Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə5/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   2   3   4   5   6   7   8   9   ...   93

18
- Burda inciməli bir şey yoxdu. BMT Baş Katibi yerinə  hər 
ölkə öz görkəmli xadiminin namizədliyini irəli sürür. Qırğızlarda isə 
sizdən başqa kim bütün dünyada tanınır? Dünən müxtəlif ölkələrin 
Qırğızıstandakı  səfi rlərinin görüşü olub. Onların çoxu bildirib 
ki, ölkələri sizin namizədliyinizi dəstəkləməyə hazırdır. Siz bircə 
“razıyam” desəniz, çox yəqin ki, yer kürrəsinin rəhbəri olacaqsınız. 
- Qurtar bu zarafatı, - Aytmatov sözümü kəsdi. - Bu şayiələr 
bütün Qırğızıstana, hətta xaricə yayılıb. Bunun qabağını necə almaq 
olar?
- Prezidentlikdən imtina etdiyiniz kimi. Yer kürrəsinin lideri 
olmaq istəmirsinizsə, xarici işlər nazirinə, yaxud da Akayevə zəng 
edin. 
- Məsləhətə görə sağ ol, - deyə Şıken təşəkkürünü bildirdi. 
İki-üç gündən sonra “Qırğızıstanın sözü” qəzetində (11 aprel 
1996-cı il) Qırğızıstan Respublikası Xarici Işlər Nazirliyinin mət-
buat katibi U. Botobekovun  bəyanatı dərc olundu: 
 
“Son günlər ictimaiyyət arasında belə bir şayiə yayılıb 
ki, BMT-nin Baş katibi vəzifəsinə  Qırğızıstan Respub-
likasının Belçika Krallığlndakı səfi ri, tanınmış yazıçı Çin-
giz Aytmatovun namizədliyi irəli sürüləcək. Bəzi deputatlar 
parlamentin tribunasından bu barədə bəyanatlar səsləndi-
rib, hətta məsələni Xalq Nümayəndələri Şurası - Joqorku 
Keneşin növbəti toplantısının gündəliyinə də daxil ediblər. 
Qırğızıstan Respublikası XIN-in mətbuat katibi kimi 
bəyan edirəm ki, bu deyilənlər həqiqətə uyğun deyil. Bi-
zim məşhur həmvətənimizin BMT-nin Baş katibi vəzi-
fəsinə seşilmək arzusu və niyyəti yoxdur. Ç. Aytmatovun 
özü bildirib ki, o, heç vaxt və heç yerdə belə niyyəti olması 
barədə danışmayıb və onun həyatı ilə bağlı planlarında 
belə bir şey yoxdur”.
Budur aytmatovsayağı xarakter, budur əsl insan, yazıçı, vətəndaş 
olan Aytmatov fenomeninin məğzi. 


19
SAYKAL 
Kazat Akmatovla bağlı daha bir hekayət. 
Mən Almatıdan təzə qayıtmışdım ki, Aytmatov Belçikadan zəng 
elədi:
- Sən bilirsən, dostumuz Kazatın uşağı olub?
- Bilirəm. Dünən Almatıdan zəng edib təbriklərimi çatdırmışam.
- Eşitmisən uşağa nə ad veriblər? 
- Yox.
- O, qızının adını Saykal qoyub. 
- “Saykal” nədir? Vay-vay... Kazatla Baktıgülə nə olub belə?
- Qazaxlarla qırğızlarda elə sözlər var ki, əks mənalar daşıyır. 
Bunlardan biri də Saykaldı. Qırğız dilində bunun mənası gözəl, qa-
mətlidir... Sən özün ona izah edərsən... - deyə Şıken mənə tapşırdı. 
Saykalı doğum evindən çıxaran gün mən həyat yoldaşımla 
Kazatın ailəsini təbrik etmək üçün onlara getdim. Evlərində qo-
hum-əqrabaları və dostları yığışmışdı. 
Mənə söz veriləndə dedim:
 - Kazat, hansısa qazaxın arvadına “saykal” deyə müraciət etsən 
yazığın nitqi quruyar. Bundan başqa onun ərinə  də  həmin qadının 
pozğun olduğunu və xəyanət etdiyini sübut etməlisən. Əks halda da-
vaya hazır ol. Qısası - qazaxlar abır-həyasını itirmiş qadına “saykal” 
deyirlər. Əgər sən bizdən başqa heç bir qazaxla ünsiyyətdə olmaya-
caqsansa başqa məsələ...
- Dəhşət! Biz bunu nəzərə almamışıq. Elə isə bizim qızımız 
Saykal yox, Manabiyə olacaq, - deyə Kazat bildirdi. 


20
AYAQQABI YALAYANLAR... 
Xruşov və Kim Ir Sen, Aytmatovun Türkmənbaşiya zəng et-
məsi, Səddam Hüseynin portretləri, adamyeyən prezidentlər və ya 
bizdə də Türkmənbaşını Allahla bir edən Jutdiyev kimilər çoxdur
 
Yaltaq ən pis düşməndir. 
Xalq məsəli
Hakimiyyətin necə olmasından asılı olmayaraq, 
onu Allah xalqın arzu və niyyətlərinə, 
səylərinə uyğun olaraq verir.  
Jozef de Mestr 
Sovet  İttifaqında Stalinin şəxsiyyətə  pərəstiş dövrünün mily-
onlarla insana nələr yaşatdığını tarixdən bilirik. Amma, stalinizmin 
faciəvi məzmununu ifşa edən Xruşovun özü də bu piroqun 
şirnikləndirən cazibəsindən yaxasını qurtara bilməmişdi. Vaxtilə 
küçələr onun da portretləri ilə dolu idi. 
Bir dəfə Dinmuxamed Kunayev mənə Xruşovla bağlı gülməli 
bir hadisə danışdı. 
Xruşov Qazaxıstana gəlməli idi. Məlumdu ki, ali qonağı  qa-
rşılamaq çox böyük məsuliyyətdir. Aeroportda onu qırmızı qalstuklu 
pionerlər, əllərində bayraqlar olan gənclər, Sovet İttifaqı qəhrəman-
ları, əmək veteranları, hakimiyyətin müxtəlif ranqlı rəhbər şəxsləri, 
ictimaiyyət nümayəndələri qarşılayırdı. Hamı SSRİ-nin birinci şəx-
sini yaxından görmək, onun nitqini eşitmək istəyirdi. 
Xruşov isə sən demə “hazır” gəlibmiş. Təyyarədən düşərkən o, 
var gücü ilə qışqırdı: 
- Özbək xalqına salamlar! 
Arxasında dayanan köməkçisi:
- Nikita Serqeyeviç, bura Qazaxıstandır, Qazaxıstan... - pıçıil-
dayanda Xruşov özünü sındırmayaraq:


21
- Bu böyük bir səhv deyil. Onlar qohum xalqlardır - deyərək 
gülüb.
Təbii ki, bu ilk növbədə  səhvə görə üzr istəməyi ağlına belə 
gətirməyən bir rəhbərin mədəniyyət səviyyəsinin aşağı olmasının və 
bir millətin digər azsaylı millətlər üzərində hegemonluğunun göstər-
icisi idi.  
Sovet İttifaqı dağılandan sonra isə Orta Asiya rəhbərləri arasın-
da şəxsiyyətə pərəstiş üzrə çempion Türkmənbaşı - Saparmurad Ni-
yazov oldu. 
Çingiz Aytmatovla birgə yazdığımız “Uçurum üzərində ovçu 
fəryadı” (Əsrin sonunda etiraf) kitabında belə bir fi kir var:
“ŞAXANOV. Narahatlığa səbəb çox yəqin ki, Sa-
parmurad Niyazov - Türkmənbaşı rejimidir. Şəxsiyyətə 
pərəstişin xalqa necə baha başa gəldiyini bilə-bilə, Niya-
zov özü də bu yolla getdi. Məgər hələ yaşayarkən özünə 
200-dən çox  heykəl qoydurması faktı gülməli deyilmi? Bəs 
Niyazovun adının saysız-hesabsız təsərrüfatlara, rayona, 
şəhərə, kanala verilməsi,  şəklinin  əskinasların üzərində 
həkk olunmasına gələcək nəsillər, lap elə  müasirləri nə 
deyər?
AYTMATOV. Rus dilində çıxan bir Koreya jurnalın-
da mən yarım  əsr  şımali Koreyaya rəhbərlik etmiş  və 
hələ yaşayarkən faktiki olaraq allahlaşdırılan Km İr Sen  
barədə yazı oxumuşdum.   
Bir dəfə çay məcrasından çıxaraq sahilyanı  kəndləri 
basır. Sel qucağında uşaq olan bir qadını da cənginə alaraq 
aparır. O isə birdən suda Kim İr Senin portretini görür 
və dərhal körpəsini ataraq rəhbərin şəklini xilas edir. Jur-
nal bu hərəkəti vətənpərvərliyin  ən yüksək təzahürü ad-
landırırdı...
Əlbəttə, bu bütün cəmiyyətin siyasiləşdirilməsi və həd-
siz ideologiyalaşdırılması, həmçinin şəxsiyyətə pərəstişdən 
doğan siyasi manqurdluğun bir növüdür. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə