Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə9/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

31
bu dəfə Orta Asiyanın bəzi respublikalarında baş verən özbaşınalığa 
ədalətli şərh vermişdi. Onun dediklərini olduğu kimi verirəm: 
“Şimali Afrika – bizim Orta Asiya kimidir.  Rəhbərlər öz 
vəzifələrində 20-30 il otururlar. Qəbilə üsul idarəsi, qohumbazlıq, 
korrupsiya. Pul var, amma əhali bu pulu görmür. Yalnız hakim 
ailə, qəbilələr varlanır, buna görə  də tez-tez münaqişələr baş 
verir”. 
 
Bu arada SSRİ vaxtından daha bir gülüş doğuran məlumatı 
açıqlayaq.
XXII qurultayda Rəşidov öz çıxışında çox böyük 
məftunluqla Xruşovun adını 9 dəfə  çəkib. Amma, digər 
çıxışçıların da böyük əksəriyyəti eynilə bu cür danışıblar. 
Misal üçün Rəşidovdan əvvəl və ya sonra çıxış edən natiqlərin 
nitqini araşdıraq. Beləliklə Qazaxıstan KP MK-nın birinci 
katibi Dinmuxamed Kunayev Xruşovun adını 8 dəfə xatırladıb, 
Belorusiya KP MK-nın birinci katibi Kiril Mazurov – 7 dəfə, 
Ukraynanın rəhbəri Nikolay Podqornıy isə rekorda imza atıb 
və  çıxışında (düzdür, digərlərindən 2 dəfə uzun çıxışı zamanı) 
Xruşovu düz 14 dəfə tərifl əyib”. 
F. Razzakov
(Siyasi Büroda korrupsiya. “Qırmızı özbəyin” işi.
Moskva: alqoritm, EKSMO, 2009-cu il)
Bu kitabda Özbəkistan Kommunist Partiyası  Mərkəzi 
Komitəsinin birinci katibi Şərəf Rəşidovun Nikolay Xruşova 
ünvanlandığı tərifl ər çap olunub: 
“Nikita Serqeyeviç Özbəkistanda dörd dəfə olub və 
hər dəfə də onun gəlişi bizim kadrlar üçün böyük məktəb 
olub. Sovet pambıqçılığında, elə xalq təsərrüfatının 
digər sahələrində  də bütün köklü dəyişikliklər yoldaş 


32
Xruşovun adı ilə bağlıdır.  İndi pambıqçılığın möhkəm 
texniki təkamül üzərində inamla inkişaf etməsinə görə 
biz məhz Nikita Serqeyeviçin müdrikliyi, cəsarəti və 
prinsipiallığına, onun pambıqçı əməyini yüngülləşdirmək 
səylərinə borcluyuq. Məhz bu qayğılar sayəsində 
bizim respublika bu  beşillikdə  vətənimizə ötən beş il 
ərzindəkindən 2 milyon 200 min ton çox pambıq verib. 
Özbəkistan xalqı bütün qəlbi ilə, təmiz ürəklə Nikita 
Serqeyeviçi özünün ən yaxın dostu, əziz və sevimli 
müəllimi adlandırır...”  
Hələ  Şərəf  Rəşidov hakimiyyətdə olarkən, onun tabeliyində 
olan işçilərdən biri – partiyanın Daşkənd vilayət komitəsinin 
təşkilati işlər şöbəsinin müdir müavini Uali Usmanov vilayət partiya 
konfransında Xruşova həddən artıq tərif yağdırdığı üçün öz rəhbərini 
kəskin tənqid etmişdi. Rəşidov isə 20 dəqiqə  ərzində Usmanova 
cavab nitqində özünə haqq qazandırmağa çalışmışdı. 
Həmin vaxtdan artıq 50 il keçib. Və  əgər o zaman Xruşova 
səslənən tərifl əri Qazaxıstanın bu günkü hakimiyyət inhisarçılarına 
yönələn yaltaqlıqlarla müqayisə etsək, şübhəsiz ki, keçmişdəkilərin 
bu sahədə çox geridə qaldıqlarını görərik. Qazaxıstanın dövlət 
başçısının tərifl ərlə göylərə qaldırılması mexanizmi respublikanın 
bütün kanallarında saat kimi işləyir. Bəzi qəzet və jurnallar ölkə 
başçısını tərifl əmək tendensiyasını elə əxz ediblər ki, onlarla keçmiş 
Sovet  İttifaqının heç bir nəşri müqayisə edilə bilməz. Məsələn, 
Xruşovun və ya Brejnevin vaxtında heç bir telekanalda onlara həsr 
olunmuş poema və ya mahnı translyasiya olunmurdu. Bizdə isə 
mədhiyyə xarakterli poema, mahnı və şeirlər o qədər geniş yayılıb 
ki, artıq əhalini bezdirməyə başlayıb. 
Ən təəccüblüsü isə budur: 
“İpə-sapa yatmayan parlamentin buraxılması 
təşəbbüsü ilə  çıxış edərsənsə, deputat olarsan. Görkəmli 


33
müxalifətçiləri mühakimə edə bilsən, vilayət məhkəməsinin 
sədri olarsan. Prezident haqqında poema yazsan, dövlət 
mükafatı alarsan və ya başqa imtiyazlardan yararlanarsan. 
Niyə prezident Administrasiyası bütün məmurlara 
öz çıxışlarında hökmən prezidentin müstəsna rolunu 
vurğulamağı (KİV-də bu barədə  məqalə  dərc olunub) 
təkidlə  məsləhət görür? Televizorda hansı  məmur çıxış 
edirsə, hamısı sanki əzbərlədikləri bir ifadəni işlədirlər: 
“Bütün bunlar bizim prezidentimiz Nursultan Abişeviç 
Nazarbayevin  şəxsən özünün göstərişi ilə  həyata 
keçirilir”. İstər zavodun təməlqoyma mərasimi, istərsə də 
yanacaqdoldurma məntəqəsinin açılışı olsun... 
...Prezident bilirmi ki, ölkədə bütün adlar dəyişdirilərək 
əvvəlinə “Nur” əlavə olunur. Partiya adlarından tutmuş 
bazar və ya qəlyanaltıxanalara kimi. Almatıda bu 
yaxınlarda yeni bir lövhə gördüm “Nurkredit”... 
Amirjan Kosanov 
ÜSDP sədrinin birinci müavini
 («Seçilməyən partiya və ya bir müsahibənin qeydləri».
«Tasjarqan», 18 mart 2009-cu il.)
Həqiqətən də “nur” sözü ilə başlayan küçə, kafe, restoran 
və mağaza adları sürətlə  dəbə minməyə başlayıb. Çünki, dövlət 
başçısının adı Nursultandır. 
 
Nur – Nursultanın işığıdır və hamıya işıq saçır, 
Hər bir kafe, mağaza Nur sözü ilə başlayır – 
Dövrümüzün möcüzəsi!
“Nur-sayran”a və “Nur-bak”a
Sən inamla gəl, 
“Nur-Astana” qiymət versə - 
“Nur-şattık” görərsən sən.
“Nur-Mubarak” və “Nur-Məscid”


34
Xeyir-duası alsan,
“Nurbank”-a əgər getsən – “Nur Otan”-da ilham al
Onun “Nur-Sunkara”-sından
Nüfuz və hörmət qazan, 
“Nur-Almatı” və “Nur-Tau”
Göz bəbəyi kimi qoru, 
“Nur-media” və “Nur-nura” üçün 
Xoş sözlə bölüş. 
Hakimiyyəti incidən ağılsızları 
 
 
 
Xəbərdar et – 
“Nurtank”dan atəş açaraq, 
 
  Onları başımızdan rədd et. 
Sonra “Nurkredit”-i öz himayədarına çevirib, 
“Nur-demalıs” evində sən dincələ bilərsən!
Əlbəttə, hamıya aydındır ki, heç kim dövlət başçısından belə 
bir tapşırıq almayıb ki, bütün mədəniyyət evləri, küçələr, restoranlar, 
kafelər və mağazaların adları onun adının birinci hissəsi ilə başlasın. 
Amma, hakimiyyətə sadiqliklərini nümayiş etdirməyə çalışan iş 
adamları, sahibkarlar hədsiz yaltaqlıq sahəsində əsl sənətkarlıq nü-
mayiş etdirirlər...
Mənim “Yeddinci hissin təsiri altında” kitabımda belə bir fi kir 
var:
“2007-ci ildə bizim növbəti görüşlərimizdən birində 
Çingiz Aytmatov dedi: “Muxtar, bu yaxınlarda mən bi-
zim çox illər  əvvəl birlikdə yazdığımız kitabı  əvvəldən 
axıra kimi bir də oxudum.  Həmişə  fi kirləşirdim ki, niyə 
görüşlər zamanı insanlar məhz bu kitab haqqında daha çox 
soruşurlar? Sən demə bu çoxplanlı essedə təkcə bizim şəxsi 
taleyimizdən söhbət getmir. Orda müasir dövrün tələbləri 
ilə toqquşan cəmiyyətimiz, milli maraqlar, doğma tarix, 
məhəbbət haqqında düşüncələr yer alıb. Kitabda kişilik 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə