Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə12/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

41
edirdi. Həm də o vaxt onları hələ şöhrət və başqa insani zəif cəhətlər 
öz cənginə almamışdı. İndi isə Qazaxıstan prezidenti haqqında yeni 
qanun qəbul olunub. Parlamentin 100 faizlik dəstəyi ilə Nazarbayev 
“Milli lider” statusu alıb. Təkcə prezidentin yox, onun yaxın qohum-
larını da tənqid edənləri həbsxanada düz 18 il ərzində “havayı yemək 
və istirahət” gözləyir. Bu qanun layihəsinin müəllifl əri tək bir insana 
“yarımaq” arzusu ilə  hətta Türkmənbaşının da xidmətçilərini ötüb 
keçiblər. Bütün bu olaylar artıq Aytmatovun ölümündən sonra baş 
verib. 
Mənim üç hissəli “1986-cı ilin dekabr salnaməsi” sənədli 
əsərimin “Kunayevin dünyası” fəsilində 
hər hansı ayrıca bir şəxsə pərəstişlə bağlı belə sətirlər var: 
“ŞAXANOV. Qazaxıstanda dekabr hadisələrindən 
sonra Moskvanın “Xalqlar dostluğu” jurnalının 1987-ci 
il  9-cu sayında Qazaxıstan SSR Nazirlər Soveti sədrinin 
“Şəfa” adlı müsahibəsi dərc olunmuşdu.  
Bu müsahibədə sizin ətrafınızdakı mühitlə bağlı tənqidi 
fi kirlər yer almışdı: 
“...Budur, zaman özü bizim rəhbərlərin əksəriyyətini 
bərkə-boşa salmaqla yoxladı. Həmçinin Kunayevi. Protek-
sionizm, hakimiyyətdən nəşələnmək, öyünmə - var idi. 
Onun nəhəmg portretləri – bütün şəhərlərdə və kəndlərdə, 
idarələrdə, məktəblərdə, ali təhsil müəssisələrində və hət-
ta bomba sığınacaqlarında! Bu sanki onun adını Qa-
zaxıstanın taleyi ilə bağlayırdı. Və burdan da cəzasızlıq, 
qanunların pozulması, problemlərin ört-basdır edilməsi
sosial ədalət prinsiplərinin pozulması...” 
KUNAYEV. ...  Mənim  şəxsiyyətimə  pərəstiş barədə 
danışarkən demək lazımdır ki, ölkənin bütün respublika-
larında, vilayətlərdə,  şəhərlərdə SovİKP MK-nın Siyasi 
Bürosunun başqa üzvlərinin portretləri ilə yanaşı mənim 


42
də  şəklim asılırdı. Qazaxıstanda bəzi adamlar mənin 
portretimdən yaltaqlıq məqsədilə istifadə edə bilərdilər. 
Amma, mən bununla bağlı  dəfələrlə vilayət rəhbərlərini 
məzəmmət eləmişəm... Ola bilər ki, bəzi hallarda mən də 
zəifl ik göstərmişəm... Təbii ki, bu da olub. 
Güman edirəm, siz düşünmürsünüz ki, yaltaqlıq Bre-
jnev dövrü ilə  bərabər yoxa çıxıb.  İndi bizdə prezident 
üsuli idarəsidir. Bizim vaxtımızda partiya rəhbərliyində 
büro var idi, hər sahə üzrə katiblər fəaliyyət göstərirdi. 
Çox vaxt formal da olsa, müzakirələr aparılırdı, bu və ya 
digər məsələ ilə bağlı fi kirlər səslənirdi. Bu gün isə ölkəyə 
bir nəfər rəhbərlik edir. Bunun nəticələrini 10-15 il sonra 
görəcəksiniz... Çalışın mənim xəbərdarlığımı yadda sax-
layın. Hətta çox ola bilər ki, siz Brejnev dövrünü böyük 
nostalji hissləri ilə xatırlayasınız”. 
Necə də uzaqgörən imiş! Kunayevin dedikləri təsdiqini tapır. 
Bizim Aytmatovla son görüşlərimizdən birində söhbət  ƏA-
dan (ƏA - əldəqayırma allah) düşdü. Mən ona hələ tamamlanmayan 
“Yaltaqlıq yarışlarının çempionları” esse toplusundan ayaqqabı 
yalayanlara həsr olunmuş bir parçanı oxudum:   
“Çimkentden Almatıya maşınla getdik. Çimkentin 
özündə  də, Sayram və Tülkübaş rayonlarından keçən 
yol boyunca da birmərtəbəli ev boyda, bəzi yerdə isə hət-
ta ikimərtəbəli ev boyda yalnız bir nəfərin – Elbaşının 
(ölkə başçısının) yaraşıqlı  şəkilləri düzülmüşdü. Jambul 
vilayətinə daxil olanda isə biz yaltaqlığın daha heyrətamiz 
nümunəsini gördük. Etiraf etmək lazımdır ki, bu sahədə 
şəksiz birincilik vilayətin rəhbəri Boribay Jeksenbinə 
məxsusdur.  Əminliklə demək olar ki, Xruşov, Brejnev, 
hətta Lenin və Stalin də belə şey görməmişdilər. Təxmini 
hesablamaq olar ki, rəhbərin gülümsəyən, düşüncələrə 


43
qərq olmuş halda, bəzən Lenin kimi əlini qabağa uzatmış 
vəziyyətdə, həyat yoldaşı ilə, gənclərlə, fəhlələrlə, kosmo-
navtlarla  şəkilləri  əks olunmuş  və yol boyu sıralanmış 
(hər 200, 300, 500, 1000 metrdən bir) bilbordlara  neçə 
yüz min dollar xərclənib. Kommunist partiyasının hət-
ta yuxarıda adları  çəkilən rəhbərləri də belə  şərəfə layiq 
görülməmişdilər. Mən vaxtilə bir ay Almaniyada və Av-
ropanın başqa ölkələrində yaşamışam və bu ölkələrin heç 
birində hazırkı dövlət başçısının bircə portretinə  də rast 
gəlməmişəm.  Əlbəttə ki, hər hansı bir nəfərin, hətta bu 
adam dahidirsə də belə, bu şəkildə “göylərə qaldlrılması” 
heç bir başqa ölkədə mümkün deyil”.  
– Bir şəxsə bu cür qəribə pərəstiş göstərilməsi hallarına nəinki 
Avropada, heç Rusiyada – vaxtı ilə şəxsiyyətə pərəstişin dayağı hes-
ab olunan bir ölkədə də artıq rast gəlinmir, - deyə  Aytmatov uzun 
sürən sükutdan sonra əlavə etdi. – Putin bu sarıdan özünü çox tədbir-
li rəhbər kimi göstərib.
 -  Bütün dünyada qəbul olunmuş bir şey var, - deyə mən bildird-
im. – Əgər televiziyada hər hansı bir ağ yalan fasiləsiz olaraq həqiqət 
kimi təbliğ edilsə,  əhalinin  əksəriyyəti buna inanmağa başlaya-
caq. Bəzi rəhbərlər bunu görüb insanların bu xüsusiyyətini tam 
öyrəniblər. Mən insanları iki qrupa bölürəm. Həqiqəti itirənlər və 
onu hələ ki, müəyyən qədər də olsa qoruya bilənlər. Bədbəxtlikdən 
aramızda həqiqəti itirənlər daha çoxdur. Onlar özləri də hiss edirlər 
ki, kütləvi toplantılarda və televiziyaların ekranlarından insanlara 
həyasızcasına yalan söyləyirlər. Amma, bunu onların vəzifələri, icti-
mai statusları tələb edir və buna görə də soyuqqanlı qala bilirlər. Bu 
insanların ikiüzlülükləri mənə elə pis təsir göstərir ki, artıq onlarla 
ünsiyyət qurmamağa qərar vermişəm. 
- Yadımdadır, iki-üç ay bundan əvvəl sən “AY”, daha doğrusu 
“Ayaqqabı yalayanlar” adlı şeirini mənə oxumuşdun. Bu şeir məhz 
bu problemə həsr olunub. Əgər əzbər bilirsənsə, bir də oxuyarsan? – 
deyə Aytmatov xahiş etdi.


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə