Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


təkcə xoş məramın yox, həm də qadağanın sehrli gücünün



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə8/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

28
təkcə xoş məramın yox, həm də qadağanın sehrli gücünün 
böyük rolu var idi: öz yaxınına zor tətbiq edilməsi  İsa 
peyğəmbərin dini ilə bir araya sığmırdı  və bu qadağanı 
pozanlar çox sərt cəzalandırılırdı. 
404—cü ildə Romada sonuncu qladiator döyüşü 
zamanı Kiçik Asiyadan gəlmiş Telemax adlı bir rahib 
dava edənləri ayırmaq üçün ortaya atılır. Amma, gözlərini 
qan tutmuş və bir-birini öldürməyə and içmiş döyüşçülər 
heç bir təqsiri olmayan rahibi qılıncdan keçirirlər. 
Gördüklərindən dəhşətə  gələn imperator Qonoriy bu 
hadisədən sonra qladiator döyüşlərini qəti qadağan edir. 
Amma, təbii ki, romalılar bu vəhşi adətin aradan 
qaldırılmasına görə imperatora deyil, daha çox rahib 
Telemaxa borcludurlar! 
AYTMATOV. ...Tarixdə heyvanın dövlət vəzifəsinə 
təyin olunması kimi qəribə hal da olub. Bu azmış kimi 
Kaliqula öz atına mərmərdən burdaq və fi l sümüyündən 
axur düzəltməyi əmr edir. 
Ağılsız və  qəddar hakimiyyətinin dörd ili ərzində 
Kaliqula inkişaf etmiş, çiçəkləyən bir dövləti səfalət və 
acliq girdabında çabalayan bir monarxiyaya çevirir. O, öz 
ölkəsinin əsas talançısına çevrilir. Ondan nümunə götürən 
hakimiyyətin digər üzvləri də  zəli kimi xalqın qanını 
sovurmağa başlayıblar. Xəzinədəki iki milyard yeddi yüz 
milyon sestersiy pul cəmi bir ilə  əriyib yoxa çıxır. Roma 
xalqı yoxsullaşır.  İnsanlar dolanışıq dalıyca dünyaya 
səpələnirlər. 
... “Bizdən sonra lap dünya batsın” kimi arsız ifadənin 
müəllifi , Fransa kralı 14-cü Lüdovik 72 il ərzində ölkəsində 
mütləqi hakim olub. 
Kral hesab edirdi ki, öz təbəələri ilə istədiyi kimi rəftar 
edə bilər. Nə vaxt istəsə güllələyər, asar, boynunu vurar və 
s... 


29
“Dövlət – mənəm” – 14-cü Lüdovikin bu  təkəbbür 
dolu məşhur ifadəsi bu gün də  mənfi   mənada istifadə 
olunur. 
Kralın ətrafındakı yaltaqlar isə ona tərif deməkdə bir-
biriləri ilə  bəhsə girirdilər. Zadəganlar kralın bəzənməsi 
mərasimində iştirak etmək üçün hər səhər hava işıqlaşan 
kimi saraya qaçardılar. Onlar kralın qarşısında  əzilib-
büzülərək ona kimi alt paltarını, kimi pantalon, kimi də 
kamzol uzadırdı. Bu yaltaqlar krala bu gün ağ, yoxsa 
mavi köynəyi geyindirmək barədə uzun-uzadı mübahisə 
edərdilər. Kralın geyindirilməsi mərasimi iki saata qədər 
uzanardı. 
Onun bütün şıltaqlıqlarını  təmin etdikləri üçün 
hakim sinfi n  nümayəndələrinə kral mükafatlar və  fəxri 
adlar paylayır, onlar üçün müxtəlif titullar fi kirləşir və 
vəzifələrini az qala hər ay artırırdı. 
Əyanların vəzifələri də  bəzən insanı heyran edirdi. 
Məsələn, onlardan bəziləri gecə gözlərini belə qırpmadan 
kralın alt paltarını, parikini və onun təbii ehtiyaclarını 
ödədiyi qabı qorumalı idilər. 
Əgər 14-cü Lüdovikin bir yaşlı  qızının 80 xidmətçisi 
var idisə, onun özünün qulluqçularının sayını müəyyən 
etmək mümkün deyildi. Kralın sonsuz şənliklərinə, ov 
mərasimlərinə  və saray əyanlarının saxlanmasına çox 
böyük vəsaitlər sərf olunurdu. Bu vəsait isə vergilər şəklində 
binəva kasıblardan yığılırdı. Kim vaxtında vergini ödəyə 
bilmirdisə, ailəsi ilə birlikdə evindən qovulurdu. Onun 
əmlakı isə müsadirə olunurdu. Sadə xalqın yoxsulluq içində 
əzab çəkdiyi,  boğulduğu bir vaxtda bekarçılıqdan darıxan 
kral Versal sarayı tikmək və onu mərmərə “bürümək” 
əmri verir. Sarayın çölündə və içərisində 1400 hovuz tikilir. 
Yalnız bu sarayın tikintisinə kral ömrünün 47 ilini sərf edir. 
...14-cü Lüdovikin axmaqlığı və qəddarlığını göstərən 
ən bariz faktlardan biri budur. Kralın  şəxsi aşpazı onun 


30
üçün  əla krablar bişirir.  Amma, bədbəxtlikdən onların 
üstünə sous tökməyi unudur. Öz səhvini yemək artıq 
masaya veriləndən sonra anlayan aşpaz kralın  əlindən 
onsuz da qurtara bilməyəcəyini başa düşərək özünü 
öldürür. 
Amansız zülmlər sayəsində son həddə çatan fransa 
xalqı kralın ölümündən sonra üsyan edir və onun bütün 
nəslini qırır”.
Hakimiyyətə  mədhiyyələr, tərifl ər yağdırılmasında saray 
şairlərinin böyük rolu hamıya bəllidir. Vaxtilə türkmən oxucuları gözəl 
şeirləri ilə valeh edən, sonradan isə Türkmənbaşının “ayaqqabılarını 
bığları ilə parıldatmağa” başlayan Bayram Jutdiyev bu sahədə 
böyük “nailiyyətlərə” imza atıb. “Türkmənbaşı – Allahdır. Beləki, 
böyük yaradan məhz onun gözləri ilə türkmən xalqına baxır, 
Saparmurad Niyazovun siması ilə bizə tərəf yönəlir”. Onun bu 
sözlərini Çingiz Aytmatov mənə göstərdi. Ona da kiçik oğlu Eldar 
göstərmişdi.
İsveçdə yaşayan tanınmış türkmən şairi Şeralı Nurmuradov və 
Türkmənistanın keçmiş xarici işlər naziri Abdi Kuliyevin sözlərinə 
görə, Türkmənbaşı bir dəfə ABŞ-da rəsmi səfərdə olarkən belə 
bir bəyanatla çıxış edib: “Mən hələ cavan yaşlarımdan Qorbaçov, 
Yakovlev və Medvedevlə birlikdə kommunist partiyasının sıralarına 
daxil olmuşam ki, Sovet İttifaqını dağıdım”. 
Türkmənbaşının ölümündən sonra onun xələfi   nəhayət ki, 
Türkmənistan paytaxtının  ən uca yerində, 75 metrlik hündürlükdə 
quraşdırılmış  və  qızıla çəkilmiş 14 metrlik abidənin fırlanmasını 
saxladı. Bu abidəyə 12 milyon ABŞ dolları  xərclənib. Təxminən 
elə bu məbləği o vaxt Türkmənbaşının sevimli oğlu Murad Niyazov 
Madrid kazinosunda bir gecəyə uduzmuşdu. Beləliklə Orta Asiyanın 
bir ölkəsində  ƏA (əldəqayırma allah) siyasəti bir qədər öz formasını 
dəyişir. 
 Amma, Orta Asiyanın digər ölkələrində də vəziyyət bir o qədər 
də fərqli deyildi. Adətən kiçik xalqları aşağılayan Vladimir Jirinovski 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə