Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə19/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

70
Çevrilər, 
Ürəksiz divə dönər. 
Nyutonun üçüncü 
qanununda deyilir: 
“Hər bir təsir
Əks təsir doğurur”. 
Birdə ki,.. 
Maddi sərvətlər haqda 
Insan yalnız düşünsə
Merkantil maraqları, 
Əyləncəylə yaşayıb
Qəlbi, ruhu unutsa 
Balaca, boz, eyni tip
Hüceyrələrə dönər. 
Belə olduqda isə, 
Fərdiliyin itirər,
Yanındakı insana 
Nifrət hissi keçirər. 
Çünki, 
Toxluq naminə
Yemək
Özü şər demək. 
Beləliklə, Çingiz Aytmatovun üçqat dəstəyi ilə mən YUNESKO-
nun üç forumunda və onun tarixində ilk dəfə olaraq şairanə hesabatla 
çıxış etdim və “Sivilizasiyaların yanılması” romanından parçalar 
oxudum. Bu yerdə deyiblər “yaxşı insandan yaxşılıq, pis adamdan 
pislik gəlir”. 
1999-cu ildə YUNESKO Parisdəki iqamətgahında mənim 
“Sivilizasiyaların yanılması” mənzum pomanımın xüsusi 
təqdimatını keçirtdi. Əlbəttə, bunun səbəbi ilk növbədə  əsərdə 
dövrümüzün bütün mənəvi problemlərinin işıqlandırılması idi. 


71
Amma, digər tərəfdən Aytmatovun roman barədə bu nüfuzlu təşkilata 
ünvanlandığı  məktub və YUNESKO-nun baş direktoru Federiko 
Mayorun romana xüsusi rəğbətlə yanaşması da bu tədbirin təşkilində 
az rol oynamamışdı. Sonradan Federiko Mayor “Sivilizasiyaların 
yanılması” əsərinin bir xarici nəşrinə ön söz də yazmışdı. Təqdimat 
mərasimi və müzakirələrdə dünyaca məşhur alimlər,  ədəbiyyat və 
incəsənət xadimləri iştirak etmişdilər. Sonra roman Fridrix Xitserin 
tərcüməsində alman dilində  də çap olunmuşdu. Almaniyanın 12 
şəhərində əsərə həsr olunmuş görüşlər və konfranslar keçirilmişdi. 
Əsəri alman dilində buraxan “Pendo” nəşriyyatı (tarixində ilk 
dəfə olaraq)  kitab haqqında kitab çap etmişdi. Bu kitabda tanınmış 
şəxslərin “Sivilizasiyaların yanılması” romanı haqqında  fi kirləri, 
ondan parçalar və  mənim bioqrafi yam  toplanmışdı. Almaniyanın 
onlarla qəzetində poema haqqında rəylərin yer alması  əhalinin 
poeziyaya marağının yenidən dirçəldiyinin göstəricisi idi.
Səfi r kimi özünün vacib işlərini bir kənara qoyan Aytmatov 
özü bizimlə birlikdə Almaniyanın altı  şəhərində oldu. Bu ölkədə 
Aytmatovu tanımayan və onun əsərlərini oxumayan adam tapmaq 
çox çətin idi. Hətta demək olar ki, Almaniyada o, mənəvi kult 
səviyyəsinə yüksələn (şübhəsiz ki, mənəvi kult və tiran-hökmdarların 
əldəqayırma kultu arasında yerlə göy qədər fərq var) bir yazıçı idi. Bəzi 
şəhərlərdə 1000-1500 nəfərlik zallar insanla dolduğundan, bayırda 
qalanlar üçün bizim səsimiz radio ilə yayımlanırdı. Almaniyada 
Aytmatov barədə çoxlu kitab və məqalələr yazılıb. Bu ölkədə mən 
Qırğız Everestinə ehtiramın tam başqa formasını gördüm. 
Fridrix Xitser mənə danışmışdı ki, “Sivilizasiyaların yanılması” 
çıxandan sonra Almaniyada roman haqqında 400-ə yaxın məqalə 
çap olunub.  
Çingiz Aytmatovun “Gün var əsrə  bərabər”, “Kassandra 
tavrosu” və başqa  əsərlərini tərcümə etmiş görkəmli yazıçı, 
publisist, şair F. Xitser Almaniyanın əsl vətənpərvərlərindəndir. O, 
hətta qloballaşmanın müasir mərhələsində belə, öz həmvətənlərinin 
mənəvi-intellektual səviyyəsini saxlamaq və yüksəltmək barədə 


72
düşünür.  Əgər Aytmatov 1998-ci ildə YUNESKO-nun Kişinyov 
forumunda məni Xitserlə tanış etməsəydi, mən çətin ki, alman 
torpağında müvəffəqiyyət qazana bilərdim. 
O illərdə Aytmatovun Almaniyada yayılan kitablarının ümumi 
sayı bir milyonu ötmüşdü. Alman oxucusunun müasir dövrdəki 
ədəbi zövqünün necə yüksək olduğunu nəzərə alsaq deyə bilərik ki, 
belə müvəffəqiyyət bir çox tanınmış əcnəbi yazıçıların heç yuxusuna 
da girmir. 
Dahi insan hər şəraitdə öz dahiliyini, cılız insan isə cılızlığını 
biruzə verir. Böyük dənizlərdə  və okeanlarda böyük köpək 
balıqları və balınaların üzdüyü kimi, mənəviyyat səmasının sonsuz 
ənginliklərində də öz qanadlarını yalnız çox böyük mənəvi zənginliyə 
malik olanlar aça bilirlər. 
Bu nöqteyi nəzərdən kainat miqyaslı belə bir şəxsiyyət yetişdirən 
qırğız diyarı hər cür hörmət və ehtirama layiqdir...   
Kayzerslautern  şəhərində Aytmatovun “Dəniz sahili ilə qaçan 
ala köpək” povesti əsasında opera səhnələşdirilmişdi. Yüksək 
humanizmi tərənnüm edən bu əsər alman dilində “Dəniz və uşaq” adı 
ilə bir neçə dəfə nəşr olunub. Qeyd etmək lazımdır ki, nəsr əsasında 
opera qoyulması ədəbiyyat tarixində çox nadir hadisədir. 
Kayzerslauterndə opera teatrının binası müasir tələblərə cavab 
verir və memarlıqda ən son nailiyyətləri özündə birləşdirir. 600-700 
yerlik böyük zalda “iynə atsan yerə düşməz”. Teatr kollektivi əsl 
teatrlaşdırılmış tamaşanın yaranması üçün əlindən gələni etmişdi...
Dənizi təsvir edən qara polietilen plyonka üzərində qayıq üzür. 
Nəhəng dalğalar bir-birinin ardınca qayığın lap qırağına az qalmış 
yenə geriyə qayıdır. Maraqlıdır ki, dalğaların və qayığın hərəkətlərini 
kompüter idarə edir. Rolları artistlər Katya Beer (Kirisk) və Matias 
Mann (Orqan) ifa edirdilər. Piter Kovaç Kiriskin atasının obrazını 
yaratmışdı. 
Operanın bəstəkarı Marqret Volf adlı  gənc bir qadın imiş. 
Musiqi çox gözəl, incə və qəmli idi. 
Bu qadınla məni Aytmatov antrakt zamanı tanış elədi. 


73
Əgər bu əsəri Qazaxıstan və  Qırğızıstanın opera teatrları da 
səhnələşdirsəydilər tamaşaçılar necə də sevinərdilər... 
Aytmatov səhnəyə çixanda onu bütün zal ayaq üstə alqışladı. 
Tamaşadan sonra da camaat dağılışmaq istəmirdi. Təəssüratlarını 
bölüşür, tamaşa barədə  fi kirlərini söyləyirdilər. Sonra isə növbəyə 
düzülüb, növbə ilə Aytmatovdan avtoqraf alırdılar...
Tamaşadan sonra mən Xitserlə birlikdə Berlinə getdik. Orada 
alman jurnalistləri ilə görüş planlaşdırılırdı. Aytmatov isə həyat yoldaşı 
Məryəmlə Brüsselə getməli idi. Biz Qırğızıstan Respublikasının 
Almaniyadakı  səfi ri,  keçmiş baş nazir Apas Jumaqulovla onun 
xidməti maşınında 1860 km yol qət edərək Berlinə çatdıq. Bu mənim 
həyatımda maşınla getdiyim ən uzun məsafə idi. Berlinə elə çatan 
kimi bu şəhərdə yaşayan oxucuların konfransı başladı... 
Almaniyanını bir şəhərində xüsusi olaraq almanlar üçün 
tamaşalara quruluş verən qazax rejissoru Bolat Atabayevlə rastlaşdım.  
Gördüm ki, alman dilində almanların özündən yaxşı danışan Bolat 
qardaşa tamaşaçıların xüsusi rəğbəti var. O, bizimlə görüşdə  də 
iştirak edirdi. Çox illər sonra “Jas alaş” qəzetindən Janbolat Mamaya 
müsahibə verərkən (27 avqust 2009-cu il) Bolat Atabayev bu görücü 
belə xatırlayıb:  
“...Almaniyanın 12 şəhərində  Şaxanovla görüşlər 
keçirildi. ...Vətən, doğma dil və milli ruh mövzusu Muxtar 
Şaxanovun yaradıcılığında  əsas yer tutur. O vaxta kimi 
bu problemlərin heç biri Almaniyada aktual deyildi. 
Daxilən narahat idim ki, alman təfəkkürü qazax şairini 
necə  qəbul edəcək? Nəhayət ki, M. Şaxanov tanınmış 
tərcüməçi Fridrix Xitserin müşayiəti ilə içəri daxil oldu. 
Görüşə xeyli adam gəlmişdi. Şaxanov şeirini oxuyaraq öz 
fi kirləri ilə bölüşməyə başlayanda, almanlar onu böyük 
heyrətlə dinləyirdilər. Parıldıyan gözləri ilə  Şaxanovun 
hər bir sözünü “göydə tutmağa” çalışırdılar. Mən onda 
Muxtar-ağanın istedadına valeh oldum. Bir alman qadın 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə