Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə4/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   2   3   4   5   6   7   8   9   ...   93

15
üçün şeirlərimi istədi. «İstədiyim yar idi, yetirdi pərvərdigar» - mən 
elə o dəqiqə təsadüfən üstümdə olan «12-3=?» poemasını ona təqdim 
elədim. Sonradan öyrəndim ki, sıradan bir şair olan Sofronovun 
Yevtuşenko ilə çoxdan arası dəyibmiş. Yevtuşenkodan qisas almaq 
üçün o, poemanı Siyasi Büronun üzvü, Sov.İKP MK-nın ideologiya 
üzrə katibi Mixail Suslova göstərərək: «Görün Yevtuşenko qazax 
şairinin sizi lağa qoyan poemasını necə ustalıqla tərcümə edib!» 
- deyib. Poemanı oxuyan Suslov bərk  əsəbiləşib: «Niyə Çingiz 
Aytmatov Siyasi Büronu lağa qoyan şairə himayədarlıq edir?» 
 
Poema haqqında qapalı rəy yazmağı Suslov o vaxt partiyada məsul 
vəzifələr tutmağa namizədlərdən biri, bir-neçə ildən sonra Mərkəzi 
Komitədə  mədəniyyət  şöbəsinin müdiri olacaq Yuriy  Voronova 
tapşırır. 1986-cı ildə Moskvada mənim poeziya axşamım keçirildi. 
Aparıcı isə Yevgeniy Yevtuşenko idi. Bundan sonra, dekabrın 22-də 
isə məni Voronov qəbul etdi. «12-3=?» poemasını xeyli tərifl ədikdən 
sonra o, vəziyyətdən çixmağın və hay-küydən qorunmağın yolunu 
tapdığını dedi. Məsələ ilə bağlı Çingiz Aytmatovla da uzun söhbəti 
olduğunu bildirdi. Voronov onu da danışdı ki, SovİKP MK-nın 
qocaların hökmranlığından narazı olan gənc üzvləri poemanın çoxlu 
surətini çıxarıblar və gizli yolla bir-birilərinə ötürürlər.
1996-cı ildə Çin Xalq Respublikasınəın sədri Szyan Szemin 
Qırğızıstana gəlmişdi. O vaxt mən Qazaxıstanın bu ölkədəki 
Fövqəladə və Səlahiyyətli Səfi ri idim. Qırğızıstan prezidenti Əsgər 
Akayev məni Szyan Szeminə  təqdim edəndə o, təmiz rus dilində 
dedi: «Mən bu şairi tanıyıram, hətta onun Aytmatovun ön söz yazdığı 
«12-3=?» adlı poemasını da əlyazmada oxumuşam...» 
Bu nə demək idi? Bu o demək idi ki, Çinin xüsusi xidmət 
orqanları Sov.İKP MK-da gizli yollarla yayılan poema ilə bağlı 
qalmaqaldan xəbərdar idilər. 
Yevtuşenko həmişə  həqiqəti söyləyən və açıq-aydın müxalif  
ruhlu insan olub. Aytmatovun poemaya ön söz yazması isə heç 
şübhəsiz ki, onun cəsarətinin, igidliyinin sübutu idi. 


16
«...ALLAH SAXLADI, AZ QALA QIRĞIZISTANIN 
PREZIDENTI OLACAQDIM»
1991-ci il. Aytmatov Moskvadan zəng edir: 
- Allah saxladı, - deyə o ənənəvi salamlaşmadan sonra bildirdi. 
- Az qala Qırğızıstanın prezidenti olacaqdım. Sənin dostun Kazat 
sənə deyib?
- Hə, dedim. Bütün parlament saat yarım sizin razılığınızı gö-
zləyib. Razılaşsaydınız indi Qirğızıstan Respublikasının prezidenti 
idiniz. Öz qərarınızla siz ilk növbədə mənə ziyan vurdunuz, - deyə 
mən ciddi surətdə, incik səslə bildirdim.
- Niyə? Necə? - deyə o, təəccüblə soruşdu. 
- Necə başa düşmürsünüz? Siz məni Qırğızıstanda olarkən 
qürurla özümü ölkə prezidentinin kiçik qardaşı və dostu kimi təqdim 
etmək imkanından məhrum etdiniz. İndi nəinki, qırğızlar və qazaxlar 
arasında, bütün dünyada belə adam tapmaq olmaz ki, prezidentlik-
dən zəhərli ilandan qaçan kimi qaçsın. 
- Ola bilər. Amma hər bir kəs öz milli və beynəlxalq imkanlarını 
düzgün dəyərləndirməlidir, - mənim zarafatımın cavabı belə oldu.   
- Hansı imkanlardan danışırsınız? Məgər bu gün yalançı  rəh-
bərlər arasında milli mənəvi dəyərləri itirərək öz ciblərinə xidmət 
edənlər azdır? Ola bilərdi ki, siz iyirminci əsrin ən vicdanlı, öz nəfsi-
ni maddi maraqlar ləkələrindən qoruyan bir prezident olardınız. Siz 
heç olmasa bu cəhətdən nümunə ola bilərdiniz... 
- Yox, sən bir şeyi nəzərə almırsan, - deyə o, sakit tərzdə bildirdi. 
- Müasir dövrümüzün mənəviyyatsızlığı yeni, xüsusi xarakter forma-
laşdırıb. Acgözlüyü, tamahkarlığı olmayan, milli kökünü itirməyən, 
yalan danışmağı bacarmayan insan indi prezident ola bilməz... 
İstedadlı qırğız yazıçısı, o illərdə Qırğızıstan Demokratik Parti-
yasının sədri Kazat Akmatovun xatirələri:


17
“Tolomuş Okeyev və Barpa Rıspayevlə birlikdə mən 
Aytmatovla əlaqə saxladım. O, evdə idi. 
- Mən prezident olmağa hazır deyiləm. Heç bunu 
istəmirəm də. Mənə göstərdiyiniz etimada görə min dəfə 
təşəkkür edirəm. Bu çox məsuliyyətli və şərəfl i siyasi post-
dur. Buna görə də bu vəzifəyə iqtisadçı, hüquqşünas yax-
ud da kənd təsərrüfatı üzrə mütəxəssis daha uyğun gəlir. 
Yazıçı  işimi yüksək vəzifəyə  dəyişmək istəmirəm. Mənim 
hələ çoxlu yaradıcılıq ideyalarım var, Allah özü onları re-
allaşdırmağa mənə kömək olsun, - deyə Aytmatov məni 
diqqətlə dinləyəndən sonra bildirdi.
Mən çətin situasiyada idim. Biz Aytmatova dedik ki
o, bircə “hə” desə, prezident olacaq. Doğrudan da, o vaxt 
Aytmatov “yaxşı, özünüz bilin”, - desəydi, heç şübhəsiz ki, 
parlament onu prezident seçəcəkdi. 
Onu razı sala bilməyəcəyimizi görüb - Bəs siz özünüz 
kimi təklif edərdiniz? - deyə soruşduq. 
- Ay sağ ol, bu başqa məsələ, - yazıçı bildirdi - Mən 
şəxsən prezidentliyə  Əsgər Akayevin namizədliyini irəli 
sürərdim.
- Bu təklifi  sizin adınızdan parlamentə  təklif etmək 
olar?
-  Bəli, parlamentə  mənim salamlarımı da çatdırın. 
Əsgəri seçsəniz bu həm xalq üçün, həm də sizin özünüz 
üçün yaxşı olar.
Beləliklə... Əsgər Akayev Qırğızıstan Respublikasının 
ilk prezidenti seçildi”. 
1996-cı il aprelin əvvəlləri. Mən Belçikaya Aytmatova zəng 
edərək belə bir zarafat elədim:
- Birləşmiş Milətlər Təşkilatının gələcək Baş katibinə atəşin 
salamlar! 
- Kim bu şayiəni buraxıb, bilmirsən? - o, öz təəccübünü gizlət-
mədi. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə