Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə13/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

44
Mən ritmi bacardığım kimi tutaraq bu iki hissəli şeiri oxudum. 
Tərcümədə şeir belə səslənir: 
І.
Tərif – dövrümüzdə əsas məharət,
Həqiqət gücsüzdür onun önündə.   
Hətta xoşbəxtlik də comərdlərlə yox,
Öz mənliyini satan insanlarladır. 
Onlar zəmanəyə alqış deyirlər, 
Bu acı fi kirlərdən gözlər yaşarır. 
Onların qəlbində yalan buzu var,
Lazım gələn anda o alovlanar.
Rəhbər qarşısında gəlin tək ürkək
Ayaqqabı altı yalayan erkək.
Cəzasın çəkəcək onlar tezliklə,
Amma, əgər bu gün güzəşt edilsə,
Millətin ruhu da məhbəsə düşər. 
Yalançı qayğını göstərmək yetər, 
Ayaqqabı yalayan qoca gicbəsər,  
O ağ saqqalından utansan barı,
Özünə haqq qazan xalq qarşısında.
Sevimli, istəkli olmaqla guya, 
Ləyaqət hissini itirdin daha, 
Düşmənlər də gülür indi arxanca, 
Lap elə dostlar da, qoyurlar lağa. 
Yoxsa tilsimdəsən, ona görə də... 
Dilin bir həvəslə yalayır ki, o 
Rəhbərin qap-qara ayaqqabısın?
Gülək ya ağlayaq – AY gör nə qədər... 
Bəlkə xalqımızı kimsə qarğıyıb, zəfər çələngin yox, 
Bu yaltaqları başımız üstündə bəzək edərək?
Məğrur ruh cılız bir sinəyə sığmaz, 


45
Bir tikə çörəkçün pisə sarınmaz. 
Azadlıq küləyi lazımdır ki, biz
Bu mənfur bəladan qurtulaq, şəksiz!
Simasız yaltaqlar başda olunca, 
Haqqın övladları düşmən sayılsa, 
Millətin arzusu xəyal qalacaq.
.............................................................................
Düzlüyü olmadan, xalq böyük olmaz!
II.
– Qəlbində həqiqət işığı sönən, 
Alçalan nə qədər insan var görən?
Yaltaqlıq başlara bəladır ancaq, 
Nə qədər yalana bizlər inansaq, - 
Dedi qoca türkmən şair müxtəsər
-Bizə cavab verər qəzavü-qədər.
Həqiqət satanla ətraf doludur,
Karyera naminə ayaq “sürüşür”.
Başa vurduqdan sonra 90 yaşını, 
Tülkü tək girləyib ahıl başını
Tərk etdi dünyanı qoca bir yaltaq. 
Hamı bir nəfər tək rəhmət deyirdi: 
“Necə də müqəddəs bir insan idi, 
İnadcıl deyildi, höcət deyildi. 
Qəddar adama da tərif deyərdi, 
Heç kimin xətrinə heç vaxt dəyməzdi...” 
O zaman Həqiqət səsi ucaldı 
Cəsur bir şairin dodaqlarından: 
“Bilirdim, insanlar yanılacaqlar. 
Hər kim ki, öz məğrur şəxsiyyətilə
Özün sipər etmir şərə, yalana, 


46
Həyata nə üçün gəldiyin bilməz.
Necə tərgitdirək yaltaqlıqları?
Əgər çox hörmətli qoca da hətta, 
Səmimi olmağı bacarmayırsa.  
Anadan olandan baş yelləyərək, 
Heç kimin könlünə o dəyməyərək,
Ölkəni pozdular bu boşboğazlar. 
Axı Xeyirlə Şərin mübarizəsində, ölərsə 
 
 
 
Təzyiqə dözməyib Vicdan
Qorxaq tək boynunu bükərək inan
 
  Vicdansız olacaq ən qoçaq insan.
Yaltaqlıq bəladır, bir xəstəlikdir, 
 
 
  O 
qanı zəhərlər, ağlı azaldar, 
Bizim ən müqəddəs qələbəmizsə 
Milləti azardan qurtarmaq olar. 
 
- Sağ ol, - Aytmatov fi kirli-fi kirli dedi. – Bu “Yaltaqlıq 
yarışlarının çempionları” esse toplusuna sən yaltaqların 
ölkənizin başçısına ünvanladıqları  mədhiyyələri daxil 
edəcəksən, düzdür?   
- Tam 
doğru. Amma, bir problem var. Vaxtilə yazıçılar 
və alimlər Lenin, Stalin, Xruşov, Brejnevə  tərif deməkdə 
birinci yer tuturdular. Bizdə onlar indi də bu cəhətdən 
seçilirlər. Əlbəttə, prezident Nazarbayev onlara demir “məni 
tərifl əyin” – bu iki vur iki kimi aydındır. Amma, rəhbərliyin 
diqqətini cəlb edə bilmək üçün  AY-lar bütün varlıqları ilə 
çalışırlar. Buna görə də gurultulu epitetlərlə zəngin, xüsusilə 
maraqlı  mədhiyyələr toplusuna mən çox yəqin ki, hələ iki-
üç il də əlavələr etməli olacağam. Sonra isə çap etdirəcəyəm. 
Güman edirəm bu, prezidentin özü üçün də faydalı olar. 
- Uğurlar! Görünür biz bundan sonra çox ehtiyatlı 
olmalıyıq ki, sənin “çempionlarının” sırasına düşməyək – 
Aytmatov zarafatla dedi. 


47
O vaxtdan demək olar ki, üç il yarım keçib. Topludan sizə 
təqdim etdiyim bu parçada ayaqqabı yalayanların elə  tərifl əri yer 
alıb ki, orada dövlət başçısı Allaha, Məhəmməd peyğəmbərə, Nuh 
peyğəmbərə, dünyada tayı-bərabəri olmayan dahiyə  bənzədilir. 
Onun dedikləri “Quran” ayələri ilə müqayisə edilir. Ümid edirəm 
ki, qalan müəllifl ər məndən inciməzlər. Nə vaxtsa onlara da növbə 
çatar. Axı insana sitayişin müxtəlif cəhətləri var, elə deyilmi? 
Bizdə, Qazaxıstanda da “qeyrətdə” heç də türkmən  şairi Bayram 
Jutdiyevdən geri qalmayan istedadların olmasını niyə gizlədək ki?.. 
Beləliklə söz xüsusi “istedadlara” verilir:
 
“Düşmənin gözünə ox təkin girir
Xeyir-duasını müdriklər verir. 
99 adı varsa Allahın
Onun biri Nur, biri də Sultan. 
Göy qübbəsində ay görünən kimi,
Mən də ürəyimi açaram ona. 
Allahın yerdəki kölgəsi odur, 
Fikrimi beləcə çatdırram sona”.
Rafael Niyazbek
(«Aybozum» (Dövlət başçısı 
barədə mənzum roman).
Astana, «Kulteqin» nəşriyyatı, 2006)
“Niyə  mən – mənim Ağ hökmdarım deyirəm? Mən 
hətta onu kainatın adamı adlandırıram. Soruşun, niyə? 
Çünki, mənim Ağ Hökmdarım mənə telefonla zəng edəndə
mənzildə möcüzəli İşıqlı şüa peyda olur. Mən bunu aydın 
görürəm. O, dəstəyi asan kimi, İşıqlı şüa da yox olur. Əv-
vəllər mən buna fi kir vermirdim. Son vaxtlar isə bunu açıq 
aydın görməyə başlamışam. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə