Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə15/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

52
“Sizin idealınız böyük işlərdir
Sizin həyatınız qaya tək hünər. 
Xalqın xoşbəxtliyi sizsiz, Nureke, 
Azadlıq memarı, söz xiridarı!”
Sabit Dosanov
(«Egemen Kazakstan», 14 dekabr 2008.)
«Biz Nursultan Nazarbayev adlı öz xalqını sevən, çox 
dərin bir insan, dahi şəxs barədə danışmağa borcluyuq. 
O şəxs ki, xalqını fırtına kimi hər an istiqamətini dəyişən 
bir zaman kəsiyindən qan tökülmədən çıxara bildi. Onun 
üzərinə bu məsuliyyət on səkkiz min dünyanın yaradıcısı 
olan qüdrətli Allahın iradəsi ilə qoyulmuşdu”. 
Nurlan Orazalin,
Qazaxıstan yazıçılar İttifaqının sədri,
QR-nın Dövlət mükafatı laureatı
(«Тəуеlsizdikke tağzım»,
«Kazax ədebiyeti, 16 dekabr 2011)
«…Bizim paytaxt Astana dünyanın humanizm 
mərkəzinə çevrilməkdədir. Mənim demək istədiklərim 
“Böhran barədə düşüncələr” şeirində: 
...Rahat həyatın bir açarı var – 
Yalnız dostluqla dünya heç nə itirməz.
Və çətin ki, Vətəndə indi tapılar, 
Nazarbayev kimi müdrik hökmdar. 


53
Bu bizim bu günümüzün reallığıdır... 
Nazarbayevin bu ölkəyə mümkün qədər çox rəhbər-
lik etməsinə nail olmaqla, biz Qazaxıstanın hərtərəfl i  və 
sabit gələcəyini təmin edər, hər birimiz üçün inamlı sa-
bahın özülünü qoya bilərik. Hər halda “seçki xatirinə seç-
ki” keçirməkdənsə, qanun çərçıvəsində dövlət başçısının 
səlahiyyət müddətinin artırılması yollarını araşdırmaq pis 
olmazdı...” 
Kakimbek Salıkov
(«Paytaxt – Dövlət başçısının böyük rəşadəti».
«Egemen Kazakstan», 17 iyun 2009 )
«İnsan övladı yaradıldığı gündən bu yana onu əzab-
lardan qurtaran hamisini və xilaskarını axtarır...
Bu axtarışın nümunələrindən biri antik ədəbiyyatda 
allahların ocağından od oğurlayaraq onunla insanın yol-
unu işıqlandıran Prometey kimi mifoloji obrazın yaradıl-
masıdır...
Zəmanə sürətlə  dəyişir. Tarixdə insanları real çətin-
liklərdən xilas edən xeyirxahlar, xilaskarlar meydana çıxır. 
Məsələn, Musa öz xalqını xilas etmək üçün münbit tor-
paq axtarışına ömrünün 40 ilini sərf edərək israil xalqının 
hamisinə çevrildi. İbrahimilər adlı dinin əsasında duran 
Tövratda (Tora) belə deyilir. Sonra öz xalqının bütün əzab 
əziyyətlərini üzərinə götürən İsa (İsus) meydana gəlir... 
Bundan sonra isə tarixin arenasına mənəvi korşalma 
yolu ilə gedən və olmazın əziyyətlərini çəkən ərəblərin xi-
laskarı kimi Məhəmməd xalqının dadına çatır...
Mən deyərdim, bəşəriyyət ona görə çox xoşbəxtdir ki
əsrlərin qovşağında tarixin meydanına böyük bir ictimai 
xadim kimi dahi şəxsiyyət N.A.Nazarbayev də  çıxıb... O, 
təkcə indiyə kimi heç bir dövlət başçısının qol qoymadığı 


54
yaradıcı ideyaların təşəbbüskarı deyil, həm də onları həya-
ta keçırən şəxsdir. Bununla da mifi k yox, real Prometeyə 
çevrilib”.
Saqındık Satıbaldın,
İqtisadiyyat elmləri diktoru,  
əl-Fərabi adına Qaz.MU-nin professoru
(«Prometey. Mif və reallıq». 
«Dala men kala», 19 iyul 2010)
“Xalqın hər addımı diqqətinizdə, 
Bu qayğı cavabsız qalmamalıdır. 
Nuh peyğəmbər təkin yaxşı bilirsiz
Qazaxları necə xilas edəsiz... 
...Min alqış, Nursultan Nazarbayevə
Xalq ona ad qoysun, o – Ataqazax!”
Aytuar Utegenov
(«Ataqazax». 
«Egemen Kazakstan», 23 iyun 2010 )
«Mən babalarından aslan cəsarətini miras alan, 
anasından dahi mütəfəkkir kimi doğulan prezidentə hey-
ranam... 
Nursultan Nazarbayev vətən qarşısında xidmətlərinə 
görə dünya tarixində Rusiyanı sivilizasiyaya qovuşduran 
1-ci Pyotr, Böyük Britaniyanı yenidən dirçəldən Uinston 
Çerçil, ABŞ-ın  əsasını qoyan Corc Vaşinqton, Türkiyəni 
güclü dövlətə çevirən Atatürklə bir sırada dayanır.  İndi 
hər tərəfdən belə rəy və fi kirlər səslənir. Hətta demək olar 
ki, Nazarbayevin bu gün zamanın tələbi olaraq etdiklərini 
heç yuxarıda adları çəkilən məşhurlar da edə bilməyiblər... 


55
Hazırda vəziyyət belədir ki, bəşəriyyəti narahat 
edən problemlərin müzakirəsi, onların həllinin tapılması 
Nazarbayevsiz mümkün deyil”. 
 
Mırzatay Joldasbekov
(«Xoşbəxtlik, onu qiymətləndirməyi 
bacaranlarla olacaq».
«Egemen Kazakstan», 18 noyabr 2010 )
«Bu gün insanlar deyir: bu adamın içində sanki günəş 
var, qoy onun Nur-işığı bizim yolumuzu işıqlandırmaqda 
davam etsin... Biz partiyamızın liderinin rəhbərliyi altında 
nəzərdə tutulmuş işləri yerinə yetirəcəyik. Bizim liderimiz 
isə - Nursultan Abışeviçdir – Allahdan və təbiətdən dahilik 
verilmiş şəxs... Göydə başqa günəş ola bilməz...” 
Vladimir Nexoroşev,
QR Parlamentinin deputatı
(“Nur Otan” partiyasının ХІІІ qurultayındakı çıxışından.
Astana, 11 fevral 2011)
«Bu bizə tanrı tərəfi ndən bəxş edilən xoşbəxtlikdir. Al-
lah bizə Nur-ağa kimi belə dahi rəhbər göndərib. ...Allaha 
min dəfə şükür edək, min dəfə tərif deyək, qardaşlar! 
... Əvvəlki yeddi möcüzəni tamamlayan bizim səkkiz-
inci möcüzəmizdən allah razı olsun!”
Maqzumbek Maşayıkulı, 
Ulıtaus rayonunun «Fəxri vətəndaşı » 
(«Səkkizinci dünya möcüzəsindən Allah razı olsun».
«Egemen Kazakstan», 25 noyabr 2009)
Bəli, Allaha şükür edək və əgər qürur duymalı nəyimizsə varsa, 
qoy bu əsassız qürur olmasın, qardaşlar! 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə