRİ Ali Sovetinin sessiyasında qaldırmışdım. 
Xalq onu da eşitmişdi ki, Qorbaçov yumruğunu masaya vuraraq 
qışqırırmış ki, mənim ağzımı yummağın yolunu tapacaq. Çox yəqin 
ki, o dövrün totalitar sisteminin nümayəndələri poeziya gecəsində 
mənim Dekabr üsyanının gizli məqamları barədə danışacağımdan 
ehtiyatlanıb. O vaxt 1989-cu il idi.  
Gizlədilərək ayyarım ərzində satışa verilməyən biletləri tədbi-
rin başlamasına iyirmi dəqiqə qalmış  kassalara veriblər. Zala yal-


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə