Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə17/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

60
-  Əgər biz toplantıda iştirak etməyəcəkdiksə bura niyə 
gəlirdik? Biz lazım deyiliksə gedək evə. 
Yox, Jambılın əziz xatirəsi naminə dözmək lazımdır. Kim sizdən 
xahiş eləmişdi ki, prezidentlərdən 
Çox hörmət qazanasınız?  İndi biz sizin xalq arasındakı bu 
sonsuz populyarlığınızın acısını çəkirik, - deyə mən söhbəti zarafata 
çevirdim. 
Jambıl muzeyinin yanında Aytmatovla mən prezidentləri saat 
yarıma yaxın gözlədik. Birdən çaxnaşma düşdü. Məlum oldu ki, 
ölkə başçıları  əraziyə yaxınlaşır.  Əlində radiotelefon olan yekəpər 
bir qazax yol kənarında duranlara “geriyə, geriyə, prezidentlər gəlir” 
deyə qışqıraraq bir az qabağa çıxmış Aytmatovu var gücü ilə itələdi. 
Çingiz səndələdi və yalnız arxasındakı insanlara söykəndiyi üçün 
yıxılmadı. Mən də hiddətimdən manqurt-heyvərənin sinəsinə iki 
yumruq vurdum. Uşaqlıq və  gənclik dövrümdəki dalaşmalardan 
sonra ilk dəfə idi ki, kimə isə yumruq qaldırırdım. Lap azğınlaşmış 
pəzəvəng öz nəhəng yumruqlarını  mənə  tərəf yönəltmək istəyirdi 
ki, kimsə onu arxadan tutdu. Görünür həmkarlarından biri ona - 
“Axmaq, sən bilirsən kimi itələyirsən, kimin üstünə cumursan? Tez, 
üzr istə” – dedi. 
Yekəpər özünü eşitməzliyə vuraraq, üzünü çevirib getdi. 
“Budur,  Şıke, sizin dünya ədəbiyyatına çıxardığınız 
manqurtlardan törəyənlər. Bu yeni manqurtların salamıdır” – mən 
acı zarafatla dedim. Elə bu vaxt prezidentlər də gəldilər...


61
ÇİNGİZ AYTMATOVUN “ÇİNGİZXAN” 
ROK QRUPU İLƏ SƏHV SALINMASI. 
20 dəqiqənin 8 dəqiqə ilə əvəzlənməsi,
YUNESKO- nun forumlarında mənzum hesabatlar
və alman torpağında “azarkeşlər”
“Sivilizasiyanın yanılması” romanını yazmağa mən 1996-cı ilin 
əvvəlində başlamışdım. Bir neçə aydan sonra Aytmatov Brüsseldən 
Bişkekə ezamiyyətə  gəlir və bizdə çay süfrəsi arxasında ona 
romandan bir parça oxudum. 
-  Əgər istiqaməti dəyişməsən bu, poeziyada xüsusi yer tutan 
bir əsər olacaq – deyə o, razılıqla bildirdi. Sonradan özü romana ön 
söz yazaraq onun bir fəslinin qırğız mətbuatında dərc olunmasına 
kömək elədi. 
1997-ci ildə bütün Qırğızıstan Aytmatovun təşəbbüsü ilə 
YUNESKO-nun himayəsi altında İssıkkul forumunun keçirilməsinə 
hazırlığa başladı. 
Bir dəfə Şıken mənə dedi:
- Bəlkə  sən  İssıkkul forumunda “Sivilizasiyanın yanılması” 
poemasından bir hissəni hesabat kimi oxuyasan? Məncə Federiko 
Mayor da bu ideyanı dəstəkləyər. Poemanın ingiliscəyə tərcüməsindən 
bir parçanı o çox yüksək qiymətləndirmişdi. 
Belə də oldu. Qırğızıstanda  YUNESKO-nun himayəsi altında 
keçirilən  İssıkkul forumuna dünya miqyaslı çoxlu şəxsiyyətlər 
toplaşmışdı. SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov və 
Rusiyalı şair Yevgeni Yevtuşenko, Azərbaycanın mədəniyyət naziri 
Polad Bülbüloğlu və başqaları bu tədbirdə iştirakla yanaşı həm də 
çıxış etdilər. YUNESKO-nun baş direktoru Federiko Mayor mənim 
əlimi sıxaraq dedi: 
- YUNESKO 
tarixində elə bir şəxs olmamışdı ki, sizin kimi öz 
hesabatını şeirlə desin. 
Mənim  əsərim həmçinin YUNESKO-nun baş direktorunun 
müşaviri, səfi r və yazıçı, 1991-1993-cü illərdə Rusiya Federasiyasının 


62
YUNESKO-dakı nümayəndəsi Vladimir Lomeykonun da xoşuna 
gəlmişdi. Onun və Aytmatovun təklifi  ilə “Sivilizasiyanın yanılması”-
ndan bir parça 1998-ci il 15-19 may tarixlərində Moldovanın paytaxtı 
Kişinyovda keçirilən YUNESKO-nun müharibə  və zorakılığa 
həsr olunmuş “Dünya mədəniyyəti və sivilizasiyaların dialoqu” 
adlı beynəlxalq forumunda da oxunması planlaşdırılırdı. Amma, 
moldovan qardaşlarımız YUNESKO ilə razılaşdırmadan gündəliyə 
dəyişikliklər edərək mənim mənzum hesabatımı  çıxararaq, onun 
yerinə Moldova prezidenti Petr Luçinskinin və daha bir moldovan 
siyasətçinin çıxışını salmışdılar. Lomeyko YUNESKO-nun adından 
moldavanlara etirazını bildirsə də, gündəliyin qeyd olunduğu kağızlar 
artıq iştirakçılara paylanmışdı və nəyi isə dəyişmək mümkün deyildi. 
Belə olan halda Çingiz Aytmatov bir daha özünəməxsus xarakterini 
nümayiş etdirdi. O, öz 20 dəqiqəlik çıxışını 8 dəqiqəyə bitirərək 
dedi: “İndi isə mənim nitqimi qazax şairi, müasir dünya poeziyasının 
istedadlı nümayəndəsi Muxtar Şaxanov özünün “Sivilizasiyanın 
yanılması” poemasından bir parça ilə davam etdirəcək”. Bu sözlərdən 
sonra o, tribunadan düşdü. Mən sanki yerimdə dondum, çünki, buna 
qətiyyən hazır deyildim. Tez portfelimdə poemanın rus dilində olan 
variantını tapıb oxumağa başladım. İştirakçılar öz alqışları ilə mənə 
tez-tez dəstək verirdilər. Poemanın oxunuşunu bitirdikdən sonra da 
alqışlar uzun müddət kəsilmədi. Gözümün ucu ilə gördüm ki, forum 
iştirakçıları Aytmatovun əlini necə minnətdarlıqla sıxırlar. 
Fasilə vaxtı Petr Luçinski mənə yaxınlaşaraq öz tabeliyində 
olanların düşünülməmiş  hərəkətlərinə görə üzr istədi. Bildirdi ki, 
bizim Aytmatovla birgə yazdığımız «Uçurum üzərində ovçu fəryadı»  
kitabımızı diqqətlə oxuyub. “Özünə ayrılmış vaxtın böyük hissəsini 
sizə verən Çingiz Torekuloviçin bu hərəkətinə yazıçılar arasında çox 
az rast gəlinir. Hələ mən siyasətçiləri demirəm. Hiss olunur ki, siz 
bir-birinizə çox yaxınsınız” – deyə o bildirdi.
O axşam biz Aytmatovla mehmanxanaya piyada qayıtdıq. 
Başımıza gələn hadisəni mən şeirdə belə təsvir etmişəm:  


63
Kişinyov – yaşıl şəhər
YUNESKO-nun forumu
Aytmatovla piyada
Otelə qayıdırıq. 
Birdən böyük bir evin 
Qarşısında Rus qadın
Yaşlı, amma çox gözəl...
Aytmatovu görüb sanki, dondu yerində:
-  Aman Allah, bu sizsiz? – 
Yolumuzu kəsərək
Minnətdarlıq hissi ilə
O, əlini sıxaraq, 
Davam etdi:  
Siz  bizim 
Itirilmiş bir nəslin
Kumiri qalacaqsız
Və biz sizə borcluyuq. 
Sonra o, artırmada
Oturan nəvəsini 
Öz yanına səslədi. 
-  Petya, tez gəl yanıma, 
Bu əmini tanıyırsan? 
Əfsanəvi şəxsiyyət
Çingiz Aytmatovdur!
Petya ağzında saqqız, 
Musiqi səsi gələn 
Qulaqlığı çıxarıb
Ağzını əyə-əyə: 
-  “Çingizxan” rok-qrupun
Lideridir bu əmi? 
Nə yaxşı!..
İndi gedib


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə