Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə16/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

56
AY ilə bağlı mövzuya qayıdaraq bir daha demək istəyirəm: 
indi heç kim bizim şairləri, yazıçıları, alimləri, deputatları və xalqın 
ağsaqqallarını Türkmənbaşını vaxtilə Allah səviyyəsinə qaldıran 
türkmən “ayaqqabı yalayanlar”ından zəif və ya istedadsız olmaqda 
ittiham edə bilməz! 
P.S. Sizin diqqətinizə  təqdim etdiyim “AY – Ayaqqa-
bı yalayanlar” bölməsindən parçalar “Jas Alaş”, “Свобода 
слова”, “DAT” qəzetlərində çap edilib. Oxucuların qəzetlərin 
bu saylarına marağı xüsusilə böyük olub. Sovet dönəmində 
Stalinin 25 ildən çox sürən hakimiyyəti illərində əgər şəxsi-
yyətə  pərəstiş özünün ən yüksək həddinə çatmışdısa, ondan 
heç də geri qalmayan Xruşov və Brejnevə pərəstişin miqyası 
da kiçik deyildi. Bu gün isə Qazaxıstan “rəhbərinin” tərifl ən-
məsi stalinsayağı  şəxsiyyətə  pərəstiş kultunun yeni forma-
larının axtarışından başqa bir şey deyil. Amma, məndə olan 
informasiyaya görə, dövlət başçısı “Ayaqqabı yalayanlar”-ı 
oxuyandan sonra əvvəlcə hirslənib, sonra isə onun küçələrdə-
ki portretlərinin sayını azaltmaq barədə göstəriş verib. Bu 
yaxınlarda maşınla Almatıdan Şımkentə getdik. Yol boyu yal-
nız üç-dörd yerdə prezidentin portretlərini gördük. Mən Milli 
liderin bu göstərişindən məmnun qalmışdım. 


57
QOPMUŞ DÜYMƏ
Bir dəfə Hitlerdən - 60 milyon insanın vaxtsız ölümünə səbəb 
olmuş şəxsdən soruşurlar: “Şərqdə istila etdiyimiz xalqlara qarşı si-
yasətimizi necə quracağıq?” O, belə cavab verir: “Onları səhərdən 
axşama kimi müxtəlif səslərin içində saxlamaq və kitab oxumaları-
na imkan verməmək lazımdır. Çünki, küyə düşmüş, mənəviyyatsız 
adamlar özlərini həmişə xoşbəxt hiss edirlər”. Sonralar alimlər Hit-
lerin bu dediklərini yoxlamaq üçün belə bir eksperiment keçirdilər. 
Pelopennes adası sahillərində delfi nlər üçün çox yüksək səslə müa-
sir, coşdurucu musiqi qoşurlar. Nəticədə kakofoniya səslərindən 
ağıllarını itirmiş, sanki sərxoş olmuş delfi nlər özlərini sahilə atırlar. 
Bəli, bu gün Hitlerin arzuları reallığa çevrilib. Əgər bu gün 
müasir musiqini iki qrupa bölsək – insanı xeyirxahlığa səsləyən və 
əksinə - Adəm və  Həvvanın davamçılarının mənəviyyatını pozan, 
onu coşduran musiqi, əminliklə demək olar ki, sonuncu artıq bütün 
dünyanı fəth edib. Bizim ölkələrimizdə - Qazaxıstan və Qırğızıstan-
da da kitab oxumağa  əvvəlki həvəs qalmayıb. Yəqin ki, heç kim 
bütün Sovet İttifaqını qorxu içində saxlayan totalitar bir sistemi təri-
fl əmək istəməz. Amma, etiraf etmək lazımdır ki, o vaxt mənəviyyata 
xüsusi qayğı, diqqət yönəldilirdi.  O dövrdə Aytmatovun  az qala 
yarım milyonluq tirajlarla çap olunan kitablarına oxucu məhəbbəti 
də insanı heyrətə gətirirdi. 
1981-ci ildə Kremldə SSRİ yazıçılar ittifaqının VII qurultayı 
keçirilirdi. Fasilə vaxtı biz Çingiz Torekuloviçlə Kreml yaxınlığında 
gəzə-gəzə, Qızıl Meydandakı QUM-a (Əsas universal mağaza) gir-
dik. Mən demişdim ki, qalstukum yaddan çıxıb evdə qalıb və təzəsi-
ni almaq istəyirəm. Aytmatov isə  təklif elədi ki, gedək alaq. Biz 
QUM-a daxil olan kimi ətrafımıza 30-40 nəfər yığışaraq Aytmato-
vdan avtoqraf istəməyə başladılar. Qısa müddət ərzində bu adamların 
sayı 200-250 nəfərə çatdı. Çoxları mağazanın birinci mərtəbəsindəki 
kitab şöbəsinə qaçaraq Aytmatovun kitabını alır və bizim yanımıza 
qayıdırdı. Çox keçmədən QUM-un direktorunun bizim qarşımızda 


58
peyda olması göstərdi ki, “Aytmatov buradadır” pıçıltılarının sədası 
ona da çatıb. 
- Hansı malla maraqlanırsınız? Ünvanı deyin və biz 
sizə lazım olan hər şeyi ora çatdırarıq – o dedi. 
-  Yox-yox, heç nə lazım deyil, biz Qızıl meydanda 
gəzirdik və  fi kirləşdik ki, bura da girək, - deyə  Şıken cavab 
verdi. 
Bizi əhatəyə alan insanların isə bəziləri Aytmatovun əsərlərinə 
heyran olduqlarını bildirir, digərləri indi hansı  əsərin üzərində 
çalışdığını soruşurdular. Birtəhər qabağa keçməyə çalışaraq kimi 
özü üçün, kimi də oğlu, qızı və ya nəvəsi üçün sevimli yazıçının 
imzasını almaq istəyirdi. Nahar fasiləsi sona çatırdı. “Bağışlayın, 
biz qurultaya gecikirik”, - deyə  mən qışqıraraq, çətinliklə  də 
olsa Şıkeni kütlənin içərisindən çaxara bildim. İnsanların böyük 
bir qrupu düz Kremlin darvazasına kimi bizim arxamızca gəldi. 
Yalnız burada, darvazanı keçəndən sonra gördük ki, Aytmatovun 
plaşının bir düyməsi qoparılıb...


59
İKİ PREZİDENTLƏ BİRLİKDƏ VƏ YA 
JAMBILIN BAYRAMINDA KƏDƏR
Mən Qazaxıstanın Qırğızıstandakı Fövqəladə  və  Səlahiyyətli 
Səfi ri olanda Qırğızıstan Respublikasının Prezidenti Əskər Akayev və 
Çingiz Aytmatovla mən Jambıl Jabayevin 150 illik yubileyinə dəvət 
olunmuşduq. Əvvəlcə biz prezidentin Almatıdakı administrasiyasına 
getdik. Oradan isə Jambıl rayonunun mərkəzi – Uzınaqaş qəsəbəsinə 
yollandıq. Yol polisi bizi motosikletlərdə müşayiət edirdi. Birinci 
maşında prezidentlət Nursultan Nazarbayev və  Əskər Akayev 
gedirdilər. Aytmatovla mənim oturduğum avtomobil isə ikinci sırada 
idi. Uzınaqaşın mərkəzinə yaxınlaşdıqda biz dayandıq, prezidentlərin 
maşını isə yoluna davam elədi. Onları meydana yığışan minlərlə 
insan alqışlarla qarşılayırdı. Bir qədər sonra bizə  də getməyə 
icazə verdilər. Biz Aytmatovla maşından çıxanda bütün meydan 
hamılıqla sürəkli alqışlarla bizi qarşıladı. Hər tərəfdən üstümüzə 
alqış və xoş arzular yağışı yağırdı. Alqışlar beş dəqiqəyə yaxın, biz 
meydandan növbəti küçənin tininə, prezidentlər olan yerə çatana 
kimi davam elədi. Düşünürəm ki, camaatın bizə yönələn alqışları 
prezidentlərə ünvanlanan alqışlardan daha çox olmuşdu. Çünki, 
onların ətrafındakılar bizə kinli baxışlarla baxırdılar. Bir qədər sonra 
Qazaxıstanın dövlət katibi Axmetjan Yesimov bizə yaxınlaşaraq 
məni kənara çağırdı: 
- Muke, 
yaxşı olar ki, siz Aytmatovla dərhal Jambılın muzeyinə 
gedəsiniz, sizə bu toplantıda iştirak etmək vacib deyil. Prezidentlər 
də bir saatdan sonra ora gələcəklər. 
Əvvəlcə mən belə qəfi l təklifi  rədd etmək istədim, amma sonra 
başa düşdüm ki, bu prezidentin yaxınlarının ideyasıdır. Onların 
düşüncəsinə görə, xalq ən böyük hörmət və ehtiramı hökmdarlara 
göstərməlidir, başqasına yox. Hətta, bu başqası Aytmatovun özü olsa 
belə...
Mən Aytmatova deyəndə ki, biz Jambılın muzeyinə getməliyik, 
o, uşaq kimi incidiyini gizlətmədi: 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə