Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


vanların, dənizdə isə bütün balıqların hökmdarı, Britani-



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə11/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

38
vanların, dənizdə isə bütün balıqların hökmdarı, Britani-
ya imperiyasının Afrikada, o cümlədən Uqandadakı fate-
hi” adlandırırdı. Amma, tarixə yarım milyon həmvətənini 
o dünyaya göndərməsi ilə düşüb. ABŞ prezidenti Cimmi 
Karter onun haqqında demişdi: “Uqandanın başçısı çox id-
bar xüsusiyyətlərə malikdir və bu xüsusiyyətlər bütün sivil 
dünyanın ürəyini bulandırır”. Amin öz rəqibləri – müx-
alifət nümayəndələrinin ətini yeməyə adət etmişdi. Onun 
nəhəng soyuducusunda illərlə siyasi rəqiblərinin kəllələri 
saxlanılırdı. O, hətta belə bir aforizmin müəllifi dir: “Hər 
bir dövlətdə elə insanlar var ki, qayda-qanun naminə onlar 
məhv edilməlidir”. 
ŞAXANOV.  Zənnimcə Afrika diktatorları arasında 
ən hakimiyyətpərəst təlxək Mərkəzi Afrika Respublikası-
na 14 il rəhbərlik etmiş Jan-Bedel Bokassadır. 18 arvadı və 
77 övladı olan bu diktator da özünü “daimi prezident” və 
“Allahın yerdəki nümayəndəsi” elan etmişdi. 
Onun imperator kimi tacqoyma mərasimi ölkəyə 22 
milyon ABŞ dollarına başa gəlmişdi: qartal formasında, 
üzərində 2 min brilyant olan qızıl tac, qızıl və brilyantlarla 
bəzədilmiş və bahalığına görə Ginnesin rekordlar kitabına 
düşmüş ayaqqabı, bahalı daş-qaşla bəzədilmiş  “İmpera-
tor Napoleon” ordeni və s... Zülmkarın sifarişi ilə hazır-
lanan və  müxtəlif ölkələrdən onun üçün gətirilən orden 
və medalların sayı SSRİ-nin rəhbəri Brejnevin mükafat-
larından da çox idi. Bu yerdə Makiavellinin sözləri yada 
düşür: “Hökmdar nə qədər fərsizdirsə, onun mükafatları 
və şan-şövkəti bir o qədər çox olur”. 
Bokassanın  şəxsi heyvanxanası da var idi. Onun si-
yasətinə qarşı çaxan insanları o, bu zooparkdakı  şirlərə, 
timsahlara yedizdirirdi. Bu heyvanlara cəsarətlə müqa-
vimət göstərənləri isə xüsusi hörmət və ehtiram əlaməti 


39
olaraq doğratdırıb bişirir və özü yeyirdi. Güman edirdi 
ki, belə etdikdə bu qoçaq insanların gücü ona keçir. Bir 
dəfə onun siyasi kursu ilə razılaşmayan naziri xəlvətcə 
öldürürlər. Düşməninin  ətini yemə  mərasiminə Bokassa 
digər nazirləri də çağırır.  Əlbəttə ki, onlar öz həmkar-
larının  ətini yediklərini bilmirlər. Bokassa rəsmi surətdə 
bunu elan etdikdə isə, binəvalar nə edəcəklərini bilməyərək 
çaşqın vəziyyətdə qalıblar. Bu hadisə 20-ci əsrin ən böyük 
yazıçılarından biri, Nobel mükafatı laureatı Qabriel Qar-
siya Markesin “Patriarxın payızı” əsərində öz əksini tapıb.
Sovet İttifaqına səfəri zamanı Bokassa görür ki, kom-
munist partiyasının rəhbərləri, xüsusən də Brejnev yüksək 
vəzifəli qonaqları  bərk qucaqlayıb öpürlər. Onu müşay-
iət edən şəxslərə deyirdi: “Brejnevin əzələlərinin sıxlığına 
fi kir verin”. Vətəninə qayıtdıqdan sonra isə o, tabeliyində 
olan hər bir naziri möhkəmcə öpərək: “bu hər bir insanın 
dərisinin dadını bilmək üçün əla üsuldur”. Bunu eşidən 
nazirlər qorxudan əsirdilər. 
Biz  əvvəldən demişdik ki, Bokassanın 18 arvadı, 
77 oğul və  qızı olub. Bu varislərin hər birinin sinəsində 
üzərində atalarının  şəkli olan qızıl nişan olurdu. Bu, on-
ların qanuni varis olmalarının təsdiqi idi. Oğullarının 12 
yaşı tamam olduqda isə onlar qarşılarına çıxan istənilən 
qadına (hətta nazirlərin, generalların və ya səfi rlərin ar-
vadlarına da) təcavüz etmək ixtiyarına malik idilər. Müqa-
vimət göstərən qadınlar həbsxanaya salınırdılar. 
Uşaqlarının  ərköyünləşdirilməsi cəhətdən Bokasso 
hamını geridə qoyub. Bir dəfə onun Əhməd adlı 4 yaşlı 
oğlu tez-tez “Porşe” deməyə başlayıb. Dərhal ona içəri-
si və çölü qızılla işlənmış çox bahalı “Porşe” avtomobili 
gətirirlər. Amma, uşaq sevinmək əvəzinə bərkdən ağlamağa 
başlayır. Sən demə o, oyuncaq maşın istəyirmiş. Uşağın 
arzusunun nədən ibarət olduğunu anlamayan tərbiyəçi 


40
dərhal cəzalandırılır və işdən qovulur. Uşaqlardan biri isə 
bir dəfə tüfənglə oynayarkən öz tərbiyəçisini güllələyir. 
Nəticədə “ciddi cəzalandırılır”. Ona düz bir həftə çayını 
şirin eləməyə icazə vermirlər. 
1979- cu ilin yanvarında Bokasso fərman imzalayır. 
Bu fərmana görə  məktəblilər və  tələbələr yaxalarında 
prezidentin  şəkli olan xüsusi forma geyinməli idilər. Bu 
formasız uşaqlar dərsə buraxılmırdılar. Yeni qaydadan 
narazı qalan gənclər dinc etiraz nümayişinə  çıxırlar.  İm-
peratorun qvardiyası cavanlardan 200 nəfəri tutaraq 
həbsxanaya atır. Saxlanılanların əksəriyyəti həbsxanadakı 
işgəncələrə  və dözülməz  şəraitə dözməyərək ölür. Bokas-
so şəxsən öz əlləri ilə 18 gənci boğub öldürür. İkinci gün 
isə tutulan uşaqlardan 30 nəfəri yük maşınının kuzovun-
da Bokassanın sarayına gətirirlər. Ölkə başçısının əmri ilə 
onları üzü üstə yerə uzanmağa məcbur edirlər. Tam sərxoş 
vəziyyətdə olan Bokassa sürücüyə əmr edir ki, yük maşını 
ilə yerə uzanan insanların üstündən keçsin. Sürücü imtina 
edir. Onda Bokasso özü sükan arxasına keçərək gənclərin 
bədəni üzərindən bir-neçə dəfə o tərəf bu tərəfə keçir. Son-
ra isə tələf etdiyi uşaqların ətini öz nəhəng soyuducusuna 
yığmaq barədə göstəriş verir. Amma, bu qansızlıq ona baha 
başa gəlir. Bir qədər sonra Fransanın bir başa müdaxiləsi 
ilə Bokassa devrilir və xaricə qaçmağa məcbur olur. 
Müasir ölkə başçılarının  əksəriyyəti öz çatışma-
zlıqları ilə bir-birilərinə oxşayırlar. Təəssüf ki, onların 
öz ölkələrində  və dünyada “böyük hörmət-izzətə” layiq 
görülmələri barədə bəlağətli söhbətləri arxasında belə ey-
bəcərliklər gizlənir...” 
“Uçurum üzərində ovçu fəryadı” kitabı yazılarkən həyat və 
fəaliyyətləri barədə bizdə kifayət qədər məlumat olan prezidentlər N. 
Nazarbayev və Ə. Akayev hərəsi öz ölkəsinə 3-4 il idi ki, rəhbərlik 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə